Zombiləşdirmə

Yazar: Orxan Oruc @ Fevral 7, 2010 8:46

«Zombi» sözü dünyaya uzaq Haiti adalarından yayılmağa başlayıb və bu dildə o, təxminən «canlı meyit» mənasını verir. Buranın özündə isə «zombiləşdirmə əməliyyatı» ilə əsasən, Daqomeya (indiki Benin) şəhərindən çıxmış zəncilərin əcdadları – vudu ayininin icraçıları məşğul olurdular. Hazırda dünyanın müxtəlif xalqları arasında, o cümlədən, Avstraliya aborigenləri, Asiya türkləri və b. arasında da, «zombiləşdirmə» əməliyyatının müxtəlif formalarının tarixən mövcud olduğu məlumdur («zombi» sözünün türk qarşılığı: «manqurt»)

Qədim dövrlərdə insanların zombilərə çevrilməsi ilə, əsasən, cadugərlər məşğul olurdular. Bu, onların qüdrətinə inam yaratmaqdan əlavə, həm də, cəmiyyətdə onların yüksək statusunu təmin edirdi, əhali arasında müəyyən qorxu toxumu səpirdi. Sonradan bundan dövlət mənafeyi üçün istifadə olunmağa başlandı və bu mərhələdə xüsusi məxfi «bizanqo» cəmiyyəti şəkər qamışı plantasiyalarında işləmək, orduda xidmət etmək və s. üçün kütləvi şəkildə «zombi»lər «istehsal etməyə» başladı. Bugünkü gündə də, müxtəlif siyasi, hərbi, iqtisadi, elmi və s. məqsədlərin həyata keçirilməsində «zombi» əməliyyatından istifadə olunmasına dair çoxsaylı faktlar var.

Zombi nədir?

Zombi şüursuz, əqidəsiz, iradəsiz insandır. O, heç bir mənafe və ya əqidə güdmədən, qabaqcadan ona verilmiş tapşırığı yerinə yetirmək üçün hər şeyə hazırdır. O, avtomat itaətkarlığı ilə qulluq etməyə, lazımi vaxtda istənilən adamı, anasını, həyat yoldaşını, övladını, hətta özünü belə öldürməyə qadirdir. Belə adamlar üçün tərəddüd, peşimançılıq, maraq və s. kimi hisslər yabançıdır.

Bəs onların bu vəziyyətə düşməsinin səbəbi nədir?

İnsanları zombiyə çevirməyin bir sıra metodu mövcuddur və bunlardan əsasən ikisi praktikada geniş tətbiq edilir: kimyəvi və psixodinamik metod.

Uzaq Haiti adalarında kimyəvi metodun sirri xüsusi məxfiliklə saxlanılırdı və yalnız nəsildən-nəslə ötürülürdü. O, həm də, bir növ gəlir mənbəyi idi ki, onun sirri indiki «firma sirri» kimi qorunurdu. Bu metodun sirrisə çox sadədir: zombiyə çevrilməsi planlaşdırılan adamın (qulun, əsirin və s.) yeməyinə qabaqcadan dörddişli balıqların (iynəbalıqların, dimdikburun balıqların və b.) ətindən hazırlanan xüsusi zəhər – tetrodoksin qatılır və o, dərhal öldürülür (tetrodoksin – ən güclü zəhər sayılan kalium sianiddən 500 dəfə [!] güclüdür). Lakin bu, həqiqi yox, klinik ölümdür. Belə ki, həmin balıqların əsasən dəri örtüyündə, qaraciyərində, cinsi məhsullarında (süd, ikra,...) və s.-də toplanan bu zəhər sinir sistemini iflic edən zəhərlər sırasına daxildir və dərhal güclü stupor törədir (stupor – latıncadan tərcümədə quruma, qıc olma, bayılma deməkdir). Bənzər hala insan qəfil xəbərdən sonra, diksinmələr, qorxu zamanı və s.-də də, düşür. Bundan sonra «gələcək zombi» torpağa basdırılır və müəyyən müddət orada saxlanılır. Torpaqdan qazılıb çıxarıldıqda isə gözünü açıb ilk gördüyü şəxsin («xilaskarının») əbədi şüursuz quluna çevrilir.

Zombiləşdirmənin psixodinamik metodlarının əsasları isə bu yaxınlarda işlənib hazırlanıb. Amerika psixoloqlarının apardığı belə bir təcrübə məlumdur: müəyyən bir filmin lentinə hər 25 kadrdan bir belə bir elan yerləşdirilir: «Koka-kola için!". Filmin nümayişi zamanı bu söz saniyənin iyirmi beşdə biri qədər vaxtdan görünüb yox olduğundan (kinofilmlər bir saniyədə 25 kadr sürəti ilə verilir) tamaşaçılar təbii ki, onu oxuya bilmirdilər və filmin axırına qədər də, bu əlavə təsirdən xəbərsiz oldular. Lakin... filmin qurtarması ilə hamının bir nəfər kimi yaxınlıqdakı koka-kola köşkünə qaçıb, koka-kola alıb içməsi bir oldu. Məsələ orasındadır ki, insanın bu cür ani təsirləri dərk edib-etməməsindən asılı olmayaraq, onlar hissiyyat tərəfindən qəbul edilir və hiss olunub dərk edilməyən informasiyalarsa itməyib, birbaşa təhtəlşüur sferasına keçir, oradan fərdin gələcək bütün fəaliyyətinə aktiv təsir göstərir. Hipnozun belə funksiyası isə elmdə çoxdan məlum olan faktdır  

20.03.1967 tarixdə Filippinin o vaxtkı prezidenti Ferdinand Markosa qarşı sui-qəsdə cəhd edən bir amerikan vətəndaşı – Luis Ancelo Kastilyo həbs edilir. Heç nəyi boynuna almayan cinayətkarla əlaqədar məhkəmə psixiatrları hipnoz seansı keçirməyi qərara alırlar və olduqca dərin hipnozdan sonra Kastilyo öz həqiqi «mən»ini büruzə verir. Məlum olur ki, onun beyni xüsusi kəşfiyyat orqanları tərəfindən «proqramlaşdırılıb» və o, bundan əvvəl də, bir neçə sui-qəsddə iştirak edib. Bu, missiyasını yerinə yetirdikdən sonra isə, o, həm də özünü öldürməli imiş...

 

 

Cabbar Məmmədov-"Diplomatik Psixologiya"kitabından çıxarış

 

 

 

 

Hipnoz | Şərhlər(1)
Baxış sayı: 16
Açar sözlər: manqurt zombi 

Fobiyaların növləri

Yazar: Orxan Oruc @ Fevral 4, 2010 7:15

ablütofobi: Yuyunmaqdan qorxma

akerofobi: turşudan qorxma

akluofobi: qaranlıqdan qorxma

akrofobi: yüksək yerlərdən qorxma

akustikofobi: müəyyən səslərdən qorxma

algofobi: ağrıdan qorxu

amatofobi: toz qorxusu

ablütofobi: Yuyunmaqdan qorxma

agirofobi: Prospektlərdən,küçələrdən ya da prospektlərdə,küçələrdə qarşı tərəfə keçməkdən qorxma

akerofobi: turşudan qorxma

akluofobi: qaranlıqdan qorxma

akrofobi: yüksək yerlərdən qorxma

akustikofobi: müəyyən səslərdən qorxma

algofobi: ağrıdan qorxu

amatofobi: toz qorxusu

amnezifobi: yaddaşını itirməkdən qorxma

androfobi: adamlardan qorxma

anemofobi: fırtına qorxusu

antlofobi: sel qorxusu

antropofobi: insanlardan qorxma

apifobi: arılardan qorxma

arakibutirofobi: yerfıstığı əzməsinin, yeyərkən, damağa yapışmasından qorxu

araknofobi: hörümçəklərdən qorxma

aritmofobi: ədədlərdən qorxma

asimetrifobi: simmetrik olmayan şeylərdən qorxma

astenofobi: gücsüz olmaqdan qorxma

astrafobi: şimşək qorxusu

ataksofobi: nizamsızlıqdan qorxma

atelofobi: mükəmməl ola bilməməkdən qorxma

aviofobi: uçuş qorxusu

 

ballistofobi: silahdan ya da güllələrdən qorxma

batofobi: dərinlik qorxusu, yüksək binaların yanından keçməkdən qorxma

batrakofobi: qurbağa kimi  heyvanlardan qorxma

belonefobi: iynələrdən qorxma

bibliyofobi: kitablardan qorxma

bromidrosifobi: bədən qoxusundan qorxma

brontofobi: göy gurultusundan qorxma

 

dentofobi: stomatoloqdan qorxma

dermatopatofobi: dəri xəstəliklərindən qorxma

 

 

eisoptrofobi: güzgülərdən qorxma

elektrofobi: elektrikdən qorxma

emetofobi: qusmaqdan qorxma

endofobi: paltardan qorxma

entomofobi: böcəklərdən qorxma

epistaksiyofobi: burun qanamasından qorxma

eritrofobi: üz qızarmasından əmələ gələn qorxu

erotofobi: cinsi əlaqədən qorxu

 

 

farmakofobi: dərmanlardan qorxma

fazmofobi: qarabasmalardan qorxma

febrifobi: yüksək atəşdən qorxma

Filemafobi: öpməkdən ya da öpüşməkdən qorxma

filofobi: sevməkdən, aşiq olmaqdan qorxma

fobofobi: qorxmaqdan qorxma

fotofobi: işıqdan qorxma

frankofobi:mədəniyyətindən qorxma

 

 

gametofobi: evlənməkdən qorxma

geliofobi: gülmə qorxusu

gefirofobi: körpülərdən keçməkdən qorxma

gerontofobi: yaşlı insanlardan ya da yaşlanmaqdan qorxma

glossofobi: birlik qarşısında danışmaqdan qorxma

 

 

haptofobi: toxunulmaqdan qorxma

harpaksofobi: oğrulardan ya da bir cinayət qurbanı olmaqdan qorxma

helyofobi: Günəşdən qorxma

hematofobi: qan qorxusu

herpetofobi: sürünənlərdən qorxma

hidrofobi: sudan, üzməkdən ya da boğulmaqdan qorxma

higrofobi: nəmdən ya da yağışdan qorxma

hipegiyafobi: məsuliyyətdən qorxma

hipnofobi: yatmaqdan qorxma

hipofobi: atlardan qorxma

homiklofobi: dumandan qorxma

homofobi: qarşı cinslərdən qorxma

 

 

ihtiyofobi: balıqlardan qorxma

 

 

jinefobi: qadınlardan qorxma

 

 

katagelofobi: lağ edilməkdən qorxma

kemofobi: kimyəvi maddələrdən qorxma

keymafobi: qışdan və soyuqdan qorxma

kimofobi: dalğalardan qorxma

kinofobi: itlərdən qorxma

klimakofobi: nərdivandan düşməkdən ya da nərdivanlardan qorxma

klostrofobi: bağlı və qapalı yerlərdən qorxma

koprofobi: nəcisdən qorxma

koulrofobi: klounlardan qorxma

kremnofobi: yüksək yamaclardan ya da uçurumlardan qorxma

kriyofobi:buzdan ya da donmaqdan qorxma

kronomentrofobi: saatlardan qorxma

ksantofobi: sarı rəngdən qorxma

ksenofobi: xarici vətəndaşlardan qorxma

ksilofobi: taxta şeylərdən ya da meşələrdən qorxma

 

 

limnofobi: göllərdən qorxma

litikafobi: iddialardan və məhkəmələrdən qorxma

logofobi: müəyyən sözlərdən qorxma

lökofobi: ağ rəngdən qorxma

 

 

manyofobi: havalanmaqdan qorxma

mastigofobi: cəzalandırılmaqdan qorxma

mekanofobi: maşınlardan qorxma

melanofobi: qara rəngdən qorxma

mikrobiyofobi: mikroblardan qorxma

mizofobi: çirklilikdən qorxma

monofobi: təklikdən qorxma

 

nekrofobi: cəsəddən qorxma

nelofobi: şüşədən qorxma

niktofobi: gecədən qorxma

nozofobi: xəstəlikdən qorxma

nozokomefobi: xəstəxanalardan qorxma

nüdofobi: çılpaqlıqdan qorxma

 

 

obesofobi: kökəlməkdən qorxma

ofidiyofobi: ilanlardan qorxma

okofobi: nəqliyyat  vasitələrindən qorxma

osmofobi: müəyyən qoxulardan qorxma

 

 

pantofobi: hər şeydən qorxma

papirofobi: kağızdan qorxma

paraskavedekatriafobi: ayın on üçü və cümə olan gündən qorxma

patofobi: xəstə olmaqdan qorxma

pedofobi: uşaqlardan qorxma

peladofobi: keçəl insanlardan ya da keçəlləşməkdən qorxma

penyafobi: kasıblıqdan qorxma

pirofobi: atəşdən qorxma

plakofobi: məzar daşlarından qorxma

pogonofobi: saqqaldan ya da saqqallı kəslərdən qorxma

politikofobi: siyasətçilərdən qorxma

porfirofobi: bənövşəyi rəngdən qorxma

potamofobi: çaylardan ya da su axıntılarından qorxma

potofobi: spirtli içkilərdən qorxma

pteronofobi: quş tükündən qorxma

pupafobi: kuklalardan qorxma

 

 

radyofobi: radiasiyadan, X şüalarından qorxma.

ranidafobi: qurbağalardan qorxma

 

 

selenofobi: Aydan qorxma

siderofobi: ulduzlardan qorxma

simetrofobi: simmetriyadan qorxma

skiofobi: kölgələrdən qorxma

sosyofobi: cəmiyyətdən, ümumiyyətlə insanlardan qorxma

soteriofobi: başqalarına möhtac olmaqdan qorxma

 

 

tafefobi: diri diri basdırılmaqdan qorxma

takofobi: yüksək sürətdən qorxma

talassofobi: dəniz ya da okean qorxusu

tanatofobi: ölümdən qorxma

teknofobi: texnologiyadan qorxma

teratofobi: hamilə qadının çirkin bir uşaq doğmaqdan qorxması

termofobi: istilikdən qorxma

testofobi: testlərdən ya da imtahanlardan qorxma

tokofobi: hamilə qalmaqdan ya da uşaq doğmaqdan qorxma

tomofobi: əməliyyat keçirməkdən qorxma

toksifobi: zəhər qorxusu

topofobi: müəyyən yerlərdən qorxma

travmatofobi: yaralanmaqdan qorxma

trikinofobi: qida zəhərlənməsindən qorxma

triskaidekafobi: 13 sayından qorxma

tripanofobi: peyvənd ya da iynə olmaqdan qorxma

trikopatofobi: saç xəstəliklərindən qorxma

 

 

ürofobi: sidikdən qorxma

 

 

venereofobi: zöhrəvi xəstəliklərdən qorxma

venüstrafobi: gözəl qadınlardan qorxma

vermifobi: soxulcanlardan qorxma

 

 

zelofobi: qısqanclıqdan qorxma

zoofobi: heyvanlardan qorxma

 

 

 

Psixi pozuntular | Şərhlər(0)
Baxış sayı: 37
Açar sözlər: fobiyaların növləri 

Mən,Sənəm deməyi bacarsaq !

Yazar: Orxan Oruc @ Fevral 4, 2010 7:00

Mövlana öz Məsnəvisində belə bir hekayə yazıb:

.

.

.

Bir adam, dostunun qapısına gəlib, qapısını döyür.İçəridən gələn səs:

 

-"Qapını döyən kimdir"-deyə soruşur.

 

Adam:

 

-MƏNəm, deyə cavab verən kimi,dostu:

 

-"Get, indi vaxtı deyil,sonra gəl deyir".

 

-Adam, qapıdan uzaqlaşır və bir il dostunun həsrətiylə yanıb alovlanar.Bir ilin sonunda dostunun qapısına təkrar gəlir.Rədd edilmə qorxusuyla qapını döyür.

 

İçəridən gələn səs:

 

 

 

-"Kimdi"-deyə soruşur.Adam:

 

-SƏNəm, deyə cavab verir.

 

Dost, digərini içəri dəvət edir:

 

-"Madam ki MƏNsən, içəri gir.Ev dardı,iki adam sığmır",deyir.

 

Hansımızın SƏNəm deyə biləcəyi, ruhunu birləşdirə biləcəyi bir dostu var? Hansımız MƏNini SƏN etməyi bacara bildi?həmişə MƏNlərimizlə davranırıq. Çox sevdiyimizi söylədiyimiz halda SƏNəm deyə bilmirik sevdiyimizə. Ya sevgimizdə bir problem var ya da MƏNimizdə. Əgər sevdiyimizlə SƏN ola bilsəydik, arada məsafələr olsa belə SƏNimiz həmişə yaxın olardı. Buna görə "gözdən iraq olan könüldən də iraq olar" sözü, SƏN ola bilməyən MƏNlər üçün doğru ola bilər.SƏN olmağı bacara bilsəydik maddi məsafələrin bir əhəmiyyəti olmaz, gözümüzdən iraqlıq, könülümüzdəki iraqlığa mane olardı.

"Gerçək eşq" də əslində budur.SƏN-MƏN deyil, sevdiyimizlə bir olmaq.

Psixoloji hekayələr | Şərhlər(1)
Baxış sayı: 47
Açar sözlər: əsl sevgi 

Verter effekti və ya kütləvi intiharların səbəbləri

Yazar: Orxan Oruc @ Fevral 4, 2010 6:34

Psixologiyada «Verter effekti» deyilən bir fenomen mövcuddur. Effekt ilk dəfə dahi alman yazıçısı İohan fon Hötenin «Gənc Verterin iztirabları» adlı əsəriylə əlaqədar müşahidə olunduğundan, bu əsərin qəhrəmanının adı ilə də adlandırılıb. Əsər Verter adlı personajın intiharı ilə bitir. Əsərin təsir gücü o dərəcədə böyük olur ki, onun təsiri ilə özünəqəsd epidemiyası Avropanı bürüyür.

Fenomen o qədər güclü səviyyə alır ki, bir çox ölkələrdə əsərin çapı və yayılması dövlət səviyyəsində qadağan edilir (Analoji hal 2000-ci ildə Murat Kəkilli adlı bir tanınmayan türk müğənnisinin ifa etdiyi «Bu axşam ölürəm» adlı mahnısı ilə əlaqədar da baş verdiyi, yəqin, çoxlarının yadındadır. Mahnının təsiriylə özünəqəsd halı bir epidemiya kimi Türkiyə ilə Azərbaycanda yayıldı və iş o yerə gəlib çatdı ki, hər iki ölkənin radiostansiyaları intiharların qarşısını almaq üçün, mahnını efirə verməkdən birdəfəlik imtina etdilər).

Fenomenin izahını Kaliforniya universitetlərindən birinin sosioloqu Devid Filips verdi. 1947-1962-ci illər ərzində ABŞ-ın ayrı-ayrı ştatlarında baş verən intiharlarla, həmin ştatın mətbuatında intiharlar barədə dərc olunan materialları əlaqələndirərək, Filips bu qənaətə gəlir ki, hansı ərəfədə hansı ərazinin mətbuatında intihar faktları barədə ardı-arası kəsilməyən geniş materiallar dərc olunubsa, orada bundan sonra intiharların sayı da həndəsi silsilə üzrə artmağa başlayıb. Onun tədqiqatlarına görə, intihar halının epidemiya şəkli alıb yayılmasında bu intiharlar barədə mətbuatın geniş materiallar dərc etməsi əlahiddə rol oynayır. Özü də, mətbuatda hansı məqam, hansı formalı intihar xüsusi qeyd olunur, vurğulanırsa, növbəti intiharçılar da özlərini məhz həmin qaydada öldürür, intihar stilində məhz həmin məqamı vurğulayır, saxlayırlar.

Beləliklə, özünə inamı olmayan və ya verilmiş situasiyada özünəinamsız, mütəəssir halda olan ayrı-ayrı individlərə çoxluğun «qrup təzyiqi» effektinin təsiri göz qabağındadır.

Deyilənlərdən əlavə, hansısa hərbi əməliyyatlarda, o cümlədən, Qarabağ döyüşlərində iştirak edən hər kəs yaxşı bilir ki, qızğın atışmalar zamanı cəmisi bir nəfərin özünü irəli atması, hamıya necə sürətlə sirayət edib, hamının özünü şüursuz vəziyyətdə onun arxasınca irəli atmasına, əksinə, kiminsə səngərdən çıxıb qaçması başqalarının da inamını zəiflədib geri çəkilməsinə güclü təsir göstərə bilir. Hansı ki, sonradan düşünəndə həmin an irəli getməyə və ya ikinci halda geri çəkilməyə heç bir zərurət olmadığı aydın olur.

Bütün bunların nəticəsi olaraq isə – fahişəliyin və ailə dağılmalarının kütləvi hal alması barədə mətbuatın gecə-gündüz çoxsaylı faktlar dərc etməsi, hətta bu barədə həyəcan təbili çalmaq formasında da olsa, mütəmadi müzakirələr açması, ümumiyyətcə, istənilən formalı parnoqrafiyanın leqal formaya keçirilməsi – bu kimi halların cəmiyyətdə daha da intişar etməsində, cəmiyyətin mənəvi uçuruma yuvarlanmasında nə dərəcədə detonator rolu oynayır?!

 

 

Cabbar Məmmədov "Diplomatik Psixologiya"kitabından çıxarış 

Bölməsiz | Şərhlər(1)
Baxış sayı: 29
Açar sözlər: intihar 

Qadınlar daha emosional olurlar

Yazar: Orxan Oruc @ Fevral 2, 2010 9:12

ABŞ-da qayğıkeşlik və himayədarlıq tələb edən sahə işçilərinin (məs., sosial sahə işçilərinin, müəllimlərin, tərbiyəçilərin, qəyyumların və s.) əksəriyyəti qadınlardır (Azərbaycanda da bunun belə olduğunu yəqin etmək üçün, elə bilirik, elə ciddi statistik kalkulyasiyaya ehtiyac yoxdur). Qadınlar daha çox ağlamağa və öz yaşantıları barədə başqalarına danışmağa daha çox meyllidirlər.Məhz bu fakt istər qadın və istərsədə kişilərin nəzərində qadınla dostluğun kişi ilə dostluqdan daha yaxın ola bildiyini deməyə əsas verir,Qadınlar ətrafdakıların emosiyalarını kişilərlə müqayisədə daha yaxşı sezir, anlayır və ya deşifrə edirlər.

Qadın və kişinin qeyri-verbal əlamətlərə qarşı hissiyyatlılığını yoxlamaq məqsədilə keçirilən 125 eksperimentin nəticəsini analiz edərək ABŞ alimləri (Judith Hall 1984) bu qənaətə gəlib ki, qadınlar hətta sözsüz belə qarşı tərəfin fikirlərini onların üz ifadələrinə əsasən daha yaxşı anlayır. Bu fakt kədərli və şən vəziyyətlərə qadınların kişilərlə müqayisədə nəyə görə daha çox emosional reaksiya vermələri faktını izah edir.Münasibətlərdə kişilər – məsələnin özünə, qadınlarsa – insanlararası münasibətə daha çox diqqət verirlər 

(Nancy Chodorov – 1978. 1989; Jean Baker Miller – 1986; Carol Gilliagan – 1982, 1990)

Analiz | Şərhlər(1)
Baxış sayı: 34
Açar sözlər: qadin  kişi 

Sevginizi artirmanın 55 yolu

Yazar: Orxan Oruc @ Fevral 2, 2010 8:10

1- ONU SEVDİYİNİZİ VƏ ONA DƏYƏR VERDİYİNİZİ TEZ-TEZ NÜMAYİŞ ETDİRİN

 2- ONA HƏRDƏNBİR XÜSUSİ BİR HƏDİYYƏ VERİN

 3- BİR YOLDAŞA EHTİYACI OLDUĞUNDA MÜTLƏQ ONUN YANINDA OLUN

 4- ONA HƏR ZAMAN VAXT AYIRIN

6- BİRLİKDƏ YEMƏK YEMƏK ÜÇÜN BİR YERƏ GEDİN

7- XÜSUSİ GÜNLƏRİNDƏ MÜTLƏQ ONU YADA SALIN

8- DANIŞARKƏN TAMAMİLƏ ONU DİNLƏYİN

9- DANIŞARKƏN TAMAMİLƏ SƏMİMİ DANIŞIN

10- ONA QƏTİYYƏN YALAN DANIŞMAYIN

11- DANIŞARKƏN ÇALIŞIN GÖZÜNƏ BAXIN

12- ONUN YAXŞI XÜSUSİYYƏTLƏRİNİ KƏŞF ETMƏYƏ ÇALIŞIN

13- ONUN KƏDƏRLƏRİNİ VƏ DƏRDLƏRİNİ DİNLƏYİN

14- ONUN SİZƏ TAMAMİLƏ GÜVƏNMƏSİNİ TƏMİN EDİN

15- BOŞ ZAMANLARINIZI ONA AYIRMAĞA ÇALIŞIN

16- ONUN ÜÇÜN FƏDAKARLIQ ETMƏKDƏN ÇƏKİNMƏYİN

17- ONUN YOLDAŞLARI İLƏ TANIŞ OLUN

18- TƏTİL ÜÇÜN BİRLİKDƏ PROQRAM QURUN

19- UZUN MÜDDƏT AYRI QALMAYIN

20- ONU ANLADIĞINIZI HİSS ETDİRİN

21- ONUN SEVMƏDİYİ ŞEYLƏRİ ÖYRƏNİN

22- ONU DƏYİŞDİRMƏK YERİNƏ ƏVVƏL ÖZÜNÜZÜ DƏYİŞDİRMƏYİ DÜŞÜNÜN

23- ONUN XOŞUNA GƏLƏN ŞEYLƏRİN BİR SİYAHISINI TƏRTİB EDİN

24- NÖVBƏTİ GÜN  ÜÇÜN BİRLİKDƏ PLAN QURUN

25- XƏYAL VƏ DÜŞÜNCƏLƏRİNİZİ ONUNLA PAYLAŞIN

26- ONA HİRSLƏNDİKDƏ ONUNLA DƏRHAL SÖHBƏT ETMƏYƏ ÇALIŞIN

27- ETDİKLƏRİ HAQQINDA NƏYİSƏ TƏXMİN ETMƏK ƏVƏZİNƏ ONUNLA ÜNSİYYƏT QURUN

28- ONUN QAYĞILARINI ANLAMAĞA ÇALIŞIN

29- ONUNLA BİR ÇOX ORTAQ İSTİQAMƏTİNİZ OLDUĞUNU DÜŞÜNÜN

30- YAXŞI XÜSUSİYYƏTLƏRİNİ TEZ-TEZ AĞILINIZA GƏTİRİN

31- ONUN İŞLƏRİNİ DAİMA KONTROL ELƏMƏYƏ ÇALIŞMAYIN

32- ÖZÜNÜ İFADƏ ETMƏSİNƏ TEZ-TEZ İCAZƏ VERİN

33- ONUN HƏYATINDAKI ÇƏTİNLİKLƏRİ TEZ-TEZ XATIRLAYIN

34- MÜVƏFFƏQİYYƏTLƏRİNİ TƏQDİR EDİN

35- YANINDA OLDUĞUNUZU HİSS ETDİRİN

36- DUYĞULARINI ANLAYIŞLA  QARŞILAYIN

37- ONU OLDUĞU KİMİ QƏBUL ETMƏYƏ ÇALIŞIN

38- TƏHQİR ETMƏYİN,ONA PİS BİR ŞEY SÖYLƏMƏYİN

39- ONUN ÜÇÜN XÜSUSİ OLAN NƏDİR ? ONU TAPIN

40- ONUN SEVDİYİ MELODİYALARI VƏ MUSİQİLƏRİ  ÖYRƏNİN VƏ BİRLİKDƏ DİNLƏYİN

41- ONA BİR KİTAB ALIN VƏ ONUN ÜÇÜN İMZALAYIN

42- ONA KOMPLİMENT DEMƏYİ UNUTMAYIN

43- SƏHV ETDİKDƏ ONDAN GECİKMƏDƏN ÜZR İSTƏYİN

44- YAXŞILIĞI QARŞISINDA TƏŞƏKKÜR ETMƏYİ UNUTMAYIN

45- SƏHVLƏRİNİ BÖYÜTMƏYİN VƏ ONA QARŞI SƏHV ETMƏMƏYƏ  ÇALIŞIN

46- ONUN HAQQINDA OPTİMİST OLUN , YAXŞI DÜŞÜNCƏLƏRİNİZİ GÜCLƏNDİRİN

47- ONUN HAQQINDAKI YAXŞI DÜŞÜNCƏLƏRİNİZİ DİGƏR İNSANLARA SÖYLƏYİN

48- ÇƏTİNLİYƏ DÜŞƏNDƏ ONDAN  GİZLƏTMƏYİN

49- ÖZÜNÜZÜ TEZ-TEZ ONUN YERİNƏ  QOYUN

50- NARAHATLIQLARINIZI RAHATCA SÖYLƏYİN

51- ONA BİR AZ DAHA ÇOX ZAMAN AYIRIN

52- ONUN ÜÇÜN ETDİKLƏRİNİZƏ BİR YENİSİNİ ƏLAVƏ EDİN

53- MÜNASİBƏTİNİZİN SONA ÇATDIĞINI HİSS ETSƏNİZ ONA DAHA  BİR FÜRSƏT VERİN

54- HƏYATINIZIN HƏR MƏRHƏLƏSİNDƏ ONU DA DÜŞÜNÜN

55- ŞƏXSİYYƏTİNƏ ƏHƏMİYYƏT VERİN , DUYĞULARINI ANLAMAĞA ÇALIŞIN

Psixoloq məsləhətləri | Şərhlər(2)
Baxış sayı: 67
Açar sözlər: sevgi 

Təlqin effekti

Yazar: Orxan Oruc @ Fevral 2, 2010 7:58

1978-ci ilin noyabrında Hayananın (Cənubi Amerika) Constaun şəhərində dini təşkilatlardan birinin 910 üzvü öz məbədlərində könüllü şəkildə intihar edib, dünyasını dəyişdi.Məsələ beynəlxalq səviyyədə hay-küy qaldırıb, etiqadın və ya bu ideologiyanı yaradanların fenomenal gücü kimi hamını heyrətləndirdi, maraqlandırdı.İstintaq nəticəsində aşağıdakılar məlum oldu:


: Deyilən məbəd ilk öncə ABŞ-ın San-Fransisko şəhərində yaradılıb və buranın əsasən kasıb təbəqələrini özünə cəlb edib, konkret etiqad ətrafında birləşdirib. 1977-ci ildə məbədin rəhbəri və buraya gələnlərin xarizmatik lider kimi qəbul etdiyi Cim Conson hansısa siyasi və ya hüquqi problemlərinə görə San-Fransiskonu tərk etməli olur və bir çox sədaqətli əshabları ilə birlikdə Hayanaya köçüb, buranın adamlardan uzaq cəngəlliklərində məbədini bərpa edir və onlarla birlikdə ayinlərini, mərasimlərini icra etməkdə davam edirlər. 1978-ci ilin 18 noyabrında Cim Consonun və ümumiyyətcə, təriqətin fəaliyyətini təhqiq etmək üçün onların yanına Kaliforniyadan konqressmen Leo R.Rayan və onun qrupundan olan üç nəfər gəlir. Heç də Cim Consonun xeyrinə olmayan nəticə ilə geri qayıdan bu dörd şəxs və onlarla birlikdə buradan qaçmaq istəyən bir məbəd üzvü Consonun göstərişi ilə öldürülür. Bundan sonra özünün həbs olunacağını, birdən-birə beş adamın (hansılardan ki, biri vəzifə başında olan dövlət xadimi olub) ölümündə günahlandırılaraq ən ağır cəzaya məhkum ediləcəyini, həyatının mənası olan bu məbədinsə dağılacağını dərk edən Conson, bütün icmanı yığıb, özünün intihar edəcəyini elan edir və hamını buna çağırır.

İlk olaraq bir gənc qadın buna reaksiya verir (hansı ilə ki, Consonun şəxsi münasibəti olduğu ehtimal edilir). Körpə uşağı ilə birlikdə, zəhər dolu bidona yaxınlaşıb ondan uşağına da içirib, özü də içir və bir neçə dəqiqə ərzində canını tapşırır. Bundan sonra, digərləri də çox sakitçiliklə bidona yaxınlaşır, könüllü olaraq zəhəri başına çəkib özünü öldürür. Zəhər içməyən və ya içənlər içərisindən xilas edilməsi mümkün olan bir neçə nəfər sonradan bildirirdilər ki, sanki, biz tilsimə düşmüşdük, hamı bir zombiyə çevrilmişdi, hansı ki, indi biz bunu etməzdik.

Bəs bu tilsimin sirri nədə idi?

Müxtəlif sahə mütəxəssisləri ilə birgə bu faktla psixoloqlar da məşğul olub, məsələyə aşağıdakı aydınlıqları gətirdilər. Fenomenə Los-Anceles universitetinin psixiatr və psixoloqu Luis Colion Uestin aşağıdakı aydınlığı gətirir: «Əgər məbəd Kaliforniyada yerləşmiş olsaydı, bu hadisə baş verməzdi. Lakin onlar başqa ölkədə, cəngəllikdə, dünyadan maksimum təcrid şəraitində yaşayırdılar. Bu da onları rəhbər uğrunda bu cür addıma provakasiya etdirib. Ələlxüsus da, ilk addımı qadının atması, burada vəziyyəti kəskin blokirovkalayıb, kişilərə seçim imkanı qoymayıb».

İnformasiya blokadasının, sosial izolyasiyanın (yəni «sensor depriviziyanın») hansı gücə malik olduğu göz qabağındadır.

Eynilə məhz bu səbəbdən, bir zaman qadınlar bənna və tekstil məhsullarının (yəni hərəmxana divarları və çadranın) arxasında gizlədilirdi. Çünki, bu cür təcridlik qadının ətraf dünya, həyat barədə yeganə informasiya mənbəyi olan ərinə bağlığını, etibarını, etimadını, onun qarşısında təlqinəhəssaslıq hissini qat-qat artırmış olurdu.

Deyilən mənada, kənd yerləri ilə müqayisədə şəhər yerlərində (ümumiyyətcə, inkişafın aşağı pilləsində olan yaşayış məskənləri ilə müqayisədə yuxarı pillədə olan yaşayış məskənlərində) qohumluq, dostluq, qonşuluq əlaqələrinin zəif olması, burada ailənin rolunun azalması, ənənələrin (ümumiyyətcə, sosial nəzarətin istənilən formasının) təsirinin minimuma enməsi və b. da məhz həmin bu «sosial depriviziya» effekti ilə əlaqədardır. Belə ki, bu sonuncularda hər bir ayrıca individin həyatında anonim, işgüzar, qısamüddətli, formal, səthi münasibətlərin xüsusi çəkisinin artması hesabına, bir tərəfdən – şəxsiyyətlərin inkişafına daha geniş imkanlar yaranaraq, ümumilikdə cəmiyyətin situasiyalara adaptasiya qabiliyyəti yüksəlsə və burada mədəni stereotiplər rəngarəngləşsə də, digər tərəfdən – bu halda doğmalara, yaxınlara, ümumiyyətcə, ayrılıqda hər kəsə həsr olunan vaxtın, diqqətin, ünsiyyətin ümumi çəkisinin dəfələrlə ixtisara düşməsi ilə cəmiyyətdə sosial səfərbərlik, mütəşəkkillik hissləri itir, şəxsiyyətlər təcridləşir, burada spesifik gərginlik mənbəyi meydana çıxır. Bu şəraitdə insan başqaları ilə münasibətdə özünün çoxşaxəli fərdiliyini büruzə verib, özünü hərtərəfli təqdim edə bilməkdən və başqalarını da bu keyfiyyətdə qəbul edə bilməkdən faktik olaraq məhrumdur (Maraqlıdır, inkişafın bu baxımdan fərqli pilləsində olan müxtəlif dövlətlərə eyni bir beynəlxalq normalar, meyarlar, standartlar prizmasından baxılması, münasibət bəslənilməsi nə dərəcədə düzgündür?), hansı ki, münasibət akvarelinin məhdud olduğu kənd həyatı (o cümlədən, sivilizasiya pilləsinin aşağı olduğu istənilən həyat) bu baxımdan deyilənlərin diametral əksidir.

Hipnoz | Şərhlər(0)
Baxış sayı: 56
Açar sözlər: təlqin effekti 

Humanist psixologiya

Yazar: Orxan Oruc @ Yanvar 30, 2010 4:40

20-ci əsrin 60-cı illərində bir qrup amerikan psixoloqu, tanınmış amerikan psixoloqu Abraham Maslounun rəhbərliyi ilə, psixoanaliz və biheviorizmə alternativ olan həyataqabil bir nəzəriyyə yaratmağı qarşısına məqsəd qoydu. Müəyyən mənada ekzissensial fəlsəfəyə əsaslanan bu yeni cərəyan, adı çəkilən hər iki psixoloji cərəyandan fərqli olaraq, insanın taleyinin hansısa irrasional həvəslərdən və ya ətraf dünyanın dəyişkənliklərindən asılı olmayıb, tam şəkildə insanın öz ağlı və düşüncəsindən asılı olduğunu iddia edirdi.

 «Humanist psixologiya» adlandırılan bu yeni cərəyana görə, insanı fəaliyyətə, onun daxilində mövcud olan müxtəlif növlü tələbatlar vadar edir. Lakin insan bu tələbatları ödəmək yollarını seçməkdə azaddır. Başqa sözlə, insan «seçim azadlığı»na malikdir və məqsədin həyatakeçmə vasitələrini, mexanizmini seçmək məqamında o iradi bir məxluqa çevrilir, təbiətin diqtəsindən kənara çıxır. A.Maslou insanda adi bioloji tələbatlardan əlavə, həm də daha ali tələbatların olduğunu qeyd edir. Buraya inkişaf arzusu, yeni stimul axtarışları, özünürealizə tələbatları və s. kimi sırf insana məxsus olan tələbatlar aiddir (heterostaz prinsipi). Maslouya görə, insanı öz qabiliyyətini, potensialını nümayiş etdirməyə məhz bu sonuncular təhrik edir. İxtiyari bir fəaliyyət məhz bu tələbatdan meydana çıxır.

Psixologiya-Nəzəriyyə | Şərhlər(0)
Baxış sayı: 27
Açar sözlər: humanist psixologiya 

Yoqa fəlsəfəsi

Yazar: Orxan Oruc @ Yanvar 30, 2010 4:24

«Yoqa» sözü öz mənşəyini sanskrit dilindəki «yuq» sözündən götürür ki, o da tərcümədə «birləşmə», «qovuşma», «tövhid» mənasını verir. Yoqa – altı əsas ortodoksal hind fəlsəfi sistemindən birini təşkil edir. Bu təlim ilk dəfə sistemli şəkildə qədim hind müdriki Patacalinin (e.ə. I əsr) «Yoqa sutra» əsərində təsvir edilir. Ümumi halda, yoqa sistemi – xatxa-yoqa, raca-yoqa, karma-yoqa, jnani-yoqa, bxakti-yoqa və s. kimi mərhələlərə bölünür ki, bu mərhələlərin hamısından uğurla keçənlər müasir yoqlar kimi havada uçmağı, özgələrin fikirlərini oxumağı və s. bacarırlar.

Yoqa təlimi bugünkü elmə təsir etmiş ən güclü mistik cərəyandır və bugünkü alimlər mistikanı, fövqəltəbii qabiliyyətləri analiz etmək üçün ən çox hind yoqları üzərində təcrübə, müşahidə aparırlar. Demək olar ki, fövqəltəbii qüvvələrin sirrini bugünkü günə qədər yaşadan yeganə mistik təriqətdir.

Hipnoz | Şərhlər(0)
Baxış sayı: 34
Açar sözlər: yoqa 

Psixoloji hekayələr!

Yazar: Orxan Oruc @ Yanvar 18, 2010 6:40

Bir gün ölkənin ən zəngin tacirləri, ən imkanlı şəxsləri, saray vəzifəliləri səhərdən günortaya qədər bir-bir  saray gəldilər. Hamısı qayanın ətrafından keçib saraya girdilər.

Bir çoxu kralı yüksək səslə tənqid etdi. Xalqından bu qədər vergi alır, amma yolları təmiz tuta bilmir.

Sonunda bir kəndli gəlir. Saraya meyvə və tərəvəz gətirirdi.Kürəyindəki yükü yerə endirdi, iki əli ilə qayaya sarıldı və bütün gücü ilə itələməyə başladı. Sonunda qan-tər içində qaldı amma, qayanı da yolun kənarına çəkdi. Yükünü yenidən kürəyinə almaq istəyəndə, qayanın köhnə yerində bir kisənin dayandığını gördü.

Açdı. Kisə qızılla dolu idi. İçində bir də kralın qeydi vardı. "Bu qızıllar qayanı yoldan çəkən adama məxsusdur" deyilirdi. Kəndli, bugün bir çoxumuzun fərqinə varmadığımız bir dərs almışdı. "Hər maneə, həyat şərtlərinizi daha yaxşılaşdıracaq bir fürsətdir.

Bir adam öz oğlu ilə meşədə gəzirmiş. Birdən oğlanın ayağı ilişib ylxılır. və əzilərək "AHHHHH" deyə qışqırır.İrəlidə bir dağın təpəsindən "AHHHHH" deyə bir səs eşidir və çaşır.Maraqlanır və "SƏN KİMSƏN?" deyə qışqırır. Aldığı cavab "SƏN KİMSƏN?" olur.Aldığı cavaba hirslənib "SƏN QORXAQSAN" deyə təkrar qışqırır. Dağdan gələn səs "SƏN QORXAQSAN" deyə cavab verir. Uşaq atasına dönüb"ATA NƏ OLUR BELƏ?" deyə soruşur

"OĞLUM" deyir adam, "DİNLƏ VƏ ÖYRƏN!" və dağa dönüb "SƏNƏ HEYRANAM" deyə qışqırır. Gələn cavab "SƏNƏ HEYRANAM!" olur. Ata təkrar qışqırır, "SƏN MÖHTƏŞƏMSƏN!" Gələn cavab ; "SƏN MÖHTƏŞƏMSƏN!" Oğlan çox çaşır, amma hələ də nə olduğunu anlaya bilmir. Atası izah etməyə başlayır

"İnsanlar buna "Əks-səda" deyərlər, amma əslində bu "Həyat"dır." "Həyat daim sənə sənin verdiklərini geri verir. Həyat etdiyimiz davranışların aynasıdır. Daha çox sevgi istədiyin zaman daha çox sev! Daha çox Şəfqət istədiyində, daha şəfqətli ol!

Hörmət istəyirsənsə insanlara daha çox Hörmət et. İnsanların səbirli olmasını istəyirsənsə sən də daha səbirli olmağı öyrən. Bu qayda həyatımızın bir parçasıdır, hər kəsə aiddir.""Həyat bir təsadüf deyil, etdiklərinizin aynada bir əks olunmasıdır. "

Psixoloji hekayələr | Şərhlər(6)
Baxış sayı: 162
Açar sözlər: psixoloji kekayələr 

Karl Yunqdan gözəl ifadələr

Yazar: Orxan Oruc @ Yanvar 13, 2010 4:11

İnsan bir hadisəni izah edərkən,yalnız olub bitən bir hadisədən danışmır. İstər istəməz özündən də danışır.Çünki biz dünyanı olduğu kimi deyil,olduğumuz kimi görürük. Əgər dinləməyi bacara bilsək adamın söylədiyi hər şeydən o adamın necə biri olduğunu müəyyən qədər də olsa üzə çıxara bilərik

  • Empatik dinləmə,qarşıdakı şəxsin gözüylə görüb,qulağıyla eşidə biləcək şəkildə dinləməyə deyilir.
  • Bir adamın ürəyində sizə qarşı pis hisslər varsa,hətta dünyanın bütün məntiqini istifadə etməklə onu qazana bilməzsiniz.
  • İnsanları qazanmaq istəyirsinizsə hər şeydən əvvəl ona səmimi bir dost olduğunuzu göstərməlisiniz.Beləcə onun başına girməyin ən gözəl yolunu tapmış olarsınız
  • İnsan bir hadisəni izah edərkən,yalnız olub bitən bir hadisədən danışmır. İstər istəməz özündən də danışır.Çünki biz dünyanı olduğu kimi deyil,olduğumuz kimi görürük. Əgər dinləməyi bacara bilsək adamın söylədiyi hər şeydən o adamın necə biri olduğunu müəyyən qədər də olsa üzə çıxara bilərik
  • Sizinlə danışan şəxsə bütün diqqətinizi verin.Çünki belə etməyiniz ona verdiyiniz dəyərin göstəricisidir.
  • Başqalarının bizi hirsləndirən tərəfləri özümüzü anlamağımıza gətirib çıxarır.

Dahilər | Şərhlər(4)
Baxış sayı: 162
Açar sözlər: karl yung 

Televizor zərərlidir!

Yazar: Orxan Oruc @ Yanvar 11, 2010 9:00

İngiltərədə aparılan elmi bir araşdırma,uşaqların televizor izləməsinin indiyə qədər bilinəndən daha çox zərəli olduğu müəyyənləşdirdi.Televizora çox baxmaq uşaqların həm  gözünə zərəlidir,həm köklüyə səbəb ola bilər, həm də uşaqların yeniyetməlik dövrünə daha tez girmələrinə gətirib çıxara bilər.

 


Biologist elmi-jurnalında göstərilir ki,televizor seyr etmək melatonin hormonunun ifraz olunmasını azaldır,bu da immunitet sisteminin zəifləməsinə və yuxu pozuntusuna səbəb olur.

Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 49
Açar sözlər:

Aero fobiya

Yazar: Orxan Oruc @ Yanvar 3, 2010 6:37

Get-gedə aviosərnişinlər uçmaqdan daha çox qorxurlar. Bu, müxtəlif səbəblərdəndir. Lyeden Universitetinin niderland psixoloqu Lukas Van Qerven təyyarənin  bortuna qalxmağa qorxan 5 min insanın davranışını tədqiq edib. Onun nəticələri belədir: Kişilər bu nəqliyyat vasitəsini idarə edə etmədiklərinə görə qorxurlar, deməli nəsə düz olmayanda situasiyaya nəzarət edə bilmirlər.Qadınlar isə gözlənilməz və nəzarət olunmaz emosiyalar yaradan situasiyalar,qəzalardan qorxurlar.

Beləliklə, qadın və kişilər həm də qorxu zonalarına görə fərqlənirlər. Uçuş qorxusunun özü bizim dövrümüzdə kütləvi xarakter daşıyır: Van Qervenin tədqiqatlarının nəticələrini dərc edən La Stampa qəzetinin dəlilləriniə görə bu hissi bizim müasirlərimizin 40%-i keçirir.

Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 67
Açar sözlər: aero fobiya 

Plasebo effekti.

Yazar: Orxan Oruc @ Yanvar 3, 2010 6:30

Boş dərmanların (plasebonun) müalicəvi effektini biz ənənəvi olaraq özünütəlqinlə izah edirik: hər III pasientə yüngülləşmə gətirir. Miçiqan Universitetinin  alimləri doktor Con-Kar Zubietanın rəhbərliyi ilə aydınlaşdı ki, bu belə deyil. Journal of Hevroscience onların tədqiqatlarının nəticələrini dərc etdi. Aşkar olunmuşdur ki, plasebonun müsbət təsirinin gözlənilməsi kimyəvi mexanizm yaradır: beynimiz endorfin (ağrını yatıran və sakitləşdirici effekt daşıyan təbii birləşmə) istehsal etməyə başlayır.

Nəticədə ağrı həqiqətən də azalır. Indi alimlər öyrənməyə çalışırlar ki, niyə plaseboya hamıda eyni reaksiya olmur?

Maraqlı məlumatlar | Şərhlər(0)
Baxış sayı: 74
Açar sözlər: plasebo effekti 

İstədiyimizi görürük!

Yazar: Orxan Oruc @ Yanvar 3, 2010 6:21

Aşkar olunmuşdur ki, biz gözümüzün qarşısında baş verənlərdən  çoxunu görmürük. Corc Meyson Universitetinin psixoloqu Melissa Bek tədqiq olunanlara 10 müxtəlif yerlərin şəklini göstərir, məkan da dəyişdirilmiş detallarla 2 dəfə çəkilmişdi. Eksperiment iştirakçılarının 40%-ı gözlənilən fərqləri (yolayrıcında işıqforun dəyişilməsi)  və 20%-i isə qeyri-adi fərqləri ( yol ilə sayıqlayan dalğıc) görürdülər. Journal of Experimental Psychology bu sübutları dərc edərək  təsdiq etmişdir ki, bizim diqqətimizin strategiyası bizim üçün ancaq əhəmiyyətli olan dəyişikləri işləmək kimidir.

.

Maraqlı məlumatlar | Şərhlər(1)
Baxış sayı: 90
Açar sözlər: istədiyimizi görürük 

HƏYATA SIFIRDAN BAŞLAYAQ……..

Yazar: Orxan Oruc @ Dekabr 16, 2009 23:50

Həyat yeniliklərlə doludur.Bəzən bu yeniliklərlə həyatımızda planli,bəzən isə gözləmədiyimiz şəkildə qarşılaşırıq.Hər bir halda həyatın bütün yeniliklərinə hazır olmalıyıq.Həyatın ən gözəl nemətlərindən biri də “Ana” olmaqdir.Bu heç də hər kəsə nəsib olmur,bəzən isə olanlarda heç qədrini bilmirlər.”Ana” kəliməsini daşımaq çox dəyərli və məsuliyyətli bir vəzifədir.

Hər bir ana öz övladının fiziki,əqli sağlamlığını və psixoloji  durumunun stabilliyini istəyər.Bunun üçün sifirdan başlamaq lazimdir.Övladlarımızın yetkinlik çağında isə çox vaxt şikayətlənirik ki,psixoloji durumu yaxşı deyil,insanlarla ünsiyyətə girə bilmir,özünə qapanır və s.Əslində bunun səbəbini sırf anada axtarmaq lazımdır.Ana öz övladına nəyi aşılıyıbsa uşaqda şəxsiyyətin strukturu formalaşması dövründə öz əksini tapacaqdir.

Həyata sıfırdan başlasaydıq nə edərdik sualına hər birimizin cavabı,etdiyimiz səhvləri,xətaları təkrar etməzdik deya cavablandiracayiq.Elə isə bu fürsət bizim övladlarımıza verilmişkən nə haqqımız var ki bundan istifadə etməyək.Torpaq üzərində əkdiyimiz ağaca düzgün qulluq etməsək təbii ki,bizə istədiyimiz effekti verməyəcək.Insan bədənində insan ruhuna düzgün qulluq etməsək təbii ki insanı keyfiyyəti ala bilmərik.

Beləliklə gəlin birlikdə həyata sıfırdan başlayaq.Sözün əsl mənasında bətndəki ruha düzgün tərbiyyə zamanında hamilə qadın iki ruha tərbiyyə verir,yəni həm özünə həm də bətnindəki körpəyə.Bu isə özü üçün Həyata sıfırdan başlama şansıdır.

İnsan psixologiyası dərin təffəkkürə malik sistemdən ibarətdir.Daşıyıcı sistemin funksiyasına düzgün proqram yükləməlidir.Gələcək nəslin sağlam düşüncəli şəxslərinə sahib olmaq böyük nemətdir.İlk öncə hamilə qadınlar bütün stress və gərginliklərdən uzaq olmalıdır.Təbii ki,bu yerdə siz bizə necə yəni emossiyonal sferadan necə uzaq ola bilərik axi,biz bunun daxilindəyik.Lakin belə bir təklif buyurardiq, kənarda baş verən mənfi halları sanki bir film seyr edirmiş kimi seyr edək və filmdə mənfi rolun ishtirakcilarina nece neytral yanashiriqsa heyatdaki ishtrakcilara da bu cur yanashaq.Emossianal hedde cattiqda ise aglamaq meslehetdir.Stress zamaninda stresse cavab olaraq zererli maddeler “leycin-enkefalin “ve “prolaktin” emele gelir ve aglamaqla bu maddeler xaric olur. Buna gorede aglayarken insan cox rahatlashir.Hekimler ise kishilerin aglamagi ushaqliq kompleksi kimi goturub daha cox daxillerinde aglamagi ustun tutuqlarina gore qadinlardan on defe artiq xesteleliklere meruz qaldiqlarini hesab edirler.Yeni hemin zererli maddeler daxilda qaldiqda hipertoniya ve mede xorasi xesteliklerine sebeb olur.   Hamileler ucun xususi treninqlqrde ishtrak etmak ve heyatin gerginliyini treninqler vasitesile azad etmak cox vacibdir.Insan heyati ucun en deyerli menbelerden hedef secmek ve davamli olaraq bu duz xett uzerinde sarsimamaq gerekdir.Bir insan heyati Ana elindedir.  Qidanin bele insan psixologiyasinda bashlica yeri var.Cox et  ve yagli yemek insanin  aqressivliyine sebeb ola biler.Umumiyyetle butun pis verdislerden uzaq olmaq, bura daxildir siqaret cekmek,icki qebul etmak ve duzgun olmayan heyat ritminden uzaqlashmaq.Heyata bir musteviden yanashmaqda duzgun deyil,beleki ki heyat yoldashini itiirmish ve ya  ayrilmish  hamile qadinin da heyatina nezer salmaq lazimdir.Bela halda ise mutleq nedese stimul motivasiya olmalidir.Dediyimiz kimi heyat yeniliklerle doludur.Her bir hadiseye yaxshi terefden yanashsaq hec vaxt pssimizme qapanmariq.Sehflerimiz xetalarimiz dogurdanda coxdur,ancaq Sokratin bu sozlerini unutmayaq ki “Almaz yonulmadan insan sehf etmadan mukemmelleshmez”.Sehflerimiz eslinde bize ozumuzu tanimak ucun yeni bir fursettir  bize tesir eden butun neqativlerden  qacmaliyiq.Ozumuz ozumuze istediklerimizi hec kes bize vera bilmez.Ana duygulari cox ince bir hisslerdir.Ana olaraq isteklerimiz ise en gozel bir isteklerden ibaret olmalidir.Cunki isteklerimiz bizi oz menzilimize yonelden bir yelkandir.Yeni biz ne qeder yaxshi dushunursek heyatimizda dushuncemize uygun olacaq.   Umumiyetle bir musteviden yanashmaq hec de meqsede uygun deyil.Heyatin butun uzunu normal shekilde qebul etmak ve durumumuzu oldugu kimi qebul ederek yasham terzimize menfi qatmamaliyiq. Problemi korrekte etmak insanin oz elindedir.Bezen kenardan meslehet cox asan gelir.ancaq heqiqeten de insan ele bir beyin mexanizmine sahibdir ki davranish mexanizmleri oz elindedir.davranishin duzgun korreksiyasi ozune yuklediyi proqramdan asilidir.Bunu her kes bacarar sadece istemek lazimdir.     Hamile qadinlar dahada hessas olurlar bu ise cox vaxt gerginlik yaradir.gerginliyin ise hekimlerin dediyi kimi betndeki ushaga cox da yaxshi tesiri yoxdur.heyata gelmeye hazirlashan korpeni gelin saglam shekilde gelmeyine izn verak.Esebin butun xesteliklerin acari oldugunu bilirik ve eyni zamandada bunu qarshisini almaga cehd de gostermirik.Bunun izahi ise sadece oz teffekkurumuzun uzerinde ishlememekdir,tenbelliyin bezen uzerimizdeki qelebesidir.gelin dushunek ve qerar verarak hayata uygun shekilde yashamaga davam edak.Bu cox asandir sadece yaxshi dinlemek ve bir az sebrle butun davranishlarimizi yoluna qoymagi bacarmaliyiq.    Alilede cox vaxt konflikt iki cereyanla ozunu gosterir,maddi sixinti vecox vaxt ise nevazish catishmamazligi.Insanda hava catishmayanda boguldugu kimi ,nevazish catishmamazliqdanda xestelenir.Yeni qelbi xestelenir.Bele insanlar esebi ve qiciq halinda olurlar,bu halda ciddi psixi partlayishlar bashr verir bu zaman ise mede urek xestelikleri,yuxusuzluq,immun sistemin zeiflemesi kimi oz eksini tapir.Bize ise saglam bedende saglam ruh lazimdir.Nevazish orqanizmin bioloji telebidir.       Coxsayli tecrubeler neticesinde subut olunub ki,hansi heyvanlar requlyar dozada nevazish alirsa bu heyvanlarda psixi mohkemlik  ve guc ozunu gosterib.Onlar cox nadir hallarda xestelenibler.Laqeyid yanashma terzinde ise eks olaraq heyvanlari qeddar ve qorxaq edibb tеcrube esnasinda.    Insanlarda da  bu beledir.En cox ise atilmish ushaxlarda ozunu qabariq shekilde biruze verir. Hetta bele bir adida var “Yetim ushaq evi sindromiu”.Bu ushaqlarda emosional hissler pis inkshaf edib:onlar hetta duzgun qucaqlamagi bele bilmirler ve boyuklerden qacirlar.Bele ushaqlar tez- tez xestelenirler soyoq deymeni bele cox agir kecirirler.Oz hisslerini oturmey bacarmayanda ise aqressiv olurlar.Psixoterapiyada buna “Keskin nevazish catishmamazligi”diaqnozu verilib.Eyer insan ushaqliqda sevgi ve nevazishle boyumeyibse o heyatta ozune iki yoldan birini sececek;ya o oz aqressiyasini maskalayacaq yada etraf muhitte ozunu tapa bilmeyecek,davranishlari keskin olacaq ve s.   Psixologiyada maskalanmish depressiya deyilen bir durum var.Qerbi Avropada,Shimali Amerikada insanlar esasen beden ve fealiyyetden istifade edirler.Sherq insanlarinda daha cox kontakt ve fantaziyadan istifade edirler.Bu fikirlerde meqsed yenede heyatta duzgun yasham terzi ve bunu sifirdan bashlamagi qebul etmak.Bu mesulliyyet ise artiq “Ana”adini dashiyan her bir qadinin uzerine dushur.Hamilelik dovrunu deyerlendirerek dunyaya sevinc bexsh etmek gerekdir.                                                 

Xatirə Səfərova “RPM”

Psixoloq məsləhətləri | Şərhlər(0)
Baxış sayı: 236
Açar sözlər: ana olmaq 

Uşaqlarınız üçün psixoloji xidmət !

Yazar: Orxan Oruc @ Dekabr 15, 2009 7:28

Uşaqlarınız üçün PSİXOLOQ!    

  • İnkişafetdirici məşğələlər
  • Məktəbəqədər hazırlıq
  • Aqressiv uşaqlarla iş
  • Müxtəlif psixoloji problemlərin aradan qaldırılması

  • Psixi proseslərin korreksiyası (diqqət, hafizə, qavrayış, təfəkkür, təxəyyül və nitq)
  • Kommunikativ vərdişlərin inkişafı və korreksiyası
  • Autizm
  • Hiperaktiv uşaqlar
  • Psixi ləngimə
  • Psixi-nitqi ləngimə
  • Psixomotor inkişafın ləngiməsi
  • Davranış pozuntusu

Ünvan :  “Ailəm ”   klinikası ( Şərq  bazarının arxasında )

Psixoloq:Namazova Aidə (mob.) :(070)752 00 43, (012) 457 73 42

Psixoloq:Quliyeva  Nuriyyə (mob.):(050)492 67 25,(055)568 83 47

 

Xahiş edirik gəlməmişdən əvvəl bizimlə əlaqə saxlayın !

Elan | Şərhlər(0)
Baxış sayı: 86
Açar sözlər:

Avropa Tələbə Psixoloqlarının Türkiyə toplantısı

Yazar: Orxan Oruc @ Dekabr 14, 2009 9:04

1987-ci ildən fəaliyyət göstərən və Avropanın psixologiya üzrə ixtisaslaşmış ən böyük təşkilatı olan Avropa Tələbə Psixoloqları Assosasiyasının (EFPSA) İdarə Heyətinin və Milli Nümayəndəliklərinin bu il üçün nəzərdə tutulan görüşü 6-13 noyabr tarixlərində Türkiyənin Anamur şəhərində baş tutdu.26 ayrı Avropa ölkəsindən 56 tələbənin və MDB məkanından ilk olaraq Azərbaycanın da qatıldığı bu tədbirdə ölkəmizi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ADPU-nun tələbələri,həmçinin Azərbaycan Gənc Psixoloqlar birliyinin İdarə Heyətinin üzvləri olan Orxan Oruczadə,Rövşən Hümbətov və Tural Abdullazadə təmsil ediblər.

Azərbaycan Gənc Psixoloqlarının bu toplantıda iştirakı nəticəsində Azərbaycan,Avropa Tələbə Psixoloqlar Assosasiyasının müşahidəçi ölkələri sırasına qoşulub və 18-25 aprel 2010-ci il tarixində Hollandiyanın Barloo şəhərində keçirilməsi nəzərdə tutulan illik konfransa dəvət olunublar.

Qeyd edək ki,1987-ci ildə Portuqaliyada yaradılımış Avropa Tələbə Psixoloqlar Assosasiyasının əsas məqsədi Avropa universitetlərində psixologiya ixtisası üzrə təhsil alan tələbələr arasında şəbəkələşməni yaratmaq,bununla da elmi və praktik biliklər mübadiləsini həyata keçirtməkdir.Hal-hazırda EFPSA-ya Avropanın 25 ölkəsi üzvdür və yaxın illərdə bu ölkələrin sayının artırılması nəzərdə tutulur.EFPSA-nın fəaliyyət istiqamətləri kimi yay kursları,psixoloq tələbələrin mübadilə proqramları,psixologiyanın müxtəlif istiqamətllərinə həsr olunmuş konfransları göstərmək olar.

 

 

 

 

 

 

 

Bu xəbər digər saytlarda:

http://xeberdar.info/news.php?readmore=1095

http://news.qaynar.info/32963.html

http://xalqcebhesi.az/news.php?id=10260

http://students.azeriblog.com/2009/11/18/psixoloq-telebeler

Elan | Şərhlər(8)
Baxış sayı: 257
Açar sözlər:

Karl Teodor Yaspers

Yazar: Orxan Oruc @ Dekabr 14, 2009 8:52

Karl Teodor Yaspers (1883, Oldenburq, Almaniya – 1969, Bazel) Maraqları: klinik psixologiya, psixologiyanın fəlsəfəsi və nəzəri psixologiya.

 

         Rus dilində nəşr olunmuş əsərləri:

1.   Yaspers K. Ümumi psixopatologiya. M., 1997.

2.   Yaspers K. Tarixin məqsəd və vəzifələri. M., 1991.

3.   Yaspers K. Strindberq və Van Qoq: müqayisəli patoqrafik təhlilin təcrübəsi. M.,1999.

Psixologiya, fəlsəfə, mədəniyyətin tarixi, ümumi mübahisəli və müasir siyasi problemlərə dair 30 – dan artıq kitab və çoxlu məqalələr yazmışdır. Açıqcasına qeyri – millətçi siyasi görüşlərin tərəfini saxlayırdı. Birinci Dünya Müharibəsi başlayarkən isə Avropanın universitet ictimaiyyətini ümumbəşəri dəyərlər naminə onu dayandırmağı inandırmağa çalışırdı. İkinci Dünya Müharibəsindən sonra Almaniyanı 20 il müddətinə Amerikanın müstəmləkəsinə çevirmək təklifini irəli sürmüşdür. Belə ki, o zaman demokratik hakimiyyət yaratmağa qabil olan almanlar ya ikinci eşelonun (cəbhə dərinliyində və ya cəbhə boyu yan – yana və ya arxa – arxaya qoşun hissəsi) nasistlərin,              ya da nasistlərin hakimiyyətə gəlməsinə qədər öz yaramazlıqlarını sübut edən insanlar idi. 1937 – ci ildən nasistlər onu universitet kafedrasından məhrum etdilər, 1938 – ci ildən isə nəşr edilməyə qadağa qoydular. 1945 – ci ildə o, öz vəzifəsinə qaytarıldı, 1949 – cu ildən isə Bazelə köçdü (demək olar ki, yarım əsr Qeydelberqdə işlədikdən sonra).

            Əvvəlllər o, hüquq elmlərini öyrənirdi, sonra isə tibbə və psixiatriyaya istiqamətləndi. 1913 - cü ildə o, General Psychopathology (Ümumi Psixopatologiya) dərsliyini nəşr etdirdi. Bu dərslik ona kontinentdə (qitədə) şöhrət gətirdi və yeddi dəfə yenidən nəşr edildi. Onun sonrakı nəşrləri ədəbi mənbələrdən götürülmüş tədqiqatların nəticələrinə əsaslanırdılar.

             Yaspers 1915 – ci ildən klinik işlə məşğul olmadığından mürəkkəb psixoloji qarşılıqlı münasibətləri başa düşməyə çalışırdı. Bu münasibətlər “xarici (həqiqi) səbəbiyyət”ə  zidd olaraq “daxili səbəbiyyət”i nümayiş etdirirdilər ki, bu da fizika və biologiyanın məsələsi idi. Bu onu müxtəlif nəzəri paradiqmaları diqqətlə təhlil etməyə məcbur edirdi. Belə ki, onlardan hər hansı biri onu maraqlandıran “daxili səbəbiyyət”i tapmağa kömək edə bilərdi. O, hər şeyi əhatə edən insan təbiəti nəzəriyyəsinin meydana gəlməsi ehtimalını rədd edirdi. Onun fikrincə insanlar çox mürəkkəb varlıqlardır. Freyd haqqında Yaspers yazırdı ki, o (yəni Freyd) sıxışdırılmış seksuallığın nəticələrini son dərəcə kəskinliklə qeyd edir, lakin heç vaxt ruh və ağlın sıxışdırılmışlar arasında olduğu halda nə baş verəcəyi sualını vermirdi. Yaspersə görə isə heç bir fundamental nəzəriyyəbu sualdan yan keçə bilməz. Onun nöqteyi nəzərincə Freyd Kyerkeqor və Nitsşenin baxışlarını sadələşdirərək təsnif edirdi ki, bu da onun ideyalarına belə böyük şöhrət gətirmişdir.

              Daha sonralar Yaspers yazırdı: “Elmin suallarına nə deyəcəyimi bildiyim vaxtlarda mən obyektiv və həqiqəti yazırdım; Filosofluq etdiyim vavtlarda mən məqsədəuyğun mövqedən çıxış edirəm. Onun dərsliyi geniş mənada empirik tədqiqatdır, sonrakı fəlsəfi araşdırmaları isə onun məqsədəuyğunluq adlandırdığına (Encompassing) həsr olunub.

Encompassing – bu özündə nə obyekti, nə də təfəkkür aktını (subyekti) göstərmir, lakin özündə hər ikisini birləşdirir.

               Fəlsəfi işləri anlamaq üçün çətindirlər; “Целокупност” nöqteyi – nəzərinə yanaşmağa istənilən cəhd mütləq aydınlığın zərərinə gətirir. Ona görə hər kəs baxılan predmetin aydınlığı və mürəkkəbliyi arasında seçim etməlidir. Yaspers mürəkkəbliyə üstünlük verdi. Bəlkə də buna görə o heç vaxt məşhur olmamışdır və müasirliyə böyük təsir göstərə bilməmişdir (Məs: Freyd kimi). Kontinentdə ekzistensializm fəlsəfəsi yenidən Kyerkeqor və Nitsşeyə qayıtsa da, daha tez – tez Yaspersə deyil, Xaydeqqer və Sartra istinad edir. Buna baxmayaraq o, çox gözəl alim idi. Bəlkə də hələ nə vaxtsa onun yeri bilinəcək. 

 

Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 57
Açar sözlər: karl teodor yaspers 

Fərdi inkişafınız üçün Fərdi İnkişaf Klubu

Yazar: Orxan Oruc @ Oktyabr 27, 2009 6:33

Diqqət! Eynilikdən bezən, yenilik axtaran insanlar üçün!


Psixologiya və Konsultasiya Mərkəzi Yeni bir proyektini Sizə təqdim edir.
“Fərdi Inkişaf Klubu”na üzv yazılın.

Kluba üzv olmaqla Siz;

• Psixologiya elmi haqqında geniş məlumat əldə etmək.
• Psixoterapiyanın əsas (Psixoanaliz, Qeştalt-terapiya, Psixosintez, Pozitiv Psixoterapiya,Transakt analiz və s. )istiqamətləri haqqında bilik əldə edərsiniz.
• Maraqlı diskussiyalarda iştirak edəcək.
• Düşüncə ortaqlarınızı tapa bilərsiniz.
• Mərkəzin seminar və treninqlərində iştirakçı olacaqsınız.
• Klubun üzvü olaraq mövzu qoya bilərsiniz.
• Gündəlik qayğılardan azad olub, sadəcə dincələ bilərsiniz.
• Enerji və gümrahlıq əldə etmiş olarsınız.

 

 

 

Klub həftədə bir dəfə 2 saat davam etməklə keçirilir.

Klub ödənişlidir

Bir ayliq ödəniş haqqı 30 Azn,
Tələbələr üçün 20 Azn-dir.
.

Kluba üzv yazılmağa tələsin!

HƏYATINIZI GÖZƏL İSTİQAMƏTDƏ DƏYİŞİN!
ONU MƏNA VƏ HƏZZLƏ DOLDURUN!

Bununla bağlı hər hansı bir sualınız yaranarsa, məmnuniyyətlə cavablandırmağa hazırıq.


Address: Cəfər Cabbarlı 44, Caspian Plaza - 1, 3-cü mərtəbə,
Baku AZ 1065, Azerbaijan
Phone (994 12) 408-16-19;
Mobil: (994 50) 532- 79- 56

         (994 50) 414- 28- 45

Fərdi inkişafımız üçün | Şərhlər(4)
Baxış sayı: 576
Açar sözlər: ferdi inkishaf uchun 

Rəqəmlərlə hafizənizi gücləndirin

Yazar: Orxan Oruc @ Oktyabr 26, 2009 7:42

Bu test vasitəsilə öz yaddaşınızı yoxlaya və gücləndirə bilərsiniz!!!
 
.
.
.
.
.
.
.
.

Başla

Testlər | Şərhlər(2)
Baxış sayı: 598
Açar sözlər: hafizə 

Fotorobot

Yazar: Orxan Oruc @ Oktyabr 25, 2009 7:16

İstədiyiniz şəxsin fotorobotunu hazırlaya bilərsiniz!

Başla

Özünü sına | Şərhlər(6)
Baxış sayı: 566
Açar sözlər: fotorobort 

Müasir cəmiyyətdə Refleksiyanın və şəxsiyyətin özünüdərkinin əhəmiyyəti.

Yazar: Orxan Oruc @ Oktyabr 13, 2009 6:27

      Şəxsiyyəti daha dərindən öyrənən həm sosial psixologiya, həm də şəxsiyyətin psixologiyası onun strukturuna və inkişaf dinamikasına xüsusi yer verir. Bu baxımdan bir çox nəzəriyyələr formalaşmışdır. Şəxsiyyətin strukturunu açan nəzəriyyələrə Z.Freydin psixoanalitik,K.Yunqun analitik ,A.Adlerin Fərdi psixologiya nəzəriyyəsini aid etmək olar. Bundan başqa A.Maslounun məşhur özünü aktuallaşdırma nəzəriyyəsi də xüsusi məna kəsb edir.

Belə ki,müxtəlif nəzəriyyələr şəxsiyyətin strukturunu ayrı cür açır, fərqli aspektdən məsələyə yanaşırlarsa da, nəticə etibarilə hər bir yanaşmada sonda şəxsiyyətin özünüdərkinə və özünərealizə etməsinə xüsusi diqqət yetirirlər.
              Z.Freyd şəxsiyyətdə daim sıxışdırılan “id”dən, A.Maslou isə tələbatların ierarxik ödənilməsi nəticəsində özünü necə realizə etməsindən daha çox danışsa da, bütün dövrlərdə şəxsiyyət üçün ən aktual olan özünüdərkdən demək olar ki, bütün nəzəriyyəçilər danışmışlar.
       Birinci növbədə özünüdərk və refleksiya anlayışlarını fərqlandirmək vacibdir. Refleksiya daha dar məna daşıyıb, bir növ özünüdərkə gedən yoldur.Belə ki, hərfi tərcüməsi geriyə dönmə, geriyə qayıtma deməkdir. Refleksiya insanın özü və başqaları tərəfindən necə qavranılması, ona necə münasibət göstərilməsi barədə düşüncələrini ehtiva edir. Bu proses nəticəsində insan özünü müşahidə etməyə, hər addımını, qərarını öz əqidə və dəyərlər sistemi, maraq və istəkləri, həmçinin yönəliş və meylləri baxımından atmağa nail ola bilir. Refleksiya insan həyatında əgər lazımi vacib yerini tutursa, əgər insan daim öz əməllərinə tənqidi yanaşa bilirsə və ya buna daim çalışırsa, şüurun ozünütənzim etmə funksiyasını yerinə yetirmiş olur.
       Özünüdərk isə daha geniş və daha ümümi səciyyə daşıyır. Belə ki,həm ayrı-ayrı şəxsiyyətlərin, həm hansısa qrupun, həm daha geniş mənada xalqın özünüdərki barədə danışmaq olar.Özünüdərk daha çox qismən nail olunan bir hadisədir. Belə ki, ayrıca şəxsiyyət özünüdərk prosesində daim dəyişir, qrup özünüdərk prosesində həm tərkib-kəmiyyət baxımından,həm də elə ayrı-ayrı şəxsiyyətlərin keyfiyyət dəyişikliyi ucbatından tam nail oluna bilmir.O ki qaldı xalqın özünüdərkinə, bu da bir növ mentalitet, adət-ənənə sistemi ilə çuğlaşaraq bəzən qarışıq bir mənzərə yaradır.
      İnsanın bir şəxsiyyət kimi formalaşmasında onda mənlik şüurunun inkişafı xüsusi rol oynayır.Mənlik şüurunun formalaşması insana özü haqqında təsəvvürlərini, özünün zahiri görkəmini, əqli, mənəvi, iradi keyfiyyətlərini qiymətləndirmək imkanı verir. Bu baxımdan mənlik şüuru insanın özünü şəxsiyyət kimi tanıması və dərk etməsi prosesindən ibarətdir. Psixoloji ədəbiyyatda “mənlik şüuru” dedikdə insanın özünün tələbat və qabiliyyətlərinə, fikir və hisslərinə, davranış və fəaliyyət motivlərinə şüurlu münasibəti nəzərdə tutulur. İnsan başqa adamlarla qarşılıqlı əlaqə və ünsiyyət prosesində özünü fiziki və psixi cəhətdən dərk etməyə başlayır, bir növ öz “mənini” başa düşür, anlayır.Öz məni haqqında subyektiv təəsürat ilk növbədə onda ifadə olunur ki, insan özünün hazırda, keçmişdə və gələcəkdəki eyniliyini anlayır.
       İnsanın öz “mənini” kəşf etməsi şəxsiyyətin uzunmüddətli inkişaf prosesinin nəticəsidir.Hələ 3 yaşlı uşaqda özü haqqında təsəvvür yaranmağa başlayır.Sonralar yeniyetməlik dövründə bu daha da universal xarakter alır.Bütün bunlar nəticə etibarilə böyük məktəblilərdə “mən” obrazının əsasını formalaşdırır ki, bunu da  insanın özü haqqında bilikləri təşkil edir.”Mən” obrazda insanın öz-özünə münasibəti də əks olunur, insan özü özünə başqalarına bəslədiyi kimi münasibət göstərə bilər; hörmət və ya nifrət edər, sevər və ya zəhləsi gedər, hətta özünü anlaya və anlamaya bilər.
         Həyati faktlar göstərir ki, insanda “mən-obraz” eyni vaxtda müxtəlif xarakterli ola bilir. Bunlara “real mən”, “ideal mən” və “sosial mən” obrazlarını aid etmək olar. “Real mən” dedikdə insanın indiki anda özünü necə təsəvvür etməsi, özünün bacarıq və qabiliyyətlərini, rollarını, statusunu necə qavraması, əslində necə adam olmasını təsəvvür etməsi nəzərdə tutulur.Bu zaman insan özünə öz gözü ilə baxır,özünü obyektiv, necə varsa elə də qiymətləndirməlidir. ”Sosial mən” digər mən-obrazlardan fərqlənir, burada insan həmişə özünə başqalarının gözü ilə baxır. ”Sosial mən” obrazı aşağıdakı suallara uyğun yaradılır:başqa adamlar onu necə görürlər? O,özünü başqalarına necə göstərmək istəyir? Özünü necə göstərsə başqalarının rəğbətini qazana bilər? Məhz buna görə də insan başqa adamlarla ünsiyyətə girərkən özünün “sosial mən”indən çıxış edir.
        “Mənlik” şüurunun həm refleksiyada, həm də dolayı yolla özünüdərkdə xüsusi əhəmiyyəti vardır.Belə ki, məhz “sosial mən” və “real mənin” müqayisəsi nəticəsində refleksiya həyata keзirilir.Lakin bütün bu proses ərzində insanın adekvatlıq səviyyəsi əvəzedilməz rol oynayır. Belə ki, bəzi alimlərin gəldiyi nəticəyə inansaq, şəxsiyyətin-hər bir ayrıca fərdin psixi və psixoloji sağlamlığı onun adekvat özünü qiymətləndirməsindən asılı olduğu qənaətinə gələrik.Məncə başqa cür mümkün də deyildir.Axı ətraf aləmin obyektiv reallığı bizim üçün heç vaxt obyektiv olaraq qalmır.Elə psixikanın tərifində də onun obyektiv aləmin subyektiv inikası olduğu qeyd edilir.
   
Odur ki, daim, hər bir dövrdə insanın arzularından, nəyə nail olmaq istəməsindən və ümümiyyətlə heç nədən asılı olmayaraq hər bir şəxsiyyətin əsas amalı özünüdərk və özünü tanıma olmalıdır. İnsan özünü tanımadan, dərk etmədən çətin ki, dünəni, bu günü, xüsusilə də gələcəyi ilə bağlı nəyisə dərk etmiş olsun.İndiki həyatımızda çox tez-tez rast gəlinən hal olaraq gənclərin öz gələcək peşələrini sezə bilməməsi, fəaliyyətlərindəki daimi durğunluq və çaşqınlıq halları buna bariz nümunədir. Tələbə həyatında mövcud olan adi ictimai işlərə qarışmamaq və daim “bu mənə lazımdırmı?” sualına cavabı başqalarında axtarmaq çox geniş yayılmış və olduqca aktual məsələlərdir.Bunlar ilk baxışdan primitiv görünsə də, problemin kökü özünüdərkin səviyyəsində aydın olur.
      Son olaraq demək istərdim ki,özünüdərk də daimi inkişafda olan bir prosesdir.Buna nail olmaq şəxsiyyətdə yaranan , əhəmiyyətli və vacib ,demək olar ki, hər bir tələbatı (istər maddi,istər mənəvi) ödəməyə imkan yaradacaqdir.Hətta belə şəxsiyyət öz tələbatlarını dərk edə biləcək və onları da bir növ ixtiyari surətdə idarə edə biləcəkdir.Yalnız özünü dərk etmiş insan əməllərinə görə məsuliyyət daşıyar, hər addımında dəqiq və məqsədyönlü hərəkət edər və nəticə etibarilə də daim dəyişilən, sonsuz mübarizə və rəqabət məkanı olan cəmiyyətimizdə bəlkə nəyəsə nail ola bilər. Bunun üçünsə, sadəcə hər addımda özümüzə qarşı tənqidi, bacardıqca obyektiv və mümkünsə də humanist olmağı bacarmalıyıq. Buna psixoloji ədəbiyyatda termincə adekvat özünü qiymətləndirmə deyirlər.Yalnız özünüdərkin sayəsində hər bir şəxsiyyət və sonda da cəmiyyət “yola vermək” vərdişindən, məsuliyyətsizlik və səriştəsizlikdən uzaq bir topluma,cəmiyyətə çevrilə bilər.Hər bir insan şəxsiyyətə çevrilərkən əgər özünü anlayıb,dərk edərək yola qoyularsa, onda A.Maslounun piramidasının ən yüksək pilləsinə çata bilər, özünü realizə etməyə nail olar.
     Odur ki, şəxsiyyətin özünüdərki bütün dövrlər üçün aktual və vacib məsələ olaraq qalacaqdır. Zira geniş mənada cəmiyyətin müqəddəratı, gələcəyi hər bir ayrıca şəxsiyyətin özünüdərkinin səviyyəsindən asılıdır.

Səyyarə Yusubova

Yaddaşsızlıq sindromu

Yazar: Orxan Oruc @ Oktyabr 13, 2009 5:46

   Yeni dünya, yeni iqtisadiyyat və ardı arası kəsilməyən yeniliklər, iqtisadiyyatın bütün sahələrində, əsasən isə informasiya və kommunikasiya texnologiyaları sahəsində müşahidə olunan dinamik inkişaf və bu inkişafın istər lokal istər beynəlxalq bazarları daim gərginlikdə saxlayan uğurları həyatımızın da ayrılmaz parçasına çevrilmişdir.

Bu günün texnologiyasının faydaları şəksiz şəkildə qəbul olunacaq səviyyədədir. Kobud dillə ifadə etsək ən yaralı yerimiz olan vaxt probleminə ən ideal həll olan müasir texnologiyaların faydaları inkar edilməzdir.     
    Lakin, təəssüflər olsun ki, yeni dünyada yeniliklər insanımızın fiziki halında da müşahidə olunmaqdadır ki, xalq arasında ciddi şikayət obyektinə çevrilmiş bu yeniliyi elmi şəkildə yaddaşsızlıq sindromu kimi qələmə aldım və bu sindromun səbəb və həllərini analiz etməyi qərarlaşdırdım. Yaddaşsızlıq tibb tarixində yeni bir sindrom olmasa da, gəncliyin geniş kütləsində bu sindromun üzə çıxması zəmanəmiz üçün yeni və aktualdır. Aktualdır ona görə ki, gələcəyimizin təminatçısı olacaq gənclərimizdəki bu fiziki qüsur, bizi gələcəyimiz barədə ümidsizlikliyə vadar edir.
         Məsələnin içində həqiqətən bir unutqanlıq var. Amma bunu yaddaşsızlıqla bağlamaq nə dərəcədə doğrudur? Çox düşünməyə dəyməz, növbəti abzaslarda bu suallara cavab tapmağa çalışdım, yəqin ki, nəticələrlə sizdə razılaşacaqsınız.     
Mənim fikrimcə bizim problemimiz elə heçdə adını məqaləmə başlıq etdiyim yaddaşsızlıq deyil, sadəcə olaraq yaddaşımızı lazımsız, faydasız şeylərlə məşğul etməmizdir. Gözəl bir məsəl var: insanın fikrində nə olarsa, dilində də o olar. Mən bu ifadəni mövzumuza uyğunlaşdırmağa çalışdım: fikrimizdə nə olarsa, yaddaşımızda da o olar. Yəni, zəmanə gəncliyi yaddaşsız deyil, sadəcə yaddaşlarını müasir texnologiyanın gətirdiyi və intellektimizə ciddi şəkildə təsir etdiyi boş, mənasız, faydasız əyləncə, oyun xarakterli məsələlərə sərf edirlər.
    Məqsədim bu ifadəmlə müasir texnologiyanın nəticələrinə mənfi don geyindirmək deyil. Bildiyimiz kimi, hər şey müsbət yolda istifadə edilməsi üçün mövcuddur. Lakin mənfi düşüncələrlə istənilən gözəlliyi çirkinliyə yönəltmək mümkündür. Bıçağın iki üzü kimi: bir üzü ilə mətbəx həyatımızı asanlaşdıra bilər, digər üzü ilə ağlasığmaz cinayətlər törədə bilərik və təəssüflər olsun ki, törədərik.
    Yollarımızı bəzəyən və gənclik ruhumuzu ciddi şəkildə zədələyən reklam afişaları, komputer oyunları, televiziya ekranlarında minlərlə insanın əqlinə neqativ təsir edən realiti şoular, teleseriallar və daha nələr, nələr... Bəli, texnologiyalar da müsbət addımlar üçün mövcuddur, amma...
       Sizi çox yormadan, fikrimi daha aydın çatdırmaq üçün mütaliə etdiyim kitablar arasından bəyəndiyim və mövzumuza uyğun maraqlı hadisəni sizinlə bölüşmək istərdim.
    
Bir daşla neçə bardaq sındırmaq olar? O, dərs dediyi tələbələr arasında öz əqli və iti zehni ilə seçilirdi. Bu şücaəti müəlliminin də ona olan rəğbətini artırmışdı. Bir gün alış-verişə yoldaşlıq etməsi üçün sevimli tələbəsini də dəvət etdi və bu təklifə etiraz etməyən tələbəsi ilə bazarın yolunu tutdu. Alacaqlarını bir daha gözdən keçirdi və tələbəsinə gözləməsini söyləyərək dükana daxil oldu. Müəllimin alış-veriş etdiyi müddətdə onun nəzərləri vitrindəki bardaqlara sataşdı və bir anlıq ağlından çılğın bir fikir keçdi: görəsən bir daşla bu bardaqların neçəsini sındıra bilərəm? Nəhayət müəllimdə alış-verişini bitirdi və onu səsləyərək qaldıqları təhsil binasına yola düşdülər. Gənc tələbənin fikri isə vitrində qalmışdı... Növbəti dərslərdə müəllim rəğbət bəslədiyi tələbəsinin dərsə hazırlığında ciddi bir gerilik sezdi və bu hadisə bir neçə gün davam etdi. Sonda sevimli tələbəsinin bu halına göz yummaq istəməyən müəllim onu otağına dəvət edərək məsələnin həqiqi üzünü öyrəndi. Səbəb gəncin vitrində və bir daşla sındıra biləcəyi bardaqların sayında qalan fikri idi. Bunu eşidər eşitməz müəllim onunla birlikdə alış-veriş etdiyi dükana üz tutdu, dükan sahibinə vitrinin və bardaqların məbləğini ödəyərək sevimli tələbəsinə əlində tutduğu daşı uzatdı və buyur dedi. Tələbəsi də öz növbəsində fikrindən daşınmaq üçün daşı vitrinə doğru atdı... Növbəti gün dərs otağında tələbənin əzmkarlığı yenə də ön planda idi.
     
    Yəqin ki, qeyd edilən hadisənin mahiyyətini anladınız. İnsan beyni çox həssasdır və əsasən mənfi məzmunlu vizual effektlər uzun müddət beyində həkk olunur ki, bunlar da fikirlərimizi asanlıqla alt-üst edir. Alt-üst olunmuş fikirlərlə ciddi işlərin qulpundan yapışmaq dəmək olar ki, qeyri-mümkündür.
      Əgər bütün sadaladıqlarımıza baxmayaraq sizdə ciddi şəkildə yaddaşsızlığın olduğunu dilə gətirirsinizsə onda başqa bir maraqlı hadisəni sizin ixtiyarınıza buraxıram. Yazmaq məndən, düşünmək sizdən.

   Göz tərbiyəsi. Osmanlı dövrünü yaşamış yaşlı biri öz yaddaşı ilə seçilirdi. Yanına gələn ziyarətçilərin tarixlə bağlı verdiyi bütün suallara qoca yaşına baxmayaraq dəqiqliklə cavab verməsi hər kəsi təəccübləndirirdi. Ondakı bu iti yaddaşın səbəbini soruşanlara isə belə deyərdi: bizim dövrümüzdə göz tərbiyəsi var idi, yəni biz yürüdüyümüz zaman yalnız bir addım önümüzə baxar, sola və sağa nəzərlərimizi qaçırmazdıq. Siz isə...  


Ardı məlumdur. Biz isə önümüzdən başqa hər yerə baxırıq. Bəli bu gün vurğulanan rəvayətdəki göz tərbiyəsini əldə etmək çox müşkül bir məsələdir deyirsinizsə və bunu necə əldə etmək olar sualı sizdə formalaşırsa cavab olaraq bildirmək istərdim ki, bu artıq sizin şəxsi məsələnizdir. Əgər həyatda sağlam mövqe tutmaq istəyirsinizsə iradənizə hakim olmalısınız və bəzi zəhmətlərə qatlanmalısınız. Unutmayın zəhmətin ardınca rahatlıq gəlir.
Yekun olaraq qeyd etmək istərdim ki, bu günün gəncində yaddaş problemi olsada, bu günün gənci yaddaşsız deyil. Bu günün gənci yüzlərlə futbolçunun, müğənninin, kino və telesiral qəhrəmanlarının adlarını səlis şəkildə yaddaşına həkk edə bilirsə demək ki, bu günün gəncində yaddaşsızlıq yox, yaddaşın düzgün istiqamətlənməsi problemi varıdır.

 

R.Əhmədov 

Analiz | Şərhlər(3)
Baxış sayı: 279
Açar sözlər: yaddaş 

Uşaq dünyası – oyuncaqlar

Yazar: Orxan Oruc @ Sentyabr 25, 2009 6:09

Hər bir uşaq yaşından və xarakterindən asılı olmayaraq sevilməli, arzulanmalıdır. Diqqət və mehribanlıq əhatəsində yaşamalıdır. Uşaq yaşadığı ailədə söz demək, müzakirə etmək və izah etmək hüququna malik olmalıdır. O hiss etməlidir ki onun fikri ilə maraqlanır, onunla hesablaşırlar.
      Uşaqların inkişafında oyuncaqların rolu da az deyil. Uşaqları özünə cəlb edən oyun və oyuncaqlar uşağın intellektindən xəbər verir. Uşağın marağını və fantaziyasını genişləndirir.

 Uşağın fantaziyaları, arzuları üçün mənbə ola bilən yeni təəssüratlar almasına çalışın. Uşağın başını müxtəlif oyuncaqlarla qatmağa çalışmayın, bu onun fantaziyasına xələl gətirə bilər. Ona hansı oyuncağı alım sualına isə cavab bəsitdir. Uşaqların əqli inkişafı üçün onlara konstruktor tipli oyuncaqlar alın. Uşaq hissələrə ayrılmış konstruktoru yığıb, onu əvvəlki formasına salmağa maraq göstərəcək. Oyuncağı az olan uşaqlar əqli cəhətdən gec inkişaf edir.
     Məktəbəqədər yaşlı uşaqlar oyuncaqlarını özləri seçirlər. Bununla yanaşı uşağın hər istəyini reallaşdırmaq düzgün deyildir. Belə uşaqların arzuladıqları heçnə olmur, çünki istəklərinə asanlıqla nail olurlar. Hər şeyə asanlıqla nail olan uşağın gələcəkdə qarşısına çıxan hər bir kiçik problem ona faciə kimi görünəcək. Lakin, həyatı dərk etməyə çalışan uşağı hər şeydən məhrum etməkdə düzgün deyil. Uşağı əhatə edən ətraf mühitdə elə şarait yaratmaq lazımdır ki, uşaq düşdüyü hər bir vəziyyətdən özü çıxmağı bacarsın. Əgər uşaq “mən oyuncaq istəyirəm” deyirsə, lakin, konkret olaraq nə istəyini bilmirsə o məhz hansı oyuncağı istədiyinə əmin deyil. Əgər, hər hansısa bir oyuncağı göstərib, təkidlə həmin oyuncağı istəyirsə, deməli, həmin oyuncaq onun fantaziyasında nəyisə canlandırıb. Uşaq, onun üçün məna kəsb etməyən oyuncağa meyl etməz.
     Uşaqlara, “özünü yaxşı aparsan” sənə istədiyin oyuncağı alacayam demək də düzgün deyil. Bu zaman uşaq gördüyü hər bir işdən mənfəət umacaq. Onu da nəzərə almaq lazımdır ki, uşağa səbəbsiz yerə çoxlu oyuncaqda almaq bəyənilmir. Belə halda, uşaq ərköyün və gələcəyin bədxərci kimi böyüyər.
     Uşaq otağında kifayət qədər oyuncaq olmalıdır. Uşaqlar oynayarkən oyuncaqlarını ətrafa səpələyirlər, oynayıb qutardıqdan sonra isə onları yığmağa tənbəllik edirlər. Bu zaman uşaqları tənbeh ətmək, onlara qışqırmaq olmaz. Yaxşı olarki onların otağında ayrıca “kiçik ev” düzəldəsiniz ki (uşaqla birlikdə) oynadıqdan sonra bütün oyuncaqlarını oraya tullaya bilsin.
     Uşaqlar oynayarkən valideyinlər diqqət yetirməlidirki, uşaq daha çox hansı oyuncaqları ilə oynayır. Uşağın maraq dairəsindən kənar qalmış oyuncaqları kiməsə hədiyyə etsəniz uşaq, açıqqəlbli olmağı öyrənər. Valideynlər uşaqlarının hansı oyuncaqla oynadıqlarına diqqət etməklə həmdə onların maraq dairəsinidə müəyyələşdirə bilərlər. Oyunları ev şəraitində, masa arxasında, açıq havada gəzintiyə çıxarkən və ya bağçaya gedərkən yolda da oynamaq olar. Oyuncaqlarla yanaşı çalışın uşağınıza hər gün kitab oxuyasınız.
     Uşaq ailə daxilində hər iki valideyndən eyni dərəcədə qayğı görməlidir. Hörmətli atalar! Əgər uşaq evdə sizlə qalıbsa onu başınızdan eləməyə çalışmayın. Onun asudə vaxtını onun üçün maraqlı və arzuladığı kimi qurmağa çalışın. Məsələn, onunla kitab mağazasına gedib uşağın sevimli nağılları olan kitabı və ya sevdiyi cizgi filminin və ya kinofilm diskini ala bilərsiniz. Evə qayıdarkən pop-korn yeyib, meyvə şirəsi içib qaranlıq otaqda kinoseans qurun.  Evdən çıxmadan da uşağın otağının dizaynını uşaqla birlikdə dəyişməklə və ya yüngül qəlyanaltı hazırlamaqla boş vaxtınızı maraqlı keçirə bilərsiniz.
     Uşaqlar yatarkən, adətən, özlərinin ən sevdiyi oyuncağı qucaqlayıb, valideyin tərəfindən danışılan nağılı dinləməklə yatırlar. Oyuncağı qucaqlayıb yatan uşaq özünü daha güvəncdə hiss edir. Nəzərə almaq lazımdır ki, həmin bu oyuncaq nə çox böyük, nə də çox kiçik olsun.
     Məktəb yaşına çatmış uşaqları isə əlavə olaraq hər hansısa idmana  uşağın maraqları daxilində dərnəklərə və ya hər hansısa incəsənət növünə yazdırmaqla onların dərsdən qalan asudə vaxtını maraqlı keçirməsinə nail olmaq olar. Komanda şəklində olan idman növündə uşağınız yeni dostlarla tanış olar və asanlıqla ünsiyyət qurma qabiliyyətinə yiyələnərlər.
     Bununla yanaşı nəzərə almaq lazımdır ki, uşaq öz asudə vaxtını özünün istəyinə görə nə ilə məşğul olacağını seçsin. Valideynlər öz istəklərinizi uşaqlarızın üzərinə yönəltməyin. Uşağa qarşı daha çox sevgi, mehribanlıq, onunla münasibətdə daha çox inam göstərin.
     Uşağın ətrafında nə qədər oyuncaq olursa olsun, valideynlə ünsiyyətdən və valideyn qayğısından faydalı ola bilməz.

                                                                    Aynurə  Əsgərova

Uşaq psixologiyası | Şərhlər(4)
Baxış sayı: 369
Açar sözlər: uşaq dünyası oyuncaqlar 

Göz aldadan rəsimlər və ya İlluziya

Yazar: Orxan Oruc @ Sentyabr 18, 2009 8:32

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Rənglərin insan psixologiyasina təsiri | Şərhlər(7)
Baxış sayı: 469
Açar sözlər:

Halüsunasiya və ya Qarabasma

Yazar: Orxan Oruc @ Sentyabr 17, 2009 5:03

Psixologiya, xüsusilə də psixiatriyada istifadə edilən bir deyim var-Halüsunasiya. Halüsunasya gerçəkdə mövcud olmayan bəzi obyektləri görmə,eşitmə,qoxusunu hiss eləmə,toxuna bilmə kimi duyğu məlumatları tərəfindən səhv,amma gerçək kimi qəbul edilmiş yalnış informasiyaya deyilir.Ancaq bunu İllüzya ilə qarışdırmaq olmaz.Çünki İllüzya müəyyən bir görüntünün göz tərəfindən səhv qəbul edilməsinə deyilir.İllüzyalar insanın görmə bucağı dəyişdiyi zaman baş verir.Halbuki Halüsunasyalarda adam gördüyü şeylərin həqiqi olduğuna inanır və onları realda hiss edirmiş kimi hiss edir.

Psixoz adlandırılan ağıl xəstəliklərində bunlara tez-tez rast gəlmək mümkündü.Xəstə səhv qəbul etdiyi,real olmayan bir çox şeyi gerçəklik kimi qavrayır.Məsələn Paranoid-Şizofreniyə tutulmuş xəstələr,mələk,cin və ya şeytancıqlar kimi varlıqların onu öldürməyə və ya yaxşılıq etməyə gəldiklərini iddia edirlər.Hipnoz yuxusu altında da müvəqqəti bəzi halüsinasyalar yarana bilər.

Halüsunasiya və ya qarabasması olan xəstələr bu vəziyyətdən qorxa bilərlər.Xəstə ilə söhbət etdiyiniz zaman onlara yaşadıqları hissləri,və gözlərinə görsənənləri sizə anlatmağını tələb edin və ona inandığınızı hiss etdirin,etibarda olduğunu hiss etsin. Halüsunasiyası olan xəstənin maraq dairəsini başqa istiqamətə yönəltmək faydalı ola bilər,qarabasması həmişə eyni məkanda baş verirsə otağı dəyişmək məqəsədəuyğun olar.Televiziyada qorxu,şiddət ehtiva edən ya da narahatlıq yaradan verlişləri izləməsinə şərait yaratmaq olmaz.Xəstə televiziya proqramı ilə gerçək həyatı fərqləndirməyi bacarmaya bilər.

Psixi pozuntular | Şərhlər(2)
Baxış sayı: 353
Açar sözlər: halüsunasiya qarabasma psixi pozuntu 

Fobiya

Yazar: Orxan Oruc @ Sentyabr 16, 2009 3:51

Fobiyaların əsl səbəbləri məlum deyil.Fobiyalar yaranma səbəblərinə görə növlərə ayrılmaqla bərabər eyni fobiya növündə də xəstədən xəstəyə dəyişiklik görmək mümkündür.Psixi pozuntuların çoxunda olduğu kimi fobiyaların da yaranma səbəbi bioloji,genetik və ekoloji amillərlə bağlıdır.Genetik olaraq:bəzi spesifik fobiyalarda genetik uyğunluq olur.Məsələn qan aldırma  fobiyası olan şəxslərdə ailədə bənzər xəstəliyin olması tez-tez müşahidə olunur.

Psixiatriyada fobiyaların keçmiş həyatla əlaqəli olaraq inkişaf etməsi barədə isbat edilməmiş müxtəlif nəzəriyyələr mövcuddur. Watsonun nəzəriyyəsinə görə fobiyalar şərtləndirilmiş refleks davranışları nəticəsində meydana gəlir.Məsələn lift qorxusu olmayan bir adam elektrik kəsilməsi ilə liftdə qapalı qalma nəticəsində lift qorxusu yarana bilər.Bu hadisə əvvəlində rahatlıqla liftə minə bildiyi halda liftə minə bilməz hala gələ bilər və yaxud da liftə mindiyi an həddindən artıq qorxu və həyəcan müşahidə edilə bilər.Freydə görə fobiyalar şüur xarici qarşıdurmalarla əlaqədardır və edip kompleks ilə əlaqəsi vardır.Basdırılmış, şüur xaricinə itələnilmiş bəzi qorxular yerini dəyişdirərək normalda qayğı yaratmayacaq bir obyekt və ya vəziyyətə yönəldi və bu şəkildə fobiyalar inkişaf edə bilər.Aparılan araşdırmalarda davamlı stresə məruz qalan uşaqların gələcək dövrlərində  fobiyatik davranışlar müşahidə edilib.Davamlı stres yaradan səbəblər arasında,erkən yaşda ana və ya atanın itkisi, ana və ya atadan ayrılma, ev içində şiddətə məruz qalma misal göstərilə bilinər.Bəzi fiziki xəstəliklər, nevroloji və psixiatrik xəstəliklərdə də fobiya semptomları rast gəlinir.Bu narahatlıqları korreksiya edərkən diqqətli diqqətli olmaz lazımdır.

Psixi pozuntular | Şərhlər(2)
Baxış sayı: 299
Açar sözlər: fobiya qorxu 

Depresiya Nədir?

Yazar: Orxan Oruc @ Sentyabr 15, 2009 7:27

Depresiya duyğuların duyğusuzluq vəziyyətidir.Adamın daha əvvəl maraqlandığı fəaliyyətlərdən uzaqlaşması,həmin fəaliyyətlərdən zövq ala bilməməsi, depresiyanın əsas əlamətləridir.Depresiyada olan şəxslər ümidini itirmiş olur,özlərini və  olduqları ətrafı bomboş, mənasız, zövqsüz, dəyərsiz hiss edirlər. Bu vəziyyət ruhi tarazlığın pozulması deməkdir.

Bəzən bu cür şəxslər ağlaya bilməmədiklərindən də  şikayətlənirlər.Depresiyada olan şəxslərdə məktəb və ya işdə müvəffəqiyyətsizliklərlə, məsuliyyətləri yerinə gətirə bilməməklərlə,yeni hislərə girişməkdə istəksizliklə, yuxusuzluqla,səhər erkəndən oyanma halları ilə,gecə yuxusunun pozulmaları ilə,problemləri ağıldan çıxarda bilməməklə,cinsi vərdişlərdə dəyişikliklər və iştah dəyişiklikləri ilə rastlaşmaq olar.Bəzən isə bu şəxslər həyatı və özlərini dəyərsiz hiss edə bilərlər,ölümü,özlərinə zərər verməyi düşünə bilərlər.Bu da depresiyanın və duyğusuzluq vəziyyətinin bir əlamətidir.Depresiya müalicə oluna bilər.Müalicədən sonra bu şəxslərin duyğuları və düşüncələri düzəlməyə başlayır.

Əgər kiməsə depresiya diaqnozu qoyulubsa,bunun nədən qaynaqlandığını maraqlana bilərsiniz.Hər bir şəxs depresiyaya düşə bilər.Depresiyadan çıxa bilmək üçün ilk növbədə depresiyanın nədən yarandığını bilmək lazımdır,bunu bildikdən sonra isə depresiyadan çıxmaq daha asan olur.

Psixi pozuntular | Şərhlər(6)
Baxış sayı: 557
Açar sözlər: depresiya 

Psixoz

Yazar: Orxan Oruc @ Sentyabr 7, 2009 10:41

Heç fikirləşmisinizmi ki,necə olur, bir insan özünü Napolyon ya da Sezər zənn edə bilir? Ya da, Tanrının, televiziya spikerləri vasitəsilə özünə mesajlar göndərdiyinə inana bilir? Özü kimi bir adamın, peyğəmbərliyini elan etməsinə gətirib çıxaran necə bir düşüncə sistemidir? Hansı məntiq oyunları adamın dedektivlər tərəfindən izlənildiyinə və evinə dinləmə cihazları yerləşdirildiyinə inanmasına səbəb olur?

Bu cür qəribə düşüncələrin qaynağında əvvəlcə şiddətli bir istək iştirak edir. Adam, əhəmiyyətli bir dövlət adamı, bir dini lider, böyük bir sənətçi ya da idmançı olduğuna inanmaq istəyir. Ancaq, bu cür istəklər yalnız ağıl xəstələrinə xas deyil. Hamımızın reallaşması qeyri-mümkün xəyallarımız var.Ancaq xəstələri bizlərdən ayıran xüsusiyyət, onların bu xəyalları gerçək zənn etmələrindədir.
Xəyalların gerçək zənn edilməsinə icazə verən məntiqin üç əsas xüsusiyyəti var. Bunlardan birincisi,yalnız bir ortaq cəhəti olan iki obyektin eyni qəbul edilməsidir. Məsələn, bu sistemlə düşünən biri üçün, 'Baş nazir eynəkli, mən də eynəkliyəm, elə isə mən də baş nazirim' deyə ağıl icra etmək mümkündür.Ya da 'Peyğəmbərin saqqalı vardı, əgər saqqal uzatsam mən də peyğəmbər ola bilərəm' düşüncəsi ilə.Ya da, tam tərsinə, anasının baxışlarını televiziyada izlədiyi yadplanetli varlığınkına bənzədərək, onun kosmosdan gəldiyini iddia edə bilər.
Psixoza icazə verən məntiqin ikinci xüsusiyyəti, təbiət və cəmiyyət qaydalarına görə işləyən müddətlərin, fərdi güc və niyyətlərə söykəndirilərək açıqlanması. Məsələn, psikotik bir xəstə, Bengaldeşdəki sel fəlakətinə, Kobe zəlzələsinə ya da kosmos aparatı qəzasına özünün səbəb olduğunu irəli sürür.İçindəki pis düşüncələrin ya da birinə yönəltdiyi nifrət duyğusunun bu hadisələrə gətirib çıxardığına inana bilər.
Psixotik məntiqin üçüncü xüsusiyyəti, əvvəl mühakiməyə çatıb sonra dəlil toplanması prosesi ilədir.Məsələn adam, Respublika başçısının ona əhəmiyyətli bir mesaj çatdırmağa çalışdığı iddiyasına malikdir. Televiziyanın qarşısına keçib xəbərləri izləməyə başlayır.Bu nöqtədən sonra artıq bütün olub bitənləri başındakı mühakiməni təsdiqləyən bir işarə olaraq görməyə hazır vəziyyətdə olur.
Psixotik məntiqin xüsusiyyətləri əslində bizə heç uzaq olan bir şey deyil. Onu xülyalardan və kiçik uşaqların düşüncələrindən tanıyırıq.Bu məntiq sağlam yetişkin insanda şüuraltında gizlənmiş olaraq gözləyir və bəzi kəslərdə psixozla birlikdə yenidən ortaya çıxır.

Psixi pozuntular | Şərhlər(1)
Baxış sayı: 337
Açar sözlər: psixi xəstəlik psixoz 

Utancaqsınızmı???

Yazar: Orxan Oruc @ Sentyabr 7, 2009 9:09

Utancaqlıq dərəcənizi ölçün

Sizə uyğun olan cavabların yanındakı boşluğu X ilə işarələyin. Sualların cavablarının yanındakı ( ) boşluğa atdığınız hər X işarəsni 1 bal olaraq hesablayıb ümumi balınızı təyin edin.

1- Utancaqlığın sizin üçün bir problem olduğunu düşünürsünüzmü?
( ) Bəli

( ) Xeyr

2- Utancaqlıq hiss etdiyinizdə aşağıdakı hansı duyğular keçirdirsiniz?
( ) Hirslilik

( ) Təklik

( ) Narahatlıq

( ) Gücsüzlük

( ) Başı qarışıqlıq

( ) Streslilik

( ) Depresif

( ) Gərginlik

( ) Üzü qızarmaq

( ) Anlaşılmazlıq

( ) Qorxu

( ) Sıxılmaq

( ) Qürurun zədələnilməsi

( ) İncimək

( ) Narahatlıq

( ) Gücsüzlük 

3- Utandığınızda hansı fiziki reaksiyaları göstərirsiniz?

( ) Üz qızarması

( ) Huşunu itirmək

( ) Mədə bulantısı

( ) Tərləmək

( ) Ürək sıxılması

( ) Mədə spazması

( ) Təngənəfəslik

( ) Titrəmə

( ) Şüur pozuntusu

( ) Ağız quruması

( ) Kəkələmək

4- Hansı düşüncələriniz utancaqlığınızla əlaqədar ola bilər?

( ) Gücsüzəm

( ) Tamam utancağam

( ) Çox rahat deyiləm

( ) Tək bir insanam

( ) Digərləri qədər yaxşı deyiləm

( ) Maraqsızam

( ) İctimai qabiliyyətlərim azdır

( ) İncidici və rəddedici ola bilərəm

5- Digərlərinin düşüncələri ilə əlaqədar düşüncələriniz?

( ) Digərləri utancaqlığımı qəbul edərmi görəsən?

( ) Digərləri fiziki əlamətlərimi fərq edərlərmi görəsən?

( ) Digərləri məni rədd edə bilərlərmi görəsən?

( ) Mənim kafi olmadığımı düşünə bilərlərmi?

( ) Maraqsız olduğumu düşünə bilərlərmi?

( ) Digərlərinin davranışları mənimkilərdən fərqlidirmi?

( ) Digərləri mənimlə birlikdə rahat deyillərmi?

6- Hansı davranışlar utancaqlığınızla əlaqədar ola bilər?

( ) Utancaqlıq yaşadacaq vəziyyətlərdən qaçınmaq

( ) Utancaqlıq yaşadan kəslərdən qaçınmaq

( ) Mümkün olduğunca az danışmaq

( ) Özüm haqqındakı kiçik şeyləri aşkar etmək

( ) Gözünü başqa yerə tikmək

( ) Çox çox gülmək

( ) Gərgin bədən halı

( ) Digərlərinə qatılmağa hazır olmaq

( ) Sakit danışmaq

( ) Vəziyyətdən qaçmaq

7- Hansı kəslər qarşısında utancaq davranarsınız?

( ) Ailə

( ) Xaricilər

( ) Eyni cinsdən kəslər

( ) Aşağı səviyyədəki insanlar

( ) Uşaqlar

( ) Yuxarı səviyyədəki insanlar

( ) Yoldaşlar

( ) İş yoldaşları

( ) Qonşular

( ) Qarşı cinsdən olan kəslər

Nəticə:
01 - 12 bal arası; Heç utancaq deyilsiniz
13 - 25 bal arası; Az utancaqsınız
26 - 38 bal arası; Bir az utancaqsınız
39 - 50 bal arası; Çox utancaqsınız

Testlər | Şərhlər(8)
Baxış sayı: 935
Açar sözlər:

Narsizim-onları necə tanimaq olar?!

Yazar: Orxan Oruc @ Sentyabr 7, 2009 7:32

Bu tip insanlar özünü sevən bir adamın bütün əlamətlərini özlərində daşıyırlar.Asanlıqla tanına bilən bir tipdirlər.Hətta boş sözlər dedikləri zaman belə özlərini çox əhəmiyyətli bir şey söyləmiş kimi hiss etdirirlər.Başqalarının söylədiklərini isə əksər vaxtlar dinləmir ya da onlara maraq göstərmirlər.

Narsist adamı hər cür tənqidə qarşı göstərdiyi həddindən artıq küsəyənlikdən də tanıya bilərik.Çox zaman isə narsistlər özlərini təvazökarlıq xüsusiyyəti altında gizlədə bilirlər;narsist meylli bir insanın təvazökarlığını özünə heyran olmaq üçün bir variant olaraq istifadə etməsi də çox rast gəlinən hallardandır.Müxtəlif əlamətləri olmasına baxmayaraq bütün narsisizm növlərində,ətraf mühitə qarşı marağın olmaması ortaq xüsusiyyətdir.
Özünü ideal bir insan modeli olaraq görən narsist adam, özünə ediləcək ən kiçik bir tənqidi belə hirslə qarşılayır ya da özünü alçaldılmış hiss edirlər.Özünü mükəmməl biri olaraq gördüyü üçün tənqid oluna biləcək bir tərəflərinin olmadığını düşünürlər. Özlərini çox əhəmiyyətli bir insan olduqlarına inanır,qabiliyyətlərini və müvəffəqiyyətlərini şişirdirlər
Freyddən sonrakı psixoanalistlərdən Horneyə görə (1939), narsistik adamın digər insanlarla romantik bağlantıları çox zəifdir və sevgi duyğusunu itirmiş olduqlarının boşluğunu hiss edirlər.Bu cür mənəm-mənəmlik hissinin şişməsi,cəmiyyətdə yox olma təhlükəsinin davam etdiyi şəraitdə yaşaya bilmək üçün,heç olmazsa özlərini bəyəndirmə xüsusiyyətlləri ilə bu boşluğu doldurmağa çalışırlar.
Narsist rəftarları ilə gündəlik həyatda qarşılaşa biləcəyimiz üçün bu xüsusiyyətli insanları bir az daha da araşdıraq:Məsələn,sevgisinə cavab verməyən qarşı cinsə aşiq olan narsist adam, qarşısındakının onu sevmədiyinə inanmaq istəməyəcək. "Mən onu bu cür sevərkən, onun məni sevməməsi qeyri-mümkün" ya da "o da məni sevməsə, mən onu bu cür sevə bilmərəm" deyə düşünəcək.Sonra da qarşı cinsin  onun sevgisinə cavab verməməsini "məni sınamaq istəyir" kimi düşünəcək.Bu nümunəyə baxaraq əslində narsist bir adamın, özündən xaricdəki realliği özününkündən fərqli olduğunu qavraya bilmədiyini görə bilərik.
Narsisizmi araşdırarkən, bunun iki növü arasında ayrı-seçkilik etmək əhəmiyyətlidir; bunlardan biri təhlükəsiz narsisizm,o biri radikal (xəstəlikli) narsisizmdir. Təhlükəsiz növündə narsisizmin obyekti,adamın öz səyləri nəticəsində yaratdığı şeydir. Məsələn adam dülgərdirsə və ya elm adamıdırsa düzəltdiyi əşyadan və yaxud icad elədiyi bir şeydən bir iftixar hissi duyur.
Xəstəlikli narsisizmdə isə, narsisizmin obyekti adamın yaratdığı ya da kəşf elədiyi bir şey deyil,sahib olduğu bir şeydir;məsələn bədəni, xarici görünüşü, sağlamlığı, zənginliyi və s.
Kişi və qadın arasındakı sevgidə çox vaxt narsist xüsusiyyətlər vardır. Bir qadına aşiq olan kişi, qadın "onun" olduqdan sonra qadında ollmayan, özünün ona yüklədiyi xüsusiyyətlərdən sonra qadına heyran olur,ona bağlanır.Qadın artıq yalnız onun bir parçası olduğu üçün, o kişinin gözündə fövqəladə xüsusiyyətlərin sahibi kimi görsənməyə başlayır.

Psixi pozuntular | Şərhlər(2)
Baxış sayı: 390
Açar sözlər: narsizim özündənrazılıq 

Freyd və Alfred Adlerdən maraqlı sitatlar

Yazar: Orxan Oruc @ Sentyabr 4, 2009 7:27

-30 illik tədqiqatlarıma baxmayaraq cavabını bilmədiyim böyük sual: "Qadın nə istəyir?"

 

 

 

 

 

 

 



Əgər təbiət qanunlarına görə baxsaq insan çox qabiliyyətsiz bir varlıqdır

Freyddən sitatlar: 

-Nә qәdәr кi güclü ideyaya söykənir,insan güclüdür.

-Hirsli insanın daş əvəzinə söz atdığı gün sivilizasiya yaranıb

-Аnаtоmiya – taledir.
 
-Hər bir unutqanlığın arxasında istəksizlik durur.

-30 illik tədqiqatlarıma baxmayaraq cavabını bilmədiyim böyük sual: "Qadın nə istəyir?"

-Orta əsrlərdə onlar mənim özümü yandırardılar,indi isə yalnız kitablarımı yandırırlar.

-Hər bir uyğyunlaşma hissəvi ölümdür,fərdiliyin azalmasıdır.

-Axmaqlığın birinci əlaməti utanmaq hissinin yerli-dibli olmamasıdır.

-İnsanın,əlçatmaz olanları hər şeydən daha çox dəyərləndirmək və arzulamaq xisləti vardır.

 

Adlerdən sitatlar: 


-Həyat bizə bagışlanmamışdır,bir məsuliyyət olaraq verilmişdir.

-Özünü tanimaq və dəyişdirmək,insan üçün öhdəsindən gəlinəsi ən çətin işdir.

-Sadəcə azadlıqdır ki,köksündən güclü insanlar çıxardır,təzyiq isə insan öldürür məhvə yönəldir..

-İnsanın ruhi həyatı onun seçdiyi məqsədə görə şəkil alir.

-Ruh təbiət qanununa tabe deyildir,çünki insanın göz önündə tutduğu məqsəd sabit deyil hər zaman dəyişir.

-Mütləq həqiqətə gedən yol sadəcə həddən artıq dərəcədə səhvlərdən keçir..

-Hələ tam başa düşülməmiş olsa da dinin də birgə yaşama məcburiyyətindən meydana gəldiyi görünür,dində müqəddəşləşdirilmiş birgə yaşama formaları digər şəkildə anlayaraq başa düşərək qavrama düşüncəsini əvəz edərək fərdlər arasında ünsiyyət əmələ gətirici rol oynayir.

-Əgər təbiət qanunlarına görə baxsaq insan çox qabiliyyətsiz bir varlıqdır.

-İstək əksiklik duygusundan özünü qurtarıb tam olma yolunda ruhda əmələ gələn bir kiçik hərəkətdir..

-Hər istəmə bir əksiklik duyğusu ilə əlagədardır və insanda bir doyğunluq , rahatlıq və tamlıq meydana gətirmə yönəlməsinin əmələ gəlməsinə yol açır..
-Çox böyük bir çətinliyin ruhda əmələ gətirdiyi gərginlikdir ki insanda plan qurma qabiliyyətinə ən maksimum səviyyədə hərəkətə keçirib o anda çətinlikdən çıxmağa və rahatliq əldə etməyə səbəbiyyət verir..


-Özümüzü başqalarının yerinə qoya bilmiriksə digərləri ilə ünsiyyət qurabilməyimiz mümkün deyil.



-Bir başqasının diqqətini çəkmənin ən asan yolu onun haqq və hüquqlarını qarantiyaya alınmış kimi hissetdirməkdir.

-Həm hipnoz edəbilmə və edilebilmə tamamən kor koranə itaətlə əlaqədar vəziyyətlərdir..


-Uşaqlara lağ etmək onların inkişafina vurulmuş ən böyük zərbədir.

-Oyun oynamaqdan qaçan uşaqlarn ruhi vəziyyətlərində mütləq bir anormalliq vardir.

**Usagin daima birinci olmasini istemek ona cox sey gazandirmaz..
**Insanin butun davranısı bir hedef ve megsed terefinden mueyyen olunur ve bu megsed de basgalarindan ustun ve guclu olma basgalarina sozunu yeridmek maskasina burunur..
**Ustunluk megsedi gizli bir megseddir Cemiyyet hissine mane olacagina gore daima gizlilik icinde inkishaf eder ve hemmise dostluk maskasinin altinda gizledilir..
**Ozlerine garsina inami olmayanlarin basgalarina garsi da inamsizliga sahib olmalari gorulen bir veziyyetdir..
**Insan mueyyen seviyyede bir tevazokarlıga sahib olabiler amma yene de icinde ozunu beyenme hiss vardir..
**Ozunden bedguman olan insanlar eyer bu hisslerini gosterilmesine icaze verilmese ve ya o muhitde olmasalar basgalarina zerer vermeyi isteyeller ..
**Bizi duz yoldan donduren real tecrubelerimiz deyil real esyalar haggındali dusuncelerimiz ve hediseleri deyerlendirme terzimizdir..
**Bir sohbet zamani daima atalar sozunden ve ya buna benzer mudrik sozlerden istifade eden insan garsidaki insanin dusuncelerine hec ehemiyet vermediyini gosterir..

Dahilər | Şərhlər(4)
Baxış sayı: 663
Açar sözlər: adler freyd 

Erik Fromm

Yazar: Orxan Oruc @ İyul 26, 2009 7:30

-YAXŞI ƏNƏNƏLƏR

-TALE VƏ ETİKA AXTARIŞINDA

-PSİXOANALİZİN TƏRƏFDARI

-QORXUNC PROQNOZ

-FREYDİZM, MARKSİZM VƏ İUDAİZM

-İNAM SƏNƏTİ

 

Əgər mən öz arxamda deyiləmsə, onda kim mənim arxamda duracaq?

Əgər mən təkcə özüm üçünəmsə, bəs onda mən kiməm?

Əgər indi yox, bəs onda nə vaxt


 
ERIK FROMM
Bioqrafiya     


Erik Fromm – öz dövrünün əhval-ruhiyyəsini müəyyən edənlərdən və XX əsrin dahi mütəfəkkirlərindən biri. Bütün dünyada onun ideyaları qədər geniş yayılan çox az psixoloq tapmaq olar (Hələ Frommun sağlığında onun əsas əsərləri milyonlarla tirajda çap olunub).

Eyni zamanda treninq və diaqnostik manipulyasiyalara meyilli bir çox praktik psixoloqlar Fromm barədə demək olar ki, heç nə bilmirlər. Onun əsərləri əsasən insanın təbiəti, bu dünyadakı yeri, mövcudluğunun mənası barədə fəlsəfi, etik, sosial-psixoloji yanaşmaları əhatə edir. Əslində bütövlükdə psixoloji tədqiqat işləri elə bu yanaşmalardan doğur.

 

YAXŞI ƏNƏNƏLƏR   


Erik Fromm 23 mart 1900-cь ildə Frankfurt-Maynda yəhudi ailəsində dünyaya gəlib. Anası Roza From-Krauz Rusiyadan emiqrasiya edən ravvinin qızı, əmisi Dayan Lüdviq Krauz isə Poznanda tanınmış talmudistlərdən biri olub. Əmisinin Talmud oxumaq barədə nəsihətlərindən təsirlənən Erik həyatını iudizmin öyrənilməsinə və təbliğatına sərf etmək istəyirdi. Onun ailə ənənəsi buna imkan verirdi.


Ticarətlə məşğul olan Erikin atası da ravvin oğlu olub. O ailəsində ortodoksal dini ənənələri saxlanmağa çalışıb.  Bütün günü kiçik butikində müqəddəs kitablar oxuyan ata, alıcıların onu oxumaqdan ayırmasından həmişə şikayətlənərdi. Təbii ki, belə bir  məqam Erikin ailəsinin maliyyə işlərinin pis olmasına gətirib çixardı.

Fromm həyatının sonuna qədər yaxınları ilə əlaqəsini itirmədi. Onların – Yəhudi icmasının – tamahkar işbazlarla ümumi heçnəyi yox idi. Fromm özü öz dünyasını kapitalizmə qədərki dövr, bəzən isə burjuaziyadan tamamilə kənar, orta əsr dünyası kimi təsvir edirdi.

O, xatırlayırdı: “Yanımda kimsə işbaz olduğunu, həyatını pul qazanmağa sərf etdiyini dedikdə mən heyrətə gəlir, onun yerinə xəcalət çəkirdim”. Çünki, İudist adətlərinə görə istənilən zəhmət, əmək özünütəkmilləşdirməyə, kamilliyə xidmət etməlidir. Maddiyat ruhi təminatların ödənilməsi üçün azadlıq əldə etmənin məqsədi yox, yazlnız vasitəsi ola bilər. Fromm sonralar iudist adətlərindən uzaqlaşsa da onun fəlsəfi nəzəriyyələrinin əsasında bu meyar dururdu.

Frommun gənc vaxtında Tor və Talmudu oxuyarkən gəldiyi nəticələr: “Bəşəriyyətin, insanlığın tarixi itaətsizlik aktından başlayır, həmin zamandan etibarən onun azadlığı və intellektual inkişafı başlayır”. Sonralar 60-cı illərin gənc üsyançıları entuziazmla bu ideylara köklənmişdilər.

Müqəddəs yazılarda Frommu aşağıdakı spesifik yazıların təsirləndirdiyi xarakterikdir:

Addəm və Həvvanın günaha batma tarixi,

İbrahimin Soddom və Qommor əhalisini himayə etməsi,

İon peyğambərin həyatı.

Frommun özünün “günahabatma” tarixi də maraqlıdır. Bir gün Fromm möhkəm ac olduğu vaxt küçə kioskundan gələn dadlı iyə meyl göstərir. Çox düşünməyən gənc talmudist, isti donuz sossiskasını alır, yoldaca yeyir. Və dünya heç də tərsinə çevrilmir! Hətta, gənc özünü pis və günahkar hiss etmir. Bəlkə də biz həmin sossiskaya minnətdar olmalıyıq ki, dünya adi ravvinini itirmiş, əvəzində dahi psixoloq qazanmışdır.  

 

TALE VƏ ETİKA AXTARIŞINDA

Frankfurtda Fromm şəriət və dinlə yanaşı ümümtəhsil fənnlərinin də tədris olunduğu milli məktəbdə oxuyur. 1918-ci ildə o, kamillik attestatını qazanmaq üçün imtahan verir  və bir qədər tərəddüd etdikdən sonra seçimini dini təhsildən imitinada və hüququn öyrənilməsinə edir.  Fromm hüququ “bütün cəmiyyətlərin etikasının şəffaflıq minimumu” hesab etdiyindən  onun bu qərarı radikal hesab edilmədi. Amma hüquqşünas olmaq perspektivi cəlbediciliyini qısa müddətdə itirir və o, fəlsəfə, sosiologiya və psixologiyanı öyrənmək üçün Qeydelberqə yollanır.

Qeydelberq universitetində sosiologiya Maks Veberin adı ilə nüfuz qazanmışdı. Amma Fromm onunla tanış olmağa macal tapmır. O, sosiologiyanı Maksın qardaşı Alfred Veberdən öyrənir və onun rəhbərliyi altında 1922-ci ildə doktorluq dissertasiyasını müdafiə edir.

Frommun şəxsi həyatında və elmi karyerasında vacib hadisə onun Frida Rayxmanla tanış olmasıdır. Frida bu tanışlığa qədər Kurt Qoldşteynin, sonra autogen məşq məktəbinin banisi İ.X.Şulçun assisenti olmuş, 1923-cü ildə isə Hans Saksın rəhbərliyi altında Berlin Psixoanalitika Məktəbində psixoanalizə yiyələnmişdi. 1924-cь ildə isə Frida Rayxman Qeydelberqdə özünün “Terapoytikum”  pansionatını açmış və orada psixoanalizi praktika etmişdi.

Əvvəlcə sırf dostluq olan bu tanışlıq üçüncü şəxsin vasitəsiylə başlayıb. Lakin qisa müddət sonra Frida Frommu psixanalizlə maraqlandırmağa nail olur və ona özünün analitiki olmağı təklif edir. Öz pasiyenti ilə ailə quran Şandor Rado və Vilhelm Rayxın taleyi kimi, Frida Rayxman ilə Erik From arasındakı terapevtik əlaqə də evliliyə səbəb olur (gəl indi bundan sonra sevgini transferlə qarışdırma da!).  Çoxları analitik etriafların, onların kəskin yaş fərqlərinin olmasının (Frida ondan 10 yaş böyük idi) bu evliliyə mane ola bilməməsinə heyrət edirdilər. Bununla belə, şübhələr öz təsdiqini tapır. Cəmi 4 il bir yerdə yaşayan cütlük ayrılır. Lakin onlar mehriban münasibətlərini qoruya bilirlər, nəticədə Frida ömrünün sonuna kimi iki soyadla yaşayır – Fromm-Rayxman və bununla heç də az olmayan məhşurluq qazanır.

 

 

PSİXOANALİZİN TƏRƏFDARI

Fromm psixoanaliz hazırlığını XX əsrin sonlarında analitiklərin və klientlərin diqqət mərkəzində olan, birincilik uğrunda Vena Universiteti ilə mübarizə aparan Berlin Universitetində almışdı. Müxtəlif illərdə burada Şandor Rado, Frans Aleksander, Maks Eytinqon, Hans Saks, Vilhelm Rayx, Rene Spiç və digər tanınmış analitiklər təcrübə keçmiş və müəllimlik etmişdilər.  Burada Fromm Karen Xorni ilə yaxından tanış olur və onun himayəsi sayəsində Çikaqoda professor vəzifəsini əldə edir.

1925-ci ildə məcburi psixoanalitik hazırlığı (qeyd edək ki, əleyhidarları onun tibbi təhsilinin olmamasını xüsusilə vurğulayırdılar) bitirdikdən sonra öz şəxsi kabinetini  açır. Onun pasiyentləri arasında çoxlu amerikalılar olur. Onlarla ingiliscə danışan Fromm böyük uğurlar əldə edir və nəticədə okeanın o biri tərəfinə assimliyasiya olur.

Əvvəlcə Fromm ortodoksal Freydizm mövqeyində dayanır, ilkin işləri mötəbər psixoanalitik jurnallarda, o cümlədən tanınmış “İmaqo” dərgisində nəşr olunur. Ziqmund Freyd ilə onun heç vaxt şəxsi tanışlığı olmayıb. Zaman keçdikcə Freyd doktrinasına bağlılığı zəifləyir və nəticədə Fromm psixoanalizin ən cəsarətli təftişçilərindən biri kimi çıxış edir.  

 

 

QORXUNC PROQNOZ

Hitlerin hakimiyyətə gəlməsi Almaniyada qayda-qanunların səhmana salınması kimi qəbul edilir və buna görə də əhali tərəfindən alqışlanırdı. Fromm belə nəticə çıxarır ki, şəxsi azadlıqla bağlı insanın öz taleyinə cavabdeh, məsuliyyətli olması – çoxlarının daşıya bilinmədiyi bir yükdür və bu səbəbdən xalq öz azadlığından imtina etməyə hazırdır

Geniş təcrübə, pasiyentlərlə ünsiyyət Fromma insan psixikasının formalaşmasında sosial və bioloji münasibətlərin dərk edilməsi üçün zəngin material verir. Emprik materialların təhlilini o, Frankfurt-Maynda Sosial Tədqiqatlar İnstitutunda işləyərkən aparır (1929-1932).

nstitutun sosial psixologiya bölməsinin rəhbəri Fromm, 1932-ci ildə böyük sosial qrupların davranışında dərk olunmayan motivlərin tədqiqatını təşkil edir.  Yekun olaraq bu nəticəyə gəlir ki, xalq kütlələri nəinki yeni doğulmuş faşizmə müqavimət göstərməyəcəklər, hətta öz əlləri ilə onu hakimiyytə gətirəcəklər. Belə “irrasional” hadisənin izahını Fromm, “azadlıqdan qaçma” mexanizmində görürdü. Belə ki, milli təhqirlərlə, işsizliklə, infilyasiya ilə incidilən xalq kütlələri azadlığın verdiyi üstünlüklərdən könüllü şəkildə imtina edir, onu bir kasa yala təminata və “sabitliyə” dəyişməyə hazır olur.   (Buna görə də bu nəzəriyyə psixologiyada klassika hesab edilir və həyat onu dəfələrcə təsdiq edir).

Tədqiqatın nəticələri onu böyük xəyallardan imtina etməyə vadar edir və Fromm 1933-cü ildə Almaniyanı tərk edən birincilərdən olur (“Böyük əl” və “yeni qayda-qanun” illuziyaları ilə yaşayan onun həmkarları nəticədə təlaş içərisində canlarını qutarmağa çalışdı, bəziləri isə heç buna da nail ola bilmədi).

 

 

FREYDİZM, MARKSİZM VƏ İUDAİZM

Fromm ABŞ-da məskən salır. Orada 1941-ci ildə onun ingilis dilində yazdığı totalitarizmin müxtəlif modifikasiyalarını ifşa edən kitabı – “Azadlıqdan qaçış” işıq üzü görür. Kitab müəlifinə Amerikada məhşurluq, Almaniyada isə nifrət qazandırır. Fromm, müharibə bitdikdən sonra belə, oraya qayıtmır.

Amerikada - əvvəlcə ABŞ-da, daha sonra Meksikada Fromm geniş pedaqoji və tədqiqat işləri ilə məşğul olur, böyük kliniki praktika aparır, ona böyük şöhrət qazandıran kitablar yazır və nəşr etdirir: “İnsan özü üçün” (1947), “Nağıllar, Miflər və Yuxugörmələr” (1951), “Sağlam Cəmiyyət” (1955), “Sevgi sənəti” (1956), “Ümidlərin inqilabı” (1968), “Əldə etməli, yoxsa olmalı?” (1976) və başqaları.

Freyd nəzəriyyəsini yenidən qiymətləndirmək və yaradıcı inkişafına nail olması Frommu müasir hümanitar elm istiqamətlərindən birinin – neofreydizmin banisinə çevirir. (Lakin onu həm də hümanist psixologiyanın teoretiklərindən biri hesab edirlər. Özünü aktuallaşdırma onun fikirlərində açıq-aydın təzahür edir: “İnsan həyatının əsas məqsədi – özünə həyat vermək, öz potensialını ortaya qoymaqdır. Onun səylərinin ən vacib  nəticəsi – onun özünün şəxsiyyətidir”


Fromm insan davranışının bioloji motivlərinə olan vurğunu psixoanalizdə sosial amillərə dəyişməklə bu 2 bağlanğıc arasında tarazlığa nail olmağa çalışır. Belə ki, adətən o, insandan məqsəd yox, vasitə kimi istifadə edildiyində, həyat fəaliyyəti və əmək prosesində insanın öz mahiyyətindən özgələşməsini, yadlaşmasını bildirən Marksist konsepsiyasına əsaslanırdı.   

 
Freydizmin marksizmlə sintezi ümumiyyətlə Frankfurt məktəbinin bir çox nümayəndələri üçün xarakterik olmuşdur. Amma onların ictimai strukturların formalaşmasında inqilabçılığın rolu barədə fikirləri üst-üstə düşmürdü. Məsələn, H. Markuze Avropada nəşr olunan kitabında “Eros və sivilizasiya”da neofreydistlər, xüsusilə də K.Xorni və E. Frommu   - freydizmi bütün zamanlar və mədəniyyətlər üçün mənəvi moizəyə çevirməkdə  ittiham edir.

From da Markuzenin ideyalarını tənqid edir. Markuze inqilab, cəmiyyətin problemlərinin həllinə “cərrahi” üsul təklif edir; From isə daha çox “Terapiya” metodlarına, tərbiyyə, maarifçilik, əbədi əxlaq dəyərləri əsasında hümanizasiya təklif edir.   

Burada biz qədim fəlsəfi mübahisnin izlərini görərək – nədən başlamalı: “Mən”dən, yoxsa “Biz”dən? Fromm başa düşürdü ki, insanı tarix yaradır və buna aid onun məşhur bir kitabı var – “İnsan özü üçündür”. Frommun Talmuddan götürdüyü epiqrafı tərcümə etsək kitabın adı və mahiyyəti bizə aydın olar: 

Əgər mən öz arxamda deyiləmsə, onda kim mənim arxamda duracaq?

Əgər mən təkcə özüm üçünəmsə, bəs onda mən kiməm?

Əgər indi yox, bəs onda nə vaxt?

 

 

İNAM SƏNƏTİ

Fromm müxtəlif mədəni tiplərin təsirlərindən formalaşan sosial xarakterlərin tiplərini təhlil edərək, humanist və avtoritar etikanın təsir rollarını göstərmişdir. O, insanın öz fikrini və iradəsini həm xarici avtoritar hakimiyyətə, həm də ictimai  rəyin anonim avtoritetlərinə qarşı çıxa bilməsini və çıxmalı olduğunu deyirdi.  Belə ki, Fromm sərbəstliyi və özünütəkmilləşdirməni insanın avtoritarizmdən, onun bütün mümkün növlərindən xilas kimi görürdü. 

Bu fikir onun ən məşhur kitabı – “Sevmək sənəti”ndə ana xəttdir. İnsan 2 uçurum - aqressivlik və itaətkarlıq - arasından müstəqil seçim etməlidir. Əqli ilə o digər canlı varlıqlardan fərqlənir və əqldən başqa onun güvənci yoxdur. Hələ 2-ci Dünya savaşından öncə o göstərdi ki, totalitarizm, sərbəst iradə və müstəqil düşüncənin susdurulması təkcə, hakimiyyətin terror və qəsbkarlığının deyil, həm də milyonlarla insanın əqli və azadlığı qiymətləndirə və sevə bilməməsinin nəticəsidir. Bu isə onları bədxahlığın və bəzən də cəlladlığın iştirakçılarına çevirir.

İndi də irrasional destruktivliyin yeganə layiqli və etibarlı müqavimətçisi əql və xoş niyyətdir. Frommun arzuladığı “Sağlam cəmiyyət” hələ də qurulmayıb. Tənhalıqdan, yadlaşmadan, darıxdıcı reallıqdan gündəlik və ictimai həyatdakı psixopatalogiyalara, narkotik illuziyalara, səmərəsiz sabit əməyə qaçış -  məgər bizim bugünki problemimiz deyilmi? Buna görə də Frommun sözləri indinin özündə də öz aktuallığını saxlayır:

“İnsan inamsız yaşaya bilməz. İndiki və gələcək nəsillər üçün həlledici məsələ insaların nəyə inanmalarındadır. O, rəhbərə, maşına, uğura irrasional inam bəsləməli, yoxsa öz səmərəli həyat təcrübəsinə söykənən rasional inamla yaşamalıdır?!”  

 
 
 
 
 
© Kamil HƏMİDOV
kamilhamidov@gmail.com





Dahilər | Şərhlər(1)
Baxış sayı: 408
Açar sözlər: erik fromm 

Astrologiya elmi

Yazar: Orxan Oruc @ İyul 23, 2009 22:13

Falçılığın çox qədim növlərindən biri də astrologiyadır.

Göydə ayın fazasının dəyişməsinin Yerdəki həyata nə dərəcədə təsir etməsi, istər elmə və istərsə də, sadə adamlara məlumdur: Ayın hilal və ya tam formasında olmasından asılı olaraq, insanların psixi əhval-ruhiyyəsi passivləşir və ya aktivləşir, qadınlarda xüsusi fizioloji hallar baş verir.Eyni zamanda, on bir ildən bir baş verən Günəş aktivliyinin də, Yerdəki həyatla birbaşa əlaqəsi olduğu elm tərəfindən qeyd-şərtsiz qəbul olunub.

Yerlə ən çox əlaqəsi olan bu iki göy cismi Yerdəki həyata nə dərəcədə təsir göstərsə, məhz kainatın hər bir digər ulduzu, kometi, planeti və digər elementləri də eyni formada təsir göstərir. Bütün bunlar Yerin ətraf kainatdan təcrid olmadığını, onu əhatə edən ulduzlar sisteminin onun planetlərindəki həyata birbaşa təsir göstərdiyini ifadə edir. Çünki, nəhəng kainatda mövcud olan hər şey vahid bir orqanizm, biri-biri ilə rabitədə olan tam bir sistem təşkil edir və hissənin tamla dialektik əlaqəsi, harmoniyası prinsipinə görə də, dünyadakı hər bir element, varlıq, ümumən kainatla ən azı 4 növ sahə – qravitasiya, elektromaqnit, güclü və zəif nüvə sahələri ilə, ən çoxu isə, adı hələ elmə məlum olmayan daha neçə növ sahələrlə qarşılıqlı təsirdədir. Bu təsirin qırılması, relyativistik fizikadakı yaxınatəsir prinsipi üzrə, bütün Kainatda, cüzi də olsa, müvafiq reaksiyalara gətirib çıxarmalıdır. Bunlarsa öz növbəsində Yerdəki həyatın istiqamətinin təkcə Darvinin təbii seçmə aktı ilə deyil, eyni zamanda, həm də Günəş sistemini və Yeri əhatə edən ulduzlarda baş verən proseslərlə əlaqədar olduğunu göstərir.

Müasir heliosentrik astronomiya nəzəriyyəsinə görə Günəş sisteminin qalaktika ətrafındakı bir dövrəsi 8 mln. ilə, yaxud qədim astrologiyadakı 1 kosmik eraya bərabərdir.

Günəş sisteminin Qalaktika daxilindəki:

    360 dərəcə, yaxud 12 Zodiak bürcü qədər yerdəyişməsi

 – 25 920 ilə, yaxud bir astroloji kosmik ilə;

    30 dərəcə, yaxud bir Zodiak bürcü qədər yerdəyişməsi

– 25920 : 12 = 2160 ilə, yaxud bir astroloji kosmik aya; və nəhayət,

    1 dərəcə yerdəyişməsi (prosessiya sikli)

– 2 160 : 30 = 72 ilə və yaxud, qədim astrologiyadakı bir kosmik günə bərabərdir.

İnduktiv olaraq, ayrılıqda Yer kürəsinin ayrı-ayrı bürclərdə yerləşməsi (yəni Yerdə yaz, yoxsa payız aylarının başlanması) onun üzərindəki həyata eyni cür təsir göstərmədiyi kimi, bütövlükdə Günəş sisteminin də, fərqli bürclərdə yerləşməsi, onun planetlərindəki həyatda izsiz ötüşmür. Məs., Günəş sisteminin bu deyil, bir başqa qalaktikada, məs., Andromeda dumanlıqlarında mövcud olduğu hal üçün, təbii ki, onun planetlərində indiki iqlim, həyat üçün indiki münbit şərait mövcud olmayacaqdı və eyni qayda ilə də, bu Günəş sisteminin Orion bürcü, Böyük İt bürcü və b.-nın ulduzları yaxınlığında yerləşməsi də onun planetlərinin iqlimində, həyatında izsiz ötüşməyəcəkdi, onun planetlərinin həyatında bir başqa reaksiyalar doğuracaqdı. Eyni hal Günəş sisteminin öz planetləri ilə birgə 12 bürcü birbəbir gəzməsinə də aiddir.

Qədim astrologiyada ayrı-ayrı bürc altında doğulan insanlara ayrı-ayrı xüsusiyyətlər şamil edilir. Başqa sözlə, Oğlaq bürcü altında doğulanlarla, Qız bürcü altında doğulan insanların istər fizioloji və istərsə də, emosional, intellektual və iradi cəhətdən biri-birindən fərqləndiyi iddia edilir. Həqiqətən də, bu heç bir mistiklikdən deyil, adi bioloji zərurətdən irəli gələn qanunauyğunluqdur. Belə ki, qış aylarında dünyaya gələn insanla, yay aylarında dünyaya gələn insanın ana bətnində inkubasiya keçmə dövrü eyni olmadığından, onların, belə deyilsə, bünövrəsi də, başqa-başqa kərpiclərdən (vitamin, mineral və s.-dən) hörülür, psixikası ananın tamam fərqli mövsümlərdəki əhval-ruhiyyəsi əsasında formalaşır.

Astrologiyada ayrı-ayrı planetlərə fərqli xüsusiyyətlər yazılır və onların Yerdə müvafiq ictimai hadisələr törətdiyi iddia edilir. Həqiqətən də, fərqli tezlikli elektromaqnit dalğalarının insan psixikasında fərqli reaksiyalar törətdiyi elmə məlumdur. Belə ki, elektromaqnit dalğalarının 9 hers tezliyi – qorxu, bənövşəyi, göy və yaşıl rənglərə uyğun tezliyi – emosional süstlük və qırmızı, narıncı, sarı rənglərə uyğun tezliyi – emosional oyanış, psixi aktivlik törətdiyi çoxdan sübut olunmuş faktdır. Planetlərin Günəşdən alaraq əks etdirdiyi şüalar da, elektromaqnit dalğalarından savayı özgə bir şey deyil və onların orbitinin Günəşdən uzaqlıq dərəcəsindən asılı olaraq, inikas etdirdikləri şüaların tezliyi, xarakteri də, eyni deyil. Bu baxımdan, hansı planetin Yerə daha yaxın yerləşməsindən asılı olaraq, Yerdəki atmosferin elektromaqnit balansı, onun da sayəsində, bunun insanların psixikasına təsiri fərqli olmuş olur.

Astrologiyada müxtəlif planet birləşmələrinə xüsusilə əhəmiyyət verilir. Belə ki, iddia edilir ki, ayrı-ayrı planetlərin hansısa bir bürcdə «görüşdüyü» bütün hallarda Yerdə həmişə biri-birinin təqribən təkrarı olan hadisələr baş verəcək. Həqiqətən də, elektrodinamikada dalğaların superpozisiyası qanunu qüvvədədir. Belə ki, fərqli tezlikli dalğalar birləşdiyi halda, biri-birini söndürməyib 3-cü bir tezlikli dalğa şəklində kombinə olunurlar və yeni tezlik yaradırlar. Bu da, eynilə yuxarıda deyilən tipli effekt törədir. Bu sonuncuya nümunə olaraq Saturn-Neptun birləşməsini göstərmək olar ki, qədim astrologiyada bu – çevriliş, inqilab, hansısa dövlət rəhbərinin öldürülməsi və s. kimi xarakterizə edilirdi. Təkcə XIX-XX əsrlərdə bu iki planet biri-biri ilə 1881, 1917-18, 1953 və 1989-cu illərində birləşib ki, bunlardan birincisi – Rusiyada xalq hərəkatı və II Aleksandrın öldürülməsi, ikincisi – yenə Rusiyada məşhur xalq hərəkatı (Böyük Oktyabr inqilabı) və Nikolay II Romanovlar ailəsinin öldürülməsi, üçüncüsü – Stalinin ölümü və nəhayət, dördüncüsü – postsosialist məkanındakı inqilab dalğaları və bunlardan bəzilərinin rəhbərlərinin (məs., Çauşeskunun) öldürülməsi ilə üst-üstə düşür.Göstərilən hallar insanların kütləvi surətdə emosional aktivləşməsinin, çılğınlaşmasının bariz nümunəsidir.

Bunlardan savayı, astrologiyada əlahiddə diqqət verilən daha bir hal – iki deyil, daha çox planetin birləşməsidir ki, çox nadir halda baş verən bu birləşmə, astrologiyada «planet paradı» adı ilə məşhurdur. Təqribən 480-500 ildən bir baş verən «planet paradı» dövrləri Yer tarixindəki ən böyük ictimai, siyasi, mədəni oyanışlarla əlaqədardır. Məs., belə parad illərinə aiddir: 1) y.e.ə. VI-V əsr; 2) yeni eranın başlanğıcı; 3) y.e. V-VI əsr; 4) y.e. X-XI əsr; 5) y.e. XV-XVI əsr; 6) və nəhayət, XX əsr. Bunlardan birincisi – Uzaq Şərqdə Kun-Tezi, Budda fəlsəfələrinin, qədim Yunanıstanda antik mədəniyyətin yaranması, inkişafı, Yaxın Şərqdə fars etnosunun yaranması və Çindən Yunanıstana qədər bir ərazidə yayılması dövrü ilə, ikincisi – xaçpərəstliyin yaranması, Roma imperiyasının meydana gəlməsi və qədim Roma intibahı ilə, üçüncüdördüncüsü – İslamın meydana gəlməsi, Ərəb xilafətinin yaranması və Yaxın Şərq intibahının başlanması ilə, beşincisi – Orta Əsr Avropa renessansı ilə (maraqlıdır ki, planet paradının apogeya həddi Amerikanın kəşfi ilinə – 1492-ci ilə təsadüf edir) və nəhayət, sonuncusuXX əsr intibahı ilə əlaqədardır.

Burada bir neçə sual ortaya çıxa bilər. Məs., sual oluna bilər ki, axı Günəş sistemi bir təkcə planetlərdən deyil, həm də, çoxlu sayda asteroid, bolid və kometlərdən ibarətdir?Məsələ burasındadır ki, qədim astrologiyada bunların da təsiri nəzərə alınırdı məs., adına hələ qədim Çin mənbələrində rast gəlinən Halley kometi (qədim astrologiyada o, «Polın ulduzu» kimi tanınırdı) qədim astrologiyada viranəlik, dağıntı, bədbəxtlik rəmzi kimi tanınırdı. Halley Yer planetinin yaxınlığında 476-ci ildə, 1060-cı ildə, 1202-ci ildə 1452-cü ildə, 1986-cı ildə görünüb. Bunlardan birincisi qədim Roma imperiyasının, ikincisi Böyük Britaniya imperiyasının dağılması ilə, üçüncüsü türklər tərəfindən Avropa, Asiya, Afrikada uzunmüddətli müharibələr nəticəsində Osmanlı imperiyasının yaranması ilə, dördüncüsü – Səlib yürüşü ilə və nəhayət, sonuncu SSRİ imperiyasının dağılması və postsosialist məkanındakı bugünkü viranəlik dövrü ilə üst-üstə düşür.Nəhayət, sual oluna bilər ki, axı Günəş sistemi qədim alimlərin hesab etdiyi kimi 7 deyil 9 planetdən ibarətdir və onlar bununla belə düzgün nəticələrə necə gəlib çıxıblar?

Məsələ burasındadır ki, Günəş sistemini 7 planetdən ibarət hesab edənlər qədim astroloqlar yox, astronomlar olub. Astrologiyada isə (məs. Nostradamusun əsərlərində) 8-ci və 9-cu planetlərin kəşf ediləcəyi illər də qabaqcadan söylənilib, bunlardan savayı, daha bir planetdən – Prozerpindən söhbət açılıb ki, müasir astroloqlar bu planetin hazırkı dövrdə ya Günəş sistemini tərk etdiyini, ya da hələ kəşf olunmadığını ehtimal edirlər.Bunlar ən ümumi formada olan astroloji qanunauyğunluqlar idi. Detallar səviyyəsində isə bu qanunauyğunluqlar daha mürəkkəbdir. Yekunda bir məsələni qeyd edək ki, keçmiş astroloqlar öz proqnozlarını bir təkcə astrologiya vasitəsilə deyil, astrologiya ilə digər magiya növlərini kombinasiya edərək söyləyiblər. Yəni, astrologiya burada elementlərdən biridir.

Bölməsiz | Şərhlər(1)
Baxış sayı: 340
Açar sözlər: astrologiya qalaktika ulduz falı 

Fəlakət Nəzəriyyəsi

Yazar: Orxan Oruc @ İyul 23, 2009 21:32

Yüksək həyat tərzinin hələ insanların iddialarının qarşısını ala bilmədiyi və aşağı həyat səviyyəsi olan insanlara nəzərən yüksək həyat səviyyəsi olan insanların həyatdan razılığının artmadığı məlumdur. Yəni, həyat şəraitinin yaxşılaşdığı halda da frustrasiya güclənə bilər. Fəlakət nəzəriyyəsi tərəfdarlarının fikrinə görə bunun izahı ondan ibarətdir ki, reallıq, artan gözləmələrlə ayaqlaşmağa macal tapmayanda, nailiyyətlə gözləmələr arasında uçurum meydana çıxır.

Bu uçuruma həmahəng olaraq da, frustrasiya güclənir. Məs., sürətlə inkişaf edən millət urbanizə olduqda, savadlılıq artdıqda, insanlar düşünməyə başlayırlar ki, həqiqi maddi rifah nədir. Lakin bərəkət birdən-birə əmələ gəlmir və imkanla arzuolunan arasında artan bu uçurum da insanlarda frustrasiyanı gücləndirir. İnqilab və digər bu tip sıçrayışlı sosial dəyişikliklərin səbəbi də məhz budur.Fəlakət nəzəriyyəsi tərəfdarlarının fikrinə görə, əslində elə bütün növ inkişaflar, hətta təkamülün özü də, bu tip mini sıçrayışlar silsiləsindən savayı özgə bir şey deyil.Məsələn, bir ərazidə bitkilərin həcmini artması o əraziyə bitki ilə qidalanan heyvanların axışıb gəlməsinə səbəb olur. Burada bu heyvanların kəmiyyəti qidalandıqları bitkilərin normal bərpa sürətini üstələyəndə qida ehtiyatı azalmağa başlayır. Bu isə öz növbəsində həmin heyvanların getdikcə yavaş-yavaş buradan uzaqlaşmasına gətirib çıxarır. Eyni zamanda, burada həmin bu heyvanların sayının çoxalması buraya ətlə qidalanan heyvanları cəlb edir. Onların sayının çoxalması isə müəyyən kollaps həddindən sonra otla qidalanan heyvanların sayının həndəsi silsilə üzrə azalmasına gətirib çıxarır. Bu isə getdikcə burada ətlə qidalanan heyvanların sayının azalmasına, bitki ehtiyatınınsa artmasına gətirib çıxarır. Bu tendensiya, bir müddət sonra bütün bu proseslərin spiralvari xətt üzrə yenidən təkrar olunmasına gətirib çıxarır.

Psixologiya-Nəzəriyyə | Şərhlər(0)
Baxış sayı: 329
Açar sözlər: fəlakət nəzəriyyəsi 

Online-Psixoloq

Yazar: Orxan Oruc @ İyul 12, 2009 9:46

Online-Psixoloq xidməti vasitəsi ilə sizi maraqlandıran və ya qarşılaşdığınız hər hansı problemlə bağlı bütün suallarınız cavablandırılacaq.


Sizin suallara Psixologiya və Konsultasiya Mərkəzinin baş psixoloqu Elnur Rüstəmov cavab verəcək

 

Hörmətli sayt istifadəçiləri müəyyən səbələrə görə bir müddət sizin suallarınız cavabsız qaldığına görə üzr istəyirik.

Artıq Online-Psixoloq xidməti yenidən istifadənizdədir.

Suallarınızı Şərh formasında yazın!!! 

Psixoloq məsləhətləri | Şərhlər(368)
Baxış sayı: 3826
Açar sözlər: online psixoloq məsləəhətləri 

Kişi və Qadın psixologiyası

Yazar: Orxan Oruc @ İyul 11, 2009 7:02

     Fərqli cəhətləri

1970-ci illərdə alimləri o narahat edirdi ki, gender fərqi sahəsindəki tədqiqatlar qadınlarla bağlı stereotiplərin korlanmasına və bunların qadınlara mənsub çatışmamazlıq kimi yozulmasına gətirib çıxaracaq.1980-ci illərdən başlayaraq gender fərqini tədqiq edən alimlər özlərini daha sərbəst hiss etməyə başladılar: ilkin mərhələdə əsassız şişirdilmiş stereotipləri təkzib etməklə «cinslərin bərabərliyi barədə olan təsəvvürləri inkişaf etdirmək» istəyirdilər.Bundan sonra 1990-cı illərdən başlayaraq bir çox tədqiqatçılar psixologiyanın digər sahələrində öyrənilənlərdən heç də az əhəmiyyət kəsb etməyən bir sıra əhəmiyyətli gender fərqləri aşkara çıxardılar.Bir çox elmi-tədqiqatlar cinslər barədə olan bir sıra stereotipləri təsdiqlədi. Məs., kişilərlə müqayisədə qadının daha az aqressiv olması, onların daha çox qayğıkeş, himayədar və hissiyyatlı olmaları və s. eksperimental şəkildə sübut olundu

Ümumi halda, kişilərdə məntiqi-rasional funksiya daşıyan sol və qadınlarda hissi-atributiv funksiya daşıyan sağ beyin yarımkürəsinin dominant aktivlik təşkil etməsi ilə əlaqədar olaraq, onların istər davranış və düşüncə modeli, istərsə də, cəmiyyətin etik və estetik normalar sistemindəki yeri həmişə biri-birindən kəskin fərqlənib və bütün bunlar son nəticədə, tarixən əks qadın-kişi stereotiplərinin formalaşmasına gətirib çıxarıb.

Hələ uşaq yaşlarından oğlanlara – inadkarlıq, rasionalizm, öz qüvvəsinə inam və s. qızlarasa – qayğıkeşlik, həssaslıq, mülayimlik, zəriflik və s. kimi keyfiyyətlər təlqin edilir.

Sırf kişi davranış stili həmişə aktivlik, məqsədyönlülük, qətiyyət və rasionallıqla əlaqədar təsəvvür olunub. Qadınlarsa əksinə, həmişə intellektual və iradi sferalardan kənar, yalnız emosiyalarla əlaqədar bir məxluq kimi qəbul edilib. Kişi adı bütün hallarda – qüvvə, qadın adısa – ismət, incəlik, həssaslıq və qayğıkeşliklə assosiasiya edilir.

Kişilərdə – xarici görkəm (hündürboyluluq, enlikürəklilik...), qüvvə, kişilik, ağıl, müstəqillik, qeyri-adilik, istedad, vicdanlılıq və s.; qadınlardasa – müxtəlif davranış və danışıq maneralarında, hətta duruşlarında üzə çıxan incəlik, zəriflik, köməksizlik, mehribanlıq, utancaqlıq, emosionallıq və s. kimi xüsusiyyətlər əks cins üçün xüsusi cəlbedici təsir göstərir.

Funksional baxımdan kişiləri eyni məsələnin yalnız məntiqi-rasional tərəfləri, qadınlarısa onun emosional – hissi tərəfləri daha çox maraqlandırır. Kişilər üçün öz emosiyalarını gizlətmək, qadınlarçünsə – əksinə, onları dərhal büruzə vermək daha çox xasdır. Kişilər öz həmsöhbətləri ilə əsasən iş, idman, ictimai problemlər və s. barədə, qadınlarsa – öz problemləri, həyatları və s. barədə daha intim söhbət aparırlar.

Ailədə qadınlar öz həyat yoldaşlarına daha çox emosional dəstək göstərsələr də, bunun müqabilində ondan heç vaxt dərin emosional yaxınlıq görmədiklərindən (çünki kişilərdə, ümumiyyətcə, belə hiss fitrən yoxdur) məyus olur, belə yaxınlığı öz rəfiqə və qohumlarından axtarır, yaxud da öz aləmlərinə qapılırlar (əlbəttə ki, «qisasçılıq» mövqeyi tutmurlarsa).

İctimai həyatda – kişiləri məqsədin əldə edilməsi maraqlandırdığı halda, qadınlar üçün – əməkdaşlıq prosesinin özü daha önəmli olur.

Həmçinin, rəngarəng məhəbbət macəralarında – qadınları birinci növbədə ailə qurmaq, özünə daimi arxa, güclü və etibarlı dost tapmaq maraqlandırdığı halda, kişilər üçün bu məcaralar çox vaxt həyat təcrübəsi toplamaq, özünütəsdiq, bir sıra halda isə, öz cinsi tələbatını ödəmək və s. üçün əhəmiyyət kəsb edir.

Sadalanan aspektdə aşağıdakı qanunauyğunluqlar da, xüsusi əhəmiyyətlidir.

Yüksək məlumatlı və təhsilli qadınlar istər öz cinsi və istərsə də əks cins yanında elə böyük cəlbedici təsirə malik olmurlar. Hər iki cins onlarla kontaktı nə isə çox az zövqlü bir iş kimi qəbul edir. Onlar hətta öz sahələrində tanınmış mütəxəssis olsalar da belə, tanışlar onlara ünsiyyət tərəf-müqabili kimi başqalarından daha az hərarət və canıyananlıq nümayiş etdirirlər. Kişilərsə belə qadınları daha az seksuallığı və cəlbediciliyi olan tip kimi qəbul edirlər.

Həmçinin ikinci məsələ barədə: Eyni bir qrupdan, peşə sahəsindən, kollektivdən və s. olan qadın və kişi bir-biri üçün daha az cəlbedici və qeyri-adi təsir bağışlaya bilirlər. Kişilərin təsəvvürünə görə ‘‘yad’’ qadınlar daha çox zəruri qadın keyfiyyətlərinə (məs., lətiflik, qayğıkeşlik, mülayimlik, mehribanlıq, oynaqlıq, gülərüzlülük, taktlılıq və s. kimi) malikdirlər, nəinki ‘‘öz’’ qadınları. ‘‘Öz’’ qadınları aydındır, kişilər üçünsə qadında vacib olanı – onların ‘‘anlaşılmazlığıdır’’.

Bunlar çox geniş aspektdə qadın və kişi dəst-xəttini bir-birindən fərqləndirən ən ümumi tendensiyalar idi. Gündəlik həyatda çox tez-tez bunlardan istisnalara rast gəlmək mümkün olsa da, ümumi halda, bu istisnaların sayı qadın və kişi səsi arasındakı fərqlərdən o qədər də çox deyil və bu əkslik bir yerdə ümumi fəlsəfi tamlığı yaradır.

Analiz | Şərhlər(4)
Baxış sayı: 814
Açar sözlər: kişi  qadın psixologiyası-fərqli cəhətlər 

Coğrafi faktorların insan xarakterinə təsiri

Yazar: Orxan Oruc @ İyul 11, 2009 6:45

Coğrafi faktorlar sırasına insanın hansı iqlim qurşağında doğulmasının onun intellekt və xarakterinin formalaşmasında oynadığı rolu səciyyələndirir. Afrika ilə Sibirin energetik ritmi, atmosfer strukturu, seysmik və meteoroloji xarakteri, ərzaq çeşidi və s., təbii ki, eyni deyil, hələ havanın hərarətini demirik. Burada uzun müddət yaşayan insansa, təbii olaraq bu şəraitə adaptasiya olmalıdır – fəqət, ətraf mühitlə harmoniya yarada bilməyən istənilən varlıq ölümə məhkumdur.

Deyilən adaptasiya isə, orqanizmi, hər bir fərqli hal üçün, öz psixi və fizioloji imkanlarını bir başqa formada səfərbər etməyə, tamam başqa-başqa formalı stimullara köklənməyə vadar edir. Bu isə beyin resurslarının tamam başqa-başqa formalarda səfərbər olunması, təşkil olunması, psixi enerjinin fərqli ünvanlar üzrə bölüşdürülməsi deməkdir. Bütün bunlar isə elə-belə şey deyil. Nəticədə, nəinki Afrika ilə Avropada yaşayan insanların, hətta eyni bir kəndin fərqli tərəflərində yaşayan insanların da xarakteri bir-birindən fərqli olmuş olur – fəqət, kəndin bu tərəfi bir başqa, o biri tərəfi isə tamam başqa bulaqdan su içə bilər

Analiz | Şərhlər(0)
Baxış sayı: 298
Açar sözlər: insan xarakterinə coğrafi faktorların təsiri 

Falçılıq-tarixi və növləri haqqında

Yazar: Orxan Oruc @ İyul 8, 2009 7:58

Rus ədəbiyyatı tarixində A.S.Puşkinin ağatlı, ağbəniz adam tərəfindən 37 yaşında dueldə öldürüləcəyinin ona hələ 17 yaşında ikən Peterburq falçısı baronessa Kirhov tərəfindən deyildiyi məşhurdur. Puşkini 37 yaşında öldürən ağbəniz Dantes də duelə ağ atda gəlmişdi; Rus Çarı II Aleksandrın 8-ci sui-qəsd cəhdində öldürüləcəyinin də, ona qabaqcadan falçı tərəfindən deyildiyi məşhurdur. 01.03.1881-ci il tarixdə ona edilən 7-ci sui-qəsddən sonra Çar «hələ səkkizinciyə çox var» deyə rahat oturarkən, onun özünün də gözləmədiyi halda ona 8-ci sui-qəsd edilir və Çar ölür. Sən demə, 7-ci və 8-ci sui-qəsdlər eyni gündə olacaqmış.

Rus alimi M.V.Lomonosovun bioqrafiyasında həmişə belə bir möcüzəli fakt təsvir olunur: O, Peterburqda artıq məşhur alim kimi fəaliyyət göstərdiyi vaxtlarda, bir gecə yuxuda atasının, doğulduğu kəndin kənarındakı çayda balıq tutarkən həyatını dəyişdiyini görür. Yuxunun güclü təsiriylə səhər atasını yoxlamaq üçün kəndə gedir və həqiqətən, neçə gündür atasının itkin düşdüyünü öyrənir. Yuxuda gördüyü yerə gedir və həqiqətən, atasının çayın qırağında balıq tutduğu yerdə

Postsosialist məkanda məşhur olan Ukraynalı astroloq Pavel Qlobanın şöhrətlənməsinin maraqlı bir tarixçəsi var: 1986-cı ildə o qəfildən bir-neçə qəzetdə zahirən boş görünən belə bir fantastik bəyanatla çıxış edir: «yaxın bir-neçə ayda Çernobıla atom bombası atılacaq». Təbii olaroq, bəyanat əksəriyyət tərəfindən sensasiya yaratmaq xatirinə verilən bəyanat kimi qarşılanır. Qlobanın dediyi tarixdə Çernobılda məlum partlayış baş verir və yalnız bundan sonra Qloba xüsusi idarələrin diqqətinə düşür.

Fransa tarixindəki onlarla hadisənin, o cümlədən, Fransa inqilabının (1792), Napoleonun hakimiyyətdən getməsinin (1814) və b.-nın dəqiq tarixinin Autunlu Meystr Turell tərəfindən söylənildiyi tarixdən məlumdur.

İngiltərəli bəsirətçi (gələcəkgörən) Xemfri Smit isə hətta bir dəfə böyük yanğınla əlaqədar məhkəməyə şahid sifətilə çağırılmışdı – çünki o, bu yanğını hələ bir neçə il əvvəl dəqiqliyi ilə təsvir etmişdi.

Azərbaycanda «haqq aşığı» kimi tanınan bir sıra el aşıqlarının, ələlxüsus Aşıq Ələsgərin bir çox hadisələri qabaqcadan duyub xəbər vermələri isə, Azərbaycan ədəbiyyatı tarixində məşhurdur. Çox yaxın dövrdə yaşamış Azərbaycan Ekstrassenslər İttifaqının keçmiş sədri Etibar İlkinin (Məmmədovun    )da çox istedadlı şəkildə gələcəkgörmə qabiliyyəti olması məlumdur.

Doğrudanmı gələcək haradasa ucqar bir guşədə simvollar, şifrələr formasında yazılıb?

Gələcəyin həqiqətən də, Kainatın hansısa bir ucqar guşəsindəki sirli kitabələrdə simvollar, rəmzlər şəklində yazılması və həyatın məhz bu kodlar üzrə davam etməsi ideyasının tərəfdarları (fatalistlərr) bu ideyanın sübutu kimi adətən aşağıdakı tipli arqumentləri də göstərirlər:

Napoleon və Hitlerin bioqrafiyasındakı analogiya:

    Napoleon 1760-cı ildə, Hitler isə ondan 129 il sonra – 1880-cı ildə anadan olub;

    Napoleon hakimiyyətə gəlib – 1804-cü ildə. Hitler isə 1933-cü ildə (fərq – 129 il);

    Napoleon 22.06.1812 ildə Rusiyaya hücum edib. Hitler isə 22.06.1941 ildə (fərq 129 il);

    Napoleon müharibəni 1816-cı ildə uduzdu. Hitler isə 1945-ci ildə (fərq 129 il);

    Hakimiyyətə gələndə hər ikisinin – 44, Rusiyaya hücum edəndə – 52, müharibəni uduzanda – 56 yaşı olmuşdu; və s...

Bir başqa analoji hal:

Linkoln və Kennedinin bioqrafiyasındakı analogiyalar:

    1860 ildə Linkoln ABŞ Prezidenti seçilib; Kennedi isə – 1960 ildə (fərq – 100 il);

    Linkolnun katibinin familiyası Kennedi olub və o, Linkoln öldürülən gün ona teatra getməməyi məsləhət görüb. Kennedinin katibinin familiyası isə Linkoln olub və o da, Kennedi öldürülən günün səhəri onun Dallasa getməməsini təkid etdiyi tarixdən məlumdur;

    Hər iki prezident cümə günü, öz arvadların gözü qarşısında öldürülüb;

    Linkoln öldürüləndən sonra onun yerinə Conson adlı prezident seçilib; Kennedinin də, ölümündən sonra onun vəzifəsinə Conson adlı prezident seçilib;

    Linkolndan sonra vəzifəyə gələn prezident Conson – 1806 anadan olub; Kennedidən sonra gələn prezident Conson isə – 1906 ildə (fərq 100 il);

    Hakimiyyətə gələn Consonların hər ikisi cənublu, demokrat partiyasından olub, və prezident vəzifəsindən qabaq senator olublar;

    Linkolnun qatili 1829 ildə anadan olub. Kennedinin güman edilən qatili isə – 1929 ildə (fərq 100 il);

    Hər iki prezidenti qatili Qatillərin hər ikisini məhkəmədən qabaq öldürmüşdülər.

Tarixdə bu kimi faktlar çoxsaylıdır. Sadəcə olaraq, Napoleon, Hitler, Kennedi, Linkoln və b.-nın məşhur şəxsiyyət olmaları səbəbindən, onların bioqrafiyası daha ətraflı araşdırılıb və buradakı hansısa nüanslar dərhal diqqət mərkəzinə düşə bilib.

FALÇILIĞIN NÖVLƏRİ BARƏDƏ

Falçılıq, faktik olaraq zaman baryerini dəf etmək fəndi üzərində dayanan bir qabiliyyətdir. Zaman baryerini dəf etmək məsələsinə görə olan qabiliyyətlərsə iki kateqoriyaya ayrılır:

1) Retrospeksiya – keçmişi görmə;

2) Proskopiya – gələcəyi görmə.

İlk olaraq, problemin çərçivəsini daha aydın görmək üçün bu fenomenin də ayrı-ayrı formalarını bir-birindən fərqləndiririk. Falçılığın, təxminən, aşağıdakı növləri bir-birindən fərqləndirilə bilər:

1.        Astrologiya (göy cisimlərinin vəziyyətinə əsasən falabaxma)

2.        Bibliomantiya (kitab açmaqla falabaxma)

3.        Katanstromantiya (güzgü falı)

4.        Kleromantiya (püşkatma üsulu)

5.        Koskinomantiya (kəfkir və çərçivə ilə falabaxma)

6.        Ktritomantiya (böcəklərin hərəkət və davranışına əsaslanan falabaxma)

7.        Livanomantiya (tüstüyə əsaslanan falabaxma)

8.        Numerologiya və ya arifmomantiya (rəqəm falı)

9.        Oneyroskopiya (yuxuyozma)

10.     Ornitomantiya (quşların hərəkət, səs və davranışına əsaslanan falabaxma)

11.     Ofiomantiya (ilanların hərəkət və davranışına əsaslanan falabaxma)

12.     Piromantiya (od falı)

13.    Presmologiya (vəhylə gələcəkgörmə)

14.     Fizioqnomika və ya morfoskopiya (üzün və bədənin quruluş naxışlarına əsaslanan falabaxma)

15.     Xiromantiya (əl izlərinə əsasən falabaxma)

Lakin bunlar hələ hamısı deyil. Belə ki, məs., y.e.ə təqribən VIII-VII əsrlərdə yarandığı ehtimal edilən, sonradan konfusiyaçılığın kanonuna («beşkitab»ına) daxil edilmiş (əsrlərin dolanbaclarından keçə bilməsinə də, bu səbəb olub) qədim Çin yazılı abidəsi olan «İ-Tsin» («Təbəddülatlar kitabı»); Yəhudi müdrikləri tərəfindən yaradıldığı ehtimal edilən və «Kabbala»nın tərkib hissəsi olan «Taro» kartları və b. hər biri öz orijinal falabaxma sistemlərinə malikdirlər.

Bütün bunlar bu qədər fərqli metodlar olsalar da, onları bir ümumi cəhət – eyni məqsədə xidmət etmələri birləşdirir. Bu məqsədsə – zaman baryerini dəf etmək, gələcəyə boylanmaqdır.

Doğrudanmı bütün bunlar həqiqətdir? Doğrudanmı gələcək haradasa ucqar bir guşədə simvollar, şifrələr formasında yazılıb və bütün bunlar da onun açarlarıdırlar? Aşağıda falçılığın bir sıra növlərinin mexanizminə nəzər salmaqla bu fenomenin qaranlıqları üzərinə müəyyən aydınlıq gətirilir:

  Presmologiya (Vəhylə gələcəkgörmə)

«Qarşısında güzgü qoyulmuş falçı bütün diqqətini toplayıb güzgüyə baxır. O, bütün dünyadan təcrid, bütün aləmdən uzaq öz aləmindədir. Birdən güzgü ilə falçı arasını tüstüyə bənzər nazik duman bürüyür və o, getdikcə qatılaşır. Bundan sonra həmin dumanda obrazlar görünməyə başlayır. Və bu obrazlar məhz falçının görmək istədiyi gələcəyin obrazları idi».

Bu sətirlər qədim bir falçılıq ayinini – güzgü ilə falabaxma ayinini şəxsən müşahidə etmiş qədim ərəb alimi İbn-Haldunun «Tarixlər və möcüzələr» kitabındandır. Həqiqətdə İbn-Haldun da, və falçılıqla bağlı məsələni bu cür qoyan digər şəxslər də, məsələni bir qədər şişirdirlər. Belə ki, onların gördükləri tüstü-duman real yox, möcüzə intizarında olan tamaşaçının (pasientin) öz təsəvvürünün məhsulundan savayı özgə bir şey deyil. Yerdə qalanlarda isə həqiqətin olması mümkündür. Belə ki, burada güzgü, falçıya yalnız öz təhtəlşüuru ilə kontakta girə bilmək üçün adi alət kimi lazımdır. Və güzgü bu funksiyanı çox məharətlə yerinə yetirə bilir.

Məsələ burasındadır ki, ayrı-ayrı falabaxma metodları insanların öz təhtəlşüuru ilə kontakta girməsinin müxtəlif variantlarından savayı özgə bir şey deyil. Təhtəlşüur heç bir zaman-məkan baryeri ilə məhdudlaşmadığından onun vaxt qavrayışı da, adi şüurun vaxt qavrayışından fərqlənir. Bu baxımdan müxtəlif falabaxma metodlarının məğzi hər hansı variantdasa təhtəlşüur üzərindən şüur nəzarətini götürmək, yaxud müxtəlif vasitələrlə təhtəlşüur kodlarını, simvollarını, siqnallarını adi şüur üçün anlaşıqlı olan formaya çevirməkdir. Bəziləri bunu güzgü vasitəsilə, bəziləri kart vasitəsilə, bəziləri kitab vasitəsilə, bir başqaları da bir başqa vasitələrlə həyata keçirir. Əksər hallarda da bu qabiliyyətə malik olan insanlar öz qabiliyyətlərinə namaz qılmaq, qarşılarına Quran kitabı qoymaq, fala ərəb qrafikası ilə yazılmış kitablarla baxmaq və s. kimi fəndlərlə bir qədər ilahi don geyindirirlər. Həqiqətdə isə kitabla fala baxan bir çox falçıların qarşılarına qoyub və taleyi oradan oxuduqları kitablarda danışdıqlarının heç biri olmur. Sadəcə olaraq, bu onlara, öz işlərinin şeytan əməli yox, Allah qabiliyyəti olduğunu başqalarına sübut etmək üçün lazım olan bir alətdir.

Spekulyasiya

İstər İslamda və istərsə də İslamdan kənarda, o cümlədən, hətta bütpərəstliyin özündə ilahi dünya ilə bağlı çoxsaylı hadisələr mövcuddur və tilsim, cadu kimi müasir fizika hüduduna sığmayan fenomenlər də bunlardan biridir. Deyilə bilər ki, möcüzə – mexanizmi dərk olunmayan qanunauyğunluqdur.Bəli, bu belədir, lakin bu qanunauyğunluq müasir fizika çərçivəsindən kənarda yerləşən qanunauyğunluqdur və fizika onu xeyli inkişafdan sonra ehtiva edəsidir.

Lakin bütün bunlar heç də o demək deyil ki, yoldan ötən hər bir ekstrassensə inanmaq gərəkdir. Xeyr. Deyilən tipli həqiqi fenomenal qabiliyyətli şəxslər yüz illərdə bir dəfə doğulur, və onların da çoxu ayaqlar altında diqqətsiz qalıb itib-batır. Yerdə qalan vaxtlarda onların yerini fırıldaqçı və şarlatanlar doldurur.

Qədim Ərəbistanda bir büt mövcud imiş ki, İslamdan əvvəl o çox güclü təsirə malik müqəddəs bir varlıq kimi tanınırmış. Ərəbistan yarımadasının hər tərəfindən ona nəzirlər axışıb gələr və o insanların bir çox arzusunu yerinə yetirərmiş. Lakin İslam dini digər bir çox bütpərəstlik əlamətləri kimi onu da məhv etdi. Çox-çox sonralar bu bütün xidmətçilərindən biri onun «möcüzələrinin» sirri barədə aşağıdakıları yazdı:

«Mən gözümü açandan bu məbəddə olmuşam və səbirsizliklə o günü gözləyirdim ki, nə vaxtsa ustadım kahin müqəddəs bütü razı salmaq üçün oxuduğu gizli tilsimləri mənə də öyrədəcək. Bu tilsimlər isə bir tək ona məlum idi və əhalinin çoxsaylı yalvarışlarından, nəzir-niyazından sonra oxuduğu bu tilsimlərlə müqəddəs büt yağış yağdırır, ovçulara uğurlu ov göndərir və s. Nəhayət ki, o gün gəlib çatdı və ustadım kahin dünyadan köçməzdən əvvəl bu sirləri mənə də açmağa razı oldu. Bu sirləri öyrəndikdən sonra isə mənim özümün bütə bəslədiyim inam yerli-dibli yoxa çıxdı. Belə ki, sən demə bütün bu möcüzələrin həmin bütə heç bir aidiyyatı yox imiş və məsələ tamam başqa bir hadisə ilə əlaqədarmış. Ustadım öyrətdi ki, bunun üçün havanın necə olacağını, ovun nə zaman gur olacağını və s. qabaqcadan proqnozlaşdıra bilmək zəruridir ki, məhz yağışın filan vaxtı yağacağını dəqiq bildikdən sonra camaatın gözü qarşısında bütə yalvarmaq lazımdır, nə vaxt gəldi yox. Ustadım bunun üçün müxtəlif cücülərin, heyvanların davranışından istifadə edirmiş, məs., arıların uzağa getməyib öz pətəyinə toplaşmasından, qurbağaların rəngini dəyişib, qaramtıl rəng almasından, zəlilərin suyun üzünə çıxmasından və s. belə nəticə çıxarırmış ki, tezliklə yağış yağacaq və yalnız onda, xahişə gəlmişlərin nəzirini qəbul edib, bütdən yağış göndərməsini rica edərdi, başqa vaxt isə müxtəlif bəhanələrlə cavabdan yayınardı. Yaxud da ki, məbəddə saxladıqları dovşanların, quşların və balıqların fəallaşmasından, yem axtarmaq üçün ora-bura vurnuxmasından belə nəticə çıxarardı ki, iqlim eyni bölgənin eyni növlü bütün canlılarını eyni vaxtda süstləşdirib, eyni vaxtda fəallaşdırdığından, deməli, əgər buradakı dovşanlar, kəkliklər və ya balıqlar fəallaşıb, yem axtarışına başladısa, deməli, meşə və çaylardakı bütün növ dovşan, kəklik və balıqlar da yem üçün vurnuxmağa başladığı vaxtdır və yalnız onda qapıya düzülən ovçulardan nəzir alıb bütdən onlara yaxşı ov yetirməsini arzulayarmış. Özü də bu zaman məsələyə mistika donu geydirmək üçün mənasını özü də bilmədiyi bəzi uydurma sözlər də oxuyarmış ki, guya, bu da tilsimdir. Həqiqətən də, bütə nəzir verilən gün başqa günlərə nisbətən qat-qat artıq ov rast olurmuş ki, bu da bütə olan inamı gün-gündən artırardı.

Ustadımın ölümündən sonra mən də bir müddət bu cür əllaməlik etdim və insafən bütün «qüdrətinə» olan inamı və deməli, bura axışıb gələn nəzirlərin miqdarını birə-beş artıra bildim. Lakin tezliklə İslamın bu yerlərə ayaq açması ilə, mənim bütüm işsiz qaldı və özümün də bazarım bağlandı».

Məsələnin mahiyyətini nisbətən aydın ifadə edən müəllif bununla həm də qədim dünyadakı bir çox büt möcüzələrinin mahiyyətini aydın başa düşməyə kömək edir. Belə ki, çoxsaylı əfsanələrdə və, eləcə də, real tarixlərdə bir çox fövqəladə qabiliyyətindən bəhs edilən neçə-neçə müqəddəs büt necə oldu ki, axırda İslam və ya Xaçpərəstlik qarşısında məğlub oldu? Deməli, burada söhbət istənilən halda hansısa tryukdan gedirmiş, real möcüzədən yox.

* * *

Deyilənləri yekunlaşdıraraq bir şeyi qeyd edək ki, vacib olanı – fenomen, elm və şarlatanlığın biri-birindən fərqləndirilə bilinməsidir. Bir də vacib olanı odur ki, dünyanın bu görünənlərdən, eyni zamanda, elmin təsvir etdiyindən ibarət olmadığını dərk edəsən.

Cabbar Məmmədov-"Diplomatik Psixologiya" 

Analiz | Şərhlər(3)
Baxış sayı: 455
Açar sözlər: falçı şarlatan fırıldaq 

İNDIVIDUAL PSIXOLOGIYA

Yazar: Orxan Oruc @ İyul 7, 2009 22:13

Adler və onun ardıcıllarının qənaətinə görə hər bir fəaliyyətin əsasında kamillik arzusu və buna mane olan «natamamlıq kompleksi» dayanır. Onların fikrincə hər bir kəsdə zəif də olsa bu arzu və kompleks mövcuddur. Və Adler hər bir kəsdə bunun meydana çıxması mexanizmini də izah edir: körpə ikən gücsüzlük səbəbindən dəfələrlə keçirdiyi köməksizlik hissləri, bir qədər sonra ailədə özündən böyük və (ya) özündən kiçik qardaş-bacısı ilə münasibətdə formalaşan qısqanclıq duyğusu, daha sonra kollektivdə, cəmiyyətdə hansısa acizliyinə görə rastlaşdığı uğursuzluqlar və s.

Adler bu kompleksin özünü xüsusilə qabarıq büruzə verdiyi hallardan ayrıca bəhs edir. Onun versiyasına görə şikəst adamlarda bu kompleks özünü xüsusilə qabarıq büruzə verir: Korların digər hissiyyatlarının hiper-inkişaf etməsi buna nümunələrdəndir. Dahi şəxsiyyətlərin də bir çoxunun əlil olduğu tarixdən məlumdur (məs., Homer, L.Eyler – kor, Bethoven, Sialkovski və b. – kar olmuşlar və s.). Lakin o, bu versiyasının çərçivəsini bir təkcə fiziki əlilliklə məhdudlaşdırmır. Adlerə görə, məs., cırtdanboyluluq da natamamlıq kompleksinin qabarıq meydana çıxdığı ideal haldır. Versiyasını əsaslandırmaq üçün o, bir sıra məşhur sərkərdələrin, o cümlədən, Sezarın, İsgəndərin, Napoleonun, Hitlerin, Stalinin boyunun 165 sm.-dən çox olmamasını (Avropa üçün bu çox alçaq boy hesab edilir) nümunə gətirir.
    Bir sözlə, Adlerə görə şəxsiyyətin bir sferasının deformasiyası digər sferasının fövqəlinkişafı ilə kompensasiya olunur, və ya istənilən bir sferadakı fövqəlqabiliyyət digər hər hansısa bir sferadakısa defektin kompensasiya formasıdır.
     Adler özü əsasən fiziki qüsurlardan bəhs edirdi. Onun ardıcılları təkcə fiziki deyil, həm də psixi, sosial sferanın özünün bir sferasındakı qüsurun, digər bir başqa sferasında fövqəlinkişaf törədə bildiyini əsaslandıran faktlar toplamaqla Adlerin konsepsiyasını bir növ tamamladılar (məs., Lambrazo – Lanqe-Eyxbaum nəzəriyyəsi, Silvermen – Ayzenştadt nəzəriyyəsi və b.). Onlar əsasən diqqəti bu faktın üstünə yönəldirdilər ki, bu gün dahi kimi tanınan şəxslərin böyük əksəriyyəti:
    1) Ya psixi cəhətdən xəstə olublar: məs., Petrarka, Molyer, Flober, Dostoevski, İsgəndər, Sezar, Napoleon – epilepsiyadan; Jorj Sand, Mikellancelo, Bayron, Höte – psixopatiyadan; Platon, Dekart, Paskal, Nyüton, Faradey, Kant, Emerson, Darvin, Niçşe, Spenser və b. – şizofreniyadan əziyyət çəkib və ya birbaşa olaraq bu məqsədli xüsusi xəstəxanalarda müalicə olunublar
     2) Ya hələ çox erkən yaşlarından yetim qalıblar: məs., İ.Nyüton – hələ doğulmamışdan əvvəl, V.İ.Lenin – hələ körpə ikən, Q.Leybnis – 6, Humboldt – 9, N.Kopernik – 10, D.Mendeleyev – 14, Napoleon – 15, Bethoven – 16 yaşında atasını itirib və s. (Ətraflı bax: 124 səh. 168-169);
      3) Ya da onların həyatının ilk illəri və ya elə bütün ömürləri bu və ya digər formada çox ağır keçib (bax: burada, səh. 92).
    Bir sözlə, Adler və onun ardıcıllarının qənaətinə görə, istənilən davranış – bu və ya digər formada insanların öz natamamlıqlarını tamamlamaq cəhdi və ya zəifliklərinə qalib gəlmək səyi ilə əlaqədardır.

Psixologiya-Nəzəriyyə | Şərhlər(1)
Baxış sayı: 506
Açar sözlər: individual natamamliq kompleksi 

Bürclər---gerçəkmi,yalanmı???

Yazar: Orxan Oruc @ İyul 6, 2009 4:23

Məlumdur ki, astrologiya hər bir insanın taleyini onun doğum və hətta ana bətninə ilk düşdüyü anla əlaqələndirir. Məsələnin digər tərəflərini, o cümlədən, spekulyasiya tərəflərini bir kənara qoyaraq, biz də məhz bunu qəbul edirik ki, həqiqətən də, qoç bürcü altında doğulan insanla tərəzi bürcü altında doğulan insanın xarakteri heç vaxt eyni ola bilməz. Əksinə, fərqli bürc altında doğulanlarla müqayisədə eyni bir bürc altında doğulan insanların xarakterləri arasında çoxlu sayda oxşarlıq ola bilər. Nəyə görə?


Məsələ burasındadır ki, burada insanın birbaşa olaraq hansı mifik bürc işarəsi altında doğulması yox, bilavasitə doğum anının hansı fəslə təsadüf etməsi məsələsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, heç də qış ayında dünyaya göz açan insanla yayda doğulan insanın ana bətnində inkubasiya keçmə dövrü eyni deyil və bu belə olmadığından, onların, belə deyilsə, bünövrəsi də, başqa-başqa kərpiclərdən (vitamin, mineral və s.-dən) hörülür, psixikası ananın tamam fərqli mövsümlərdəki əhval-ruhiyyəsi, fiziologiyası ananın həmin fəsillərə uyğun qida rasionu əsasında formalaşır və s. Yəni, ana bətnində olduğu müddətdə təbiət ananın orqanizmi vasitəsilə fəslə uyğun qida rasionu, orqanizmin energetik ritmi, və s. formasında individin gələcək bioloji və psixoloji parametrlərinin formalaşmasına təsir göstərir.

Məhz bu səbəbdən, oğlaq bürcü altında doğulan insanlarla «qız bürcü» altında dünyaya göz açan insanların istər fizioloji və istərsə də, emosional, intellektual və iradi cəhətdən biri-birindən fərqlənməsi mistiklik yox, adi bioloji zərurətdən irəli gələn qanunauyğunluqdur.

Burada yeganə olaraq bir şeyi qeyd edək ki, adətən «bürc» məsələsinin əleyhinə çıxanlar, ona qarşı əsasən əkizləri nümunə göstərirlər ki, onlar eyni gündə, eyni saatda doğulmalarına baxmayaraq, bəzən ola bilir ki, gələcəkdə əkizlərdən biri – böyük bir alim, ikincisi isə – cinayətkar ola bilir. Bu faktın əsassızlığı ondan ibarətdir ki, biz heç də demirik ki, insanın taleyini bir təkcə nə zaman doğulması müəyyən edir. Burada çoxlu faktorlar rol oynayır ki, nə zaman doğulmaq bunlardan biridir. Doğulandan sonra, hətta iki əkiz qardaşdan da biri münbit, digəri qeyri-münbit sosial mühitə düşərsə onların artıq orta yaşlarında bir-birindən yerlə göy qədər fərqlənən şəxsiyyətə çevrilməsi qaçılmazdır.

Analiz | Şərhlər(8)
Baxış sayı: 719
Açar sözlər: bürc 

Psixoanaliz Nəzəriyyəsi

Yazar: Orxan Oruc @ İyul 6, 2009 3:38

Bu cərəyanın banisi Ziqmund Freydin və onun ardıcıllarının fəlsəfi baxışlarına görə bütün növ bəşəri fəaliyyətin əsasında Freydin Eros və Tanatus adlandırdığı iki əks başlanğıcın mübarizəsi və vəhdəti dayanır. Freydə görə bunlardan birincisi – həyat, ikincisi isə – ölüm instinktidir. Bu birinci kateqoriyaya o «öz mövcudluğunu qoruyub saxlamaq tələbatını» (yəni, adi fizioloji tələbatları) və «özünəbənzərləri yaratma tələbatını» (yəni, cinsi tələbatı), ikinciyə isə – aqressivlik, sadizm, mazoxizm, özünəqəsd və s. bu kimi tələbatları aid edir.

Freydə görə kainat lap əvvəldən xaosa, dağılmağa meyllidir və yeganə olaraq həyat bu xaosun mütəşəkkilləşdiyi qısa zaman kəsiyidir. Lakin mütləq mənada yox. Belə ki, varlıqlar həyat boyunca da olumla ölüm arasında qalır, sabitliklə xaos arasında çarpışırlar. Sabitlik halına Freyd – orqanizmin sağlam, normal vəziyyətini, xaos halına isə – əsəbi, gərgin, qeyri-taraz vəziyyətini aid edir. Freydə görə bu sonuncu halın başlıca səbəbi – onun Eros adlandırdığı həmin o birinci instinktlərin normal ödənilə bilməməsidir. Bunların ödənməsinə mane olan başlıca baryerlər sırasında Freyd xüsusi olaraq praktik imkansızlığı və mənəvi imperativləri vurğulayır. Məsələnin mahiyyətini daha aydın çatdırmaq üçün o öz nəzəriyyəsini, ələlxüsus, şəhvani duyğuların ödənməsi timsalında izah edir.

Freydə görə instinktiv olaraq insanda mövcud olan cinsi tələbatlar, praktik imkansızlıq və ya mənəvi baryerlər («super-Eqo») səbəbindən ödənə bilmədikdə, itib getməyərək şüur sferasından («Eqo»-dan) təhtəlşüur sferasına («İd»-ə) sıxışdırılır və burada özünün realizə momentini gözləməyə başlayır. Bundan sonra təhtəlşüur onun ödənməsi yollarını düşünüb tapmaq üçün mütəmadi olaraq şüura «sifarişlər» göndərir. Onlara verilən hər bir rədd cavabınısa, qeyri-məntiqi prinsiplərlə işləyən təhtəlşüur müstəqil bir sindrom kimi qəbul edərək növbəti dəfə bunların hər biri ilə əlaqədar şüura ayrıca sifarişlər göndərir, onların cavabı ilə əlaqədar yenə də beləcə və s. Nəticədə, orqanizmin başlıca idarəedici orqanını olan şüur eyni bir problemin analizi ilə həndəsi silsilə üzrə artan həcmdə yükləndiyindən, getdikcə fəaliyyəti tromblanır, blokirovkalanır, öz normal iş funksiyasını itirir. Orqanizmin daxilində gedən bu gizli proseslərsə zahirdə müxtəlif nevroz simptomları və orqanizmin normal iş ahənginin pozulması şəklində təzahür edir. Konkret olaraq, məhz bu səbəbdən, Freyd nevrozun başlıca (daha doğrusu, yeganə) səbəbini cinsi tələbatların normal ödənməməsində görürdü ki, Freyd konsepsiyasının, ələlxüsus bu məqamı hələlik onun ən zəif hissəsi kimi qəbul edilir və, tarixən də, ən çox bu hissə tənqidə məruz qalıb. Belə ki, Freyd ümumiyyətcə, insanın psixi təkamülündə seksual sferanın (libido enerjisinin) rolunu lazım olandan qat-qat artıq dərəcədə mütləqləşdirir ki, bunun da belə olmadığı və psixi determinasiya prosesində cinsi fəaliyyətin (və onun problemlərinin) rolunun heç də digər faktorlardan çox olmadığı bugünkü psixologiya və psixiatriyada qeyd-şərtsiz olaraq isbat edilib

Qayıdaq əsas məsələyə. Sadalanan fazadan sonrakı mərhələdə artıq, beyindəki kəmiyyət dəyişikliyi özünün keyfiyyət dəyişikliyi mərhələsinə qədəm qoyur. Belə ki, vəziyyətin təhlükəli həddə çatdığı mərhələdə avtomatik olaraq xilasedici blokiratorlar işə düşür və orqanizm öz-özünü məhv olmaq təhlükəsindən qorumaq, özünün başlıca idarəedici orqanı olan şüurun normal iş ahəngini bərpa etmək üçün ekstremal tədbirlərə əl atır. Freyd bu blokiratorlar yerində müxtəlif psixi müdafiə mexanizmlərini (inkar, rasionallaşdırma, proyeksiya, sublimasiya, və s.) göstərir. Onların fəaliyyəti nəticəsində individ, ya bu hissi ümumiyyətcə, süni şəkildə unudur və bəzən hətta orqanizmin cinsi funksiyası müvəqqəti dayanır (hansının ki, nəticəsində cinsi sferada psixi mənşəli müxtəlif pozğunluqlar yaranır). Ya da ödənməsi mümkün olmayan seksual arzular, istəklər, meyllər, həvəslər, ehtiraslar və s. ödənməsi mümkün olan bir başqa formaya transformasiya («sublimasiya») olunaraq həmin formatında realizə tapır. Freyd bu sonuncu variant yerində müxtəlif bədii yaradıcılığı, ixtiraçılığı, peşə fəaliyyətini və b. göstərir.

Bir sözlə, Freyd hər bir insan fəaliyyətinin motivi yerində tarazlığa meyl və daxili gərginliyi azaltmaq cəhdinin durduğunu (homeostaz prinsipi), hər bir fəaliyyətin bu və ya digər formada insanın ödənməmiş qalan müxtəlif instinktiv (irrasional) impulslarının, arzularının, hisslərinin simvolikləşmiş, modifikasiyaya uğramış forması olduğunu iddia edir.

Haşiyə kimi qeyd edək ki, bir psixoterapevt kimi, Freyd insan psixikasında mövcud olan travmaları, sindromları aşkar edib, onları neytrallaşdırmağın, müalicə etməyin də metodlarından geniş bəhs edir. Lakin bizim üçün, ələlxüsus bu yuxarıda izah etdiyimiz məqamlar xüsusi əhəmiyyət kəsb etdiyindən onların izahına əlavə vaxt ayırmırıq.

 

 

Cabbar Məmmədov-"Diplomatik Psixologiya" 

Psixologiya-Nəzəriyyə | Şərhlər(1)
Baxış sayı: 525
Açar sözlər: psixoanaliz 

Karl Qustav Yunq

Yazar: Orxan Oruc @ İyun 28, 2009 7:37

Karl Qustav Yunq-un ömrünün son illərində verdiyi-HƏYAT NƏDİR?-adlı video müsahibəsi (İngilis dilində) 

.

Bölməsiz | Şərhlər(0)
Baxış sayı: 262
Açar sözlər:

Alkoqolizm və ondan xilas yolları

Yazar: Orxan Oruc @ İyun 26, 2009 7:39

   Alkoqol tərkibində etil spirti olan və içildiyi zaman insana müvəqqəti kef və sərxoşluq verən,eyni zamanda vücuda zərərli təsir edən,bir çoxlarında vərdişə çevrilən içkilərdəndir.İçkisiz dura bilməyənlərə (vərdiş edənlərə) ,bədən və ruhi-mənəvi sağlamlığını,ailə,sosial və iş həyatını pozacaq dərəcədə içki qəbul edənlərə alkoqolik deyilir.İçkinin bədənə və ruha vurduğu ziyanı hamı bilir.İçki kimi,əsasən,etil spirtindən istifadə olunur.
    İçkiyə başlamanın bir neçə səbəbi ola bilər.

 
    Bioloji səbəblər.Atanın evliliyin ilk günündən və ananın hamiləlik dövründə içki qəbul etməsi nəticəsində və sinir sisteminin pozulması ilə uşaqlar bəzən anadangəlmə alkoqolik olur.
    Ətrafla bağlı səbəblər
.Davamlı içki içilən bir mühitdə yaşayan gənclər ya çevrədən,ya da valideynlərdən təsirlənərək içkiyə aludə olur.
    Psixoloji səbəblər.Cəmiyyətin adət və ananalərini heçə sayan ailələrin uşaqlarına örnək ola bilməmələri də əsas səbəblərdən biridir.
    Sosial səbəblər.Mənəvi duyğuları yüksək,din və ənənələrə bağlı toplumlarda içki halları yox dərəcəsindədir.Rifah halı,urbanizasiya-şəhərləşmə,sənayeləşmə və kütləvi çaxnaşmalar gənclərin alkoqol mübtəlası olmalarına səbəb ola bilər.
    Dünya Səhiyyə Təşkilatının otuz ölkə arasında apardığı araşdırmaya görə,içkiyə aludəçilik cinayətlərin 85%-nə,yol qəzasının 61%-nə,namusa təcavüzün 80%-nə,zor tətbiqinin 50%-nə,yanğınların 16%-nə səbəb olur.
    Eyni araşdırma alkoqol mübtəlası olanların olmayanlara nisbətən 16 dəfə artıq hər şeyini  bərbad etdiyini,30 dəfə artıq zəhərləndiyini,58 dəfə artıq intihar etdiyini aşkar etmişdir.Ruhi xəstələrin 40-50%-ni,həbs edilənlərin 50%-ni alkoqoliklər təşkil edir.
    İçki içilən ailələr yeni nəsillərə böyük zərər verir.Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə içki qəbul edən qadınındünyaya gətirdiyi uşağın çəkisinin normaldan aşağı olması 98%,dodaq və barmaqlarda anormallıq 95%,ruhi problemlər 89%,qüsurlu nitqi 80%,toxumalarda problemlər 80%,təcavüzkar əlamətlər 72%,hormonik və cinsi pozğunluq 46%,hissiat pozuqluğu 41%,otropedik xəsarət 33%,dəri və dırnaq xəsarəti 30%,ürək zəifliyi 29%,görmə zəifliyi 25% təşkil edir.
    Yuxarıda göstərilənlər zədələrin cəmi 930-dur.Bu cür hamilə qadınlardan içkini davam etdirənlərin 93%-ində bu hallar baş verə bilər.Belə vəziyyət doğulacaq uşaqlar baxımından çox qorxunc bir göstəricidir.
    İçkinin ürək və damar xəstəliklərinə yaxşı təsir etməsifikrinin tərəfdarlarına cavab olaraq Amerikanın Baltimor əyalətindəki Con Hopkins Universitetində işləyən Doktor Cinqzhonq Dinq və heyəti 1909 nəfər üzərində təcrübələr aparmış və ayrı-ayrı vaxtlarda onların beyin MR-larını çəkərək içkini az da olsa,qəbul edənlərin beyinlərində getdikcə kiçilmə əmələ gəldiyini sübut etmişlər.

    Alkoqolizmin müalicəsi:
    İçki içməyə aludə olan fərdlərin içkidən əvvəlki sağlamlığını bacarıqlarını əldə etməsi,içki üzərindən toplumda itirdiyi rolunu və nüfuzunu qaytarması üçün hər cür müalicə üsullarından istifadə olunmaqdadır.
    Müalicədə məqsəd içkinin tam buraxılmasıdır.Müalicənin istənilən nəticəni verməsi üçün xəstə bunu istəməli,müalicə başlayandan etibarən içki içməməlidir.

    Antebus müalicəsi,xəstəyə antebus və ya bəzi dərmanlar verilməklə onda keçici böhran əmələ gəlməsinə,təzyiqin düşməsinə,tərləmələrə,istiliyin artmasına,vücudun bəzi hissələrinin qızarmasına və ürək döyüntüsünün güclənməsinə səbəb olunur.Bu zaman klinik ölüm halı sınaqdan çıxarılır.İçki qəbul emə istəyi keçənə qədər bu proses davam etdirilə bilər.

    Nifrət hissi oyatma:Xəstəyə bəzi dərmanlar verilməklə ürək bulanmasına,içki verilməklə qusmasina və alkoqola qarşı nifrət hissinin oyandırılmasına çalışılır.

    Psixoloji müalicə:Alkoqolik içkinin zərərləri ilə bağlı məlumatlandırılır.Bəlalardan qurtarmağın yolunun içməməyə bağlı olduğu fikri formalaşdırılmağa çalışılır.
    Bu müalicə üsullarından başqa,hipnoz və sosio müalicələrdən də istifadə edilir.İçkini atmaq hər bir müalicə üsulu ilə yanaşı,insanın öz əzmi və iradəsi ilə həll olunan bir məsələdir.

Psixoloq məsləhətləri | Şərhlər(2)
Baxış sayı: 381
Açar sözlər: alkoqolizm müalicəsi məsləhət 

ERİX FROMM. Psixoanaliz və din.( Freyd və Yunq)

Yazar: Orxan Oruc @ İyun 24, 2009 8:07

Hazırlayanı:  II Qismət

 

Freyd , psixoanaliz    din problemini məşhur əsərlərindən biri olan “ Bir illyuziyanın  gələcəyi”ndə  incələyib. Miflərin    dini  idealların  insane dərin  təsir  etdiyini il  görənlərdən biri  olan  Yunq isə  eyni  mövzunu  Yeil (Yale) universitetində təşkil  etdiyi  Terry  fondu  konfranslarında  işləmişdir. (1937-ci  ildəki  bu  konfranslar  “Psixologiya və  din “  adı  ilə  1940-cı  ildə  kitab  halında çap  olunub) İndi  mən  bu  iki  psixo  analistin düşüncələri  haqqında  qısa  bir  arayış  vermək  istəyirəm.Əvvəl  bu  davranışımın üç  səbəbini  açıqlayım :

 

1.      Problemin müzakirəsinin  günümüzdə hansı  mərhələdə olduğunu və  mənim  çözümlərimin çıxış  nöqtəsini  göstərmək,

2.      Freyd    Yunqun bəzi  əsas  yanaşmalarının izahını  vermək,

3.      Geniş  şəkildə  yayılmış yalnış  bir  inancı,Freydin  dinə  qarşı,Yunqun  isə din  tərəfdarı  olduğu  inancını  düzəltmək.

Beləliklə, bu dərəcədə geniş  miqyaslı  mövzulardakı  ifrat  adiləşdirmələrin  yalnışlığını    psixoanalizlə  dinin  eyni  anlamlı  hissələrini  analiz  etmək  imkanını  da  tapa  bilərik.

Freydin “ Bir  illyuziyanın  gələcəyi “  əsərində  din  mövzusundakıı  düşüncələri  necədir?

Freydə görə din,insanın  özündən  kənardakı  təbiət qüvvələrinə    öz  içindəki  qüvvələrə (intuisiya)  qarşı  çarəsizliyindən  yaranmışdır və insanlığın  təkamül prosesinin  ilk  mərhələsinin  məhsuludur.Bu  mərhələlərdə  daxili    xarici  güclərə  qarşı  ağıllarından  özlərini  qoruyacaq  şəkildə  istifadə  edə  bilməyən  insanlar, bunları  bəzi kənar  qüvvələrlə  sabitləşdirməyə  çalışıblar.Yəni ağıl  vasitəsiylə  qavranılmayan  qüvvələrə hakim  olmağa  kömək  edəcək  ya  da  onları  içində  basdırmağa  yarayacaq  bir  neçə  hissi  metodlar   və mexanizmlər  fikirləşmişlər.Freyd  bunun  mənbəyinin  uşaqlıq  mərhələsi  müşahidələri  olduğunu  önə  sürüb.

Təhlükəli ,idarəsiz    anlaşılması  mümkün  olmayan  qüvvələr  qarşısında  insan, xatirələrində  bir  geriyə  qaçış  edər    uşaqlıqdakı, ata  tərəfindən  qorunmaq  hissinə  sığınar.Ata  uşağın  gözündə  müdrikliyin  düşüncənin    gücün  simvoludur.Əmrlərə    yasaqlara  itaət    sevgisini    qorunmaq  hissini  yaratmaq  üçündür.

Bu formasıyla din  Freydə  görə  uşaqlıq  təcrübəsinin  yenilənməsidir.İnsan  onu  təhdid  edən   təhlükələrdən    uşaqlığında  etdiyi  kimi  eyni  metodla  müdafiə  olunur.Öz  güvənsizliyini  məğlub  edə  bilmək  üçün, özünü  çaşdıran     qorxudan  amma eyni  zamanda  da qoruyan  atasına təslim  olar.Freyd  dini,  uşaqlardakı  təqibedilmə   fobiyasına bənzəyən  nevrozlarla  qarşılaşdırır.Onun  fikrincə  din, uşaqlıq  nevrozlarına  bənzər  səbəblərdən  yaranan  kollektiv  bir  nevrozdur.

Freydin  dinin  psixoloji  köklərini  incələməsi  insanların  bir  tanrının  varlığı  düşüncəsinə  necə  çatdıqlarını  göstərmək  üçündür.Bu  nəticənin  ortaya  qoyulması,yəni  bəzi  psixoloji   köklərə enməklə    bitməz.Freyd  dini  düşüncələrin  bəzi  illyuziyalara  söykəndiyini    beləliklə də bunların  qeyri-real  olduqlarını  sübut  etdiyi iddiasındadır.(Freyd  öz  araşdırmalarının  nəticəsində  görmüşdür  ki,  bir  fikrin  bir arzuya  bərabər  olması    onu  qane  etməyə  yaraması  bu  fikrin  yanlış  olduğunu  sübut  etmir.Freydin bu  düşüncəsini  xüsusi vurğulmağıma  səbəb,psixiyatrların  günümüzdə həmişə  eyni  səhvə  düşmələri,bir  çox  doğru və  bir  o  qədər  də yalnış  fikrin olmasıdır.Amma unutmamaq  lazımdır  ki, bir  çox  böyük  kəşfə  yol  açan  da yenə  bir  sıra  fikirlərdir.Bəzi  insanlar bütün  qüvvələriylə  bunların doğruluğuna  inanıb, bunu  ortaya çıxartmağa  çalışarkən, bir  çox  yeni  həqiqət  kəşf  ediblər.Belə  böyük  bir  maraqğın  varlığı,hadisəni  kənardan  izləyənə  qəribə  və şizofrenik  görünsə  də ,bu  heç  bir  zaman  hər  hansı  bir  mühakimənin    ya  izahın yalnış  oldğunun  sübutu ola  bilməz.

Keçərliliyin  ölçüsü,adamı  o  marağa  çəkən səbələrin  psixoloji  analiziylə  müəyyənləşə  bilməz.Burda  önəmli  olan, gətirilən  sübutların  məntiqli   bir  düşüncənin  əsas  anlayışlarıyla  paradoksal  olub-olmamasıdır.

Freyd  daha  sonra  dinin  illyuzonist (  xəyala  söykənən)   xarakterini  göstərmək  cəhdini    keçərək, dini  bir  təhlükə  olaraq  açıqlamağa  yönəlir.Freyd  üçün din  bir  təhlükədir,çünki,tarix  boyunca   özünə  bağladığı bir  sıra  neqativ  qurumların  cəmiyyət  içində  yerləşməsinə  imkan  yaratmışdır.Sonra  insanlara bir  xəyala  inanmağı  öyrədir.Daha da  önəmlisi ,tənqidi  düşüncənin   qarşısının  alınmasına, beləliklə  də zəkanın korlaşdırılmasına səbəb  olur.Bu  tənqidlər renesans dövrünün  bütün mütəfəkkirləri tərəfindən kilsəyə  qarşı  yönəldilmişdi.Amma Freyd  düşüncə  sistemi içində  bu  tənqid, on  səkkizinc  əsr  filosoflarınınkından   çox  fərqli  bir  bir  biçim  qazanmışdır.

Freydin analitik  çalışmasında  ortaya  qoymaq  istədiyi, tənqidi  düşüncənin  yasaqlanmasının  müəyyən  bir  nöqtədə  digər  sahələrdəki  tənqidi  qabiliyyətlərin   də zəifləməsinə  səbəb  olduğudur.Beləliklə Freyd bu qadağanın ,ağlın gücünü  əngəlləyəcəyini    iddia  edir.

Freydin  dinə  qarşı  yönəltdiyi  3-cü tənqid, əxlaqı  çox  şübhəli  bir  əsasa  oturtmasıdır.Əgər əxlaqi  qaydaların  keçərliliyi, bunların  tanrının əmri  olmasına  bağlıdırsa ,əxlaqın  gələcəkdəki  varlığı  ya  da  yoxluğu  tanrıya olan  inanca bağlı  olaraq  dəyişəcəkdir.Freyd dinin bir  çöküntü  ,geriləmə  içində  olduğunu  görürdü.Əgər  din  ilə əxlaqın  bir-birlərinə  olan  bağlılığı  qoparılmasa,gələcəkdə  insanların  bütün  dəyərələri  təhlükəyə  düşəcəkdir.

Freydin  dinin  təhlükəyə  düşürəcəyindən  qorxduğu  ideallara və  dəyərlərə  beləliklə  gün  işığına  çıxmış  olurdu.Ağıl,bəşəriyyətin  acılarının  azaldılması    ənənəvi  əxlaq  Freydin  tənqidləriylə    razılaşmaya  bilərik.Çünki  o ,inandığı  idealın nə  olduğunu  açıqca  söyləmişdir.İnsan  sevgisi, həqiqi  azadlıq. Önəmli  olan  Freydin bu  əsas  inanclarını  qavramaq    bunlarla razılaşmaqdır.

Azadlıq    ağıl, Freydə  görə növbəli  şəkildə  bir-biriylə  əlaqəlidir.İnsan  patriarxal  bir  tanrı  illyuziyasından vaz  keçdiyi  anda, kainatdakı  yalnızlığını    anlamsızlığını  başa  düşər. Ata  evini  tərk  etmiş  bir  uşaq  kimi məhzun    şaşqın  şəkildə  ortada  qalar.bax  bu  xəst    bəsit  fikrin  keçilməsi, insani  təkamülün ən  önəmli  məqsədidir.İnsan  özünü, cı  da  olsa  gerçəyi  tam  olaraq  görəbiləcək    qəbul  edəcək biçimdə  inkişaf  etdirməyə məcburdur.Öz  gücündən  başqa  güvənəcək  heç  nəyi  olmadığına  inansa, o  gücünü  doğru    yerində  istifadə  etməyi  öyrənəcəkdir.Onu  təhdid  edən    qoruyan  bir  avtoritetin  şüuraltı  təzyiqindən  qurtula  bilən  insan, ağlının  gücündən istifadə  edib , dünyanı    dünyadakı  öz yerini  ,vəzifəsini  qavraya bilər.Öz  başına    düşünməyə   cəsarət  etməyin  yeganə yolu,özümüzü  yetkin   olaraq  dərk  etmək      bəlli  bir  avtoritetdən  qorxan,ona  bağlı  bir  uşaq  kimi  davranmaqdan  vaz  keçməkdir.Bunun  tərsi    eyni  şəkildə  doğrudur.

Ancaq  öz  başımıza  düşünməyi bacardığımız zaman, o  avtorietin  hakimiyyətindən özümüzü  qurtara  bilərik.Freydin  çarəsizlik  duyğusunu,dini  həyatın qarşılığı olaraq göstərməsi   çox  anlamlıdır.Çünki  bir  çox  teoloqlar və  bir  ölçüyə  qədər Yunq  vərdiş    gücsüzlük  duyğularını,dini  faktların  əsası olaraq  sayırlar.Freyd  isə dolayı  yoldan  olsa  da  dini  yaşantının  təməlini,azadlıq  hissi    insanın  öz  gücünün  dərk  etməsi  olaraq  açıqlayır.Daha  sonra bu  əsas  ayrımın  din  psixologiyasında    dərəcədə  önəmli  problemlərə  yol  açdığını  da  göstərməyə  çalışacağam.indi  yunqa  dönəcək  olsaq,  onun  demək olar  ki,  hər  nöqtədə  Freydlə əks qütblərdə olduğunu  görürük.Yunq, çıxış  nöqtəsinin əsas  prinsiplərini  açıqlamaqla  işə  girişir.Freyd, Uilyam Ceyms Devi    Makmürrey kimi  ixtisası filosofluq olmasa  da,hadisəyə  psixoloji  və fəlsəfi  prizmalardan  yanaşarkən, Yunq  kitabının  əvvəlində  bu açqlamanı  eləyir : ” özümü sadəcə  faktların  müşahidəsi   ilə məhdudlaşdırmaq və  hər  cür metafizik  ya  da  fəlsəfi  yanaşmadan qaçmaq  istəyirəm.” Sonra  isə psixologiyayla  dini,fəlsəfi düşüncə  formalarından  qaçaraq  necə  analiz  edəcəyini  göstərir.Öz  baxış  prizmasını “  Faktçılıq”  adlandırır.Yəni  maraqlandığı  mövzular ,olaylar ,eksperimentlər və  yaşanmış  xatirələr,qısacası – faktlardır.Bu  faktın  gerçəkliyi  isə  bir  olaydır, bir  mühakimə yox.Məsələn,  psixologiya  elmi  bakirəlik  pozulmadan  doğmaq motivini  ələ  alanda,  yalnızca bu  faktın  varlığı  ilə  maraqlanır.Bu  düşüncənin  doğru    ya  yalnış  olması  onun  araşdırma sahəsinə  daxil  deyil.Bir düşüncə  var  olduğu  anda  psixoloji  cəhətdən  doğrudur.Bir  düşüncənin   obyektiv  ola  bilməsi  üçün  böyük  insan qrupları  tərəfindən ortaq olaraq  qəbul  edilməsi  gərəkdir.

Yunqun  dini necə  analiz elədiyini,açıqlamdan  əvvəl  yeri  gəlmişkən  metodoloji  ehtimallarını  yaxşıca  tənqid  etmək  istəyirəm.Yunqun  gerçəyi  izahetmə  texnikası tutarsızdır.Gerçəyin  bir  fakt  olmayıb,bir  hadisə  olduğunu irəli  sürür.Yəni, bir  fil  var  olduğu  üçün  gerçəkdir.Amma gerçəyin  hər  zaman    məcburi  olaraq  bir  mühakiməyə  söykənməsi  gərəkdiyini  unudur.Gerçək  yalnızca  bizim hiss  orqanlarımızla  dərk  edib  müəyyən  sözlərlə  adlandırdığımız  görüntü və  tzahürlərin  br  təsviri  deyildir.Yunq  bir  düşüncənin  var  olduğu  anda  psixoloji  olaraq  doğru  olduğu nəticəsinə  gəlib.Fəqət  bir  düşüncənin  varlıı,onun  bir  yanılma  ya  da  bir gerçəyə  bərabər  olmasıyla  bağlı  deyildir.Yenə  bir  düşüncənin  var  olması, onun  heç  vaxt  mütləq  var oluşu  ilə  doğru  olması  nəticəsini    doğurmaz. Bir  psixiyatr  belə,  bir  düşüncənin  doğruluğu  ilə  maraqlanmadan ,yəni  onu  mütləq  bir  fakt olaraq  götürüb  işləyə  bilməz.Başqa  cür  desək, xəstənin  yenidən  yaşamağa  çalışdığı  hadisəyə  olan  marağını  bilmədən,  o  düşüncənin  şəxsi  bir  aldanma və  ya  paranoyak bir  yanaşma  olduğuna qərar  vermək  olmaz.

Yunqun fərziyyələri  yalnızca  psixiyatrik prizmadan  yox, təmsilçisi olduğu relativizm ( Nisbiyyətçilik) yönündən    tutarsızdır.Freyddən  fərqli olaraq  din  tərəfdarı  kimi  görünsə  də , həqiqətdə  Yunqun fikirləri, Yəhudilik,Xristiyanlıq    Buddizmə əks düşür.Çünki  bu  dinlər  gerçəyə  çatmaq  cəhdini  insanın  ən  önəmli  vəzifəsi  olaraq  görürlər.Yunq, öz  mövqeyinin  çətinliyinin  fərqindədir  amma  bunları çözmək  üçün  seçdiyi  metod  tutrlı  deyildir. Subyektivlik  və obyektivlik  anlayışlarının    dərəcədə  elastik  və dəyişkən  olduğuqları  açıqdır. Buna  baxmayaraq  Yunq, bu  iki  varoluş formasını  bir-birindən  ayırmağa  çalışır.Ona  görə  obyektiv olan  bir  şey , subyektiv  olan  bir  digərindən  daha  doğru    daha keçərlidir.Obyektiv  ilə  subyektiv  arasındakı  fərqin  təməli  bir  düşüncənin yalnızca  bir  fərdə  aid  olması  ya  da  bir  cəmiyyət  oalraq  paylaşılması  faktlarında  yatır.Bəs  yaxşı  bizlər  II Dünya  müharibəsində milyonlarca  insanın ortaq  olduğu,kütləvi  bir  çılqınlığa  şahid  olmadıqmı ? Milyonlarca  insanın  ağılsız  ehtiraslarının  köləsi  olaraq  aldadıcı və  xəstə  düşüncələrə  qapıldıqlarını, bunların  arxasından qaçdıqlarını  yaşamadıqmı?Onların bu  yanlış düşüncələri  fərdlərin  tək  başlarına  yaratdıqları  axmaqlıqlardan  dahamı  tutarlıydı?Bunları  obyektiv  olaraq  açıqlamanın    anlamı, nə  xeyri  var?Qısacası  böyük insan kütlələrincə  paylaşılması,  bir  düşüncənin  doğruluğunu  isbat  etməz.Yunqun  obyektiv    subyektivi  bir-birilərindən  ayırmaqda  istifadə etdiyi  metod, az  öncə  açıqladığım ,relativizm mövzusundakı  yanaşmanın  aynasıdır.Buradakı  relativizm  bir  düşüncənin cəmiyyət  tərəfindən  qəbul  edilməsini,  onun  keçərliliyi , gerçəkliyi    obyektivliyi  üçün  bir  ölçü  olaraq  götürən sosioloji  bir  relativizmdir.

Bu  metodik  fərziyyələrini ortaya qoyduqdan  sonra  Yunq, din  nədir ? mövzusundakı əsas  görüşlərini  açıqlamağa  girişir.Dini  yaşantının  təbiəti  nədir? Bu  mövzuda  Yunq, bir  çox  teoloqla eyni  düşüncəni  paylaşır.Bu  yanaşmanı qısaca  belə  ifadə  edə bilərik : Dini  yaşantının (dinin) mənbəyi  insanların özlərini, özlərindən  üstün  olan  bəzi  güclərə  təvəkkülə  təslim  etmələridir.

Yunq dinin,Rudolf  Ottonun  “Numinosum” -deyə  təsvir etdiyi    insani bir  istəyə  bağlı  olmadan  var  olan  dinamik  bir  varlığın  ya  da  təsirin  diqqətli    incəliklə  izlənməsi  olduğunu  irəli sürür.Bu  varlıq,insanı  nəzarətdə  saxlayır    onu  idarə  edir.İnsanlıq  bu  gücün (varlığın)  yaradıcısı  deyil  yalnızca  quludur.

Dinin  bu  təsvirindən,yəni  insanın  bir  kənar  qüvvə  tərəfindən  müəyyənləşməsindən  sonra  Yunq  yeni  açıqlamalara  girişir.Yunqa görə  təhtəlşüurun dini  bir  təbiəti  var.

Təhtəlşüur, insan  ruhunun  fərdi  yaşantısının  bir  hissəsi  olaraq  izah  oluna  bilməz.Bu  daha çox  bizdən  asılı  olmayan  bir  gücün, varlığımızın  üzərindəki  təsiri    əksolunmasıdır.

İnsanın  röyasında  öz  təhtəlşüurundan  bəzi  səslər    müşahidələr  hiss  etdiyini  iddia  etməsi  heç  nəyi sübut  etmir.İnsan  küçədən  gələn  səsləri  də, öz    səsiymiş  kimi  sana  bilər.Yəni  bu  aldadıcıdı  və güvənsizdi.

Tək  bir vəziyyətdə,  bu  səslərin  öz  kənar  şüurlarıdan  gələn  səslər  olaraq  qəbul  edilməsi  mümkündür.Bu  da,  şüurlu  bir  bütünlüyün  bir  parçası  və ya  böyük  bir  dairə  olması  halında  keçərlilik  qazanar.Kiçik   bir  bank  məmurunun  dostuna işlədiyi  bankı  göstərib  “ bu  da  mənim  bankım…” deməsi  kimidir  bu.

Dinin    təhtəlşüurun  belə  təsvir  edilməsinin  təbii  nətici  olaraq  Yunq,  təhtəlşüurun  bizim  üzərimizdəki  təsirlərinin    təməl  dini  faktorlar”  olaraq  müəyyənləşdirdiyini  müdafiə edir.Yəni  dini  dogmalar    röyalar  dini  faktorlardır,  çünki  bizdən  kənardakı bir  gücün  bizi  idarəetməsinin  əksolunmasıdır. Yunqun  məntiqi  ilə ruhi  xəstəlikləri də  dini  faktorlar  olaraq  açıqladığını  isə  əlavə  etməyə  gərək  yoxdur.

Freyd    Yunqun  dinə  yanaşmalarını    onun qaynağını  açıqlamaq  cəhdlərini  qısaca incələdik.Görəsən geniş  yayılmış  bu  fikir “ Freyd  dinə  qarşıdır, Yunq  isə yox”  hələ  keçərlidir ?Apardığımız  analiz      qarşılaşdırma ,bu  bəsitləşdirici fikrin  tamamilə    ifrat  olduğunu  ortaya  qoydu.

Freyd,  insani  təkamülün  hədəfinin  bu  məqsədlərə  çatmaq  olduğuna  inanır : Bilgi, (ağıl,gerçəklik,məntiq) insan  sevgisi, acıların  azaldılması, azadlıq    məsuliyyət  daşıyacaq  gücə  çatmaq.Bu  ideallar  isə  bütün  böyük  dinlərin  əxlaqi   təməlidir.Qərb    Şərq  mədəniyyətləri, bu  təməllər  üzərinə  qurulmuşdur.Konfutsinin, Lao-Tsenin,Buddanın,  digər  peyğəmbərlərin     İsanın  idealları  da  həmişə  bu  idealları  müdafiə  edir.Bu  dinlər    dərslər  arasında  (yer    zmaan,xitab  edilən topluluğa  görə) deyim  fərqliliklərinin  olması  təbiidir.Məsələn, Buddanın  ağırlığı  acıların  azaldılıb  yox  edilməsi  önəm  verərkən,peyğəbmərlər  ədalət    anlayışlı  olmağa  önəm  veriblər,İsa  isə  insan  sevgisini  əsas  götürüb.Görünüşdəki  fərqliliklərə  baxmayaraq  bütün  bu  dini  öndərlərin,  insanlığın  inkişafındakı  məqsədlər    formalar  baxımından  tam  bir  vəhdət  içində  olması  qəribədir.

Freyd, dinin  bu  əxlaqi  təməllərini  müdafiə etməkdə  və bu  məqsədlərin  gerçəkləşməsini önləyici  olduqları  müddətcə, fövqəltəbii    formal  yanlarını  tənqid  edir.Fövqəltəbii  güclərə    insandan üstün  şeylərə  tapınmağı, insanlığın  inkişafındakı  mərhələlərdən  biri  olaraq  görən  Freyd, bunların  o  çağlarda  gərəkli    məcburi  olduğunu, amma gərəyindən  artıq  gündəmdə  qalanda  insanlığın  ruhi  inkişafını  əngəlləməkdən  ötəyə  getməyəcəyini  müdafiə  edir.Bu  səbəbdən  də, Freydin  dinə  qarşı  olduğu  yolundakı  inanc yalnışdır.Belə  bir  hökmə  varmadan  öncə, onun  dinin  hansı  tərəflərinə  qarşı  olub  tənqid  etdiyini,hansı  tərəflərinə  isə  tərəfdar  olduğunu  araşdırmaq  gərəkdir.

Yunq  üçün  isə  dini  yaşantı, özəl  emosional  bir  müddətdir    insanın  özünü  bilmədiyi  yüksək  bir  gücə  təslim  etməsi olaraq  müəyyənləşir.Bu  gücü  istər  Tanrı, istər  təhtəlşüur deyə  ifadə  edək, nəticə dəyişmir.Yuxarıdakı  müəyyənləşmə, Xristiyanlıq  içində  Luter    Kalvin  təlimlərinin  təməli  olan  bəlirli  bir  dini  yaşantı  formasını  tam  xarakterizə  edərkən, o  biri  tərəfdən  dini  təcrübənin  bir  başqa  tipiylə  toqquşur. Həqiqətə  bu  nisbi  yanaşması  ilə  Yunqun  din  anlayışı, Budduzm,Yəhudilik    İsa  təlimləriylə  toqquşur. Adı  keçən  dinlərdə  insanın  vəzifəsi  , həqiqəti  araşdırmaqdır    bu  qaçınılmaz  olan  bir  məcburiyyətdir.Pilatın gerçək  nədir- deyə  soruşması  belə  yuxarıdakılardan  başqa  bütün  böyük  dinlərdə, dinsiz  bir  hərəkət  hesab  olunur.Yəni bu  prizmadan  baxanda, araşdırmaq    iləri  getmək  cəhdi, günahla  eyni  mənalı  olur.Freydlə  Yunqun  yanaşamalarını  özətləyəcək  olsaq, Freyd dini  əxlaqi  tərəfdən  tənqid  edərkən, fundamental  dəyərlərini  müdafiə  edir    bu  dəyərləri  qorumaq əndişəsi  ilə  hərəkət  edir.Bu  səbəbdən  yanaşmasını  şübhəsiz  “dindar”  olaraq   ifadə  edə  bilərik.Yunq  isə  dini  məhdudlaşdırıcı  bir  formada  psixoloji  bir  fakta  endirib,bu  yolla  açıqlamağa  çalışarkən,bir  yandan  da  təhtəlşüura  dini  bir  anlam  qazandırmaq  istəyir.

 

 

 

 

 

E-mənbə: http://www.alfa-e.com/?p=311

 

Analiz | Şərhlər(3)
Baxış sayı: 397
Açar sözlər: erix fromm psixoanaliz  din 

K.Q.Yunq. "ŞƏRQ TƏFƏKKÜRÜ İLƏ QƏRB TƏFƏKKÜRÜNÜN FƏRQİ"

Yazar: Orxan Oruc @ İyun 24, 2009 7:49

"D-r Evans Vens Şərq «psixologiyasının» vacib müddəalarından ibarət mətnin şərhi vəzifəsini mənə həvalə etdi. Dırnaq işarəsi belə bir ifadənin işlədilməsinin şübhə doğurduğunu göstərir. Qeyd etmək yerinə düşərdi ki, Şərq Avropa psixologiyasına bənzər bir şeydən daha çox fəlsəfə və ya metafizika yaratmışdır. Orta əsrlər Avropası kimi, Şərqə də müasir psixologiyanın anası – tənqidi fəlsəfə yaddır. Şərqdə «idrak» anlayışı metafizikaya aiddir, Qərbdə isə o artıq orta əsrlər dövründən metafizik mənasını itirmiş, «psixi funksiya» mənasını əldə etmişdir.

«Psixi»nin nə demək olduğunu bilmədən və bunu bilməyə iddia etmədən biz metafizik bütövlüyə malik olmayan, fərdin idrakının mövcudluğu və onun universal korrelyatının hipotetik mövcudluğu arasında hər hansı bir əlaqəsi olmayan «idrak» fenomeni ilə kifayətlənəcəyik. Psixologiya, beləliklə, hadisələr dünyasını metafizik implikasiyalarsız dərk edən elmdir. Son iki əsr ərzində Qərb fəlsəfəsinin inkişafı idrakın Universumla əvvəlki vəhdətinin yox olmasını və onun öz sərhədlərində qapanmasını başa çatdırdı. İnsan özü artıq mikrokosm və kosmosun obrazı, onun ruhu isə daha Dünya Ruhunun qığılcımı deyil.

Buna uyğun olaraq psixologiya istənilən metafizik iddiaları və mülahizələri psixi fenomenlər kimi şərh edir, bunlarda son nəticədə şüuraltı meyllərdən yaranan idrak və onun strukturu haqqında məlumatlar görür. Psixologiya baxımından bu mülahizələr şəksiz dəyərə malik deyillər və özlüyündə heç bir (hətta metafizik) həqiqətin ifadəsi deyillər. Elə bir intellektual «gediş» yoxdur ki, onun köməyi ilə belə bir mövqeyin nə dərəcədə düzgün olduğunu aydınlaşdırmaq mümkün olsun. Həmçinin o da aşkardır ki, Universal İdrakın mövcudluğu haqqında metafizik postulatı qənaətbəxş şəkildə əsaslandırmaq qeyri-mümkündür. Ümumiyyətlə, onu əsaslandırmaq mümkündürmü? İnsanın idrakı Universal İdrakın mövcudluğunu fərz edə bilər, lakin bununla o hələ sonuncunu gerçəkdən mövcud olan kimi təsdiq etmir və biz bunu yalnız fərziyyə saymaqda haqlıyıq. Bu fərz etmənin özü və bizim onu fərziyyə kimi müəyyən etməyimiz eyni dərəcədə sübut edilməzdir. Başqa sözlə, eyni dərəcədə ehtimal var ki, bizim idrakımız Dünya İdrakının nümayişidir. Lakin insan əsl həqiqəti bilmir və bilə də bilməz. Buna görə də psixologiya onun hüdudlarından kənarda olan hər hansı bir şeyin mövcudluğunu əsaslandırmağa və ya təsdiq etməyə qadir deyil.

Sağlam düşüncə bizi bu məhdudiyyətləri qəbul etməyə məcbur edir, bu zaman verilən qurbanlar – nağıl dünyası və orada yaşayan idrakın yaratdıqları ilə vidalaşma da qaçılmazdır. İbtidai insanın dünyası belə idi; orada hətta cansız əşyalar da canlı, şəfaverici, magik qüvvəyə malik idilər, bunun sayəsində əşyalar və insanlar qarşılıqlı əlaqə şəraitində mövcud idilər. Bir gün insan başa düşür ki, əşyaların qüdrəti onun özündən gəlirdi, bunların mənası isə onun proyeksiyası idi. İdrak nəzəriyyəsi bəşəriyyətin uşaqlığından – səmalarında və cəhənnəmində idrakın yaratdığı fiqurların məskən saldığı metafizik Kainatdan sonuncu addım atır. Bu qaçılmaz epistemoloji tənqidilik insanın inanmaq qabiliyyətinin Tanrını dərk etməyə imkan verdiyi dini baxışına qəti tərəfdar olmağa maneçilik törətmir. Buradan da Qərbin yeni bəlası – elm və din arasında ziddiyyət meydana çıxır. Elmin tənqidi fəlsəfəsi (neqativ metafizika, başqa sözlə, materializm olaraq) belə bir məntiqi səhv, ehtimal üzərində qurulub ki, materiya yalnız qeyri-tənqidi idrakın hipostazirə etdiyi hipotez, sırf metafizik anlayış deyil, hiss olunan, dərk edilən reallıqdır. Əslində isə «materiya» sözü «ruh» və ya hətta «Tanrı» sözü kimi bilinməyənin rəmzidir. Digər tərəfdən, dini inam özünün tənqidəqədərki dünyagörüşündən imtina edə bilmir. İsanın çağırışına baxmayaraq, inananlar uşaq kimi deyil, uşaq olaraq qalmaq istəyirlər. Bir məşhur müasir ilahiyyatçı öz tərcümeyi-halında etiraf edir ki, «uşaqlığından bu günə qədər» İsa onun mehriban dostudur. İsa – təlimi atalarının dini ilə prinsipial ziddiyyət təşkil edən təbliğçinin parlaq nümunəsidir. Lakin İsanın təqlidi, göründüyü kimi, ardıcıllardan öz yolunun başlanğıcında onun verdiyi psixi və mənəvi qurbanı tələb etmir – Bu qurban olmasaydı, o heç bir zaman xilaskar olmazdı.
Əslində elm və din arasındakı ixtilaf hər iki tərəfdən anlaşılmazlığa əsaslanır. Yeni hypostasis tətbiq edən elmi materializm intellektə qarşı günah etmişdir. Çünki bu dəfə gerçəkliyin ali prinsipi necə adlanırsa adlansın – materiya, Tanrı və ya enerji – özlüyündə ad dəyişdirmə heç nəyi məhv etmir və yaratmır, yalnız rəmzi dəyişdirir. Buna görə də materialist məcburən metafizik olur. Digər tərəfdən, əsasında sırf emosional olan primitiv psixi vəziyyətdən yapışmış inam idrakın hipostazirə edilmiş yaratdıqlarına qarşı ibtidai, infrantil münasibətdən əl çəkə bilmir. O qüdrətli, məsuliyyətli və xeyirxah valideynlərin hökm sürdüyü təhlükəsiz, intim dünyanı qoruyub saxlamaq istəyir. İnam hətta intellekti qurban verməyə hazırdır (təbii ki, əgər sonuncu varsa), lakin heç zaman hissləri qurban verməz. İnananlar özlərini uşağa bənzətmirlər, onlar uşaqdırlar, həyat əldə etmirlər, onun itkisini də bilmirlər. Bundan başqa, din elmlə toqquşduğu zaman dövrümüzün mənəvi hərəkatında iştirakdan imtina etdiyinə görə bunun qarşılığını alır.

Hər bir vicdanlı mütəfəkkir metafizik mövqelərinin (xüsusilə də dinlərin) səbatsızlığını, istənilən metafizik postulatın sübutedilməzliyini, idrakın «özünü öz saçlarından tutub bataqlıqdan çıxarmağa», başqa sözlə, transsendent bir şey yaratmağa aşkar qadir olmadığını etiraf etməli olur.

Materializm insan tərəfindən birdən-birə onun dərkinə metafizik reaksiyadır ki, idrak psixikanın təzahürlərindən biridir və insandan kənara çıxarıldıqda proyeksiyadır. Bu reaksiya metafizik idi, çünki orta fəlsəfi təhsil «materiyanın» hipostazirə edilməsinin arxasında gizlənən gerçəkliyin ali prinsipini görməyə imkan vermirdi. Eyni zamanda, dini istiqamət adamların fəlsəfi tənqidlə, uşaqlıqdan imtina edərək insana laqeyd olan qüvvələrin hökm sürdüyü yad, naməlum dünyaya düşməklə necə könülsüz razılaşdıqlarını üzə çıxarır. Əlbəttə, istənilən halda insan və onun ətrafı dəyişmir, əvvəlki kimi qalır. Lakin indi aydın oldu ki, insan idrakın divarları arasında qapanmışdır, hətta dəlilik zamanı belə oradan çıxmaq mümkün deyil, onun tanrılarının siması və dünyasının surəti xeyli dərəcədə onun öz psixikası ilə şərtlənmişdir.

Qeyd etdiyimiz kimi, bütün metafizik müddəalarımız birinci növbədə idrakın strukturu ilə müəyyən edilib. Biz onu başa düşə bildik ki, intellekt özündə şey, müstəqil mental qabiliyyət deyil, bütöv kimi psixikanın vəziyyəti ilə şərtlənən psixi funksiyadır. Fəlsəfi mülahizə buna görə sırf məntiqi şəxssiz prosesin nəticəsi deyil, məkan və zaman xarakteristikaları ilə konkret şəxsiyyətin əsəridir. Bu planda o əsasən subyektivdir, onun obyektiv dəyəri isə eyni cür düşünənlərin nə qədər olacağından asılıdır. Epistemoloji tənqidiliyin nəticəsi olan insanın idrak hüdudları arasında qapanması təbii olaraq psixoloji tənqidiliyə də gətirdi. Tənqidilyin bu növü filosoflar arasında populyar deyil, onlar fəlsəfi intellekti kamil və şübhəsiz alət saymağa meyllidirlər. Lakin hər halda onların bu intellekti fərdi psixika ilə şərtlənmiş, bütün münasibətlərdə subyektiv şəraitlərlə, o cümlədən mühitin təsiri ilə determinə olunmuş funksiyadır. Biz doğrudan da belə bir fikrə öyrəşmişik ki, idrak özünün universal xarakterini itirmişdir, onun əvvəlki, kosmik əhəmiyyətindən əsər-əlamət qalmamışdır. Bu gün idrak az və ya çox dərəcədə şəxsi iş, subyektiv, hətta ixtiyari fenomen olub. İndi hətta əvvəllər hipostazirə edilmiş «universal ideyalar» psixi qanunlar olmuşlar, insan bizim gerçəklik təcrübəmizin nə dərəcədə psixi təbiətə malik olduğunu başa düşmüşdür; əslində düşündüyümüz, hiss etdiyimiz və qavradığımız hər bir şey psixi obrazdır və dünyanın özü biz onu «təşkil edə» biləcəyimiz qədər mövcuddur. İnsanın öz psixikasında qapanması və onun hüdudlarından çıxa bilməməsi həqiqətinin aşkar edilməsi ona elə güclü təsir edib ki, indi biz hətta «qeyri-şüuri» adını verdiyimiz özümüzdəki bilinməyənin mövcudluğunu da qəbul etməyə hazırıq.

Beləliklə, universal və metafizik görünən idrakın dairəsi özünün sonsuz subyektivliyini və düşüncəsiz proyeksiya və illüziyalara infantil-arxaik meylini tamamilə başa düşən fərdin şüuruna qədər sıxılmışdır. Bir çox ssienistik düşünən adamlar nəzarətsiz subyektivizmdən qorxaraq hətta dini və fəlsəfi simpatiyalarını belə qurban vermişlər. Nəfəsimizlə canlanan, ürəyində qanımızın cərəyan etdiyi itirilmiş dünyanın əvəzinə biz faktlar – ayrıca adamın mənimsəmə imkanlarından müqayisəedilməz dərəcədə çox olan faktlar yığını qarşısında heyran olmağa başladıq. Biz belə bir mömin inamla yaşayırıq ki, təsadüfən yığılmış parçalar dərk edilmiş bütöv təşkil edəcəklər, lakin heç kim sona qədər buna inanmır – çünki kollektiv biliyin hamısını yerləşdirə biləcək baş yoxdur. Biz sadəcə faktlar qalağı altında qalmışıq və bunları dərkə cəsarət edən vicdanına qarşı xəyanət etməli olacaq, çünki faktlar istənilən nəzəri mühakiməni alt-üst edə bilər.

Qərb psixologiyası idrak dedikdə psixikanın fəaliyyətinin mental tərəfini, fərdin «mentallığını» nəzərdə tutur. Fəlsəfə sahəsində hələ də, insanın ilkin «qəlbinin» rudimenti kimi şəxssiz Universal İdraka rast gəlmək olar. Qərb dünyagörüşünün belə şərhi bir az şişirdilmiş görünə bilər, lakin hər halda bu çətin ki, həqiqətdən bir o qədər uzaq olsun. Hər halda mentallığın Şərq tipi ilə müqayisədə qeyd etdiklərimizə yaxın cəhətlər aydın nəzərə çarpır. Şərqdə əql – kosmik qüvvədir, varlığın mahiyyətidir, Qərbdə isə yalnız yaxın vaxtlardaəqli idrakın (və deməli dünyanın koqnitiv mövcudluğunun) mahiyyətə aid şərti kimi şərh etməyə başlamışlar. Şərqdə elm və din arasında ziddiyyət ola bilməz, çünki faktlara qarşı ehtirasa əsaslanan elm və yalnız inam üzərində dayanan din yoxdur: Şərq idrakı – dinidir, Şərq dini – dərk edəndir. Avropalı üçün Tanrının neməti hüdudsuzdur, insan isə son dərəcədə miskindir; Şərqdə insan özü öz tanrısı və xilaskarıdır. Tibetin buddist tanrıları xəyali fərqləndirmə (separateness) səltənətində, proyeksiyalar sahəsində yaşayırlar – hər halda onlar mövcuddurlar. Bizim üçün xəyal həmişə xəyaldır, daha doğrusu, heç nədir; hətta əsl fikri biz ifadə etdiyi mühakimənin müəyyən faktlara istinad etdiyi dərəcədə mövcud hesab edirik. Öz-özlüyündə fikrin reallığının mümkün hesab edilməsi bizə tamamilə absurd gəlir, baxmayaraq ki, atom bombası kimi real şey həm də «faktiki» mövcud olmayan fikirlərin yardımı ilə yaradılıb.

«Psixi reallıq» «psixika» və ya «əql» qədər ziddiyyətli anlayışdır, onu məzmunu ilə şüur kimi başa düşürlər, başqaları «qaranlıq» və ya «şüuraltı» təsəvvürlərin mövcudluğunu mümkün sayırlar, üçüncülər psixika sahəsinə instinktləri aid edirlər, dördüncülər onları istisna edirlər. Böyük əksəriyyət psixikanı beyin hüceyrələrindəki biokimyəvi proseslər məcmusu hesab edir, bəzilərinə görə isə məhz psixika beyin qabığını fəaliyyət göstərməyə məcbur edir. Bəziləri «həyatı» psixika ilə eyniləşdirirlər. Və adamların yalnız cüzi bir hissəsi psixi fenomendə özündə şeyin mövcudluğu kateqoriyasını görürlər və bundan zəruri nəticələrə gəlirlər. Paradoksaldır ki, mövcudluğun məhz bu planına – bütün mövcudiyyətin ayrılmaz zəruri şərtinə – psixiyə qəbul edilən münasibətə görə o, elə bil ki, yalnız «yarımövcuddur». Psixi – haqqında bilavasitə biliyimiz olan yeganə mövcudluq növüdür, çünki dərk edilən predmet psixi varlıq olmadan heç bir şey barədə bilmək olmaz. Bilavasitə gerçəklik kimi bizə yalnız psixi mövcudluq verilmişdir. Dünya psixi obraz forması əldə etmədiyi («təşkil olmadığı») yerdə faktiki olaraq mövcud deyil. Qərb hələ buna gəlib çıxmayıb, buddizmin və Upanişadın güclü təsiri altında olan Şopenhauer kimi nadir istisnaları çıxmaq şərti ilə.

Şərq fikri ilə hətta səthi tanışlıq Şərqlə Qərb arasındakı fundamental fərqi üzə çıxarmağa imkan verir. Şərq varlığın əsas və unikal xüsusiyyəti kimi psixinin reallığından çıxış edir. Elə görünə bilər ki, bu müddəasına görə Şərq fəlsəfəsi təfəkkür spesifikasından daha çox özünün temperamentinin və psixologiyasının xüsusiyyətlərinə borcludur. Bu tipik introvertirə edilmiş meyl Qərbin bir o qədər tipik ekstravertirə edilmiş mövqeyindən prinsipial fərqlidir. İntrovertlik və ekstravertlik, məlum olduğu kimi, insanın dünyaya qarşı münasibətinin temperamenti və ya hətta konstitusiyası ilə müəyyən olunur və bir qayda olaraq subyekt tərəfindən sərbəst olaraq seçilə bilməz. Ayrı-ayrı hallarda onları iradi səylə meydana çıxarmaq olar, lakin bu imkan tamamilə xüsusi şəraitlərdə təzahür edir. Ekstravertliyi Qərbin «stili» hesab etmək olar. Qərb introvertliyi normadan kənara çıxma, patologiya, qəbahət hesab edir. Freyd introvertliyi əqlin avtoerotik, «narsistik» meyli sayır. Bu neqativ dəyərləndirmə ilə o introvertlikdə kollektiv hissinin təhqir edilməsini görən müasir Almaniyanın nasional – sosialist fəlsəfəsinə şərik olur. Şərq öz növbəsində bizim nikbin ekstravertliyimizi etinasızcasına sansarada1 mövcud olan xəyali istəklər səltənəti (ən yüksək nöqtəsi dünya iztirablarının məcmusu olan nidana2 zəncirinin mahiyyəti, cövhəri) adlandırır. Şərq və Qərb mövqeləri arasındakı emosional ziddiyyətin mənası həyatında introvertlə ekstravertin toqquşması zamanı baş verən dəyərlərin ikitərəfli devalvasiyası ilə rastlaşana aydındır. Avropa fəlsəfəsi tarixi ilə müəyyən qədər tanış olanlara isə hələ Platondan gələn universalilərin təbiəti barədə qızğın mübahisə əyani nümunə ola bilər. İntrovertlər və ekstravertlər arasındakı ziddiyyətin incəliklərinə müdaxilə etmədən yalnız dini aspektlər üzərində dayanacağam. Xristian Qərbi belə hesab edir ki, insanın taleyi tamamilə İlahi Nemətdən və ya hər halda Kilsədən – yuxarıdan insanın yer üzündə xilası üçün təsdiq edilmiş xüsusi təşkilatdan asılıdır. İnsanın «özünün xilasına» inanan Şərq isə, əksinə, güman edir ki, insan öz kamilləşməsi yolunu özü müəyyən edir.
Dini dünyagörüşü həmişə, hətta özünün dini ənənəsini unutmuş və ya bu barədə heç bir şey eşitməmiş adamların belə mahiyyətə dair psixoloji mövqeyini ifadə edir və formalaşdırır. Qərb psixoloji cəhətdən tamamilə xristian ənənəsi məcrasındadır. Tertullianın xristian qəlbinin təbiiliyi ifadəsi Qərb üçün həqiqət olaraq qalır – Lakin onun nəzərdə tutduğu kimi dini deyil, psixoloji mənada. Nemət yuxarılardan enir, hər halda kənardan gəlir. İstənilən digər nöqteyi-nəzər əsl küfrdür. Buradan aydın olur ki, nə üçün bizdə insan psixikasına lazımi dəyər verilmir. Psixi ilə Tanrı ideyası arasında əlaqə yaratmaq istəyən dərhal «psixologizmdə» və ya zərərli mistisizmdə ittiham olunur. Digər tərəfdən, Şərq mərhəmət göstərərək bu «aşağı» mənəvi mərhələlərə qarşı dözüm nümayiş etdirir: Burada karmadan kor kimi xəbərsiz insan hələ də günahkarlıq qayğısına qalır və öz təxəyyülünə mütləq tanrıların mövcudluğuna inamla əzab verir ki, onlar da diqqətlə nəzərdən keçirdikdə onun qaranlıq idrakını bürümüş maya örtüyündən başqa bir şey olmurlar. Beləliklə, yalnız psixi və ya hər yerdə mövcud olan Prana (Ruh), Buddanın mahiyyəti; Budda – İdrak, Yeganə, Dharma kaua (Əsl təlim) şəksiz dəyərə malikdir. Bütün mövcud olan ondan törəyir, bütün ayrıca mövcud formalar onda birləşir. Mövcudluğun hər bir məqamında Şərq insanının şüurunda kök salan, onun bütün fikir, hiss, əməllərinə nüfuz edən və dini etiqadından asılı olmayan əsas psixoloji mühakimə budur.

Elə həmin mənada istənilən Qərb insanı dinindən asılı olmayaraq xristiandır. Xristianlığa görə insan daxilən kiçikdir, heç nəyə yaxındır; Kyerkyeqor isə demişdir ki, «insan həmişə Tanrı qarşısında haqsızdır». Qorxu, tövbə, and, itaət, özünü alçaltma, xeyirxah işlər və duaların köməyi ilə o, özündə deyil, Totaliter Aliter-də, Tamamilə Başqada (kamil və dəyişməz), yeganə realda olan böyük qüvvəni rəhmə gətirə bilər. «Tanrını» hər hansı bir başqa qüvvə ilə (məsələn, «dünyayla», «pulla») əvəz etməklə çalışqan, qorxaq, mömin, özünü alçaldan, işgüzar, tamahkar, dünya nemətləri (mülkiyyət, sağlamlıq, bilik, texniki ustalıq, ictimai firavanlıq, siyasi hakimiyyət, nailiyyətlər və s.) uğrunda coşğun mübarizə aparan Qərb insanının tam xarakteristikasını əldə edə bilərik. Dövrümüzün böyük kütləvi hərəkatlarını nə təşkil edir? Bu, başqasının mülkiyyətinin mənimsənilməsi və ya özününkünün müdafiə edilməsi cəhdlərindən ibarətdir. İdrak əsasən daha böyük tikə əldə etmək üçün özünün əsl motivlərini gizlətmək məqsədi ilə əlverişli «izmin» kəşf edilməsi üçün istifadə edilir. Qərb mövqeyi üstünlüklərinin şübhəli ehtimallarından qaçmaq üçün əgər özünün Buddaya bənzər (budha–essense) idealını yaddan çıxararsa, Şərq insanının başına nə gələcəyini təsvirə girişmək istəmirəm. Lakin mən başqasının nöqteyi-nəzərinin təqlidinin mümkün və ya hətta arzuolunan olub-olmaması sualını verməyə bilmirəm. Onlar arasındakı fərq o qədər böyükdür ki, belə bir imkan yoxdur, bununla bərabər, bu arzuedilən də deyil.

Odla suyu qarışdırmaq olmaz. Şərqin mövqeyi Qərbinkini, Qərbin mövqeyi isə Şərqinkini istisna edir. Özünü azad etməklə məşğul olaraq yaxşı xristian; Tanrıya ibadət edərək Budda olmaq mümkün deyil. Ziddiyyətin mövcudluğu ilə barışmaq daha yaxşıdır, çünki onun həlli, əgər ümumiyyətlə mümkündürsə, yalnız qeyri-rasional ola bilər.

Taleyin hökmü ilə Qərb Şərqin mənəviyyatının bəzi təzahürləri ilə tanış olmağa başlayır. Bunun əhəmiyyətini azaltmaq da, aşkar görünən uçurum üzərindən etibarsız körpü tikmək də eyni dərəcədə mənasızdır. Şərq mənəvi texnikası məşqlərini əzbərləyib özünü təbii ki, zorlayaraq təqlid etmək əvəzinə belə bir məsələni aydınlaşdırmaq daha ağıllı hərəkət olardı: bizim qeyri-şüuri introvert meylimizdə Şərqin rəhbər mənəvi prinsipinə bənzər bir şey mövcuddurmu. Onda biz öz torpağımızda, öz əllərimizlə tikə bilərdik. Bilavasitə Şərq variantının mənimsənilməsi isə sadəcə bizim Qərb işgüzarlığımızdan başqa bir şey olmazdı, bir daha sübut edərdi ki, bütün yaxşı şeylər kənardadır, onları əldə edib bizim boş qəlblərimizə doldurmaq lazımdır. Mənə elə gəlir ki, biz hər halda Şərqdən öyrənmiş, başa düşmüşük ki, psixika başqalarından alınmalara ehtiyac olmayacaq qədər kifayət dərəcədə məzmunludur, hiss etmişik ki, biz ilahi mərhəmətin köməyi ilə və ya onsuz da özümüzün yaradıcılarımız ola bilərik. Lakin nə qədər ki, mənəvi qürurumuzla və küfr özünütəsdiqimizlə rəftar etməyi öyrənməmişik, belə bir təkəbbürlü işə girişməməliyik. Şərq münasibəti spesifik xristian dəyərlərini pozur və bunu görməmək yanlışlıq olardı. Yeni mövqeyimizin həqiqiliyi, daha doğrusu, öz tarixində möhkəmliyi yalnız xristian dəyərləri və introvert Şərq mövqeyi arasındakı ziddiyyətin aydın başa düşülməsi ilə təmin oluna bilər. Biz Şərq dəyərlərini xaricdən deyil, daxildən dərk etməliyik, onları özümüzdə, qeyri-şüuri sahədə tapmalıyıq. Bu zaman aydın olacaq ki, qeyri-şüuri qarşısındakı qorxumuz nə qədər böyükdür, müqavimətimiz nə qədər ciddidir. Buna görə biz Şərq üçün bu qədər aşkar olan introvert idrakın özünü azad edən qüvvəsini şübhə altına alırıq.

Qərb üçün bu qüvvə qeyri-şüurinin vacib tərkibini təşkil etsə də, praktiki surətdə məlum deyil. Bir çoxları qeyri-şüurinin mövcudluğunu qətiyyətlə inkar edir və ya güman edirlər ki, bu istisnasız olaraq instinktlərdən, bir zamanlar şüura məxsus olub sıxışdırılmış və ya unudulmuş məzmunlardan ibarətdir. Belə hesab etmək daha təhlükəsizdir ki, «idrak» bizim başa düşdüyümüz kimi idraka (bu və ya digər dərəcədə şüura aid edilən) deyil, Şərqdə başa düşüldüyü kimi, qeyri-şüuriyə aiddir. Bizim üçün eqosuz şüur ağlasığmazdır; şüur şüurlu məzmunların eqoya münasibətinə bərabər tutulur. Əgər eqo yoxdursa, dərk edən də yoxdur. Beləliklə, eqo dərketmə prosesindən ayrılmazdır. Şərq isə eqosuz şüuru qəbul etməkdə çətinlik çəkmir, belə hesab edir ki, şüur eqonun hüdudları ilə məhdudlaşmaya bilər (eqo «yüksək mərhələlərdə» ümumiyyətlə yox olur). Bizim üçün «məni» istisna edən belə psixi vəziyyət o səbəbdən yalnız qeyri-şüuri hesab edilə bilər ki, dərk edənin instansiyasının özü reduksiyaya məruz qalır. Mən heç də şüura transsendent olan mental vəziyyətlərin mövcudluğunu şübhə altına almıram. Lakin bu zaman şüur tam «dəf edildiyi» dərəcədə qurban verilir. Mən şüurlu mental vəziyyəti subyektlə, daha doğrusu, eqo ilə əlaqədən kənarda təsəvvür edə bilmərəm.

Eqo «zəifləyə» (depotentiated) – məsələn, cismi dərketmədən məhrum ola bilər, – lakin nəyinsə dərki qalıbsa, dərk edən də qalmalıdır. Eqo qeyri-şüurini dərk edə bilmir. Qeyri-şüurinin mövcudluğunu biz yalnız dolayı əlamətlər əsasında anlaya bilərik. Tədqiqatçı psixi xəstəlikləri araşdırdığı zaman pasiyentdə qeyri-şüurinin təzahürlərini müşahidə edə bilər, lakin qeyri-şüurinin məzmununun eqoya analoji olan vahid mərkəzdən gəlməsinin sübutu yoxdur. Belə güman etməyə ciddi əsas vardır ki, qeyri-şüuridə ümumiyyətlə belə bir mərkəz yoxdur.

Şərqin eqodan belə asanlıqla imtina edə bilməsi, görünür ki, idrakın Qərbdən fərqli başa düşülməsini nəzərdə tutur. Aydındır ki, Şərq təfəkkürü üçün eqo bizim üçün olduğu qədər əhəmiyyətə malik deyil. Şərq idrakı daha az dərəcədə «eqo–sentrik»dir, onun məzmunları ilə subyekt arasındakı əlaqə daha zəifdir, eqonun ikinci plana keçdiyi mental vəziyyətlər yüksək qiymətləndirilir. Eqonun şiddətli coşğunluqlarının idarə edilməsinin müstəsna effektiv vasitəsi xatxa-yoqadır. Şübhəsiz, samadxaya nail olmağa can atan yoqanın ən yüksək formaları eqonun praktiki surətdə silindiyi mental vəziyyətə istiqamətlənmişlər. Şüur onun Avropa mənasında aşağı mərhələ (avidaya – «xəbərsizlik») sayılır, şüurun «qaranlıq fonu» (background) adlandırdığımız isə yüksək mərhələ kimi başa düşülür.1 Beləliklə, bizim kollektiv qeyri-şüuri anlayışımız buddhanın («aydın ağıl») Avropa ekvivalenti ola bilər.
Deyilənlərdən belə çıxır ki, «sublimasiya»nın Şərq forması cisim və təfəkkür arasında aralıq mövqeyinə malik psixi fəallığın mərkəzi kimi eqo-şüurun mənimsənilməsindən ibarətdir. Psixikanın aşağı, yarıfizioloji səviyyələri tərki-dünyalığın, təlimlərin köməyi ilə ram olurlar və ciddi nəzarət altında saxlanılırlar; lakin sublimasiyanın Qərb formaları üçün adi olan bu səviyyələrin inkar edilməsi və ya iradi sıxışdırılması baş vermir. İnadlı yoqa praktikası «yüksək» sahənin fəaliyyətinə təsir etmələrinin dayanmasına qədər onları uyğunlaşdırır və transformasiya edir. Görünür ki, bu spesifik prosesə eqo və onun tələblərinə Şərqdə ənənəvi olaraq «subyektiv amil» sayılan tərəfindən nəzarət səbəb olur. Mən şüurun «arxa planı»nı (background) – qeyri-şüurini nəzərdə tuturam. Bütövlükdə introtvertlik üçün qavrayış məlumatlarının apriorluğuna aksent xarakterikdir. Məlumdur ki, appersensiya aktı iki məqamdan ibarətdir: 1) obyektin bilavasitə qavrayışı; 2) obyekti dərk etməyə imkan verən öncə mövcud olan (pre–existing) model və ya anlayışların köməyi ilə qavranılanın assimilyasiyası. Psixi – hər hansı bir keyfiyyətdən məhrum olan fiksiya deyil, o aydın surətdə formalaşmış və spesifik reaksiya verən sistemdir. İstər qavrayış, istər spontan fikir olsun, hər hansı bir yeni təsəvvür yaddaş xəzinəsindən gələn assosiasiyaların meydana gəlməsinə səbəb olur. Onlar dərhal əslində interpretasiyanın bir növü olan mürəkkəb «təəssürat» mənzərəsini təşkil edərək şüura nüfuz edirlər. Təəssüratın ondan asılı olduğu qeyri-şüurinin istiqamətini (disposition) «subyektiv amil» adlandırıram. O «subyektiv» kimi dəyərləndirilməlidir, ilkin təəssürat əsasında çətin ki, obyektivliyə nail olunsun, adətən «subyektiv amil»in bilavasitə reaksiyasının dəyişdirilməsi və uyğunlaşdırılması üçün kifayət qədər zəhmət tələb edən verifikasiya, müqayisə və analiz prosesləri tələb olunur.

Subyektiv amili «yalnız» subyektiv sayan ekstravertlərin meylinə baxmayaraq onun əhəmiyyətinin etiraf edilməsi əsla şəxsi subyektivliyə aparmır. Psixika öz strukturları ilə – kifayət qədər real quruluşlardır. Onlar, deyildiyi kimi, maddi obyektləri psixi obrazlara transformasiya etməyə qadirdirlər, onların köməyi ilə biz dalğaları deyil, səsləri, müəyyən tezlikli elektromaqnit rəqslərini deyil, bu və ya digər rəngləri qavrayırıq. Bir çox şeylər vardır ki, onları sonsuz sayda müxtəlif üsullarla görmək, hiss etmək, anlamaq olar. Psixika xarici dünyanın məlumatlarını özünəməxsus şəkildə, şəxsi meyldən tamamilə asılı olmayaraq, son hesabda appersepsiyanın qanun və ya modellərinə əsaslanaraq assimilyasiya edir. Müxtəlif dövr və ölkələrin onlara müxtəlif adlar verməsinə baxmayaraq bu qanunlar dəyişməz qalırlar. Keçmişdə insanlar cadugərlərdən qorxurdular, kabusların, əcinnələrin mövcudluğuna inanırdılar – müasir insan mikroblardan ehtiyat edir, vitaminlərin mütləq hakimiyyətinə, iddialara inanır…

Subyektiv amilin əsasında psixi fəaliyyətin aprior modelləri durur. Əgər subyektiv amili qəbul ediriksə, beləliklə, psixi qanunauyğunluqların reallığından çıxış edirik, bununla da subyektivizmdə mümkün ittihamın qarşısını alırıq. Biz bu yolla gedərək şüurun aşağı təbəqələrinə enə, psixi həyatın əsas qanunlarına toxuna və qeyri-psixi qüvvələrin fatal müdaxiləsi (xarici dünyanın təsiri) olmasaydı, mütləq psixikadan törəyəcək həqiqətə yiyələnəndə başlaya bilərdik. Bu həqiqət, şübhəsiz, bizim xarici dünya haqqında biliklər toplumuzu tarazlaşdıra bilərdi. Qərbdə yalnız faktlarla təsdiq edilmiş bilik qənaətbəxş hesab olunur. Biz müşahidənin və təbiətin araşdırılmasının dəqiqliyinə inanırıq: bizim həqiqət xarici gerçəkliyə uyğun gəlməlidir – əks təqdirdə o yalnız «subyektiv» olacaq. Şərq praktiti1 rəqsindən (fyusis) və mayanın2 saysız illüzor formalarından üz çevirdiyi kimi, Qərb boş fantaziyaları ilə qeyri-şüuridən yan keçir. Lakin introvert Şərq xarici dünyayla rəftar etməyi gözəl bacarır, ekstrovert Qərb isə psixi və onun tələbləri ilə yola gedə bilmir: kilsə kimi institut dərk edilməyən psixini ayinlərdə ifadə etmək imkanı verir. Təbiət elmləri və müasir texnologiya da həmçinin Qərbin monopol ixtirası deyil. Onların şərqli yoldaşları köhnəlmiş və hətta primitiv görünürlər. Lakin mənəvi intuisiya və psixotexnika sahəsində malik olduqlarımız yoqa ilə müqayisədə Şərq astrologiya və tibbinin Qərb elmi ilə müqayisəsində olduğu qədər geridə qalmış görünə bilər. Xristian kilsəsinin rolunu azaltmaq istəməsəm də, hər halda, öz fikrimi İqnatius Loyolanın Exercitiyası1 ilə müqayisədə izah edəcəyəm. Bu səviyyədən birdən-birə yoqa səviyyəsinə sıçrayış Asiya xalqlarının bir anda yarımçıq avropalılara çevrilməsi qədər arzuedilməzdir. Mənim Qərb sivilizasiyasının Tanrı tərəfindən seçilmiş olduğundan və Qərbin Şərq mənəviyyatını uyğunlaşdırma imkanlarından şübhələnməyə ciddi əsaslarım var. Lakin qarşı duran iki dünyanın görüşü artıq baş verib. Şərq çox ciddi transformasiyaya məruz qalır, onun bütövlüyü tamamilə və birdəfəlik pozulmuşdur. Şərq müharibə aparılmasının ən mükəmməl Avropa üsullarını uğurla təqlid edir. Qərbdə bədbəxtlik, görünür ki, daha dərin qatlara nüfuz edib. Bizim fəlakətimiz – ideologiyaların çiçəklənməsidir; çoxdan gözlənilən Antixrist elə onlardır. Nasional-sosializm müsəlmanlıq meydana çıxandan bəri hər hansı bir kütləvi hərəkatdan daha çox dinə çevrilməyə yaxındır. Kommunizm itirilmiş cənnəti geri qaytarmağa iddia edir. Biz, göründüyü kimi, mənəvi epidemiyalara qarşı müqavimətə az uyğunlaşmış ruhumuzun kədərli natamamlığından daha çox məhsulun məhvindən, daşqınlardan, epidemiyalardan, türklərin basqınından müdafiə olunuruq.
Qərbin dini istiqaməti ekstravertdir. Bizim dövrümüzdə xristianlığın dünyaya və bədənə qarşı münasibətdə düşmənçilikdə və ya laqeydlikdə ittihamı əsassız təhqir kimi səslənir. Əksinə, yaxşı xristian gülərüzlü vətəndaş, bacarıqlı biznesmen, əla əsgərdir; hər işdə o ən yaxşıdır. Bu dünyanın nemətləri tez-tez xristian həyat tərzinə görə mükafat forması kimi şərh edilir və «Bizim atamız» duasında supersubstantialis (mahiyyətdən uca, ən mühüm) sifəti artıq çoxdandır ki, çıxarılmışdır, çünki real çörək qayğısına qalmaq daha böyük əhəmiyyətə malikdir. Belə dərinliklərə işləmiş ekstravertlik, əlbəttə ki, insanın öyrənməsi və ya tanrı neməti sayəsində əldə edilmiş olmayan heç olmasa nə isə bir şeydən ibarət psixika verməyə qadir deyil. Bu nöqteyi-nəzərdən insanın psixi təbiətinin onun azadlığının vasitəsi olmasını güman etmək əsl kafirlik olardı. İdrakın özünü azad edən gücü ideyası bizim möminliyimizdə əsasını tapmır. Buna baxmayaraq, psixologiyada ən yeni cərəyan olan «analitik psixologiya» («komplekslər psixologiyası») özünün simvolik xarakteri sayəsində şüurun nöqsanlarını və onun dolaşıqlarını kompensasiya edə bilən qeyri-şüuri proseslərin mövcudluğunu mümkün hesab edir. Psixoanalizin gedişi zamanı qeyri-şüuri proseslər dərk edilərkən, onlar şüuru o dərəcədə dəyişdirir ki, biz artıq şüurluluğun yeni səviyyəsindən danışa bilərik. Lakin psixoanalitik metod bilavasitə qeyri-şüuri kompensasiya prosesini doğura bilməz – biz tamamilə qeyri-şüuridən və ya «Tanrının mərhəmətindən» asılıyıq, buna hansı adın verilməsinin əhəmiyyəti yoxdur. Lakin qeyri-şüuri proses də çox nadir hallarda müstəqil olaraq, texniki yardım olmadan şüurun sərhədlərinə yaxınlaşır. Üzə çıxmış qeyri-şüuri məzmunlar şüur üçün adi olan təfəkkür və hissetmə üsulları ilə aşkar ziddiyyət təşkil edirlər, axı digər halda onlar kompensator xarakterə malik olmazdılar. Hər halda ilk reaksiya şüurun onunla bu dərəcədə uyuşmaz olan kənar təsirlərin, hisslərin, fikirlərin və s. müdaxiləsinə müqavimətindən yaranan ziddiyyət olur. Şizofreniya belə tamamilə yad və qeyri-məqbul məzmunların müdaxiləsinə ən parlaq nümunədir. Təbii ki, şizofreniya patoloji təhriflərin və mübaliğələrin nəticəsidir, lakin normal psixikanın fəaliyyəti ilə az da olsa tanış olan adam əsas sxemlərin eyniliyini asanlıqla görə bilər. Eyni modelləri biz mifologiyada və təfəkkürün digər arxaik formalarında görürük.
Adi şəraitdə istənilən konflikt idrakı onun həll edilməsinin yeni üsullarını axtarmağa vadar edir. Adətən (Qərbdə) şüur qeyri-şüuriyə qələbə çalır, çünki şüura kənardan gələn hər şey lap əvvəldən natamam, hansı mənadasa yalançı hesab edilə bilər. Lakin nəzərdən keçirdiyimiz hallarda biz dinməz-söyləməz güman edirik ki, şüurla aşkar uyğun gəlməyən məzmunlar sıxışdırılmayacaq, ziddiyyət qəbul olunacaq və ona «icazə veriləcək». Öncə onun həll edilməsi tamamilə qeyri-mümkün görünür, lakin bu müvəqqəti vəziyyətə səbrlə dözmək lazımdır. Belə fasilə – qeyri-şüuri üçün tənəffüs dövrüdür və ya başqa cür desək, şüurlu şərait - qeyri-şüuridə yeni, kompensator reaksiyası yaradır. Adətən röyalarda olan bu reaksiya da öz növbəsində idraka çatdırılır. Şüur beləliklə yeni problemləri qaldıran və ya gözlənilməz şəkildə köhnələrini transformasiya edən psixinin yeni hərəkəti ilə toqquşur. Konfliktin qənaətbəxş həllinə qədər təkrar edilən belə prosedura transsendental funksiya adını daşıyır. Bu eyni zamanda həm metod, həm də prosesdir. Qeyri-şüuri kompensasiyaların həyata keçirilməsi spontan prosesdir, onun dərk edilməsi isə metoddur. «Transsendental» sözü ziddiyyətlərin qarşılıqlı konfrontasiyası vasitəsi ilə bir psixi vəziyyətdən digərinə keçidi göstərir.

Transsendental funksiyanın bu təsviri çox sxematikdir və təfərrüatları öyrənmək üçün oxucu digər əsərlərə müraciət etməlidir. Lakin nəzərə almaq lazımdır ki, burada təsvir edilən psixoloji müşahidə və metodlar mənim bu mətndə işlətdiyim «idrak» anlayışının mənasını izah edə bilər. Bu – obrazlar – qeyri-şüuriyə immanent, onun struktur elementi olan qavrayış modelləri nümunələri yaradan idrakdır. Yalnız onların mövcudluğu hətta mümkün keçmə vasitəsi kimi miqrasiyanın tamamilə istisna edildiyi bölgələrdə belə mifoloji motivlərin ümumiliyini izah edə bilər. Röyalar, fantaziyalar, psixozlar bütün cəhətləri ilə mifoloji motivlərə bənzəyən obrazlar yaradır; insan bu sonuncular barədə hətta dolayısilə belə (Bibliyanın iddiaları və ya simvolikası) heç bir təsəvvürə malik olmaya bilər. Qeyri-şüurinin psixologiyasında olduğu kimi, şizofreniyanın psixologiyasında da, şübhəsiz ki, məhz arxaik material təmsil olunub. Qeyri-şüurinin strukturunun necəliyindən asılı olmayaraq bir məsələ aydındır: burada müəyyən miqdarda mifologiya invariantları ilə identik və mifoloji təfəkkür formalarına bənzər arxaik modellər vardır.

Şüurun matritsası qeyri-şüuridə kök salıb və burada göstərdiyimiz Universal İdrak kimi fikir formaları meydana çıxır. Qeyri-şüuri müəyyən bir sabit formaya malik olmadığından, özünün də forması olmayan, lakin bütün formaların forması olan Universal İdrak haqqında Şərq təsəvvürü, görünür ki, psixoloji cəhətdən özünü dərindən doğruldur. Qeyri-şüurinin forma və modelləri hər hansı bir konkret zaman kəsiyinə aid deyillər, onlar «əbədidirlər» və şüur dairəsinə düşdükdə spesifik zamandan xariclik hissi doğururlar.

Primitiv xalqların psixologiyasını öyrənərkən biz eyni vəziyyətlə rastlaşırıq: məsələn, Avstraliya sözü olan, «yuxu» mənasını verən «aljira»nın, həmçinin «kabuslar ölkəsi», «zaman» (əcdadların əvvəllər və indi yaşadıqları) mənaları da vardır. Biz burada özünəməxsus bütün əlamətləri – məzmunlarının röyada görünməsi, qəbilə təfəkkürü formaları dünyası, zamandan xaricliklə qeyri-şüurinin konkretləşdirilməsini və proyeksiyasını görürük.

Xarici dünyadan (şüurdan) yayındıran və diqqəti subyektiv amildə (şüurun arxa planında) mərkəzləşdirən introvert istiqamət qaçılmaz olaraq qeyri-şüurinin xarakter təzahürlərini – «qəbilə» və ya «tarixi» hissi ilə və bundan başqa qeyri-müəyyənlik, zamandan xariclik, Vahid hissi ilə yoğrulmuş təfəkkürün arxaik xarakterini doğurur. Bizim üçün ekstraordinar olan Vahid hissinin yaşanılması – mistisizmin bütün növləri üçün gündəlik təcrübədir. Ola bilər ki, bu təcrübə şüur söndükcə artan – bütün məzmunların total qarışması, seçilməz olması və qarşılıqlı nüfuz etməsinin nəticəsidir. Röyalarda və xüsusilə ruhi xəstələrin psixikasının məhsullarında obrazların, demək olar ki, qeyri-məhdud kontaminasiyası bu obrazların qeyri-şüuri mənşəyini sübut edir. Şüur sahəsindəki formaların dəqiq müəyyənliyindən və ayrıcalığından fərqli olaraq qeyri-şüuri məzmunlar həddindən artıq qeyri-müəyyəndirlər və buna görə də müxtəlif cür kontaminasiyalara məruz qalırlar. Heç bir şeyin müəyyən bir formaya malik olmadığı vəziyyəti təsəvvür etsək, bütövlüyü bir vahid kimi hiss edəcəyik. Buna görə də güman etmək olar ki, spesifik «Vahid» hissi bütün formaların qeyri-şüuridə şüuraltı hiss edilən qarışmasından doğur.

«Transsendental funksiyanın» vasitəsi ilə biz yalnız Universal İdraka yolu tapmayacağıq, bizə həm də özünü azadetmə imkanına Şərq inamı aydın olacaqdır. Əgər introspeksiya və qeyri-şüurinin kompensator funksiyasının dərki yolu ilə öz psixi vəziyyətini dəyişdirmək və ağrılı ziddiyyətin həllinə nail olmaq mümkündürsə, bizim, təbi ki, özünü azadetmədən danışmağa haqqımız var. Lakin artıq işarə etdiyim kimi, özünü azadetməyə bu məğrur meylə mane olan odur ki, insan bu qeyri-şüuri kompensasiyaları sərbəst olaraq yarada bilməz. İnsan kompensasiyanın spesifik xarakterini də dəyişdirə bilməz: o necədirsə elədir, əks təqdirdə ümumiyyətlə yoxdur. Maraqlıdır ki, bu müstəsna dərəcədə vacib vəziyyəti Şərq fəlsəfəsi tamamilə dərk etmir, əslində isə Qərb mövqeyinin psixoloji əsaslandırılmasını elə o təmin edir. Məhz Qərb təfəkkürü insanın hansısa bir qaranlıq qüvvədən fatal asılılığına dair çox vacib intuisiyanı yaratmışdır, bütün işlərin yaxşı getməsi üçün bu qüvvə ilə əməkdaşlıq zəruridir. Doğrudan da, qeyri-şüurinin «əməkdaşlıqdan» imtina etdiyi yerdə insan hətta gündəlik fəaliyyətində belə çaşqınlıq hiss edir. Yaddaş imtina edə, hərəkətlərin koordinasiyası pozula, diqqəti mərkəzləşdirməyə maraq və ya qabiliyyət itə bilər və hər bir belə pozulma ciddi nevroza, bədbəxt təsadüfə, professional və ya mənəvi iflasa səbəb olmağa qadirdir.

Keçmişdə adamlar tanrıların onlardan üz çevirdiklərindən şikayət edirdilər, indi biz belə vəziyyəti nevroz adlandırırıq və bunun səbəbini vitamin çatışmazlığında, endokrin dəyişikliklərdə, həddindən artıq yorğunluqda və ya seksual disharmoniyada görürük. Haqqında heç bir zaman düşünmədiyimiz və təbii bir şey kimi qəbul etdiyimiz qeyri-şüurinin fövqəladə vacibliyinin bütün əhəmiyyətini biz yalnız ondan məhrum olduqda dərk edirik.

Digər irqlərlə, məsələn, çinlilərlə müqayisədə ağ adamın psixi balansı və ya daha sərt desək, onun beyni, görünür ki, zəif yerdir. Özünün zəif cəhətlərinə göz yummaq qabiliyyəti ilə ətrafdakılara hakim olmaq yoluyla özünün təhlükəsizliyini təmin etməyə can atan ekstravertlik növü izah edilir. Ekstravertlik «daxili insana» (əgər onun iştirakı ümumiyyətlə dərk edilirsə) inamsızlıqla çiyin-çiyinə gedir. Ümumiyyətlə, hamımız bizdə qorxu aşılayan şeyi lazımi qədər qiymətləndirməməyə meylliyik. Görünür, bu səbəblər Qərb sivilizasiyası üçün çox xarakterik olan belə bir əminlik yaratmışdır ki, idrakda əvvəlcə hisslərdə verilmiş heç bir şey yoxdur. Lakin artıq qeyd edildiyi kimi, bu ekstravert meyl o şəraitdə psixoloji təsdiqini tapır ki, qeyri-şüuri kompensasiya iradi nəzarətə məruz qalmır. Məlumdur ki, yoqanın xidməti qeyri-şüuri prosesləri nəzarət altında saxlamaq qabiliyyətindədir; buna görə də bir tam kimi yoqanın psixikasında şüurun ən yüksək təbəqələrinin nəzarəti altında olmayan heç bir şey olmur. Belə bir vəziyyətə potensial nail olmaq imkanına heç bir şübhə etməyərək hesab edirəm ki, bu vəziyyətə özünün qeyri-şüurisi ilə eyniləşdirmə nəticəsində nail olmaq olar. Belə eyniyyət – «mütləq obyektivlik» Qərb fetişinin, daxili həyatın tam yoxluğu şəraitində özünü vahid məqsədə, ideyaya, işə mexaniki tabe etdirmənin Şərq variantıdır. Şərq nöqteyi-nəzərindən belə «tam obyektivlik» dəhşətdir, çünki o insanı «sansaranın» hakimiyyətinə verir. Qərb üçün isə o insanı «samadxanın» – mənasız yuxu vəziyyəti kimi bir şeyin ixtiyarına verir. Şərqdə öz kökündən ayrılmağa imkan verməyən daxili insan həmişə xaricini özünə tabe etdirir; Qərbdə daxilini sıxışdıran xarici insan özünü daxili varlıqdan get-gedə daha da uzaqlaşdırır. Vahid İdrak, Vahid, formaların seçilməzliyi, əbədiyyət yalnız təkcə Tanrıya məxsusdur; insan isə artıq özünün təbiətinə görə miskin və haqsızdır.
Düşündüyümə görə, mülahizələrimdən aydındır ki, hər iki zidd mövqeyin özünün psixoloji əsası var. Bunlardan hər biri öz tərəfindən çərçivələrindən kənara çıxan vəziyyətlə hesablaşmağa qadir deyil. Biri şüur dünyasını, digəri Vahid İdrak dünyasını lazımi qədər qiymətləndirmir. Nəticədə bu da, o da öz ekstremizmində dünyanın yarısını itirirlər; onların varlığın tamlığından ayrılmış həyatı süniliyə və dehumanizasiyaya məhkumdur. Qərbdə biz obyektivlik maniyasını, ideal (və ya qeyri-ideal) məqsəd naminə gözəlliyi və həyatın tamlığını inkar edən mövhumatla mübarizə aparan amilin asketizmini görürük. Şərqdə – müdriklik, sakitlik, özünün dumanlı əsaslarına müraciət edən, həyatdakı kədər və sevinci arxada qoyan psixikanın həyatdan üz çevirməsi və süstlüyü var və bu, göründüyü kimi, belə də olmalıdır. Təəccüblü deyil ki, birtərəflilik rahibliyin çox bənzər formalarını yaradır, həm bu, həm də digər halda tərki-dünyanın, müqəddəsin, rahibin və ya alimin vahid məqsədini təmin edir. Mənim özlüyündə bitərəfliyə qarşı heç bir etirazım yoxdur. Əgər gücü çatacaqsa, təbiətin möhtəşəm eksperimenti – insanın belə tədbirlərə haqqı var. Həmin bu bitərəflilik olmasaydı, insan ruhunun özü bütün əzəməti ilə üzə çıxmazdı. Və hər halda düşünürəm ki, həm bu, həm də digər tərəfdən başa düşməyə cəhd etmək lazımdır.

Qərbin ekstravert və Şərqin introvert meylləri bir məsələdə eynidirlər: hər ikisi həyatın «təbiiliyini» idraka tabe etdirmək üçün böyük cəhdlər edirlər. İdrakın materiya üzərində bu üstünlüyü, təbiətə zidd hərəkət bütün zamanlar ərzində yaradılan özünün ən qüdrətli silahına – dərk edən ağıla sevinməkdən hələ də yorulmamış insanın gəncliyinin əlamətidir. Ola bilər ki, uzaq gələcəkdə, bəşəriyyətin günortasında tamamilə başqa bir ideal bərqərar olacaq və zaman ötdükcə insan qələbə çalmağı arzulamayacaq.


Tərcümə edəni: Paşa ƏLİOĞLU

Dahilər | Şərhlər(0)
Baxış sayı: 367
Açar sözlər: k.q.yunq şərq təfəkkürü ilə qərb 

Ziqmund Freydin Albert Eynşteynə göndərdiyi məktub

Yazar: Orxan Oruc @ İyun 23, 2009 8:01

ZİQMUND FREYD /1856-1939/
Avstriya alimi, psixiatr-həkim, psixoanalizin banisi
MÜHARİBƏ MÜTLƏQDİRMİ?

ALBERT EYNŞTEYNƏ MƏKTUB



Vyana, sentyabr, 1932

Əziz cənab Eynşteyn!

Biləndə ki, mənə Sizi maraqlandıran və rəyinizcə başqalarının da diqqətini çəkməyə layiq olan bir mövzunun müzakirəsində iştirak etməyi təklif edirsiniz, dərhal razılaşdım.

 Elə düşünürdüm ki, seçdiyiniz mövzuya hər birimiz - fizik ya psixoloq, bu gün nail olduğumuz biliklər səviyyəsindən yanaşa bilər və beləliklə hərəmiz bir tərəfdən yola çıxsaq da, eyni bir nöqtədə görüşə bilərik. Amma düzü, məsələnin qoyuluşu məni təəccübləndirdi: bəşəriyyətin müharibənin dəhşətli təhlükəsindən xilas olunması üçün nə etmək lazımdır? İlk anda özümün (az qala deyəcəkdim hamımızın) bu məsələdə səriştəsizliyimizdən qorxdum, axı müharibənin olub-olmamasını praktik cəhətdən dövlət xadimləri həll edir. Daha sonra anladım ki, siz məsələni alim-fizik kimi yox, humanist dünyagörüşlü insan kimi qoyursunuz. Onu da düşündüm ki, məndən konkret təkliflər gözləmirlər, mən yalnız müharibənin qarşısını almaq problemini psixoloq kimi dəyərləndirməliyəm.

Siz sözünüzə hüquq və hakimiyyətin münasibətindən başlayırsız. Yəqin ki, bizim araşdırmamız üçün bu dəqiq başlanğıcdır. Amma olarmı mən "hakimiyyət" sözünü daha sərt "güc" sözüylə əvəz edim. Çünki bu gün bir-birinə qarşı duran Hüquq və Gücdür. Hüququn gücdən yarandığını isbat etmək çətin deyil. Əgər bu işin qaynaqlarına müraciət etsək, lap əvvəllərə getsək, problemin mahiyyətini görərik. Bağışlayın ki, indi mən hamıya məlum olan və hamının qəbul etdiyi məsələlərdən danışacam. Belə görünməsin ki, nə isə təzə bir şey deyirəm, amma toxunduğumuz mövzu bunları deməyi məcbur edir.

Prinsipial məsələ odur ki, insanlar arasında konfliktlər, maraqların toqquşması Güc vasitəsiylə həll olunur. Bütün canlılar aləmində belədir və insan özünü bu aləmdən ayırmamalıdır. İnsanlarda buna fikirlərin konflikti əlavə olunur. Amma bu daha sonrakı dövrün qəlizliyidir. Əvvəllər, ilkəl dövrdə insan ordasında yalnız əzələlərin gücü kimə nəyin məxsus olacağını və kimin iradəsinin qalib gələcəyini müəyyənləşdirirdi. Az sonra əzələlərin gücünə hücum, ya müdafiə alətlərinin istifadə olunması da əlavə edilir. Kimin silahı daha mükəmməldirsə və kim bu silahdan daha ustalıqla istifadə edə bilirsə o qalib gəlir. Silah meydana çıxandan bəri zəka üstünlüyü əzələ üstünlüyündən daha önəmli olmağa başlayır. Amma toqquşmanın son məqsədi elə əvvəlki kimi qalır. Rəqiblərdən biri aldığı zədələr nəticəsində və gücün zəiflədiyi üçün iddialarından da, mübarizədən də əl çəkməli olur. Məqsədin son həddi düşmənin tamamilə yox edilməsi, yəni öldürülməsidir. Bunun əhəmiyyəti ondadır ki, düşmən daha heç vaxt qisas ala bilməyəcək və onun taleyi belə fikrə düşə biləcək bütün başqaları üçün də görk olacaq. Bundan başqa, düşmənin qətli insana xas olan instiktiv qəddarlıq meyli ilə də bağlıdır ki, bu barədə sonralar danışacam. Amma düşməni öldürmək istəyinə qarşı başqa bir fikir də əmələ gəlir - öldürməkdənsə, həyatını saxlayıb onu özün üçün qul kimi istifadə edə bilərsən. Bu halda düşməni yenməyinlə, qul kimi işlətməyinlə qürur duyursan, amma eyni zamanda təhlükəsizliyinə xələl gəlir, axı həyatını saxlamış düşmənin qisas, intiqam həvəsi də qalır.

Mən ibtidai dövrün münasibətlərini bu cür görürəm. Onu da bilirik ki, bu münasibətlər tarixi inkişaf boyu müəyyən təbəddülata uğrayır. Yol Gücdən Hüquqa doğru yüksəlir, amma bu yol özü necədir? Fərq ancaq ondadır ki, ayrı fərdin gücü cəmiyyətin, dövlətin gücüylə əvəz olunur. Cəmiyyət özünü qorumaq üçün təşkilatlanmalıdır, qanunlar çıxarmalıdır, təhlükəli qiyamların qarşısını almaq üçün bu qanunlara nəzarət edən orqanlar yaratmalı və lazım gələndə onların vasitəsiylə güc tətbiq etməlidir. Bu sayaq maraqların eyniyyəti nəticəsində hisslərin birliyi və birlik hissi yaranır ki, bu da ən real müdafiə qalasıdır.

Eyni bir cəmiyyətdə də bir-biriylə ziddiyyət təşkil edən qüvvələr var və onların konfliktini də Güc vasitəsiylə həll etmək lazım gəlir. Amma cəmiyyətin içində bir-biriylə konfliktə girən insanları xarici təhlükə yenidən birləşdirir, axı onlar eyni ərazidə yaşayan, eyni xalqın, eyni dövlətin nümayəndələridir və öz aralarında nə qədər ziddiyyət olsa da xarici Gücün qarşısında birlik nümayiş etdirməlidirlər. Bəşər tarixi daima ayrı-ayrı qəbilələr, xalqlar, imperiyalar arasında toqquşmalardan xəbər verir və bu toqquşmalar həmişə müharibələrlə tamamlanır. Müharibələr də yenilən tərəfin qarət olunması, tamamilə qula çevrilməsiylə nəticələnir. Bu sayaq müharibələrin tarixi nəticələri də müxtəlif olur. Bəzi təcavüzkar savaşlar yenilmiş xalqa yalnız müsibətlər gətirir, bəzi davaların nəticəsi isə daha kamil, daha iri və deməli yaşama imkanları daha güclü olan dövlətlər yaradır. Qədim Roma imperiyası buna örnəkdir. Fransız krallarının sərhəd əraziləri öz dövlətlərinə qatmaq istəyi Fransanın yaranmasına - sülhsevər, çiçəklənən və birləşmiş ölkənin yaranmasına səbəb oldu.

Çağdaş dövrümüzə müraciət etsək, bu kiçik icmalımızdan bəlli olan eyni nəticələrə gələcəyik. Müharibələrin qarşısı yalnız o zaman alına bilər ki, insanlar, xalqlar, dövlətlər birləşib Mərkəzi hakimiyyət yaratsınlar və bu hakimiyyət bütün konfliktlər haqqında Hüquq əsasında qərar verə biləcək son mərhələ olsun. Bunun üçün iki şərt lazımdır. Birincisi, belə bir orqanın yaranması, ikincisi, onun yetərincə gücü olması. Bu şərtlərdən biri olmadan onun uğuru mümkün deyil. Millətlər Liqası belə bir təşkilat kimi nəzərdə tutulmuşdu, amma ikinci şərtə əməl olunmadığı üçün bir şey edə bilmədi.

İndi mən Sizin dediklərinizdən biri üstündə də dayanmaq və ona şərh vermək istəyirəm. Siz təccüblənirsiniz ki, insanlar çox asanlıqla müharibə isteriyasına qapılarlar və belə güman edirsiniz ki, hansısa nifrət və dağıdıcı instinkt onları müharibələrə sövq edir. Tamamilə haqlısınız. Biz insanda belə bir meylin olduğuna inanırıq və son illər bu instinktin zahiri bəlirlərini öyrənməyə çalışırıq. İzn verin psixoanalizin çoxlu təcrübə və şübhələrdən sonra gəldiyi nəticələrin bir qismiylə Sizi tanış edim. Bizim fikrimizcə, insanın iki meyli olur: biri qoruyucu və birləşdirici - biz bu meyli erotik adlandırırıq. Platonun "Ziyafət"də bu sözü işlətdiyi mənada. Bunu geniş anlamda seksuallıq kimi də dəyərləndirmək olar. İkinci meyl isə aqressiv, destruktiv, dağıdıcı meyldir. Görürsünüz ki, əslində söhbət məlum qarşıdurmanın - Məhəbbət və Nifrət qarşıdurmasının nəzəri əsaslandırılmasından gedir. Ancaq gəlin bu qarşıdurmanı Xeyir və Şər qarşıdurması kimi qiymətləndirməyə tələsməyək. Bu iki meylin ikisi də lazımdır, onların əlaqəsi və toqquşması həyatın rəhnidir. Bunlar bir-biriylə sıx bağlıdır və bir-birini tamamlayır. Məsələn, özünüqoruma instinkti təbiəti etibarilə erotik instinktir, amma həyata keçməsi üçün aqressivlik tələb edir. Əgər mənim fikirlərimi izləməkdə davam etmək istəyirsinizsə, bir şeyə də diqqət edin. İnsanların hərəkətlərində bu iki meyldən ancaq birinə rast gəlmək olmur, bu ya digər dərəcədə hər ikisi vəhdət təşkil edir - eros və dağıdıcılıq.

Mənə elə gəlir ki, müharibə təhlükəsinin aradan qalxması məsələsindən danışmaqdansa, Sizin vaxtınızı öz nəzəriyyələrimlə aldım, amma hər halda yenə də dağıdıcılıq meyli üstündə bir azacıq durmaq istərdim. Bəzi müşahidələr nəticəsində belə bir nəticəyə gəldim ki, bu dağıdıcılıq meyli hər bir insanın içində var və onun son məqsədi həyatı yenidən cansız materiyaya çevirməkdir. Bu meyli tam haqla ölüm meyli adlandıra bilərik, erotik meyl isə təbii ki, həyat meylidir. Bütün deyilənlərdən belə nəticə çıxarmaq olar ki, nə qədər calışsaq da insanı aqressiv meyllərdən xilas etmək mümkün deyil. Məsələ ancaq bu cür qoyula bilər ki, bu aqressivliyi tamamilə aradan götürə bilməsək belə, onu uzaqlara yönəltmək olar. Elə sahələrə ki, müharibələrlə nəticələnməsin. Müharibəyə meyl dağıdıcılıq instinktiylə yaranırsa, ona qarşı erotik meyli qoymaq olar.

Görürsünüzmü, çağdaş problemlərdən uzaq nəzəriyyəçidən bu məsələlərlə bağlı bir fayda almaq çətindir. Nədən biz müharibəyə bu qədər nifrət edirik?Axı müharibənin bioloji əsasları var, praktik olaraq onun qarşısını almaq qeyri-mümkündür. Məsələni belə qoyduğuma görə dəhşətə gəlməyin. Nə qədər ki, dünyada varlılar və kasıblar var, nə qədər ki, başqa millətləri məhv etmək istəyən millətlər var, həmin bu məhvi planlaşdırılan millətlər də silahlı müqavimətə hazır olmalıdırlar. Amma biz bu məqamda dayanıb durmaq istəmirik. Mənim fikrim ayrıdır: məncə, biz müharibəyə ona görə nifrət edirik ki, pasifistik. Təbiətimiz etibarilə pasifistik. Başqalarının da pasifist olacağını çoxmu gözləməliyik? Bunu demək çətindir, amma bu xam xəyal da deyil. Pasifizist mövqeyin get-gedə daha geniş yayılmasına səbəb, əvvəla, mədəniyyətin təsiri, ikincisi, gələcək müharibələrin dəhşətlərindən qorxu hissidir. Bəlkə də buna görə yaxın zamanlarda müharibələrə son qoyulacaq. Bu hansı yolla olacaq, indidən deyə bilmərik, amma bir şeyi qəti bilirik - mədəni inkişafa xidmət edən hər şey müharibələrin əleyhinə işləyir.

Mən Sizi ürəkdən salamlayıram və əgər mülahizələrim Sizi təmin etmirsə, məni bağışlamanızı xahiş edirəm.

Sizin Ziqmund Freyd.

Dahilər | Şərhlər(3)
Baxış sayı: 452
Açar sözlər: freyd məktub eynşteyn 

Ziqmund Freyd haqqında maraqlı faktlar

Yazar: Orxan Oruc @ İyun 23, 2009 7:43

İnsan psixikasında «eşələnən» alim özündə kəşf elədiklərindən daha çox heyrətlənirdi

Psixoanalitikin kim olduğunu bilməyən çətin ki, tapılar. Amerikada hər 7 adamdan biri, Avropada hər 5 adamdan biri psixoanalitik yanına gedir. Belə pul qazanmaq tərzini Ziqmund Freyd tapıb. Onun nəzəriyyələrini hamı bilir.

- Yazanların hamısından zəhləm gedir! - deyərək əlindəki bioqrafiyasını yellədərdi. – Min dəfə demişəm, ictimaiyyətin mənim şəxsi həyatıma soxulmağa haqqı yoxdu! Ölərəm, sonra özünüz bilərsiz. Freydin bioqrafları isə çiyinlərini çəkirdilər, bunu başqalarının həyatında eşələnməyi peşə seçmiş adam deyir? Axı o, bəşəriyyətin ən alçaq saydığı instinkti ən vacib şey bilir! O, təkid edir ki, hər kişi anasıyla, hər qadın atasıyla yatmağa can atır?! Belə sualların heç birini Freyd cavablandırmaq istəmirdi. O, öz şüurunun zirzəmisinə heç kimi buraxmaq fikrində deyildi.

Edip kompleksinin kökləri
Sigizmund (22 yaşında olanda adını dəyişib Ziqmund qoyur) Freyd Frayberqdə yəhudi ailəsində doğulub. Onun atası Yakob anasından - sayca üçüncü arvadından 20 yaş böyük idi. Əvvəlki evliliyindən böyük oğlanları olduğuna görə Freydin ilk dostu ondan bir yaş böyük olan qardaşı oğluydu. Atası yun satmaq biznesiylə qazanmağa cəhdlər eləsə də, deyəsən, ticarətdə əli gətirən deyildi. Atasının bu işdə fərsizliyi Freydin xasiyyətində dərin izlər buraxmışdı. Çünki bu balaca uşaq qəti qərara gəlir ki, atasının uğursuzluğunu öz nailiyyətləriylə ört-basdır edəcək.
3 yaşında olanda ailəsi antisemit sıxışdırmaya görə Leypsiqə, daha sonra Vyanaya köçməli olur. Bir az böyüyən kimi bacıları kiçik otaqda sıxışmalı olsalar da, Freydə ayrıca otaq verdilər. 8 uşaqlı ailədə hamı dərslərini şam işığında öyrənməli olduqları vaxt yalnız Ziqmunda neft lampası ayrılmışdı. Başqa uşaqlara musiqiylə məşğul olmaq qadağan idi, axı səs Ziqmundun dərslərinə mane ola bilərdi. Məktəbdə oxuyanda müəllimlərin tərifindən hiddətlənən yaşıdları qara, buruqsaç uşağı tez-tez ağlamağa məcbur edərdi. Başqasının gözünə baxa bilməmək kompleksini Ziqmund məktəb illərindən ömrü boyu özüylə daşıyıb.

Əvvəl soxulcan, sonra insan rüşeymi, sonra isə it və pişiklər...
Uşaqlığında vəkil olmağı arzulayan Freyd universitetə qəbul olunanacan Hötenin elmi araşdırmaları və Darvinin əsərlərinin təsiri altına düşərək özünü biologiya və fəlsəfəyə həsr eləməyə qərar verir. Triyestanın elmi laboratoriyasında ilk tədqiqatı soxulcanların cinsi orqanlarının axtarılmasına həsr edilmişdi. Görünməz inadkarlıqla yüzlərlə soxulcanın qarnını yortandan sonra, nəhayət ki, cinsiyyət vəziləri tapmağa nail ola bilir: «Belə çıxır ki, məndən başqa heç kim soxulcanın cinsi orqanını görməyib?!» Bu, Freydin ilk uğuru idi.
Sonra o, fiziologiya ilə maraqlanaraq Freyd neyronlarını üzə çıxarır, amma tədqiqatını sona çatdırmadığına görə bu tapıntının da müəllifliyi başqalarına qismət olur. Ahıl yaşlarında artıq məşhur psixoloq olduğu vaxtlarda dostlarından birinə yazırdı ki, mikroskop altında heyvanların onurğa beynini öyrənərkən o, dünyanın ən xoşbəxt adamı olurdu. Balıqlar, sürünənlərlə əlləşməkdən bezəndən sonra o, insan rüşeymini, pişik, it və insan balalarının beynini öyrənməklə başını qatır. Amma bu, pul gətirən sahə deyildi. Yazdığı kitabları alan olmurdu: 9 il ərzində 257 kitab satılmışdı.

  30 yaşlı bakir

Ziqmund intelligent yəhudi ailəsindən olan Marta Bernesə vurulur. Ailə qurmaqçün lazımi maddi durumu olmadığından o, istəməsə də, xəstəxanada işləməliydi ki, evlənə bilsin. Həmin dövrdə o, kokainin ağrıkəsici təsirini tapmışdı. Nişanlısıyla istirahətə getdiyi qısa müddətdə gətirdiyi dərmanın keyfiyyətlərini dostları Keninqsten və Koller kəşf edib işi bitirməyə də macal tapırlar deyə bu kəşf Freydin adına biğlı deyil. Narkotikə öyrəşmə barədə isə Freyd bir qədər sonra xəbər tutacaqdı, çünki pasientlərdən bir neçəsi narkomana çevrilmişdi.
Nişanlısına yazdığı məktublarında Freyd ondan bütün sevgisini tam tələb edirdi: «Bundan belə öz ailənizdə yalnız qonaq kimi yaşaya bilərsiz... Əgər mənə görə ailənizdən imtina edə bilmirsizsə, məni itirəcək, öz həyatınızı heçə döndərəcək, ailə həyatında xoşbəxt ola bilməyəcəksiniz... Mənim xasiyyətimdə tiranlıq hiss olunur». Martaya yazdığı məktubların sayı 1500 ədədi adlayıb. Qonşuluqda yaşamasına baxmayaraq, gecə-gündüz məktublaşan bu iki gənc yalnız 4 ildən sonra evlənə bildi. Pulsuzluğun ucbatından 30 yaşına qədər gözləməli olan Freyd deyilənə görə, zifaf gecəsinə kimi bakir insan kimi yaşamışdı. Seksual pozuntular üzrə mütəxəssisin hər hansı «seksual azğınlığından» heç söhbət gedə bilməzdi. 10 illik evlilik ərzində onların 6 uşağı dünyaya gəlir. Uşaqlarından cəmi birisi - qızı Anna atasının yolunu davam etdirib uşaq psixoanalitiki olur.

Əxlaqsızlıq, yoxsa terapiya?

Freyd qadınları bioloji cəhətdən natamam və keyfiyyətsiz saydığına görə feministlərin qəzəbinə gəlmişdi. Amma Freyd isteriyanın yalnız qadın xəstəliyi olması barədə fikirləri darmadağın da eləyə bilmişdi. Bu isə kişilərin heç xoşuna gəlmirdi.
Evlənəndən sonra ailəsini saxlamaqçün qəzetə elan verir: «Müxtəlif əsəb xəstəliklərini sağaldıram». Evinin bir otağını kabinetə uyğun bəzəyir. Freydin pasientlərinə rahat taxtda uzanıb beyninə gələn ilk fikri nə qədər absurd və ədəbsiz olsa da, dilinə gətirmək təklif edilirdi. Bununla da o, içində qalmış mənfi emosiyalardan və xəstəliyinin səbəblərindən canını qurtarmış olurdu. Amma xəstələrin saatlarla danışdıqlarını dinləməkdən ağır nə ola bilər axı? Axı o, insanların gözünə baxmağı da sevmir! Daha sonra xəstəni uzandırmaq və gözlərinə baxmamaqçün guya pasientin rahatlığıyçün arxada oturmaq qərarına gəlir. Ən vacibi isə bir dənə də sual verməməkdi, qoy nə istəyirsə, onu da danışsın! Bir də ki, seans mütləq baha olmalıdı ki, xəstə onu hiss etsin. Gün ərzində cəmi bir nəfəri havayı qəbul etmək olar. Həmin xəstə, demək olar ki, heç vaxt sağalmırdı. Saatlarla danışan xəstələrin qabağını almaqçün o, seansı 40-50 dəqiqəyə endirir. Artıq əsrlərin qovşağında cahanı başına almış ateizm onunçün çoxlu pasient ordusu hazırlayırdı. Tənqidçilər Freydi nə qədər çox söysələr, pornoqrafiya və əxlaqdan danışsalar, onun yanına axışanların sayı bir o qədər artırdı

 

İnsan qəlbində obraz və açar axtarışı

Yuxulara böyük yer ayıran Freyd ilk tədqiqatını öz yuxularından başlamışdı. Ona görə də özünü daha yaxşı başa düşməyə başlamışdı. Psixoanalizin inkişafına Freydin atasının ölümü çox böyük təsir göstərib. Çünki o, analizə böyük yer ayırmışdı. Atasına qarşı duyduğu qısqanclıq, rəqabət hissi nəticədə vicdan əzabı, peşmançılıq və əlacsızlıq hissləriylə əvəz olunmuşdu. Belə ruhi «eşələnmələri» o, «insan qəlbində obraz və açar axtarışıyçün qazıntılar» adlandırırdı. 1900–cü ildə o, belə nəticəyə gəlir ki, insan qəlbinin bütün problemləri uşaqlıqda keçirdiyi dramlarla əlaqədardır. Edip kompleksinin də açılışı həmin ilə təsadüf edir. Ən böyük açılışlar elədiyi ildə onun məruzələrinə rekord vuracaq qədər adam qulaq asıb: cəmi 3 nəfər!
Psixoterapevtliyi davam etdirərək Freyd mədəniyyətdə – miflər, nağıllar, adət-ənənələrdə komplekslərin izlərini axtarmaq cəhdləri edir. Freyd bununla bağlı belə bir qanunu elan edir ki, insan bir yaşdan o birinə keçdikcə bəşəriyyətin keçdiyi inkişaf yolunun əsas etaplarını daha tez zamanda keçir. Ona görə də uşağın fantaziyalarından bizim əcdadlarımızın cilovlanmamış instinklərini duymaq olar. Hər bir şeyi seksuallıqla bağlamaq nəzəriyyəsinin bəzi məqamlarını müəllif özü korrektə eləməli oldu. Çünki dünya müharibəsinin yaratdığı nevrozların səbəbini seksuallıqda yox, müharibədə axtarmaq lazım gəlmişdi. Ölümlə üzbəüz qalmış xəstələrin fəaliyyətini öyrənən alim indi ölüm instinkti terminini dilinə gətirərək onu ən vacib instinktər sırasında yerləşdirir.

Ağzından qaçırdığın söz sənə baha başa gələ bilər?!


1902-ci ildə professor rütbəsini alması onun nailiyyətlərinin tanınması deyildi. Yaltaqlanmağı sevməyən Freyd ömründə ilk dəfə pasienti baronessadan bu rütbəni almaqçün imperatordan xahiş eləməyi rica eləmişdi. Onun kolleqaları anlamır və qəbul eləmirdilər. Freyd deyir ki, təhtəlşüur, yəni şüursuzluq ağızdan təsadüfən qaçırılmış sözlərdə, təsvirlərdə, yalançı xatirələrdə özünü büruzə verir.
Freyd öz tədqiqatlarında din, mifologiya, ədəbiyyat, mədəniyyət və cəmiyyət məsələlərinə də toxunurdu. Xüsusilə də lətifə toplamağı sevirdi. Onun dediyinə görə, ürəkdə boğulmuş hissləri tam azad eləməkçün bu, çox yaxşı vasitədir.

Kitabların autodafesi

Faşist diviziyaları şəhərə daxil olandan sonra qızı Anna Freyd Gestapo tərəfindən tutulur, amma tezliklə buraxılır. Freydin özünü, demək olar ki, faşistlərin pəncəsindən güclə qurtarıb Londona aparmaq mümkün olub. Freydə Avstriyanın sərhədlərini tərk eləməkçün icazə almağa görə tərəfdarları 20 min funt sterlinq həcmində rüşvət verməli olurlar. Bu pulu onun pasienti, yunan şahzadəsi Mari Bonapart ödəmişdi. Freyd son dəqiqəyə kimi inana bilmirdi ki, ölkə nasizmə qədər deqradasiyaya uğraya bilər. Qardaşı bütün sərvətindən məhrum olur, 4 xəstə və qoca bacısı isə tutulub konslagerdə məhv edilir.

«Sivil insanın seksual həyatı ciddi şəkildə şikəstdi»

«Ailədə bir-birinə incə sözlər deməyənlər tədricən münasibətlərin təravətini itirir və paslı qıfıla çevrilirlər» deyən Freyd 52 yaşına çatanda öz ailə həyatından bezməyə başladı. İşi başından aşan alim hətta bazar günlərini də yalqızlıqda, yaxud baldızı Minna ilə keçirirdi. «Biz ikimiz də Martadan (arvadı) fərqli olaraq itaətsiz və pis adamlarıq» deyən Freyd, deyəsən, yenidən vurulmuşdu. Tezliklə Minnaya qarşı da soyuduğundan qadın onu tərk edir. Bundan sonra Freyd intim münasibətlərdən tamamilə imtina eləyir.
Amerikaya məruzə üçün getdiyi dövrdə Freyd dostlarından birinə şikayət edir ki, nədənsə amerikalı fahişələr haqqında gördüyü yuxular onu narahat edir. Bu məsələni təbii yolla həll etməyi məsləhət görən dostuna «Sən nə danışırsan? Mən axı evliyəm» demişdi. Seksual qüvvənin şəxsiyyəti formalaşdırması barədə fikirləri bütün dünyaya başa salan Freyd özünə qarşı çox tələbkar idi. Freyd deyir ki, mədəniyyət insanın seksual instinktini boğaraq onun şəxsiyyətinin formalaşmasına xidmət edir. Freydin öz həyatı buna çox cözəl misaldır:

«Sivil insanın seksual həyatı ciddi şəkildə şikəstdi».

«Mən özümün ən əsas pasientim olmuşam»


7 yaşından siqaret çəkməyə o qədər aludə olmuşdu ki, yaşlı vaxtında çənəsində bədxassəli şiş əmələ gəlmişdi. Dözülməz ağrılardan əziyyətinə son qoymaqçün Freyd dostu Maks Şurdan özünü öldürməkdə ona kömək etməsini xahiş edir. Həkim ona üçqat dozada morfin iynəsi vurduqdan sonra alim dünyasıyla əbədi vidalaşır.
Freydin şərəfinə qoyulmuş xatirə lövhəsində cəmi iki hərf var: yunan əlifbasının psi və alfa hərfləri. Freyd onları psixoanalizi qısa şəkildə ifadə etməkçün istifadə edərmiş.

Dahilər | Şərhlər(4)
Baxış sayı: 592
Açar sözlər: ziqmund freyd həyati 

Uşaq oyunları-oyuncaq yoxsa kompyuter

Yazar: Orxan Oruc @ İyun 23, 2009 0:26

Uşaqlar oyun oynayarkən onları gizlicə izləmək hər bir valideynə böyük zövq verir.Bir də görürsünüz ki,balacanız,evdəki əşyaları toplayıb özünə ev tikir,və yaxud da özünə səngər düzəldib,oyuncaq silahın da əlinə alıb,uzaqlara baxaraq,kiməsə atəş açır.Bu səhnələr sizə adi uşaq oyunu təsirini bağışlayır.Halbuki balaca qəhrəman öz aləmində,düşməni ilə üzbəüz dayanıb,və vətənini qoruyan bir qəhrəmandır...Bəs qızlar? Qızlar da hərəsi özünə bir ev qurub,bir-birinə qonaq gedir,öz gəlinciklərini elə əzizləyirlər ki,onlara elə qulluq eliyirlər ki,sanki əsl anadırlar.

Uşaqlar oyun oynayarkən,gerçək həyatda görüb sevdikləri rolu oynaylırlar.Çox vaxt isə valideynlərini yamsılayırlar.Yəni valideynlər onlarla necə davranırlarsa,onlar da eləcə oynadıqları obrazı canlandırırlar.Bir də görürsən ki,balaca qızcığaz öz gəlinciyini danlayır,ona acıqlanır,hətta döyür də və yaxud balaca özünü əsl kişi kimi göstərərək,adi qələmi atasının siqareti tutduğu kimi tutur.Bunu görən valideyn isə uşağın oyununa müdaxilə edib,onu siqaret çəkən obrazı yaratdığı üçün danlayır.Üstündən heç 1 saat keçməmiş ata siqareti yandırıb damağına basır.Hər şeyə maraq göstərən uşaq isə bu səhnəni görcək öz-özünə haqlı olaraq düşünür:-"Bəs atam deyirdi ki,siqaret pis şeydi,pis şeydisə özü niyə çəkir?yaxşı şeydisə mənə niyə icazə vermir?" Və beləliklə buraxılan bu kiçik səhvlər gələcəkdə uşağın tərbiyəsinə çox ciddi təsir göstərir.
    Uşaqlar oynadıqları zaman həm öyrənirlər,həm də oyun zamanının hər dəqiqəsindən böyük bir zövq alırlar.Uşaqların ətrafını öyrənmək üçün böyük maraq və istəkləri olur.Ancaq böyüklərin bu maraq və istəyə yalnış münasibətləri,uşaqların bu marağını azaldır."Dərsini bitirdikdən sonra oynaya bilərsən"-şəklində olan ifadələr,uşaqlara oyun ilə dərsin bir-birinə zidd olduğunu düşünməyə əsas verir.Uşaqlar isə oyunu çox sevdikləri üçün dərsə,məktəbə qarşı həvəsləri azalır.
    Müasir dünyanın,texnikanın inkişafı hər sahəyə müdaxilə etdiyi kimi uşaqların oyunlarına da müdaxiləsiz qalmır.Və beləliklə uşaqların aktiv şəkildə oynadıqları oyunları,passiv kompyuter oyunları əvəz edir.Hər gün bir-birini öz gözəl keyfiyyəti və məzmunuun daha təkmilliyi ilə əvəz edən kompyuter oyunları yaradılır.Bu oyunlar özlərini gözəl effektləri və real həyata bənzər ssenariləri ilə dünyadakı milyonlarla uşağın diqqətini çəkir və bu oyunları oynamaq üçün bəzi uşaqlar evlərində vaxtlarının böyük bir hissəsini kompyuter qarşısında keçirdiyi halda,bəziləri isə valideynlərin xəbəri olmadan internet kafelərə gedərək,onlara "kökə" almaq üçün verilmiş son qəpiklərini də bu kafedə qoyub,saatlarla oyun oynayırlar.
    İlkin görünüşdən bu proses uşaqlar üçün nə qədər xoşagəlimli olsa da bir o qədər,özlərinə ziyan etmiş olurlar.
    Nəyə görə ziyandır???
-Saatlarla kompyuter qarşısında sadəcə ekrana baxaraq,bütün fikrini oyuna yönəldən uşaqlarda ciddi psixi pozuntular əmələ gəlir.Uşaqların ən hərəkətli və enerjili olduqları bir dönəmdə bu cür hərəkətsiz qalmaları,enerjilərini boşaltmamaları,ətrafdakılara qarşı daha sərt və soyuq münasibətli olmalarına gətirib çıxarır.Xüsusilə də qəddar səhnələri olan oyunlar,uşaqların düşüncə tərzinə təsir edir.Və uşaqlar gerçək həyatda vurub-dağırtmağı,kimisə öldürməyi adi hal kimi qəbul etməyə başlayırlar.
    Oyunda qalib gəlmək,hər hansı bir yarışda qələbə qazanmaq uşaqlarda üstünlük duyğusu yaradır.Bu duyğu uşaqlara zövq verir və onlar oyunla xöşbəxt olmağı öyrənir.Və beləcə bu yolla özünü xoşbəxt hiss edən uşaq başqa xoşbəxtlikləri hiss edə bilmir.Uşaq da bu xoşbəxtliyi yaşamaq üçün "məktəbə gedirəm" deyib evdən çıxır və internet kafelərdə günlərini keçirdirlər.Bəzən bu proses gecə saatlarına kimi davam edir.Sonra isə uşaqlar bu vərdişlərini ört-basdır etmək üçün,valideynlərinə müxtəlif bəhanələr gətirərək yalan danışmağa başlayırlar.Beləcə uşaqların tərbiyyəsində müxtəlif cür mənfi nüanslar əmələ gəlir.
    Bütün bunlar valideynləri narahat etsə də əsl səbəbin nə olduğunu bilməyən valideynlər uşaqların tərbiyyəsində ciddi suallarla qarşılaşırlar.Ona görə də valideynlər öz uşaqları üzərində ciddi nəzarət rejimi yaratmalıdırlar.Ancaq bu nəzarət elə şəkildə olmalıdır ki,uşaqlar bu nəzarətdən bezməsinlər.Ən yaxşı üsul onları başa salmaqdı.Çünki,heç bir əsası olmayan qadağalar,uşaqlar üçün əks effekt yaradır.

Uşaq psixologiyası | Şərhlər(2)
Baxış sayı: 599
Açar sözlər: uşaq psixologiyasına oyunların təsiri 

Lunatizm və ya gecə səyahətləri

Yazar: Orxan Oruc @ İyun 22, 2009 8:09

«Lunatik»ləri hər zaman sirli şəxslər adlandırıblar. Onların ətrafında olan bu sirli aləmi isə heç kim aşkar edə bilmədiyindən onları «şeytan» adlandırırdılar. Yəqin bu səbəbdən də lunatiklərlə bağlı bir çox rəvayətlər də yaranıb. «Lunatik» latın sözü olub, yuxuda gəzən deməkdir. «Lunatik»lər hələ yazı meydana gəlməzdən əvvəl mövcuddurlar. İlk «lunatik» isə Şumer dövlətində yaşayan şahzadə qadın olub. O, gecə yuxuda gəzdiyi üçün hamı bu şahzadədən qorxarmış. Elə bu xüsusiyyətinə görə də şahzadə xanım ömrünün sonuna kimi ərə gedə bilməyib.

Qeyd edək ki, qədim mənbələrdə ilk vaxtlar yalnız qadınlarda gecə gəzintiləri halları aşkar edildiyi deyilir. Elə Misir ehramlarında və Yunan yazılarında da yuxuda gəzənlərlə bağlı bir çox belə məlumatlara rast gəlinib. Keçmişdə Avropada isə gecə yuxuda gəzənləri şeytanın övladı, ifritə adlandırırdılar və belə adamları odda yandırırdılar.

«Lunatizm» bir xəstəlikdir…
Qeyd edək ki, keçmiş zamanlarda özündə və ya övladında lunatiklik halları müşahidə edənlər dərhal magiya ilə məşğul olanlara müraciət edirdilər. Onlar bu qorxulu haldan falçıların müxtəlif məsləhətləri ilə azad olmağa çalışırdılar.  Ancaq müasir dövrdə «lunatizim» bir xəstəlikdir. El arasında «lunatizm» adlandırılan bu xəstəliyə tibb elmində «somnambulizm» deyirlər. Və bu xəstəliyin müalicəsilə ilk vaxtlar nevropatoloqlar, sonra isə psixoloqlar məşğul olurlar. Dünya alimləri uzun illər araşdırmalar aparsalar da «somnambulizm»in yaranma səbəblərini tam olaraq müəyyən edə bilməyiblər. Onlar bu xəstəliyin beyində olan bəzi genlərin yerini dəyişməsi nəticəsində yarandığını aşkar ediblər. Ancaq bu genlərin nə üçün yerini dəyişdiyi hələ də alimlərə sirr olaraq qalır.

Həkim nevropatoloq Hüseyn Sultanovun sözlərinə görə, «somnambulizm»in yaranmasına səbəb stress, gərginlik və yorğunluqdur: «Tibb elmində «somnambulizm», xalq arasında isə «lunatizm», yəni «yuxuda gəzən» adlı bu xəstəlik ağır iş şəraiti olan insanlarda daha çox aşkarlanır. «Somnambulizm» potoloji haldır və onun müalicəsi əksər hallarda mümkündür. Bu hal insanda müxtəlif xəstəliklərin təsirindən əmələ gəlir. Bunlar arasında ən çox yayılanı isə epilepsiya və nevrozun təsiri nəticəsində əmələ gələn «somnambulizm»dir. Epilepsiya xəstəliyi olanlarda gecə gəzmək halları tez-tez müşahidə olunur. Belə xəstələrin müalicəsi isə esnoqrafniya yolu ilə aparılır.  Əgər «somnambulizm» epilepsiyanın təsirindən yaranıbsa, ona qarşı aparılan müalicə 5-10, hətta ömür boyu davam edə bilər. Yox, əgər bu, nevrozun bir əlamətidirsə, onun müalicəsi daha asandır. Belə xəstələrin müalicəsi 3-4 ay ərzində aparılır».  

«Somnambulizm»in ilkin əlamətləri…
«Somnambulizm»in ilkin əlamətləri – gecə yuxuda danışmaq, şeir söyləmək kimi hallardır.  Əgər sizdə bu halları aşkarlayırlarsa dərhal həkimə müraciət etməlisiniz. Bəzən elə olur ki, insanda «somnambulizm» əlamətləri aşkarlandıqda o psixoloqa müraciət edir. Hüseyn Sultanov bunun doğru olmadığını söyləyir: «Bu beyinlə bağlı bir xəstəlikdir və «somnambulizm»i ilk olaraq nevropatoloqlar müalicə edir. Nevropatoloqların məyyən dərman preparatları ilə müalicəsindən sonra psixoloqa müraciət etmək daha düzgündür. Bundan sonra xəstənin müalicəsini psixoloqla nevropatoloq paralel aparmalıdır. Çünki psixoloq bir qədər yardım göstərsə də bu xəstəliyin tam müalicəsinə nail ola bilmir». Nevropatoloqun sözlərinə görə, «somnambulizm» xəstəliyinin yaranmasına səbəb olan amillərdən biri də spirtli içki içmək, narkotik maddələr qəbul etmək və siqaret çəkməkdir.

«Somnambulizm» müalicə olunmadıqda…
Nevropatoloq ölkəmizdə də lunatiklərin sayının çox olduğunu deyir: «Ancaq nədənsə insanlar buna bir  xəstəlik kimi əhəmiyyət vermirlər və həkimə müraciət etməyi lazımsız bilirlər. Bəziləri isə özlərində və ya övladlarında belə hal müşahidə etdikdə falçılara üz tuturlar. Bu xəstəliyin ciddi nevrofizioloji əsasları var. Qeyd etdiyim kimi lunatizm epilepsiya və nevroz kimi xəstəliklərdən əmələ gəlir və bunlara qarşı tibbi yollarla müalicə aparılmadıqda xəstəlik daha da irəliləyir. Nəticədə insanda yaddaş pozğunluğu halları olur. Tibb elmində «somnambulizm»ın daha bir növü də aşkar edilib ki, bu da nifomaniyadır. Bu hal ancaq qadınlarda aşkar edilir ki, bu da yuxulu olduğu halda cinsi əlaqədə olmaqdır. Son vaxtlar Amerikada məşhur olan bir klinikaya müraciət edən lunatiklərin hamısı bir şeydən şikayətlənir.   Onlar gecə yarısı özlərindən xəbərsiz yuxudan oyanır və uzun illər əlaqə saxlamadıqları qohumlarına, tanışlarına zəng edirlər. Qeyd edim ki, bir müddət əvvəl bizə də belə xəstələr müraciət ediblər». «Somnambulizm»ə bütün yaş qrupunda olan insanlarda rast gəlmək mümkündür. Ancaq bu hal daha çox azyaşlı uşaqlarda aşkar edilir. Daha çox doğuş zamanı travma keçirən uşaqlarda «somnambulizm» xəstəliyi olur.

Lunatiklər gecələr…
Gecəyarısı durub, gəzmə halı olan insanlar çox vaxt ev işləri görürlər. Onların ən çox sevdikləri iş isə çirkli paltarları və qabları yumaqdır. Hətta bəzən elə olur ki, lunatiklər evdəykən qonşunun məhləsinə keçir və onların həyətini təmizləməyə başlayır. Lunatiklər yuxudaykən nə etdiklərini bilmirlər və qeyri - adi hərəkətlərinə cavabdeh olmurlar. Hətta gecə yuxudaykən durub, qaynatasını öldürən amerikalı bir vətəndaşa heç bir cinayət işi açılmayıb. Lunatiklərdə gecəgəzmə halları saat 3-4 arası baş verir. Lunatiklər yuxuda olarkən real həyatda edə bilmədikləri hadisələri törədirlər.  Lunatiklərin gecə gəzintiləri 5 dəqiqə və ya bir saat çəkə bilər. Lunatizm irsi xəstəlikdir. Yəni əgər nəsildə kimdəsə bu xəstəlik varsa, onda gələcəkdə də övlad və ya nəvə bu xəstəliyə tutulacaq.

 Əgər siz lunatiksinizsə…
Lunatiklər yuxuda  elədikləri hərəkətləri heç vaxt xatırlamırlar. Onlar gecələr qorxulu olurlar. Lunatiklər bağlı qapını və ya pəncərəni açmaq iqtidarında olmurlar. Onlar yuxuda gəzərkən bağlı bir qapı ilə qarşılaşdıqda yollarını dəyişirlər, yəni onu açmağa cəhd etmirlər.Əgər övladınızda və ya özünüzdə «somnambulizm» halları aşkarlamısınızsa onda qapı və pəncərəni gecələr bərk bağlayın. Lunatiklərin çarpayılarının qarşısına əsasən yaş dəsmal sərirlər. Gecə yataqdan qalxan lunatikin ayağı suya dəydikdə o, dərhal oyanır. Evdə olan iti əşyaları – bıçağı, baltanı və digər kəsici alətləri gizlədin. Lunatikləri gəzərkən qəfildən oyatmaq təhlükəlidir. Bu halda həmin adam infarkt, paraliç keçirə bilər və ya onda burun qanaxması baş verər.  Əgər siz kiminsə özündən xəbərsiz gecəyarısı gəzdiyini görürsünüzsə, onda sakit dayanın. Həmin şəxsin qolundan tutun və onu yatağına tərəf aparın. «Somnambulizm» xəstəliyi olanların günün ikinci yarısından sonra çay və ya kofe içməyi məsləhət deyil. Uşaqları kompüter oyunlarından uzaq tutmağa çalışın.
Statistikaya görə, dünyada insanların 12 faizi «somnambulizm» xəstəliyindən əziyyət çəkir. Lunatiklərin 85 faizi nevroz xəstəliyindən şikayətlənənlərdir. Uşaqların isə 30 faizi lunatikdir. Hər 600 nəfərdən 250-si lunatikdir.

 

 

 

 

mənbə:www.atvmaqazin.az 

Psixi pozuntular | Şərhlər(1)
Baxış sayı: 482
Açar sözlər: lunatizm lunatik somnambulizm 

Karl Qustav Yunq

Yazar: Orxan Oruc @ İyun 22, 2009 7:38

Həyat yolu 

Karl Gustav Yunq psixologiya elminin öndə gedən dünyada ən taninmiş və bir o qədər də dəyərli elm adamlarından biridir.26 iyun 1875ci ildə İsveçcrənin Konstans gölü yaxınlığında yerləşən kiçik bir qəsəbə olan Kessvilldə anadan olmuşdur.Atası protestant bir rahib olan Yunqun kiçik yaşlarda özünə qapali bir uşaq olduğu, xəyallarla dolu bir uşaqlıq keçirdiyi söylənilir.

.

Ailə keçmişində çoxlu sayda sayda din adami olan Yunq əvvəlcə din adami olmağa qərar versə də sonra Bazel ve Zurix universitetlərinə girdi.1902 ci ildə universiteti qurtarıb həkim oldu.Bu vaxtı şüuraltı komplekslərə xitab edən sözlü çağrışım testi ilə bir anda tibb dünyasının marağına səbəb oldu.Çagrışım testinə görə terapevt daha öncə hazırladığı bir siyahıdan sözləri oxuyur və xəstədən sözləri eşitdiyi zaman ağlına gələn ilk şeyi söyləməsini istəyirdi.Bu sözlərdən xəstə üçün  əhəmiyətli olan  önəm daşıyanları süuraltı kompleksləri hərəkətə gətirərək şüur aximinda durğunluq yaradir və saniye ölçən ilə ölçülən çağrışım vaxtı artır.
         Yunq 1907ci ildə Vyanaya gedərək Freydlə ilk dəfə görüşmə fürsəti tapdi.Həyəcanla bir-birlərinə fikirlərini dedikləri aralıqsız 12 saat davam edən bu görüşmədən sonra dostluqları və yaxınlıqları artaraq davam etdi.Yunq Freydi bir ata kimi,Freyd də Yunqu bir oğul kimi sevməyə başladı.
        Freyd öz əsəri olan psixoanalizi gələcək nəsillərə çatdırmaq üçün özünün varisi kimi gördüyü Yunqa əmanət etməyə hazırlaşırdı.1909-cu ildə psixoanalizi tanıtmaq üçün dəvət edildikləri Amerikaya getdilər.Bu vaxt bir-birlərinin düşüncələrini analiz edib, bəzi məsələləri müzakirə edərək bütün vaxtlarını bərabər keçirirdilər.Müəyyən vaxtdan sonra aralarında fikir ayrılıqları yaranmağa başladı.1912 ci ildə Yunq "Şüuraltının psixologiyasi" kitabını çap etdirdikdən sonra Freydlə münasibəti sona çatdı.Çünki Yunq Freydin libidonun sadəcə cinsi meyldən gələn bir enerji olaraq dəyərləndiridiyi teorisini dar görüşlü və insana aid bütün gerçəkliyi və zənginliyi əks etdirməkdən uzaq olan bir fikir kimi dəyərləndirdi.1911 və 1914-ci illər arasında Beynəlxalq Psixoanaliz Dərnəyinin sədrliyindən istefa verəndən sonra analitik psixoloji nəzəriyələrin əsasını qoydu.1921-ci ildə çap etdirdiyi "Psixoloji tiplər" adlı əsərində şüurun başlica 4 əsas fərqli modelini və daxilə dönən xaricə dönən şəklində fərqliləşən davraniş modellərinin olduğunu bildirdi.Daha sonrakı illərdə şüuraltının fərdi və kollektiv şüuraltı olaraq 2  növünün olduğunu iddia edirdi.O şəxsiyyəti kişidə qadın ruhunu əks etdirən anima,qadında isə kişi ruhunu əks etdirən animus kompleksləri şəklində 2 növə ayırdı.Kollektiv şüuraltı arxetiplər adlandırdığı insan irqinin varolduğu dövr ərzində yaşadığı təcrübələrin  bir varisi olaraq doğuşdan əmələ gələn enerji ilə yüklü obyektlərdən ibarət idi.(tanrı,ana,qəhrəman,cadugər) dini söhbətlərdə əfsanələrdə nağıllarda arxetiplərin izlərini görmək mümkündür.

    Yunq 1913-cü ildən sonra insan davranışını araşdırmaq,yerli mədəniyyətləri öyrənmək   məqsədilə sırayla Şimali Afrika,Arizona,New meksiko,Kenyaya getdi.Ömrünün qalan qismini şüuraltının mexanizminin fenomenlərini araşdırıb yazaraq konfraslar verərək keçirtdi.

    1961-ci ildə 86 yaşında ikən vəfat etdi.Yunq olduqca çox danişan  fərqli mövzularda dərin bilgi sahibi,yumoristik,səmimi bir insan olduğu söylənilir.80 yaşınadək idmanla da məşğul olduğu söylənilir.

Dahilər | Şərhlər(0)
Baxış sayı: 326
Açar sözlər: dahi insan karl gustav yunq 

Ürəyini boşalt

Yazar: Orxan Oruc @ İyun 21, 2009 22:25

Ürəyinizdə sıxılıb qalan,hələ heç kimə danışa bilmədiyinizi bizimlə bölüşün!!!
.
.
.
.
.
.
.

Bunun üçün,məqalə formasında yazdığınız yazını OrxanOruc@yahoo.com ünvanına göndərin...adınızı və yaşınızı da qeyd etməyi unutmayın...
--------------------------
.
GÖNDƏRİLƏNLƏR

MƏHƏBBƏT BİR BƏLADIR...

«lll kursda oxuyurduq. Cavan bir müəllimimiz var idi. Məndən xoşu gəldiyini hiss eləmişdim. Ancaq tələbəsi olduğumdan yaxınlaşmağa, hisslərini açıq-aşkar bildirməyə çəkinirdi. Bir dəfə sevdiyim oğlanın məni evə ötürdüyünü gördü. O gündən auditoriyada məni gözüm çıxdıya saldı. Hər bir hərəkətimə irad tutur, seminarlarda cavabımı aşağı balla qiymətləndirirdi. Uşaqlara imtahanda kömək edəcəyini, köçürməyə şərait yaradacağını dediyi halda məni kəsəcəyi ilə hədələyirdi. Əlacsız qalıb müəllimdən dekanlığa şikayət etdim. Müəllimin sualların cavabını uşaqlara verdiyini söylədim. Dekanlıq da araşdırıb, müəllimi cəzalandırdı. İmtahanı isə başqa bir müəllim götürdü. Həm mən, həm də o biri uşaqlar aşağı qiymət aldıq. Müəllimim isə hələ də şikayətçinin kim olduğunu bilmir...»


                        Gülər Kazımova

                            23 yaş

-----------------------------

YAŞIN NƏ FƏRQİ VAR...


«Özümdən 7 yaş böyük bir xanımla görüşürəm. Onu çox sevirəm, niyyətim də ciddidir. Onunla evlənmək istəyirəm. Ancaq valideynlərim Gülnarın 30 yaşı olduğunu bilsə, mənim onunla evlənməyimə heç vaxt razılıq verməz. Ona görə də valideynlərimi aldatmaq qərarına gəldim. Bir toy məclisində sinif yoldaşımın bacısını Gülnar kimi təqdim edərək, ailəmlə tanış etdim. Həmin qızın şəklini də verdim ki, anam bütün qohum-əqrəbaya göstərsin. Valideynlərimin dostumun bacısından çox xoşu gəldi. Mənim təklifimlə Gülnargilə elçi getdilər. Əvvəlcədən, Gülnarla danışığıma əsasən onun ailə üzvləri elçilik vaxtı yaş məsələsindən söhbət açmayacaqdılar. Gülnar da anamgil onlara gedəndə evdə olmadı. Anam da qızla toyda tanış olduğu üçün, Gülnarı yenidən görmək üçün cəhd göstərmədi... Bir sözlə, gələcək qudalar şirin çayların içdilər. Gülnar isə nişan olana kimi rayona getdi. Çünki qohumlarımdan kimsə onunla görüşmək istəsə,  yalanımızın üstü açılacaq. Noyabrın ortalarında nişanımız olmalıdır. Fikirləşirəm ki, valideynlərim həqiqəti nişan günü bilsələr, elə də ciddi reaksiya göstərməzlər. Ondan əvvəl isə həqiqəti öyrənsələr, yəqin ki, bizim evlənməyimizə mane olarlar...»


                        Nadir Rzayev

                            23 yaş

--------------------------------

YATAQDA QAR ADAM


«Evin tək oğlu olduğuma görə məni çox ərköyün böyütmüşdülər.Uşaq vaxtı cürbəcür oyunlardan çıxıb valideynlərimə zülm edirdim. Bir gün çox gözəl qar yağmışdı. Həyətdə əmim oğlu ilə çoxlu qartopu oynadıq, qar adam düzəltdik. O zaman mənim 7, əmim oğlunun 6 yaşı var idi. Sakitcə qartopu oynamaq məni bezdirdi. Ağlıma gələn parlaq fikri əmim oğluna söylədim. Qar adamı evdə düzəltməyə qərar verdik. Bu yolla evdəkiləri də sevindirəcəyimizi düşünürdük. Üç böyük qar topaları düzəltdik. Düzdür, bəzi hissələri torpaqlı olsa da fikrimizdən vaz keçmədik. Güc-bəla ilə köməkləşib qar topalarını liftə qoyub 5-ci mərtəbəyə qaldırdıq. Biz həyətə düşəndə tez-tez evə qalxdığımızdan qapını içəridən bağlamamışdılar. Qapını açıb, sakitcə evə keçdik. Anam və bibim mətbəxdə məşğul idilər. Bizim gəldiyimizə fikir vermədilər.  Qar topalarını yataq otağına aparıb, taxtın üzərində qardan adam düzəltdik. Sonra yenə həyətə düşdük. Qar adamın əvvəlki yerində qalacağını düşünürdük. Axı həyətdə düzəltdiklərimiz bir gün də yerində qalırdı. Amma qar adamımız ərimişdi, yataq palçıq və su olmuşdu. Anam yataq otağının nə üçün bu vəziyyətə düşdüyünü bilmirdi. Bizdən nə qədər soruşsalar da heç nəyi boynumuza almırdıq. Axırda anam fikirləşdi ki, yəqin həyətdən ayağımız palçıqlı gəlib yatağı batırmışıq. Sonra da hamamdan su gətirib, yatağı «yumağa» çalışmışıq. Biz də qorxumuzdan anamın dediyi ilə razılaşdıq. Amma onlar haradan biləydilər ki, yatağın üzərində də qardan adam düzəltmək olar.»

Kənan Hacızadə,

24 yaş

------------------------

ANAM-BACIM QIZ GƏLİN…»

«Qardaşımın mənim və bacımın üzərində çox əməyi var. Atamın ölümündən sonra bizə həm böyük qardaş, həm ata oldu. Aramızda cəmi 5 yaş fərq olsa da məni işləməyə qoymadı, ailənin bütün yükünü öz çiyinlərinə götürdü. Tələbəlik illərimdə məni korluq çəkməyə qoymadı. Qardaşımla həmişə yaxın olmuşam, bir problemim olanda onunla dərdləşib, ondan kömək gözləmişəm. Yalnız bir dəfə ürəyimi ona aça bilmədim. Məhəlləmizə təzə köçən qonşu qızına vurulmuşdum. Məni düzgün başa düşməz, rədd edər deyə ürəyimi ona açmağa cəsarət etmirdim. Qardaşıma da heç nə deyə bilmirdim. Çünki evlənməyi hələ ağlımdan keçirə bilməzdim. Axı qarşıda məni əsgərlik həyatı gözləyirdi, həm də məndən böyük qardaşım var idi. Günlərin birində qardaşım axır ki, ürəyinə yatan bir qız tapdığını və evlənməyə hazırlaşdıqlarını dedi. Hamımız bu xəbərə çox sevindik. Amma anamdan, bacımdan fərqli olaraq qızın kimliyini eşidəndə mənim sevincim uzun çəkmədi. Çünki qardaşımla eyni qızı sevmişdik. «Mən də o qızı sevirəm» deməyə cəsarətim çatmadı, qardaşımın xoşbəxtliyinin önünə keçmək istəmədim. Onsuz da bir neçə gündən sonra əsgər gedəcəkdim. Fikirləşdim ki, uzaqda olacam və tez unudaram. Mənim andiçmə mərasimimdən sonra toyları oldu. Elə həmin gecə anamın, qardaşımın etirazlarına baxmayaraq, hərbi hissəyə qayıtdım. Çünki nə qardaşımın, nə də qızın üzünə baxa bilmirdim. Axı qızı atasının evindən çıxararkən belini mən bağlamışdım. Və «anam, bacım qız gəlin, əli-ayağı düz gəlin, yeddi oğul istərəm, bircə dənə qız gəlin» demişdim. Qardaşımın sevib-seçdiyi, anam-bacım dediyim birini sevməyim mənə çox alçaq bir hərəkət kimi görünmüşdü.»



Fariz Məmmədzadə,

21 yaş
 
 
 
Bir də Böyük danışmayacam!!!
Ürəyimi boşaltmağa dost axtararkən sizin sayt çıxdı qarşıma.Bu günlər heç yaxşı deyiləm.İmkanlı 1 ailənin qiziyam çox özümdən razi olmuşam həmişə heç kəsi bəyənməmişəm kasıblığa xor baxmlıam rəfiqələrimdən kim kasib biriylə evlənsəydi acılayardım qibtə edərdim nolub bəyəm tələsmisiz tapardız da yaxşısını deyərdim.Amma elə bir vaxt gəldi ki sevdim özü də çox ailəmə özümə layiq olmayan birini.çox kasıbdı.İndi qapımıza hər gün varlı oğlanlar elçi gəlir.Amma nolsunki indi mən istəmirəm.Çox kasıbları ələ salırdım ona görə sevdiyimi ailəmin qarşısına çıxara bilmirəm.Ona görə çox önəmli qərar vermişəm-işləyib pul yığıram toy üçün lazım olan hər seyi özüm alacam  sevdiyimə kömək edəcəm.Onunla yeri gəlsə dağ başında da qalacam ac susuz
 ve bir de boyuk danismayacam
 
Elvina Əmirova,
23 yaş 


Etiraf elə!!! | Şərhlər(40)
Baxış sayı: 1395
Açar sözlər:

Regional Psixologiya Mərkəzi

Yazar: Orxan Oruc @ May 25, 2009 20:44

Psixologiya və Konsultasiya Mərkəzi Psixologiya və Psixoterapiya sahəsində aşağıdakı istiqamətlərdə Peşəkar kurslar keçirir: Psixoanaliz, Klinik, Ailə, Uşaq Psixologiyası, NLP (Neyro-Linqvistik Proqramlaşdırma), İdarəetmə Psixologiyası (Menecmentlik). Kursu bitirənlərə Praktik Psixoloq və Psixoloq-Konsultant Sertifikatı, həmçinin CD-də zəruri ədəbiyyatlar verilir.

Mərkəzin mütəxəssisləri eyni zamanda konsultasiya, uşaqların məktəbə psixoloji hazırlığı, ailə, uşaq və yeniyetmələrlə psixoloji iş, fərdi inkişafla bağlı treninqlər həyata keçirir. 

Sizə yardımçı olmaq bizim uğurumuzdur.  

Tel:   (012) 408-16-19
Mob: (050) 532-79-56

Psixologiya və Konsultasiya Mərkəzi Sizi NLP (Neyro-Linqvistik Proqramlaşdırma) üzrə sertifikatlaşdırılmış treninqlərə dəvət edir. Treninq II mərhələdən ibarətdir: I. NLP-Praktik. II.NLP-Master. Kursu bitirənlərə Sertifikat, həmçinin CD-də zəruri ədəbiyyatlar verilir.

Теl:  (012) 408-16-19
Моb:(050) 532-79-56 

Bölməsiz | Şərhlər(1)
Baxış sayı: 389
Açar sözlər:

Maraqlar necə formalaşır?

Yazar: Orxan Oruc @ May 24, 2009 8:58

     Maraq-fərdin xüsusi cəhd göstərmədən öz istəyi ilə,zövq alaraq bir işə yönəlməsidir.Marağı bir insanın özü və çevrəsi tərəfindən təsdiq olunan davranışları kimi də qəbul etmək olar.Yəni maraq daxili və xarici təsirlə formalaşır.Bir işə sevgi ilə müəyyən müddət bağlanma da maraqdır.Kitab,futbol,musiqi və s. də bu maraqlara daxildir.

     Maraqlar bir çox səbəbdən asılı olaraq fərddən fərdə dəyişir.Şəxsin içində olduğu dairə,cinsiyyət,yaş,zəka,fiziki imkanlar,başqa bir çox qabiliyyətlər,sosial mühit,ailə mühiti və mədəni faktorlar və s. bu səbəblərə daxildir.

     İnsanın maraq dairəsi müntəzəm olaraq dəyişir.Ən çox dəyişkənlik yeniyetməlik illərində olur.Yeniyetməlik dövründə gəncin vücudu və yaşı ilə birlikdə qərarları da dəyişir.Bu gün bəyəndiyi  bir müğənnini üç gündən sonra bəyənmir.Yeniyetməlik yetkinliyin astanası oloduğu üçün zehni yönü də inkişaf edir.Vəzifə və məsuliyyət daşımaq istəyi artır.Məktəblərin birində aparılan bir araşdırma zamanı ibtidai siniflərin 95%-nin məktəbə oynamaq üçün gəldiyi halda,yuxarı sinif şagirdlərinin 93%-i yaxşı bir universitetə daxil olmaq məqsədilə məktəbə gəldiyi müəyyən edilmişdir.

     Maraq-məqsədlər müxtəlif zamanlarda fərqli ola bilər.Qızların maraqları oğlanlara nisbətən hər yaşda daha fərqli olur.Səbəbi odur ki,qızlar bioloji cəhətdən oğlanlardan fərqlənməklə yanaşı,ruhi-psixoloji cəhətdən onlardan daha tez yetkinləşirlər.Qızların maraq dairəsinin formalaşmasında mədəni faktorlarla birgə milli-mənəvi,ictimai dəyərlərin də böyük rolu vardır.Həmçinin maraq valideynlərin nümunəvi davranışları ilə də yaxından bağlıdır.Qız anasını nümunə götürərək ev işləri ilə maraqlanır.Oğlanlar isə atalarının tərəfdar olduğu futbol komandasına azarkeşlik edirlər.

     Ailənin iqtisadi vəziyyəti,ata-ananın hədəfləri gənclərin marağına təsir edə bilir.Bir musiqiçi ailəsində yetişən yetiyetmənin maraqlarında təbii ki,musiqinin çəkisi ağır gələr.

     Maraq növləri 

     Maraq növlərini üç başlıq altında analiz etmək olar:

1.Şəxsi maraqlar:Gəncin seçim və vərdişlərini əhatə edir.Saçın,üzün,bədənin xarici görünüşü,geyim,danışma,əylənməilə bağlıdır.Yeniyetməliyin ilk dövrlərində geyimə olan maraq sonsuzdur.Tez-tez paltar almaq istəyirlər.Fərqli görünmək,başqalarının diqqətini cəlb etmək istəyirlər.Bu baxımdan valideynlə qarşıdurmalar ən çox geyimlə bağlı olur.

2.Sərbəst vaxt marağı:Yeniyetmənin boş vaxtlarında görmək istədiyi işlərlə bağlı olur.Kitab oxuma,musiqi dinləmə,idmanla məşğul olma və s.Ancaq bu maraqlar zaman görə dəyişə bilər.Orta məktəbdə idmana,musiqiyə olan maraq universitet illərində kitaba yönəlir.Yeniyetməliyin ilk illərində gənclərdə şeir yazma,mahni oxuma,xatirə dəftəri tutmağa maraq yaranır.Bu maraqlar cinsə görə fərqlənə bilər.

3.Sənət maraqları:Gənclər yeniyetməliyin ilk dövrlərində məslək mövzusunda qərarsız olurlar.Fikirlərini tez-tez dəyişirlər.Ancaq əl qabiliyyətləri,bacarıqları istiqamətində fikirləri dəqiqləşə bilir.Yeniyetməliyin sonrakı mərhələlərində seçəcəkləri peşə ilə bağlı fikirlərin əsası qoyula,bir sistem halina gələ bilir.Bu məslədə daha çox xəyala dalır,macəraçı olurlar   

 

     Bir gənc qiymətli daşlara sonsuz maraq göstərirmiş və nəhayət zinət əşyaları ustası-zərgər olmaq qərarına gəlir.”Bu peşəni seçirəmsə,yaxşı sənətkar olmalıyam”—deyə öz-özünə düşünür və ölkədə ən yaxşı daş-qaş ustasını axtarmağa başlayır.Axırda tapır,bir müddət gözlədikdən sonra qəbul olunur.Usta:”Səni dinləyirəm “—deyincə,gənc bu sahədəki düşüncələrini həyacanla danışmağa başlayır.

     Usta cavanı sonuna qədər səbirlə dinləyir və sonda ona bir daş uzadaraq:”Bu bir zümrüd daşıdır.Bunu al ovcuna və bərk-bərk saxla.Bir il açmadan gözlə.Bir ildən sonra gələrsən”—deyərək gənci heyrət içində yola salır.

     Oğlan o vəziyyətdə evə dönür,çaşqınlığını valideynlərinə bildirir,ustaya əsəbiləşir,deyinir,amma ovcunu açmır.”Ölkənin ən məşhur daş-qaş ustası olasan,belə axmaq iş görəsən.Bu mənasızlığa bir il necə dözəcəyəm?Belə bir əziyyətlə necə yaşamaq olar?Bu necə ustalıqdır?Ustalıq eqoistliyini bu başdan eləməsə idi”---deyə söylənir,kimə rast gəlsə ustadan şikayət eliyir,amma ovcunu açmırdı.Gecə yatarkən “əli açılar,daş ovcudan düşər” qorxusu ilə yarıxulu yatır.Günlər keçdikcə bütün işləri bir əli ilə görməyi öyrənir.

     Nəhayət,əzablı günlər başa çartır.İlin  tamamında ustanın yanına gələrək:”Bir il keçdi,bu da sənin daşın”---deyib ovcunu uzadarkən usta:”indi sənə başqa bir daş verəcəyəm,onu da eyni şəkildə bir il ovcunda saxlayacaqsan!”—deyir.Cavan çığırıb-bağırır,ustanı yamanlayır.Öyrətmək üçün bu qədər əzab verməyin axmaqlıq olduğunu deyir.Usta da ona məhəl qoymadan daşı oğlanın ovcuna qoyur.O,ovcundaki daşı hiss edib onu sıxır və həyəcanla : “Bu daş zümrüd daşı deyil”—deyir.Deməli öyrənmək üçün zaman,səbr,ustaları dinləmək və izləmək lazımdır.Dünya sürətləndikcə zaman qısala bilər,amma öyrənməyin əsası dəyişməz.

Psixologiya haqqinda | Şərhlər(3)
Baxış sayı: 615
Açar sözlər: maraq psixologiya insan psixologiyası 

Beyin Fırtınası nədir?

Yazar: Orxan Oruc @ Mart 24, 2009 7:36

Amerikalı Edwin Land 1943cü ildə dəniz sahilində kiçik qızının fotoşəkilini çəkdiyi zaman qızı səbrsizliklə,'Ata! Nə üçün şəkili dərhal indi görə bilmirəm?' deyə soruşmuşdu.Bu sual atanı düşünməyə sövq etdi.Düşünməsinin səmərəsi isə, ona məşhurluq gətirən Polaroid maşınını kəşf etməsi oldu.Burada kiçik qız,o günə qədər düşünülməmiş və ya kəşf edilməmiş bir hadisə üçün atasına ilham qaynağı olmuşdur.Yeni kəşf və icadlara zəmin hazırlayan təsirli yollardan biri də beyin fırtınasıdır (ing:Brainstorming).

Beyin fırtınasının əsas prinsipi budur ki: Bir problemi həll etmək üçün hər hansı qrupun üzvləri mümkün olduğu qədər çox fikir söyləyib nəticə çıxarırlar.Buradakı problem yalnız bir çətin vəziyyət olmaya da bilər (Mənfi problem) . Müsbət bir problem də ola bilər.Məsələn bir şirkət, il sonunda əldə etdiyi qazancı ən məhsuldar bir şəkildə necə istifadə edəcəyini bir beyin fırtınası seansı ilə həll edə bilər.Beyin fırtınası seanslarında çıxarılan fikirlər məntiqsiz,dəlicə və görünüşcə qeyri-mümkün ola bilərlər. 
Albert Eynşteyn bu mövzuya aid belə demişdir: " Ortaya atılan yeni fikirlərdə bir maraqlılıq, axmaqlıq yoxdursa bu fikirdə ümid də yoxdur deməkdir." Yəni başlanğıcda axmaq ideya kimi görünən bir fikir, beyin fırtınası qrupunun digər üzvləri üzərində müsbət təsirlər yarada bilər.Beyin fırtınası seansında görüşlər yüksək səslə deyilməli və dərhal yazılmalıdır.30-40 dəqiqəlik bir seansdan sonra bütün fikirlər üzvlər tərəfindən qiymətləndirilərək ən yaxşı fikir seçilər. 

Beynimizin sağ tərəfinin,zehindəki şəkillərlə və ya hekayələrlə maraqlanmaqdan və çarpaz əlaqələr qurmaqdan xoşu gəlir.Beyin fırtınaları işləri sağ beyni xəbərdar edir. 

Sərhədləri Məcbur edin 
İnsan həyatında bir çox sərhədlər vardır və bu sərhədlərin kənarına keçmək riskli ola bilər. Həyatımızda fiziki sərhədlər olduğu kimi zehini sərhədlər da vardır. Zehin məhdudlaşdırmaları beyin fırtınası meydana gətirəcək şəkildə düşünməmizə icazə vermir,dəyişikliyə maneələr yaradır."Bu daha əvvəl sınanmadı,çox gücsüzüm,icazə verməzlər,edə bilmərəm,nə deyərlər,bu qədər də olarmı?.." kimi ifadələr zehini məhdudlaşdırmalara nümunədir.Zehni sərhədlər açıldığı zaman,qapılar açılar və yeni üfüqlər bizi gözləyər.Sərhədləri bəzən bir sual ilə aşmaq olur.Eynilə Edward Lande,ailəsinin fotoşəkillərini çəkərkən kiçik qızının 'fotoşəkillərimizi görmək üçün nə üçün gözləmək məcburiyyətindəyik?' sualında olduğu kimi. Sərhədlərimizi məcbur edək, düşünək, düşünək, dərin təfəkkürlərə dalaq.... Beynimizdə fırtınalar meydana gətirək. Nəticədə yeniliklər, yeni kəşflər edin.......

Bölməsiz | Şərhlər(4)
Baxış sayı: 640
Açar sözlər: beyin firtinası-psixologiya-psixoloji-test 

Rəngli test

Yazar: Orxan Oruc @ Mart 22, 2009 4:40

Həyatınızdakı insanları aşağıdakı rənglərlə uyğunlaşdırın (məsələn, qırmızı: Lalə, yaşıl:Vüqar,ağ: Atam.. kimi) Ancaq seçdiyiniz insan adı,o rəngi çox istifadə edən adam deyil,rəngin sizdə oyandırdığı duyğulara ən uyğun adamı yazın.Və əgər mümkündürsə,bir adamı yalnız bir dəfə qeyd edin.Əgər hər hansı bir rəng üçün uyğun adam tapa bilməsəniz,o rəngi boş buraxa bilərsiniz.....

                            psixoloji test 

1. Sarı

2. Narıncı

3. Qırmızı

4. Ağ

5. Yaşıl

 

 

 

 

 

 

Cavablar:

Sarı: Bu adam səni əsla unutmayacaq.

 

Narıncı: Bu adamı əsl dostun olaraq görürsən.

 

Qırmızı: Bu adamı həqiqətən sevirsən.

 

Ağ: Sənə bənzəyən xasiyyəti var.

 

Yaşıl: Həyatın boyunca xatırlayacağın adam.

Testlər | Şərhlər(21)
Baxış sayı: 1630
Açar sözlər: psixoloji-test-test-psixologiya 

Killeri tap!!!

Yazar: Orxan Oruc @ Mart 4, 2009 8:09

Gündəlik həyatımızda küçədə,ictimai nəqliyyatlarda,və s. bu kimi yerlərdə üzünü birinci dəfə gördüyümüz insanlarla rastlaşırıq.Bəs görəsən ilk baxışdan kimin necə bir adam olduğunu müəyyən edə bilirikmi?Məsələn bizimlə üz-üzə gələn insanın cinayətkar olduğunu bilə  bilərikmi???
 
Bunu bilmək istəyirsinizsə,bu testi edin.sizə göstərilən 10 şəkil arasında kimin cinayətkar olduğunu tapın.Əgər nəticə 10/3dən aşağıdırsa,deməli sizin həyatınız real təhlükə altındadır.......Ağlama

==>Killeri tap<==
 
 
 
 
 

Barmaq Testi

Yazar: Orxan Oruc @ Mart 2, 2009 7:09

Baş barmaq ana və atamızı 

İşarə barmağı bacı-qardaşlarımızı 

Orta barmaq özümüzü 

Dördüncü barmaq yəni üzük barmağı həyat yoldaşımızı 

Kiçik barmaq da uşaqlarımızı simvolizə edir.. 

Siz heç fikirləşmisinizmi ki,nəyə görə həyat yoldaşını təmsil etmək üçün məhz 4cü barmaq seçilmişdir. Bunu anlamaq üçün əllərimizi istifadə edərək bir test etməliyik. Bu test üçün əllərimizi şəkildəki kimi birləşdirək

 

Testin Qaydası: 

Əllərimiz bu vəziyyətdə ucları bir-birinə dəyən barmaqlarımızı sırayla bir-birindən ayıraq.iki barmağı bir-birindən ayırarkən digər barmaqları bir-birindən ayırmayın 

Ayrılan barmaqları təkrar birləşdirib sonra növbəti barmaqları bir-birindən ayırın.Orta barmaq özümüzü təmsil etdiyi üçün onları ayırmırıq. 

Dördüncü barmaqları ayırmaq istədiyiniz zaman bu barmaqların bir-birindən ayrılmadığını görəcəksiniz. 

Anamız, atamız. qardaşlarımız və uşaqlarımızla həyatın müəyyən bir hissəsindən sonra ayrılmağa məcburuq amma həyatımızın gerçək eşqiylə ömürümüzün sonuna qədər birlikdə qalırıq. 

Dördüncü barmaqların ayrılmaması bunu təmsil edir və bu səbəblə üzük barmağı məhz dördüncü barmaq olur. 

Bəlkə doğru deyil amma maraqlıdır...elə deyilmi? Nə Deyirsiniz?

Testlər | Şərhlər(27)
Baxış sayı: 1601
Açar sözlər: barmaq test-psixoloji test 

Sadəcə hesablayın!!!

Yazar: Orxan Oruc @ Mart 1, 2009 8:10

 

psixoloji testPSIXOLOJI TEST

Asağidaki testi edin.Sadəcə verilən sadə riyazi tapşırıqları mümkün qədər tez həll edin.ancaq birini həll edib qurtarmadan digərinə keçməyin.

Tapşırıqları yazmaq lazım deyil.Şifahi olaraq hesablayın.Unutmayın ardıcıllığı pozmaq olmaz.

 

Hesablamaların nəticələrini yadda saxlamağa çalismayın və dərhal digərinə keçin.

> >>
> >>
> >> Hesablayın:
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>15+6
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>3+56
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>89+2
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>12+53
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>75+26
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>25+52
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>63+32
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>Yoruldunuz...amma bir az da dözün
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>123+5
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>Cəld olaraq! BiR ALƏT VƏ BiR RƏNG ADI SÖYLƏYİN !
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>Aşağını oxuyun….
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>
> >>Ağlınıza dərhal qırmızı bir çəkiç gəldi…elə deyilmi ????
> >>Əgər ele deyilsə, "fərqli" düşünmə təffəkkürünə sahib olan 2%lik insan
> >>> > >qrupuna daxilsiniz.Bu testi eliyənlərin 98%-i
"qırmızı çəkiç"
> >>cavabını
> >>> > verir.
> >>> > >Inanmırsınızsa,ətrafınızdakı insanlarla bu testi aparın…

Testlər | Şərhlər(44)
Baxış sayı: 1531
Açar sözlər: psixologiya-psixoloji test-psixoloq 

Daha bir maraqlı TEST

Yazar: Orxan Oruc @ Fevral 27, 2009 8:07

psixoloji testAşağıdakı suala cavab verib,ondan sonra variantları oxuyun. 

Sizin Pişiyiniz ağaca çıxıb və ağacdan düşmək istəmir.Pişiyi o ağacdan endirmək üçün nə edərsiniz ?


Əvvəl cavab verin,sonra davamını OXUYUN 

1-Ağaca dırmaşdınızsa;
Cəsur və ürəklisiniz… Yaxşı bir biznes nümayəndəsi ola bilərsiniz…

2-Ağaca nərdivan söykəyib dırmaşdınızsa;
Hədəfə necə və hansı üsullarla çatacağınızı planlaşdırmağı bacarırsınız.Yaxşı bir şirkət və ya firma müdiri ola bilərsiniz.

3-Pişiyi "gəl-gəl" deyə çağırmağı düşündünüzsə;
Həddindən çox optimistsiniz… sizdən lider və ya idarəçi olmaz

4-Dişi bir pişik tapıb ağacın altına gətirdinizsə;
Öz işinizi qurub çox müvəffəqiyyətli və məşhur ola bilərsiniz…

5-Ağaca kimisə çıxartrmağı fikirləşdinizsə;
Məsuliyyəti başqalarına atmağı yaxşı bacarırsınız… Yuxarı səviyyəli idarəçi ola bilərsiniz…

Testlər | Şərhlər(35)
Baxış sayı: 1795
Açar sözlər: psixologiya+psixoloji+test+testlər 

Beyin fırtınası

Yazar: Orxan Oruc @ Fevral 26, 2009 8:57

Beyin Fırtınası

Aşağıdakı sözlərə baxın və sözləri yox
 
 
rəngləri deməyə çalışın
 
 
 
SARI MAVİ BƏNÖVŞƏYİ

 
 
QARA YAŞIL QIRMIZI

 
 
GÖY YAŞIL MAVİ

 
 
YAŞIL MAVİ QARA

 
 
YAŞIL SARI GÖY


 

 

 

 

 

SAĞ VƏ SOL BEYNİN ÇALIŞMASI

SAĞ BEYNİNİZ RƏNGİ SÖYLƏMƏYƏ ÇALIŞARKƏN

SOL BEYNİNİZ AVTOMATİK OLARAQ OXUMAĞA ÇALIŞIR

Özünü sına | Şərhlər(9)
Baxış sayı: 1039
Açar sözlər: rəng terapiya psixologiyası beyin psixoloji 

Daxili dünyamızla söhbət

Yazar: Orxan Oruc @ Fevral 24, 2009 8:33

Müvəffəqiyyətə gedən ilk və ən əhəmiyyətli yol özümüz özümüzlə apardığımız daxili ünsiyətdir.Müvəffəqiyyətə nail olmaq istəyən hər bir şəxs hər şeydən əvvəl daxili ünsiyyətini doğru bir istiqamətdə istifadə etməlidir.Daxilimizdə apardığımız söhbətin 70-80%i beynimizə təsir göstərir.Daxili dünyamizla apardığımız söhbət bizi müvvəfəqiyyətə apardığı kimi,əksinə uğurdan uzaqlaşdıra da bilər.Daxili ünsiyyəti bu qədər əhəmiyyətli edən başlıca xüsusiyyət,beynimizin işləmə mexanizmidir.

İnsan beyni,hamımızın tanıdığı adi bir kompüterin beyni kimidir.Beyniniz sizin xoşlanacağınız,məntiqli hər şeyi etmək gücünə sahibdir.Ancaq əsas məsələ,onu necə istifadə edəcəyinizi bilməkdir.Yəni ona doğru əmrləri verməyinizdir.Onunla doğru ünsiyyət qurmağı bacarmalısınız.Beyniniz ən çox söylədiyiniz şeyə inanır.Beyninizə özünüz haqqında nə söyləsəniz onu yerinə yetirmək üçün işə başlayacaq.İnsan beyni bu şəkildə proqramlanır.Uşaqlıq illərində beynimizi anamız, atamız,yoldaşlarımız,qonşularımız proqramlaşdırır.Hüquqşunas olmaq istəyən bir 
Uşağın həkim olması həmin şəxsin beyninin kənar şəxslərin əmrinə tabe olması və kənar şəxslər tərəfindən proqramlaşdırılması ilə əlaqdardır.
  Valideynlər kiçik ikən uşaqlarına "sən bunu eliyə bilməzsən","sən bu imtahanı verə bilməyəcəksən","boş yerə əziyyət çəkirik sən universitetə daxil ola bilməyəcəksən","bu düşüncəylə sən əsla adam olmazsan" sözlərini deməklə uşaqların beynini mənfi olaraq proqramlaşdırmış olurlar və onları məqsədsiz, hədəfsiz hər şeydən əvvəl uğursuz hala gətirmiş olurlar.
   
  Gəlin bir şagirdin öz beyniylə etmiş olduğu söhbətə diqqət yetirək; 
"İmtaha gününə çox az vaxt qalmışdı.Ancaq şagirdin imtahana hazırlaşmağa heç həvəsi yox idi. Çünki özünə hər dəfə "bu imtahandan qiymət ala biməyəcəm","riyaziyyat fənnin mən başa düşə bilmirəm",ən zəhləm gedən dərs riyaziyyatdı" deyirdi. Və hətta "köçürsəm bu imtahandan qiymət alaram", "bu imtahanda da köçürəcəyəm" şəklindəki bir daxili ünsiyyətlə şagird imtahana girir. Riyaziyyat imtahanıyla əlaqədar etmiş olduğu mənfi proqramlaşdırma nəticəsində hətta bildiyi ən sadə sualları cavablandıra bilməmişdir.Çünki beyninə "riyaziyyat imtahanını bacara bilmərəm" əmrini yükləmişdi.Ancaq bunun tam əksinə olan bir proqramlaşdırma etsəydi;riyaziyyat dərsini sevəcəkdi, bunu bacaracaqdı və öz daxili imkanlarını sıfıra endirməyəcəkdi.
  Bizim hər atdığımız addım,etdiyimiz hər bir hərəkət,söylədiyimiz hər söz, ətrafımızdan götürdüyümüz,ya da özümüzə qarşı etdiyimiz ünsiyyətin nəticəsindəki proqramlaşdırmanın məhsuludur.
  Belə bir sual ağılınıza gələ bilər;"iç ünsiyyət beynimizə-beynimizdə bədənimizə necə təsir edə bilər ?" buna cavab verməzdən əvvəl aşağıdakı paraqrafı oxumanızı istəyirəm.
  "Tərəvəz marketinə meyvə almağa gedirsiniz.Alma, portağal kimi meyvələri aldıqdan sonra, orada yeşiklərin üstündə olan sarı-sarı,sulu limonları görürsünüz.Limonları əlinizlə yoxladıqdan sonra bir neçə limon alıb evə gedirsiniz.Evə girən kimi,dərhal limonlardan bir dənəsini götürərək iki yerə bölürsünüz.Limon o qədər suludur ki, içindəki şirə əlinizə bulaşır.Dilimlərdən birini götürərək ağızınıza gətirirsiniz və onu ağızınızın içinə sıxaraq, o turş dadı dadırsınız."
  Bu paraqrafı oxuduqdan sonra mən əminəm ki,bu ünsiyyəti qəbul edən beyin hərəkətə keçərək ağızınızda limon yediyiniz zaman yaranan bir vəziyyəti yaratmğa başlamışdır.Bu vəziyyət ünsiyyətin bədənimizə təsir etdiyininə bir sübutdur.
BEYNƏ GÖNDƏRİLƏN MESAJLARIN SƏVİYYƏLƏRİ;
  1-EDƏ BİLMƏRƏM: Ən zərərli daxili ünsiyyətdir. Özünüz haqqında pis ya da mənfi bir şey söyləyib bunu qəbul etdiyiniz səviyyədir.bu səviyyəni müəyyən etmək çox asandır.Bu səviyyəni bu sözlərdən müəyyənləşdirə bilərsiniz; "eliyə bilmərəm", "kaşkı bacarsaydım", kimi sözlərlə etmiş olduğumuz ünsiyyət bizim qorxumuza,narahatlığımıza və tərəddüdmüzə səbəb olur.Beynimiz bizim söylədiyimizlə maraqlanmır,onu icrə edir.
  2-..........ETMƏYƏ EHTİYACIM VAR, . ............ETMƏLİYƏM SƏVİYYƏSİ: Bu sözlər beynimizi aldadır."eləməliyəm", ". .......ama deyiləm". Bu sözlərlə edilən ünsiyyət zərərimizədir. Çünki bu ünsiyyətlə problemi qəbul etmiş oluruq."dərslerimdə daha müvəffəqiyyətli olmağa ehtiyacım var" dediyiniz zaman siz əslində beyninizə bu proqramı göndərmiş olarsınız;" dərslərimdə daha müvəffəqiyyətli olmağa ehtiyacım var. .......ama deyiləm"
  3-MƏN ......İM SƏVİYYƏSİ: Bu istifadə edə biləcəyimiz ən müsbət təsirli ünsiyyətdir.Ən az istifadə etdiyimiz amma ən çox istifadə etməyimiz lazım olan sözlərdir.Bu səviyyəylə gerçək olmasını istədiyiniz istiqamətə doğru irəliləyərsiniz.Necə olmaq istədiyinizi şüur altına göndərərsiniz və bunu çatdırmış olursunuz;"mən bu olmaq istəyirəm və məni bu et." Proqramını göndərmiş olursunuz.Başlıca cümlə strukturları belədir; "mənim işlərim yaxşı gedir","mən hər çətinlikdə müvəffəqiyyətli oluram", . ..v.b.
   
Sonda isə psixoloqların bu mövzuyla əlaqədar dediyi fikiri yazmaq istəyirəm:
  Daxili ünsiyyəti mükəmməl olaraq istifadə edən hər kəs müvəffəqiyyətə çatmaya bilər, amma müvəffəqiyyətə çatmış olan hər kəs daxili ünsiyyəti ən yaxşı şəkildə istifadə etmiş şəxslərdir. 

Müvəffəqiyyətə çatmaq istəyirsinizsə müsbət bir iç ünsiyyət qurmağa çalışın.

Hipnoz nədir?

Yazar: Orxan Oruc @ Fevral 17, 2009 7:34

Hipnoz Psixologiya elminə görə,təlqinə əsaslanan bir növ süni yuxu və ya yuxu-oyanıqlıq arası prosesdir.Termini ilk dəfə istifadə edən,Yunan mifologiyasındakı yuxu ilahəsinin adından (Χυπνος) ilhamlanan həkim S.James Braiddir(1795-1860)

Hipnoz Üsulları

Hipnoz vəziyyəti iki yolla tətbiq edilə bilər:Maqnetizm yoluyla(maqnetik yuxu) və hipnoz texnikalarıyla(hipnotik yuxu).Maqnetizm üsullarını kəşf edən,ilk tətbiq edən və bu təsirə "heyvani maqnetizm"adını verən,canlılar üzərindəki maqnetizmin yaradıcısı sayılan-Franz Anton Mesmerdir(1734-1815).Maqnetik hipnoz,hipnotik hipnozla müqayisədə həm daha dərin yuxu yaradır,həm də psixiki və ruhi araşdırmalar üçün,daha faydalı,bol və məhsuldar imkanlara malikdir.Maqnetik hipnozda həm də hipnotik hipnozda olan təhlükə ehtimalları çox aşağım olur.Maqnetik hipnoz halı təlqinlə meydana gətirilmir və hipnozdan oyatma prosesi də təlqinlə aarılmır.Hipnoz altındakı adam yalan söyləməyi bacarmır.

Ümumiyyətlə kifayət qədər məlumata,ədəb və təcrübəyə malik olmadan hipnoz təcrübələrinə cəhd edilməsi təhlükəli və zərərli nəticələrlə gətirib çıxara bilər.

Hipnozda üç cür yuxu vəziyyəti olur.

Hipnozun dərinlik dərəcələrinə və xüsusiyyətlərinə görə fərqli növləri vardır.Başlıca üç hipnoz halı vardır:

Halsızlıq (şarm, təlqin halı):Hipnozun bu halının ən diqqətə çarpan xüsusiyyəti hipnoz olunan şəxsin təlqinə şüursuzcasına tabe olma xüsusiyyətidir.Bu haldakı şəxsə təlqin yoluyla,duyğuları maraqlandıran hipnotik halüsinasiyalar yaradıla bilər.

Katalepsi (donma halı):Şəxsin gözləri açıq olmaqla bərabər,əzələləri donma deyilən səviyyədə uzun müddət sabit qalır.Bu vəziyyətdə olan şəxslərlə aparılan təcrübədə müşahidə olunmuşdur ki,ətrafdakı səs-küyləri eşitməməklə yanaşı,musiqidən təsirləndiyi müəyyən olunmuşdur.Təlqin götürmə qabiliyyəti azalanda,əmrlər nəticəsiz qalır.Hipnoz vəziyyətində olmaq təhlükəli bir vəziyyətdir.Çünki, hipnoz yuxusundan oyatma prosesi çətin bir mərhələdir,oyatma prosesinin düzgün aparılmamasi isə hipnoz yuxusunda olan şəxsdə müəyyən fəsadlar yarada bilər.Ancaq,təbii ki,hipnoz edən şəxs peşəkar həkim,psixoloq,psixiatrdırsa bu heç də qorxulu bir proses deyil.

Somnambülizm (uyurgəzərlik halı):Hipnoz olunan şəxs,özü üzərindəki idarə qabiliyyətlərini bir az daha şüurlu və əhatəli olaraq təkrar istifadə etməyə başlayır.Təlqin birbaşa mümkün deyil,ancaq razısalma yoluyla mümkündür.Yəni,təlqin əmr formasında deyil,məsləhət formasında verilir.Hipnoz olunan şəxsdə adi halda görülməyən bir zəka və mühakimə qabiliyyəti meydana çıxa bilər.

Müasir dövrdə spiritüalizmde və parapsixologiyada istifadə edilməsi ilə yanaşı,psixoterapiyada,kriminologiyada və sancısız doğum,sancısız diş çəkmə (ABŞ-dakı stomatoloqların təxminən dörddə birinin hipnozdan istifadə etdiyi müəyyən olunmuşdur),xarici dili tez öyrənmə kimi müxtəlif məqsədlərlə bir çox sahədə istifadə edilə bilər. Hipnoterapi, ruhi və orqanizm xəstəliyi və pozğunluqlarının müalicəsində tamamlayıcı bir müalicə üsulu olaraq tətbiq edilə bilər.Ümumiyyətlə hipnozdan kəkələməlik,spirt, siqaret və maddə asılılığı, fobilər,şəxsiyyət pozuntuları,psixoloji ağrı pozuntuları,cinsi funksiya pozuntuları,yuxu pozuntuları vs. Bu kimi xəstəliklərin müalicəsində istifadə olunur

Hipnozu reallaşdırmaq üçün bir çox fərqli üsuldan istifadə edilə bilər.Ən çox istifadə olunan üsul, xəstənin yüngül yellənən bir obyektə baxması və bütün diqqətini o obyektdə cəmləşdirilməsi nəticəsində trans halına keçməsidir.Bu müddətdə,hipnoterapist sakit və təsir edici bir səslə danışaraq hipnozun reallaşmasını asanlaşdırır.Hipnoterapist hipnoz olunana sakit və təsir edici bir səslə göz qapaqlarının ağırlaşdığını, üzərinə ağır bir yorğunluq çökdüyünü və bir azdan gözlərinin bağlanacağını söyləyərək hipnotik yuxuya keçməsini təmin edir.Əgər 1-2 dəqiqə içində xəstənin gözləri bağlanmazsa, terapist əlləriylə müdaxilə edərək xəstənin gözlərini bağlayır və danışmasını davam etdirir.Bəzi xəstələr dərin bir hipnotik yuxuya keçdikləri halda,bəziləri də yüngül bir yuxuya keçir;çünki hipnoz əsnasında yaranan yuxunun dərinliyi adamdan adama fərqlilik göstərir.Hipnotik yuxunun ən yüngül halında adamın şüuru yerində olur və adamda bir boşalma vəziyyəti meydana gəlir.Adam özünə deyilən təlqinlərin hamısını bu yüngül səviyyədəki hipnozdan sonra xatırlaya bilir.Dərin hipnozda olanlar isə hipnoz əsnasında yaşanan hadisələri və danışmaları xatırlaya bilmirlər.Ən yüngül hipnoz vəziyyətində belə adam, terapistin təlqinləri istiqamətində hərəkət edir və bir çox narahatlığından xilas ola bilir.

Terapist istədiyi hər kəsi hipnoz edə bilməz;çünki terapistin əlində sehirli bir güc mövcud deyil. Əgər adam hipnoz olmamaq üçün müqavimət göstərsə hipnoz vəziyyəti reallaşmaz.Hipnotik yuxunun reallaşması üçün şəxsin buna uyğun olması və özünü terapistə əmanət edəcək qədər güvənməsi və terapistin istədiyi istiqamətdə hərəkət etməsi lazımdır.Ayrıca hipnoz əsnasında, terapist hər istədiyini xəstəyə icra etdirə bilməz,çünki xəstə meylli olmadığı şərtləri yerinə yetirmir.. Məsələn, hipnozdaki birinə oğurluq etdirə bilmək üçün adamın oğurluğa meylli bir olması lazımdır. Yəni verilən əmrlərin şəxsin xarakteriylə və ehtiyaclarıyla üst-üstə düşməsi lazımdır.

Hipnoz | Şərhlər(15)
Baxış sayı: 1247
Açar sözlər: hipnoz təlqin mesmer hipnoterapiya terapiya 

Dahi insan Ziqmund Freyd

Yazar: Orxan Oruc @ Fevral 10, 2009 22:50

Ziqmund Freyd orta səviyyəli bir Yəhudi yun tacirinin, qırx yaşında olarkən,özündən iyirmi yaş kiçik bir qadınla etdiyi ikinci evliliyindən dünyaya gəldi.İqtisadi böhrandan sonra ailəsi Vyanaya köçmək məcburiyyətində olandada,Freyd hələ 4 yaşında idi.1938-ci ilə qədər burada yaşamışdılar.Litsey illərində Latınca, Fransızca və İngiliscə öyrənir,öz səyləriylə də İbranicə, İspanca və İtalyanca öyrənir. Əslində istəmədiyi halda Götenin əsərlərindən təsirlənərək  tibb sahəsində oxumağı qərara alır.Universitet illərində Yəhudi düşmənçiliyiylə qarşılaşaraq cəmiyyətdən kənarda qalır,mücərrəd yaşamağı və buna dözməyi öyrənir.1876-cı ildə fizyolojist Brückenin laboratoriyasına girir; burada anatomopatoloji və insanın sinir sistemi üzərinə araşdırmalar aparırr. 1881də tibb təhsilini bitirir,1833də dövrün ən məşhur beyin anatomiyası və nevropotoloji eksperti Dr. Theodor Meynertin rəhbərliyində psixiyatr xəsətxanasında asistent olaraq işə başlayir.

1884də kokoin üzərində araşdırma etməklə vəzifələndirilir.1884də kokoinin analtik xüsusiyyətlərini keşf edir,(Freyd, Həyatım və Psikanalız adlı əsərində bununla əlaqədar olaraq kokoinin anestezik xüsusiyyətlərini əslində bildiyini, tək tibb işlərini buraxdığından ötəri başqaları tərəfindən ortaya çıxarıldığını irəli sürür) Aldığı təqaüdlə 1885ci ildə Parisə gedir, Salpêtriê Xəstəxanasında, Jean Martın Charcotunun yanına gedir və şagirdliyə başlayır. Burada histerinin əlamətlərini, hipnoz və təlqinin təsirlərini müşahidələr nəticəsində öyrənir.Charcotun konfranslarını Alman dilinə çevirməyi qərara alır və Tərcüməsi 1886ci ilda nümayiş olunur.1886cı ildə Parisdən Berlinə gedir.Burada uşaq nevropotologiyası ilə maraqlanır.Daha sonra Vianaya qayıdır və həkimlik etməyə başlayır.1886cı il oktyabr ayında 4 ildir nişanlı olduğu Martha Bernays ilə evlənir.Sinir xəstəlikləri və histerikler arasında özünə müştərilər əldə edir və dövrün məşhur müalicə üsullarını, elektroterapi və hipnozu tətbiq edir.1887ci ildə Dr. Bernheimin Təlqin və Təlqinin Müalicədəki Uygulamarı adlı kitabını tərcümə edir.1892 - 1895 illəri arasında Charcotdan Çərşənbə axşamı Günü Dərsləri adlı kitabının etdiyi tərcümələri, savbunma psixonevrozları üzərinə bir məqalə ilə əlaqələr və fobiler adlı başqa bir məqaləni,Breuer ilə ortaq şəkildə hazırlayırlar.Bu əsərdə psixoanalizin təməl qanunlarına rast gəlinir.1896-cı ildə atasının ölümü səbəbindən dərin bir böhrana girir və sistematik olaraq özünü təhlil etməyə başlayır.Yenə eyni il Breuerlə nevrozların cinsi baxımdan açıqlanması mövzusunda fikir ziddiyətləri yarandığı üçün yollarını ayırırlar.Histerinin cinsi etiolojisi adında verdiyi bir konfrans skandala gətirib çıxarır.Breuerlə əlaqəni kəsdikdən sonra, öz yolunu təkbaşına gedir. Bu dövrdə W. Fliesslə yazışmaları,şəxsi araşdırma müddəti, böyük rol oynayır. (Bu yazışmaları Freydin ölümündən sonra qızı tərəfindən ictimaiyyətə açıqlanır.Freyd psixoanalize şəxsi həyatını qarışdırmaq istəmədiyi üçün,fərdi heç bir şeyi geridə buraxmaq istəmədiyi üçün,bir çox yazışma və məktubu ölümündən əvvəl yandırmışdır.) Bu müddət boyunca,10 illik bir dövrdə, Freyd həm elmi yoldaş,həm şagird baxımından tək qalmışdır.Özünü xəstələrin müalicəsinə və psixoanalizin yaradılmasına həsr edir. 1908ci ildə Vyana Psixoanaliz Dərnəyi yaradılır (Bu Freud üçün bir dönüş nöqtəsidir, buna Həyatım və Psixoanaliz kitabında böyük yer vermişdir.) amma bu tarixdən əvvəl də Freydin ətrafında təhlil etmənin gedərək təşkilatlaşdığı görülür.1902ci ildən sonra "Çərşənbə Günləri Psixologiya Dərnəyi", başda P. Federn, O. Rank, W. Stekel, Alfred Adlar olmaqla,Freydin ilk yandaşları bir araya gəlirlər.1904cü ildə E.Bleuerlə yazışmağa başlayır.1907ci ildə onun asistenti K.Q. Yunq tərəfindən ziyarət edilir.Yung eyni il Zürichdə Freyd Dərnəyi qurur.(Bu Freud üçün böyük bir müvəffəqiyyətdir, çünki psixoanaliz artıq sərhədlərin xaricinə çıxmışdı.)Bu illərdə Yunq, 1. Psixoanaliz Konqressinə qatılır və psixoanalizə dair konfranslar vermək üçün Freyd ilə birlikdə ABŞa səfər edir.Freud, 1910 - 1920ci illərdə Psixoanalizə aid,Bir Paranoya hadisəsi Özyaşam Əhvalatı Psixoanalitik Müşahidələr edir:Başçı Screber, Totem və Tabu, Narsizmin Araşdırılmasına Giriş, Yas və Melanxoliya adlı əsərləri çap olunur.1923ci ildə Freydə üst çənə və damaq xərçəngi diaqnozu qoyular.Bu illərdə 33 dəfə əməliyyat keçirir.Davamlı protez taxması məcburiyyətində qaldığı üçün uzun illər danışma və yemək yemə çətinliyi çəkir.1938ci ildə Nazıların Vianaya girməsiylə əlaqədər ən kiçik uşağı Anna ilə birlikdə Avstriyanı tərk etmək məcburiyyətində qalaraq Londona köçür.Ölümünə qədər müalicə və işlərinə burada davam edir.Freyd, prinsiplərinə uyğun olaraq fərdi heç bir xüsusi sənəd,xatirə dəftəri, məktub buraxmamaq üçün hamısını yandırmışdır.Freyd haqqında ilk və ən əhatəli məlumatlar ilk dəfə olaraq yaxın dostu İngilis psixiyatrı Ernest Jonesin tərəfindən 1953də nümayiş olunan üç cildlik Ziqmund Freydin Həyatı və Əsərləri adlı kitabıyla ortaya çıxmışdır.Psixiatriyada "psikanaliz" adı verilən bir üsul inkişaf etdirdi. Buna görə, ruhi problemlərin qaynağını, xəstələrin basdırdıqları və təhtəlsüuruna itələdikləri problemlərdə axtardı. Xəstələrin təhtəlsüurundakı duyğularını səthə çıxarmağa söykənən "psixoterapi" adı verilən bir üsulla xəstələrini yaxşılaşdırmağa çalışdı.


Əsərləri
Zur Psychopathologie des Alltagslebens (Gündəlik Yaşamın Psikopatolojisi) Deyə Traumdeutung (Xülyaların Şərhi) Über Psychoanalyse (Psikanaliz Üzərinə Beş Dərs) Totem und Tabu (Totem və Tabu) Zur Einführung des Narzissmus (Narsisizmin Araşdırılmasına Giriş) Unbehagen en deyər Quldur (Uygarlığın Narahatlığı) Jenseits des Lustprinzips Das Ich und das Əs (Həzz Qanununun Kənarında Mən və İd) Deyər Mann Moses und deyə monotheistische Religion (Musa və Tektanrıcılık) Cinsilik Qaydası üçün Üç Sınaq, 1905 Deyər Witz und seine Beziehung zum Unbewussten, Nöqtə və Bilinçdışıyla Əlaqəsi, 1905 Psikanalizin Tarixçəsi, 1914 Psikanalize Giriş Dərsləri, 1917 Həyatım və Psikanaliz, 1925 Həbslik, Semtom və Qorxu, 1926 Bir Yanılsamanın Gələcəyi, 1927 Mədəniyyət İçindəki Narahatlıq, 1930 Psikanaliz və Tətbiq, Psikanaliz Üzərinə


Mənbə:http://az.wikipedia.org/wiki/Ziqmund_Freyd




 

 

Dahilər | Şərhlər(9)
Baxış sayı: 818
Açar sözlər: ziqmund-freyd-sigmund-freud-dahi 

Məhəbbət Psixologiyası

Yazar: Orxan Oruc @ Yanvar 27, 2009 8:53

                            MƏHƏBBƏT PSİXOLOGİYASI
Məhəbbət – emosional keçid mərhələlərində insanların biri-birinə isinişməsidir. Məhəbbət – müxtəlif emosional halların birgə yaşanması nəticəsində meydana çıxıb, mexanizmi – əsasən beyinin assosiativ funksiyasına əsaslanır. Belə ki, burada davamlı emosional kontaktın (transferin) meydana gəlməsi üçün emosiyanı qıcıqlandıran müxtəlif xarici təsirlərin mövcudluğu zəruri şərtdir, məsələn, təbiət mənzərələrinin birgə seyri, birgə musiqi dinlənilməsi, müxtəlif həyəcanlı, sevincli situasiyaların, rəngarəng epizodların, lirik anların birgə yaşanması və s. kimi. Alınan təəssüratın qüvvəsi gələcəkdə yaranacaq emosional kontaktın (transferin) qüvvəsini xarakterizə edir ki, sonradan bu kontaktın qırılması müxtəlif psixi travmalara gətirib çıxarır.


Ümumi halda, insanlar arasında davamlı emosional kontaktın («cazibənin») meydana çıxması üçün onların bioloji (bədən quruluşu, boy, səs amplitudası, köklük, dərinin, saçın, gözün və s. rəngi...) və emosional (temperament) xüsusiyyətlərinin kontrastlılığı (biri-birini tamamlaması); intellektual (dünyagörüş, etik və estetik normalar sistemi, həyata baxış, bilik əmsalı...) və iradi (stereotiplər sistemi ilə əlaqədar) xüsusiyyətlərinin uyğunluğu zəruri şərtlərdəndir. Həmçinin, tərəflərin biri-birinə (birtərəfli məhəbbətdə biri digərinə) isinişə bilməsi, vərdiş edə bilməsi üçün onların vaxtaşırı görüşməsi, biri-birlərini müxtəlif epizodlarda seyr edə bilməsi, tərəflərin bir-birinin (birtərəfli məhəbbətdə biri digərinin) rifah və təhlükəsizliyinin qarantı olması və s. kimi faktorlar xüsusi əhəmiyyətlidir.
Burada, həmçinin ilkin təəssüratda formalaşan gələcək rəftar modeli də, münasibətin sonrakı inkişafına aktiv təsir göstərən amillərdəndir.
Ümumi halda, təbabətdə məhəbbət – xüsusi psixi sindrom növü kimi qəbul edilməsə də onun yaranması və inkişafı istənilən digər psixi sindromdan heç nə ilə fərqlənmir və beyində olduğu müddətdə subyektin davranış və düşüncəsinə, ətraf aləmə münasibətinə və s. aktiv təsir göstərir (bir sıra hallarda bunları məhdudlaşdırmaqla).
Beyində olan «məhəbbət sindromunu», yəni, fərdin «sevib-sevmədiyini» aşağıdakı zahiri əlamətlər vasitəsilə müəyyənləşdirmək mümkündür:
— Fərd məhəbbət (simpatiya) bəslədiyi şəxslə daha tez-tez görüşməyə can atır;
— Onunla görüş zamanı (və ya onunla bağlı söhbətlərdə) emosional aktivləşir, göz bəbəkləri böyüyür, parlaqlaşır (qanda adrenalinin miqdarının artması səbəbindən); nəbzi, göz qırpması, tənəffüsü sürətlənir (qanda cinsi hormonlar olan testosteronun miqdarının artması səbəbindən); danışığında (eləcə də, davranışında) məntiqi forma və məzmun azalır, buna müvafiq olaraq nitqi və davranışı oynaq, obrazlı və rabitəsiz forma alır (qanda həzz hormonu olan endorfinin miqdarının artımı səbəbindən); görüş zamanı Ona daha yaxın məsafədə durmağa can atır (dərinin elektrik müqavimətinin artdığı səbəbindən); görüşə can atır və görüşün daha uzunmüddətli olmasına çalışır (məs., onu evinə ötürərkən daha uzaq yolu seçir, tələsmir);
— Onun emosional halı ona daha tez sirayət edir (məs., Onun şən halında sevinir, kədərlənəndə qəmlənir);
— Onun yanında özünün yalnız yaxşı (Onun zövqünə uyğun) cəhətlərini büruzə verməyə cəhd edir (o cümlədən, səs tonu, davranışı, ətraf aləmə münasibəti və s. dəyişir); eləcə də, Onda yalnız yaxşı cəhətləri görür, mənfiləri sezmir, sezsə də dərhal rasionallaşdırır;
— Onun yanında «açıq tipli» jestlərdən daha çox istifadə edir (məs., söhbət əsnasında hərdən qeyri-şüuri olaraq başmaqlarını çıxarıb ayağının ucunda oynatması kimi);
— Fikirlərinin çox hissəsini O məşğul edir, o cümlədən, Onunla bağlı mövzular (taleyi, bioqrafiyası, həyat yolu və s.) onu daha çox maraqlandırır, bu barədə daha çox sual verir (istər Onun özünə və istərsə də ətrafdakılara);
— Görüş zamanı diqqəti başqalarına nisbətən ən çox Onun danışdıqları və ya mimikaları üzərində cəmlənir;
— Onun fikirlərinə avtoritet kimi inanır və Ona etimad göstərir, Onun hər hansı adi cəhətində də bir qeyri-adilik, təkrarsızlıq görür, valeh olur;
— Uzun müddət xəyalında canlandırdığından, Onu özünün lap uşaqlıqdan tanıdığı bir dostu kimi qəbul edir;
— Onunla öz arasında günü-gündən daha çox ümumiliklər axtarıb tapır, məs., zövqləri, baxışları, dünyagörüşləri, həyat yolları və s. arasında; münasibətlərin korlanmaması xatirinə mübahisədə güzəştə gedir, Ona qarşı olan kompaniyalarda, xarakterindən asılı olaraq, ya Onun müdafiəçisi kimi çıxış edir ya da kompaniyadan təcrid olur;
— Ona qarşı onda himayəçilik hissi yaranır, eləcə də, Onun yanında özünü daha qorxusuz, inamlı və arxayın hesab edir;
— Müəyyən səbəbdən hissini ətrafdakılardan gizlətmək məcburiyyətində qaldıqda zahirən dalğın, emosional süst, yuxu və iştah rejimi pozulmuş, qeyri-aktiv, sosial izolyasiyalı, diqqətsiz və s. olur.

Təcrübəli şəxslər bu əlamətləri özlərində süni yolla yaradaraq, qarşı tərəfə öz «hörmətini», «məhəbbətini» təlqin edir, bu cür süni «məhəbbət jestləri» ilə onun etimadını, dostluğunu, məhəbbətini və s. qazanırlar ki, sonradan da bundan sui-istifadə edərək öz «məqsədlərini» həyata keçirirlər 

 

 C.Məmmədov 

 

Mahir dinləyici olmaq üçün

Yazar: Orxan Oruc @ Yanvar 27, 2009 8:08

                      MAHIR DINLƏYICI OLA BILMƏK QAYDALARI
Ünsiyyət prosesi hər birimizin gundəlik həyatında baş verən ən vacib proseslərdən biridir.Ancaq unutmaq olmaz ki,ünsiyyət bir təkcə sizin monoloqunuzdan ibarət deyil.Yaxşı həmsöhbət ola bilmək üçün, ələlxüsus, insanların ürəyinə yol tapmaq üçün həm də mahir dinləyici ola bilmək vacibdir. Ancaq ki, bu dinləyicilik, göründüyü qədər də sadə şey deyil və bu ad altında burada, heç də gözünü döyə-döyə həmsöhbətin ağzına baxmaq mənası nəzərdə tutulmur.

Mahir dinləyici ola bilmək, özü bir sənətdir və bunu bacaranlar, ağızlarını açıb bir kəlmə belə danışmadan, hamının diqqətini cəlb edir, mərkəzi fiqura çevrilirlər. Bu isə müəyyən fəndlər tələb edir. Deyilən variant, passiv yox, aktiv dinləyicilik stilidir. Bunun üçün söhbət boyu, mütəmadi olaraq, hərdən-birdən müəyyən formullar işlətmək zəruridir ki, onlar istər-istəməz tərəfdaşın diqqətini sizə bağlayır.Bunların bir qismi aşağıdakılardır:
■ Emosiyalara tə’sir formulları:
Söhbətin əvvəl, orta və axırında işlədilən aşağıdakı müvafiq söz və ya söz birləşmələri tərəf-müqabilin emosiyalarının aktivliyinə stimullaşdırıcı təsir göstərir:
a) Söhbətin əvvəlində:
— Sizi kimsə incidib? yaxud: kim incidib?
— Siz nəyə görəsə kədərli görünürsünüz, nə olub? və s...;
Bu cür xüsusi diqqət, minnətdarlıq əlaməti olaraq və ya ünsiyyət tələbatının nəticəsi olaraq, tərəfdaşı açılışmağa vadar edəcək.
b) Söhbətin ortasında:
— Bu ki sənin günahın deyil!
— Afərin, bu, əsl özünü ələ ala bilməkdir!
— Komediyasan, əla dedin!
— Yaxşı başa düşmədim, necə oldu? və s.
Fikirlərinə bu cür diqqət nümayiş etdirmək, onları təsdiqləmək, dəstəkləmək, bəraətləndirmək tərəf-müqabilə ruhlandırıcı təsir göstərir;
c) Söhbətin sonunda:
— Səninlə ünsiyyət maraqlıdır.
— Adam hər dəfə səninlə söhbətdən sonra, sanki yüngülləşir.
— Bu gün məni əməlli-başlı güldürdün...
Özünüifadə tələbatı məcbur edəcək ki, tərəf-müqabil bunlardan sonra özünü bir qədər də maraqlı etmək üçün daha da əldən-ayaqdan getsin və təbii ki, söhbətə daha çox aludə olsun... Və s...
■ İntellektə tə’sir formulları:
Bu formullardan istənilən biri söhbətin istənilən bir hissəsində işlədilir və tərəf-müqabilin intellektini passivləşdirmək, oyanmağa qoymamaq və s. məqsədi güdür:
a) Deduksiya metodu:
Tərəf-müqabilin fikirlərindən hərdən xüsusi nəticələr çıxarmaq, fikirlərinə qüvvət vermək və s. təfəkkürünün assosiativ qabiliyyətinə stimuledici təsir göstərir. «Həmçinin...», «Eləcə də,..», «Deməli,...», «O cümlədən,...» və s. kimi ara sözləri ilə başlayan cümlələr bu məqsədlidir;
b) Analogiya metodu:
Burada fikrin nisbətən aydınlığı, konkretliyi xatirinə, o, daha sərrast deyimlə (daha dolğun sinonimi ilə) əvəz edilir. «Yəni ki,...», «Daha doğrusu,...», «Başqa sözlə,...» və s. tipli ara sözləri ilə başlayan deyimlər bu məqsədlidir;
c) İnduksiya metodu:
Bu metod, tərəf-müqabilin fikirlərinin hərdən-birdən daha yığcam ifadələrlə ümumiləşdirilməsindən ibarətdir. «Bir sözlə...», «Ümumi olaraq...», «Beləliklə...» və s. tipli ara sözləri ilə başlayan müdaxilələriniz bu məqsədlidir.
Və s...

 

 

  Cabbar Məmmədov 

Psixoloq məsləhətləri | Şərhlər(8)
Baxış sayı: 856
Açar sözlər: dinleyici dinləyici sohbet söhbət 

Gənc Psixoloqlar Birliyi

Yazar: Orxan Oruc @ Yanvar 5, 2009 7:39

ƏZİZ TƏLƏBƏLƏR və GƏNCLƏR!!!

Əgər siz Psixologiya ixtisası üzrə təhsil alırsınızsa və ya bu ixtisas üzrə təhsilinizi başa vurmusunuzsa və öz həmkarlarınızla daha yaxından ünsiyyətdə olmaq istəyirsinizsə,onda sizin üçün bir 
ŞANS!!!




Azərbaycanda ilk dəfə olaraq gənc psixoloqların birliyi yaranmaq ərəfəsindədir.Əgər siz də bu işdə aktiv şəkildə fəaliyyət göstərmək və bu sahədə bilik və bacarıqlarınızı inkişaf etdirmək,bilmədikləriniz öyrənmək,bildiklərinizi həmkarlarınızla paylaşmaq istəyirsinizsə...O zaman gəlin birlikdə 
ÇALIŞAQ!!!

Birliyin əsas məqsədi gənclər arasında maarifləndirmə işi aparmaqdan ibarətdir.
Bunun üçün Birlik:
• Gənc psixoloqlar arasında maarifləndirmə işinin təşkilində ölkəmizin təcrübəli alim və elm adamları ilə əməkdaşlıq etməyi,
• Sosioloji və Psixoloji araşdırmalar sahəsində gənclərin rolunun artmasına və təcrübə qazanmasına kömək etməyi,
• Bu sahədə digər inkişaf etmiş ölkələrin təcrübəsini öyrənməyi,nəzərdə tutur

 Yuxarıda sadalananları həyata keçirmək üçün birlik,müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil etməyi, konfranslar, xeyriyyə marafonları, digər mədəni-kütləvi tədbirlər keçirməyi planlaşdırır;

Gənc Psixoloqlar Birliyinə (GPB) ,Psixologiya ixtisası üzrə təhsil alan tələbələr,magisturantlar və yaşı 35i keçməyən,ixtisasca psixoloq olan şəxslər qoşula bilərlər...

əlavə məlumat üçün
e-mail:OrxanOruc@yahoo.com
Telefon:050-414-28-45

 

Elan | Şərhlər(27)
Baxış sayı: 654
Açar sözlər:

Verilən sualdan Diplomatikcəsinə necə yayinmaq olar

Yazar: Orxan Oruc @ Dekabr 25, 2008 7:26

Gündəlik həyatımızda özümüzdən asılı olub-olmamasına baxmayaraq,tez-tez başqalarına sual verib cavab almağa,eyni zamanda bizə verilən suallara cavab verməyə çalışırıq.Bəzən isə,sərfəsiz suallar verə bilərlər və deyəcəyiniz istənilən fikrin sizin əleyhinizə yozula bilinəcəyindən ehtiyat edib, cavab labirintində dolaşıb qala bilərsiniz. Bəs, onda nə etməli?

 a)     Mövzuya əlavə mövzu daxil edib (yəni «söz arasına söz qatıb»), diqqəti getdikcə onun üzərinə yönəldin. Məs., bu cür: «Yeri gəlmişkən qeyd edim ki, o vaxt filan hadisə mənə bundan daha çox təsir etmişdi», «Siz soruşduğunuzdan daha maraqlı olanı budur ki,..», «Hə, elə əsas olanı budur,...» və s. Yaxud, «Yaxşı yadıma saldınız» deyib, bayaqkı söhbətlərdən hansısa birinə qayıdın və ona bəzi əlavə-düzəliş etməklə, diqqəti bu istiqamətdə yönəltməyə çalışın;

b)     «Bir qədər sonra bu məsələyə ətraflı şəkildə qayıdacağıq» – deyib, məsələni təxirə salın və sonra da, həmişəlik itirib-batırın;

c)     Cavabı müxtəlif tabular, yasaqlarla əlaqələndirin. Məs., bu cür: «Bu, çox şəxsi məsələdir və mən bunun geniş müzakirəyə çıxmasını istəmirəm», və ya bu cür: «Bilirsiniz, belə şeylər barədə nəinki danışmaq, hətta düşünmək belə mənim təbiətimə ziddir», yaxud da zarafatla bu cür: «Bu, çox ‘‘məxfi’’ informasiyadır». Eyni qayda ilə, onu açıqlamağın hələ vaxtının çatmadığını, bunun zamana ehtiyacı olduğunu və s. bildirmək də, bu qəbildən olan cavablardandır;

d)     Sualı ondan daha çətin olan digər bir sualla qarşılayın və hücumu onun öz üzərinə yönəldin. Məs., bu cür: «Bəs, siz bu sualı filan vaxtı niyə vermirdiniz?», «Bəs, siz özünüz bu barədə nə düşünürsünüz (fikirdəsiniz), «Siz nəyə görə bunu bilməyə belə can atırsınız?» və s;

e)     Sualı səviyyəsiz hesab edib, belə cılız şeylərə vaxt itirməyi özünə yaraşdırmadığınızı bəyan edə bilərsiniz: «Sən yazığın ağlına bundan daha yaxşı sual gəlmir?» və ya «gələ bilməz!»;

f)     Cavabdan birbaşa olaraq qaça və ya sual kiminsə bir başqasının üstünə yönəldə bilərsiniz. Məs., bu cür: «Bu, filankəsin sahəsinə aid məsələdir və elə onun özündən də soruşun», və ya: «Mənim diskussiya (polemika, bazar...) açmağa vaxtım yoxdur», yaxud: «Xahiş edirəm mövzuya (söhbətə) birbaşa aidiyyatı olmayan suallar verməyəsiz» və yaxud: «Bu cür suallara bir başqa vaxtda təklikdə cavab verərəm» və s..;

g)    Sualı təkrar soruşub, bu müddətdə onu başdan etməyin yollarını götür-qoy etmək üçün vaxt qazanın;

h)    Nəhayət, istənilən sualdan yayınmağın daha bir və ən kəsə metodu – «yadımdan çıxıb» deməkdir. Bu, məhz elə bir cavabdır ki, hətta cinayət məcəllələrində də, ona qarşı heç bir maddə nəzərdə tutulmur, hansı ki, cavabdan yayınmağın digər üsullarına, eləcə də, yalan ifadəyə görə, qanunla cinayət məsuliyyəti nəzərdə tutulur. 

Ünsiyyət qurmanın yolları

Yazar: Orxan Oruc @ Dekabr 23, 2008 6:08

Tənha olduğunu, əks cinslə ünsiyyətinsə problem olduğu kimi dəhşətli faktı dərk edə-edə xoşbəxt yaşamaq mümkündürmü? Tanışlıq zamanı özünəinamsızlıq sindromunu və mümkün rədd qorxusunu özündən necə uzaqlaşdırmalı? Və ümumiyyətcə, Sizə «yox» cavabı verilərkən nə etməli?

(C.Məmmədov "Diplomatik psixologiya"kitabindan bəzi çıxarışlar)

 

Aşağıda tanışlıq fenomeninin bəzi «texnologiyası» izah edilir, müvəfəqiyyətə təsir göstərən bir sıra faktorlar göstərilir, psixoloji baryeri dəf edərək tanış olmağa imkan verən bəzi fəndlər sadalanır.

Mövcud bütün tanışlıq növlərini mənşə baxımından, əsasən iki kateqoriyaya ayırmaq mümkündür: təbii (yəni qohum, qonşu, iş yoldaşı və b. arasında yaranan) və süni (yəni məqsədyönlü fəaliyyətin, cəhdin, səyin nəticəsində) formalaşan tanışlıqlar. Burada bu birincisi prinsipial əhəmiyyət kəsb etmədiyindən, söhbət ikincisi barədə olacaq. Əvvəlcə tanışlığa mane olan bəzi faktorlar barədə:

a)     Deyilən mənada, tanışlıq xatirinə sinxronlaşdırılması zəruri olan birinci parametremosiyalardır. Yəni tanışlıq xatirinə ilk olaraq, tərəf-müqabilin emosional halını almalı, öz emosiyalarınızı onunla harmoniyaya, eyni bir ahəngə gətirməlisiniz. Məs., təsəvvür edin ki, avtobusda və ya digər bir yerdə sizinlə yanaşı oturan birisi kədər içərisində doluxsunub dayanıb və hətta ağlayır, sizsə gülə-gülə ona yaxınlaşıb soruşursunuz ki, nə olub? Tərəfdaşın belə məqamda sizin simanızda özünə düşmən görüb, nifrətlə göz çevirəcəyi şəksizdir. Yaxud hamının deyib-gülüb, şənləndiyi bir məclisi təsəvvür edin. Burada siz, daxili problemlərinizdənmi, kiminsə diqqətini öz kədərinə cəlb etmək istəyindənmi, utancaqlıqdanmı, belə şitliyi özünüzə yaraşdırmamaqdanmı, özünü ağır göstərmək məramındanmı və ya bir başqa hansısa səbəbdənsə, qapalı və kədərli görkəmlə büzüşüb sakitcə bir kənarda oturmusunuz. Belə vəziyyətdə, məclisdəkilərin sizə əsəbi münasibətini təsəvvürə gətirə bilirsinizmi? Baxmayaraq ki, siz onlara heç nə etmirsiniz və demək olar ki, heç bir ziyanlıq verməyib, heç bir işlərinə mane olmursunuz, yenə də onlar sizin burada mövcudluğunuzdan bir əsəbilik keçirir, danışdıqlarınıza gözçevirmə ilə reaksiya verir, sözünüzü kəsirlər və s. Çünki sizin monoton, qapalı vəziyyətiniz, istər-istəməz, ümumi ab-havaya sirayət edir və hazırkı məqamda şənliyin bitməsini və təcridçiliyi arzulamayan ətrafdakılar, bu zaman sizi bir növ «mənfi enerji» mənbəyi kimi qavrayırlar.

Hər iki halda sizin uğursuzluğunuzun səbəbi – öz emosiyalarınızı tərəf-müqabilin emosiyaları ilə sinxronlaşdırmamağınızdır. Burada empatiya deyilən mexanizm fəaliyyət göstərir. Yuxarıda qeyd olunmuşdu ki, insanlar yalnız aralarında daha çox ümumilik olan şəxsləri özünə doğma hesab edib, onları, sanki, özünün bir növ təkrarı kimi qavrayırlar və buna görə də, onları qeyri-şüuri olaraq özləri ilə identikləşdirib, onlardan özlərinə heç bir təhlükə görmürlər. Bu ümumilik tələbi, eyni zamanda, emosiyalara da xas olan bir məsələdir və bunlar arasındakı yaxın-uzaqlıq da, insanları, özlərinin də xəbəri olmadan, bir anda doğmalaşdırıb-yadlaşdıran əsas faktorlardandır. Tərəf-müqabilin hisslərini qanuni hesab edib, buna hörmət göstərmək, eyni məsələnin sizi də eyni formada sevindirib, eyni dərəcədə kədərləndirdiyini nümayiş etdirmək sizin daxili dünyanızın, fikirlərinizin, baxışlarınızın, meyarlarınızın da yaxın olmasına işarədir və digər sferalarda da, yaxınlaşmadan ortaya çıxa biləcək risk amilini aradan qaldırır;

b)     Tanışlıq xatirinə sinxronlaşdırılması zəruri olan ikinci parametr – mövqelər, rəylər, fikirlər, baxışlardır. Bu məqsədlə, heç vədə onu tənqid etməməli, fikirlərinə etiraz bildirməməli, qüsurlarını qabartmamalı, əksinə, fikirlərini – hətta səhv olduğuna qəti əmin olmuş olsanız da belə, əlavə arqumentlərlə daha da təsdiqləməli, qüsurlarına diqqət cəlb olunubsa, onları bəraətləndirməli, üstünlüklərini, müsbət kimi yozula biləcək cəhətlərini yeri düşdükcə qeyd etməli, vurğulamalı, qabartmalı, bu kimi xüsusiyyətlərin sizin zövqünüz çərçivəsində olduğunu ötəri fikirlərlə çatdırmalı, hətta beləsini tapmaq çətindirsə, onun istənilən xüsusiyyət, davranış və deyimlərindən qurcalayıb nə isə tərifəlayiq bilinən məqamları aşkar etməli və vurğulamalı – ələlxüsus da ki, insanlar diqqət cəlb etmək istədikləri xüsusiyyətlərini özləri hansısa formadasa tez-tez qabardırlar. Onların özlərində yaxşı hesab etdikləri hansısa cəhət, sizin meyarlarınız baxımından pis hesab oluna bilər. Lakin bunlara etiraz etməklə siz nə qazanacaqsınız? Onu dəyişmək, düz hesab etdiyiniz yola çəkməkmi? Nəzərə alın ki, bu kitabın məqsədi məhz insanları dəyişmək, onların davranışını, düşüncəsini, xarakterini, baxışlarını və s. idarə edib, öz istədiyiniz formaya salmağın metodlarını öyrətməkdirsə də, lakin heç yerdə qeyd olunmur ki, bunu cəmisi bir neçə dəqiqəyə və bir neçə əl işarəsi ilə həyata keçirmək mümkündür. Bu, çoxpilləli və ardıcıl tədbirlər kompleksinin nəticəsi kimi meydana çıxa biləsi bir məsələdir və tanışlıq, bu aksiyada olsa-olsa həlqələrdən, fazalardan biridir. Ondan əsas məqsəd – gələcək təsirlər, manipulyasiyalar üçün zəmin funksiyası daşıyacaq kontakt yaratmaqdır. Burada siz hər şeyi, o cümlədən, həqiqəti, təkəbbürü də qurban verməlisiniz ki, tərəfdaş qorxmadan, sizdən özünə, öz gələcəyinə təhlükə hiss etmədən yavaş-yavaş öz daxili dünyasının qapılarını addım-addım sizin üzünüzə açsın. Tanışlıq fazasından əsas məqsəd budur. Bu mərhələ yalnız o zaman başa çatır ki, siz artıq tərəfdaşın daxili dünyasına daxil olmuş olursunuz – artıq aranızda nisbətən etibarlı rabitə yaranıb, tərəfdaş çox sərbəstliklə özünün bəzi sirlərini sizə açır, bir çox şəxsi problemlərini sizinlə müzakirə edir, sizə etibar edir və s. Yalnız bundan sonra siz ikinci mərhələni həyata keçirməyə başlayıb, yavaş-yavaş onun ürək dünyasının «yollarını», «qapılarını», «açarlarının yerini» və s. müəyyənləşdirir, imkan tapan kimi də bu açarları oğurlayaraq onların vasitəsilə tərəfdaşın ürək dünyasına basqın edirsiniz. Halbuki, səbrlə, addım-addım bütün bu xoşagəlməz, ürəküzən, darıxdırıcı söhbətə tab gətirə-gətirə, çox şeyə göz yuma-yuma irəliləməyi bacarmasaydınız, tərəfdaş nəinki sizi öz ürək dünyasına yaxın buraxmaz, əksinə, sizinlə münasibəti də çoxdan kəsərdi.

Bütün bunlardan sonra, deyilən həmin tanışlıq fəndləri, taktikaları barədə: 

1) Tanış olmağın nisbətən genişyayılmış metodlarından biri – nə isə bir söz soruşmaqdır. Bu metod, hətta o qədər geniş yayılmışdır ki, XIX-cu əsrdə də gənclər bu məqsədlə onun növmüxtəlifliyi olan «saat soruşmaq» fəndindən aktiv istifadə edirdilər. Bugünkü gündə isə belə fəndlə tanış olmağa ümid etmək ancaq həqarətli gülüş doğura bilər.

Bugünkü günün gəncliyi və ümumiyyətcə, insanları, XIX əsrlə müqayisədə istər-istəməz daha ağıllı, daha təcrübəli, daha intellektualdır və onların bir-birinə qarşı tələbkarlığı da, artıq daha yüksəkdir. Digər tərəfdən, ilk təəssürat münasibətlərin sonrakı mərhələsinə də həmişə aktiv təsir göstərən və onu müəyyən çərçivəyə salan əhəmiyyətli faktordur. Bu səbəbdən, həmin bu tanışlıq məqsədinə xidmət edən ilk sual da, ya təsadüfi mövzuya aid olub, tərəf-müqabilin elə bir ciddi emosional reaksiyasını doğurmayan və onun yaddaşında əhəmiyyətli iz qoymayan forma və məzmunda olmalıdır, ya da onu heyrətləndirməli, maraqlandırmalı və ümumiyyətcə, onda müsbət emosional əhval-ruhiyyə doğurmalıdır.

     Nümunə üçün, məs., küçədə ikən yol soruşmaq, nəqliyyatda ikən bu marşrutun filan yerdən keçib-keçmədiyini soruşmaq, kiməsə yalandan oxşadaraq onun filankəsin qohumu olub-olmadığını, filan vaxt filan məclisdə iştirak edib-etmədiyini, filan rayonlu, qəsəbəli olub-olmamasını və s. soruşmaq, iş yerində ikənonların şöbəsindəki filankəsi, və ya həmin filankəsin başına gələn filan hadisədən sonrakı vəziyyətini, ümumiyyətcə, bütün idarəyə aid, işlə bağlı nəyisə soruşmaq, qonşudursahansısa xəstə qohumunun vəziyyətini soruşmaq və b. bu birinci varianta nümunələrdəndir. Məs., bu cür:

    Bura hansı dayanacaqdır?

    Bu avtobusun axırıncı dayanacağı hansıdır?

    Bu marşrut filan yerdən keçirmi?

    Siz təsadüfən filan qəsəbədən deyilsiniz ki? Oxşatdım.

    Siz təsadüfən filan vaxt filan məclisdə iştirak etməmisiniz ki?

    Siz təsadüfən filankəsin qohumu deyilsiniz ki? Çox oxşarlığınız var.

    Bağışlayın əlinizdəki qəzetə (kitaba) bir dəqiqəlik baxmaq olarmı?

    O gün eşitdim ki, filankəs Sizin qohumunuzdur. Onun xəstəliyi nə yerdə qaldı?

    Bilmirsiz, Sizin şöbədəki filankəs bu gün işə çıxıbmı?

Və s.

Bundan əlavə, sual onun hansısa bir davranışına, özünə, xüsusiyyətinə, geyiminə və s. maraq formasında da ola bilər. Məs., bu cür:

    Bağışlayın, mən də neçə vaxtdır ki bu paltardan axtarıram, deyə bilməzsiniz haradan almısınız?;

    Bağışlayın ki, istər-istəməz söhbətinizi eşidirəm, bayaq nə isə dünənki zəlzələ barəsində danışırdınız. Deyirsiniz ki, televiziyada onun barəsində nə dedilər?

    Sirr deyilsə deyin, nəyə görə saatı sol yox, sağ qolunuza taxmısınız? (Bəzi adamlar, yolda nəyisə yadlarına salmaları üçün evdən çıxarkən saatı sağ qoluna bağlayır – necə ki, barmağa sap bağlamaq məsələsi kimi).

Və s.

Sualınıza tərəf-müqabilin cavab manerası, kontaktın effektliyinin və münasibətin baş tutub-tutmayacağının barometridir. Belə ki, tərəf-müqabil sizə həvəslə cavab verir və hətta ürəklə sizə kömək etməyə çalışır, məsələyə dönə-dönə qayıdıb, onu detallarına qədər sizə izah etmək istəyirsə, deməli, artıq kontakt var və bir az da irəliyə getmək olar. Yox, cavab başdansovdu verilir və hətta gözçevirmə ilə qarşılanırsa, deməli, mədəni şəkildə sizə bildirilir ki, «açıl başımdan». Belə reaksiya söhbətiniz və ya suallarınızla tərəfdaşı yorduğunuz məqamda da ortaya çıxa bilər ki, mənası yenə də eynidir.

Hər halda, sual vasitəsilə tanış olmaq variantı cəhdi üçün bir neçə «təhlükəsizlik texnikası»:

     Əvvəlasual yalnız və yalnız konkret olaraq sizin özünüzə və ya hər ikinizə, o cümlədən, bütün idarəyə, ölkəyə, rayona və s. aid məsələ ilə əlaqədar ola bilər, məs., bu cür

:    Bağışlayın, mən bugünkü iclasda iştirak etmədim. Bilmirsiniz, orada filan məsələ ilə bağlı bir söz demədilər ki?

    Bağışlayın, bilmirsiniz bu avtobusun axırıncı dayanacağı hansıdır?

Və s.

Birbaşa olaraq onun şəxsi həyatına və ya şəxsi işlərinə aid suallar burada yolverilməzdir – məs., onun adını, ailəli olub-olmamasını, buraya nə üçün gəldiyini, burada kimi gözlədiyini, hansı dayanacaqda düşəcəyini və s. dəqiqləşdirmək məqsədinə xidmət edən tipli suallar.

     İkincisi isəheç vədə tanışlıq məqsədini birbaşa nümayiş etdirməməli. Tanışlıq burada bütün hallarda hansısa məqsədin əldə edilməsi vasitəsi kimi çıxış etməlidir – məs., nəyisə öyrənmək, nədəsə kömək istəmək və s. variantları kimi;

2) Tanış olmağa imkan verən daha bir metod – ondan nədəsə kömək istəməkdir. Yuxarıdakı metodun nisbətən genişməzmunlu variantı olan bu halda – lazımi adamdan hansısa onun üçün cüzi xarakter daşıyan bir məsələdə kömək istənilir, bunun sizin üçün necə böyük əhəmiyyət kəsb etdiyi ona izah edilir. Başqaları üçün gərəkli olduğunu hiss etmək, bəzən insana hava, su kimi vacib olur və yerindən, vaxtından asılı olmayaraq, hər kəsin daxilində alicənablıq göstərmək, kiməsə əl tutmaq, himayədarlıq etmək, könül sevindirmək və s. arzusu az da olsa olur. Hətta, ən qəddar, qaniçən bəzi vəzifə sahiblərinin yanına da, onun üçün çox cüzi xarakter daşıyan, sizin üçünsə həyati əhəmiyyəti olan bir məsələ ilə bağlı getdikdə (hansında ki, o, ümumiyyətcə, heç nə, hətta bir qəpik pul belə itirməyəcəyinə əmin olduğu halda, sizə xeyir verməsi ilə öyünə, məmnunluq hissi keçirəsidir) özünüifadə tələbatının təzahürü kimi o, istər-istəməz, öz böyüklüyünü göstərmək duyğusu ilə bəzi adamlara sizin işinizlə bağlı nə isə göstəriş verir, qəzəblənir və s. İnsani keyfiyyətlərini hələ tam itirməmiş adamlarda isə bu hiss yetərincədir. Təkcə küçə ilə gedərkən kimdənsə yol soruşulması hadisəsini yada salmaq kifayətdir ki, bu halda hətta ətrafdakılar da yaxınlaşıb nədəsə sizə kömək etmək üçün əl-qolla yol göstərir, ünvan başa salırlar. Deyilən tanışlıq aktında isə bu məqsədlə, məs., lazımi adam xarici dil müəllimidirsə (müəlliməsidirsə) hansısa kiçicik bir mətnin mənasını aydınlaşdırması xahişi ilə, filan kitabın onda olub-olmamasını soruşmaq bəhanəsi ilə, qonşudursa duz, ütü istəmək bəhanəsi ilə və s. səbəblə əlaqələndirib yanına getmək olar.

Məsləhət istəmək, yuxarıdakı ilə bu variantın orta növmüxtəlifliyidir;

3) Tanış olmağın digər bir metodu – ona ehtiyac bildiyi nədəsə kömək göstərmək və ya təklif etməkdir. Məs., yolda gedərkən ağır sumkasına kömək etmək, mağazada mal seçərkən yaxşı mal seçmək üçün bəzi məsləhət vermək, qonşudursa, yol yoldaşıdırsa – peşənizə, qabiliyyətinizə uyğun məsələdə işi olarsa can-başla kömək etməyə hazır olduğunuzu bildirmək və s. kimi;

4) Tanışlığın daha bir metodu – onunla kiminsə arasında vasitəçilik etməkdir. Kiminsə hansısa bir sözünü ona çatdırmaq, hansısa işini düzəltməsi xahişi ilə yanına getmək, kimdənsə ona xəbər aparmaq və b. bu kateqoriyadandır;

5) Daha bir metod – hansısa ümumi tanışınız vasitəsilə olan tanışlıqdır. Bu halda sizi bir-birinizlə hansısa «təsadüfi» məclisdə, görüşdə, söhbətdə kimsə üçüncü bir adam tanış edir, sizin barənizdə ona yaxşı təqdimat verir;

6) Daha bir metod – onun yanında və ya başqalarının yanında onu intriqaya salacaq, onda nə isə sual doğura biləcək bir söhbət danışıb, hərəkət etmək, sonra isə reaksiya bildirməsinə macal vermədən çıxıb getməkdir. Məsələni aydınlaşdırmaq üçün o özü sizi axtarıb tapasıdır (yaxşı olar ki, koordinatlarınızı daha rahat əldə edə bilməsi üçün, qabaqcadan nə isə tədbir görəsiniz, məs., onun hansısa bir rəfiqəsinə, dostuna bir müddət əvvəl, hansısa bir işləsə əlaqədar öz telefon nömrənizi verəsiniz);

7) Tanışlığa imkan verən daha bir şərait – empatiya deyilən haldır. Başqa sözlə, öz yoldaşınız, tanışınızla söhbət etdiyiniz halda yaxınlıqda oturan, duran birisinin də sizə reaksiya verərək, sizinlə birgə (hətta zəif də olsa) gülüb, kədərlənməsi, heyrətlənməsi və s. yavaş-yavaş onu hansısa sualla, məsləhət istəyi ilə, mübahisənizdə hakimlik etməsi, haqlı-haqsızı müəyyənləşdirməsi xahişi ilə və s. yollarla söhbətə qatmağa əsas («hüquq») verir;

8) Analoji metodun digər variantı – onun davranış və ya danışıqlarına sizin mimikalar səviyyəsində reaksiya verməklə araya körpü salmanızdır. Diqqət mərkəzində olmasını duymaqla daha da açılışıb, canlanması müəyyən mərhələlərdə sizin də hansısa replikalarla, düzəlişlərlə və s. yavaş-yavaş söhbətə müdaxilə etməyinizə əsas verir. Əksinə, deyilən metodla diqqətini cəlb etdikdən sonra, söhbətlərinə qulaq asmanızdan bir qeyri-məmnunluq ədası ifadə edib, onların mövzunu dəyişmələri, sizdən uzaqlaşmaları, minalı sahənin kənarına yetişmək deməkdir və dərhal yeni yol axtarmaq lazımdır.

Sadalanan bu son iki metodun xüsusi variantı ondan ibarətdir ki, siz yaxınlıqda baş verən hansısa bir ümumi hadisəyə (məs., kimlərinsə bir-biri ilə bərkdən mübahisə etmələrinə) öz-özünüzə danışmaqla reaksiya verirsiniz (məs., bu cür: «Elə bil ev-eşikləri yoxdur, davaları buraya qalıb»). Münasibət qurmağa meyl etdiyiniz şəxs də, sizinlə ünsiyyətə meyllidirsə, bu zaman o da, fikrinizi dəstəkləyən fikirlərlə jestinizə cavab verəcək. Bundan sonra əsas məsələ, çevik tərpənərək fürsəti əldən verməmək və yaranan kontaktı dərhal əlavə fikirlərlə gücləndirməkdir. Ləngimək, burada «daldan atılan daş» məsələsinə gətirib çıxara bilər. Eyni situasiyada onun (məs., yaxınlıqdakı istənilən adamın) bu cür öz-özünə danışmağı – onun ünsiyyət ehtiyacından və ya tanışlıq meylindən xəbər verir və bu sizə ünvanlanmış konkret jestdir (fəqət, normal halında öz-özünə ya dəlilər danışar, ya da personajın daxili aləmini başqa cür aça bilməyən mənasız Meksika seriallarının gic qəhrəmanları);

9) Daha bir metod – ona aid olan nəyəsə və ya kiməsə diqqət, hörmət, həvəs, maraq, nəvaziş, təbəssümlü münasibət və s. nümayiş etdirməkdir (əgər nəqliyyatda, parkda, məclisdə yaxın-yaxın oturmusunuzsa,) – məsələn, uşağına, əlində oxuduğu, tutduğu kitaba, qəzetə, hansısa bir ev heyvanına (özü ilə gəzdirdiyi itinə, əlində oynatdığı dovşanına və s.) və s. Bu kitabı haradan aldığını, bu kitabda filan məsələyə aid bir şey olub-olmadığını soruşmaq, bu kitaba, qəzetə bir dəqiqəlik baxmağa icazə verməsini rica etmək, uşağını oynatdıqdan sonra «Allah saxlasın, neçə yaşı var?» və ya «Adı nədir?» və s. kimi fəndlərlə yavaş-yavaş araya körpü salmaq mümkündür;

10) Daha bir metod – onu maraqlandıra, həvəsləndirə, təəccübləndirə biləsi nəsə bir şey ortaya qoymaqdır ki, o məcbur olub sizə müraciət etsin və ya müraciət etmək məramında olsa əlində bəhanəsi olsun. Məsələn, onun yanında onu maraqlandıra biləcək bir kitab oxumaq, mövzudan söhbət açmaq, addım atmaq və b. bu qəbildəndir.

<

Psixoloq məsləhətləri | Şərhlər(6)
Baxış sayı: 1548
Açar sözlər: ünsiyyət psixoloji problemi 

Azərbaycanda ilk dəfə Psixologiya və Psixoterapiya Məktəbi

Yazar: Orxan Oruc @ Noyabr 24, 2008 6:19

Azərbaycanda ilk dəfə Psixoterapiya Məktəbi.
Psixologiya və Konsultasiya Mərkəzi Sizləri  10 aylıq  Psixoterapiya Məktəbinə dəvət edir. Peşəkar psixoloqlar tərəfindən aparılan dərslər Psixologiya ilə maraqlanan,  eyni zamanda Psixologiya üzrə təhsil alan tələbələrə, eləcə də  bu sahədə fəaliyyət göstərməyə yönəlik insanlara ünvanlanıb. Proqram 4 mərhələdən ibarətdir;

    

-1    Ümumi Psixoterapiya (müddət 4 ay)
-2    NLP (Neyro-Linqvistik Proqramlama)  (müddət 2 ay)
-3    Klinik Psixologiya (müddət 2 ay)
-4    Uşaq Psixologiyası (müddət 2 ay)

Müddət 10 ay.
Dərslər həftədə 2 dəfə keçirilir.
Proqramı bitirənlərə Psixologiya və Konsultasiya Mərkəzinin diplomu veriləcək.

Müdavimlər həmçinin zəruri ədəbiyyatlarla təmin  olunacaqlar.
Məktəbin aylıq ödəniş haqqı 80 Azn-dir.Tələbələr üçün 20 % endirim edilir.

Bununla bağlı daha ətraflı məlumat almaq üçün  Mərkəzlə əlaqə saxlamağınız rica olunur.

 

Ünvan: Azərbaycan, Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 44,

           Caspian Plaza 1,3-cümərtəbə,

Telefonlar: (994 12)408-10-60, (994 12) 480-22-93,

Mob:(994 50) 532-79-56,

Email: office.pcc@gmail.com
 

Elan | Şərhlər(7)
Baxış sayı: 290
Açar sözlər:

Psixi xəsətliklər

Yazar: Orxan Oruc @ Noyabr 17, 2008 7:34

Psixi xəstələrdə xəstəliyin görsənmə dərəcəsi

 

xəstələrdən və xəstəliyin dərəcəsindən asılı

olaraq müxtəlif cür olur.Ümumilikdə

götürsək,psixi xəstəliyi altı ayrı qrupa bölə

bilərik.

  Əsəbilər:Bunlar hər hansı bir səbəbə görə birdən birə hirslənən psixi xəstələrdir.Bu xəstələr hirslənmə zamanı nə özlərini nə də qarşılarındakını düşünməzlər.Əslində hirslənmələrinə səbəb olan hadisələr çox kiçik olur,yəni ən kiçik,mənasız şeylərə hirslənirlər.Amma hirsləri keçdikdən sonra,böyük bir peşmanlıq keçirirlər.Hirsləndikləri zaman isə dəlidən heç bir fərqləri olmur.Bu cür psixi xəstələr normal vaxtlarında şən görünmələrinə baxmayaraq dərdlərini üzlərindən oxumaq olar.Əsəbi psixopatlar,yalnız özlərinə qarşı edilən haqsızlıqlara deyil başqalarına da edilən haqsızlıqlara dözə bilmirlər.Kiçik bir səbəbə görə hirslənən bu psixi xəstələr əlinə keçirən hər bir şeyi qırır,üstünü başını cırmaqlayar,qışqırar və hətta əllərinə keçən əşyalardan silah kimi istifadə edə bilərlər. 

Sebatsızlar-Bu cür psixi xəstələr heç bir işə sığına bilmirlər.Böyük bir həvəslələ başladıqları işdən bir müddət sonra bezirlər.Bu xəstələr digərlərinə nisbətən ağıllıdırlar,hadisələri yaxşı mühakimə edə bilirlər və ətraflarını çox tez tanıyırlar.Çox vaxt özlərini  ətrafdakılarına sevdirməyi bacarırlar. 

Duyğuların əsiri olanlar-Duyğularının təsiri altında qalan bu cür psixi xəstələr müxtəlif istəklərə qapılırlar.Bunlara misal olaraq,həddindən artıq içki içmə,dəlicəsinə pul xərcləmə və ardıcıl olaraq səyahətetməni misal göstərmək olar.Öz istəklərini o qədər üstün tuturlar ki,bir fəlakətə getsələr belə istəklərindən dönməzlər.Nə bir başqası nə də özləri bunun qarşısını ala bilməzlər. 

Yalançı və fırıldaqçılar:Çox ağıllı şəxslərdir. Ümumiyyətlə bir neçə xarici dil bilirlər.Geniş bir məlumat sahibi və qüvvətli bir yaddaşa malik olurlar.Ancaq bu cür şəxslərin bilikləri araşdırılsa biliklərinin səthi olduğu görsənər.Amma buna baxmayaraq ünsiyyətdə olduğu insanların bir çoxunu söylədikləri yalanlarla aldada bilirlər.Yalan danışmaqdan sanki bir böyük zövq alırlar.Hər hansı bir sadə hadisəni yalanlarıyla bəzəyərək izah etmək və bununla da ətrafındakılar tərəfindən maraq oyandırdığını görmək onlara böyük bir həzz verir. 

Küskünlər : Cəmiyyət qaydalarına və qanunlarına daim qarşı olan bu cür xəstələr ümumiyyətlə duyğusuz bir həyat yaşayırlar.Bütün həyatları uşaqlara qarşı sərt davranmaq,qisas almaq, heyvanlara əziyyət vermək və işləməkdən,əziyyətə qapılmaqdan qaçmaq kimi davranışlar içərisində keçir.Yaşlandıqca cinayət törətmə meylləri də artır. Pul üçün və hətta yalnız kef üçün adam öldürərlər. Getdikcə daha insafsız olurlar.Heç bir zaman etdiklərindən peşman olmurlar. 

Anarxistlər:Bunların ən böyük xüsusiyyətləri nizam-intizam qaydalarını pozmaqdan zövq almaqdır.Həmişə bir qiyam arxasında qaçırlar.Və bu yolda həyatlarını belə qurban verməyə hazır olurlar.

Maraqlı məlumatlar | Şərhlər(5)
Baxış sayı: 768
Açar sözlər:

DUA psixologiyası

Yazar: Orxan Oruc @ Noyabr 7, 2008 9:34

DUA

Dua-bu sözün mənası sığınmaq,xahiş etmək və yalvarmaq mənasını verir.Daha düzgün tərif  versək dua,hər şeyə gücü çatan və zənginliyi sonsuz olan birinə yalvarma mənasını verir.

Dua yalnız inanclı insanların həyatında iştirak edən bir anlayış kimi görünsə də əslində inanclı-inancsız hər kəsin həyatında var. Hər hansı bir inanc sistemi ilə əlaqəsi olmayan kəslər belə çətin vəziyyətə düşdükdə özündən daha böyük bir gücə sığınmaq istəyir.O gücdən kömək gözləyir.O adam bəlkə bu gücü Allah,Tanrı,və yaxud Budda olaraq xarakterizə etmir,amma yenə də bir üstün gücdən,qarşılaşdığı çətinlikdən özünü qurtarmasını arzu edir.

Bəs görəsən niyə insanlar xüsusilə çətin vəziyyətlərdə hər hansı  bir gücə sığınmaq istəyirlər? Və bu necə bir istəkdir ki, inanclı-inancsız hər kəsdə var?  

İnsan dünyaya gələrkən çox gücsüz olur və bir çox şeyə ehtiyac duyur. Ana insanın ilk sığınacağıdır.Ana yeni doğulmuş insan üçün həm qoruyucu həm də bəsləyicidir. 

Zaman keçdikcə insan böyüyür.Böyüdükcə ananın rolu azalır və bir müddət sonra da ana həyatımızdan çıxıb gedir.Bu müddət ərzində insan xeyli böyüyüb formalaşır,amma problemlər,ehtiyaclar da bir o qədər çoxalmış olur. Kiçikkən yalnız sevgiyə və ana südünə ehtiyac duyan insanın ehtiyacı xeyli artır. Fəlakətlər, xəstəliklər, qəzalar insanın ətrafını sarıyır.Və insan bu ehtiyaclar və çətinliklər qarşısında tək başına mübarizə aparmaq məcburiyyətində qalır.Üstəlik  də daima sığındığı anası və atası yanında deyil.Və bu çətinliklər və ehtiyaclar qarşısında çıxılmaz qalan insan,sığına biləcəyi və kömək istəyə biləcəyi bir güc axtarır.Və nəhayət dua etməyə başlayır. 

Beləliklə insan ehtiyaclarını qarşılaya bilmədikdə duaya müraciət etməyə başlayır.İnsanın ehtiyacları isə müxtəlif cür olur.İnsan ehtiyaclarını təsnif edənlərdən biri də Abram Masloudur.Masloua görə insanın tələbatları beş yere bölünür: 

Fizioloji tələbatlar:İnsanın əsas tələbatları sırasında ilk olaraq fizioloji tələbatları gəlir.Fizioloji tələbatlar yemək,içmək,yatmaq kimi təbii tələbatlardır.Bu tələbatlar ödənilmədikdə həyati əhəmiyyət  kəsb edən funksiyalar təhlükə altına düşə bilər. 

Təhlükəsizliyə olan tələbatlar:İnsanın ən əhəmiyyətli ehtiyaclarından biri də təhlükəsizliyə olan ehtiyacdır.Çünki təhlükəsizlikdə olduğunu hiss edə bilməyən hər hansı bir insanın hərəkət sahəsi olduqca azalar.Təhlükəsizliyimizə mane olan hər hansı bir şərait  mövcud olarkən dinc həyat yaşamağımız mümkün deyil. 

Sevgiyə olan tələbatlar:İnsanı həyata bağlayan əhəmiyyətli ünsürlərdən biri də sevgidir.Və sevgiyə olan tələbat insanın əhəmiyyətli tələbatlarındandır.Sevgiyə olan tələbat ödənilmədikdə ruhi pozğunluqlara gətirib çıxara bilər. 

Hörmət-Möhtərəmliyə olan tələbatlar:Hər bir insan özünə dəyər verilməsini istəyir.Əgər bir insana heç kim dəyər vermirsə,bu o deməkdir ki,o adamın varlığı ilə yoxluğu arasında hbir fərq yoxdur.  

Özünü Aktuallaşdırma Tələbatı:Bu ehtiyac insanın malik olduğu potensialı istifadə edərək hədəflərinə və ideallarına çatma ehtiyacıdır.İnsan həyatını bu ehtiyacına görə idarə edir.  

İnsan hər hansı bir şəkildə bu ehtiyaclardan və bunların xaricində var olan ehtiyaclarından  hər hansı birininin ödənilməsində aciz qaldıqda bu ehtiyacları ödəyə biləcək,sonsuz xəzinələri olan və gücü hər şeyə çatan uca bir gücə sığınmaq istəyir. İnsan bu gücü inancına bağlı olaraq fərqli adlarla adlandırır.Adlar dəyişsə də lakin əsas məqsəd və məna dəyişməz olaraq qalır. 

Ortaya belə bir maraqlı sual çıxır,bəs görəsən inancından asılı olmayaraq hamımızın müraciət etdiyi,dua mexanizminin bizim üçün əhəmiyyəti nədən ibarətdir??? 

Dr.Herbert Benson tərəfindən 10 il müddətində davam edən və 1800 adamın iştirak etdiyi araşdırma,indiyə qədərki ən etibarlı nəticələrin əldə edildiyi eksperiment kimi izah olunur.ABŞ hökumətin 2.3 milyon dollar fond ayırdığı araşdırmalardan gəlinən nəticəsi isə,dua və xəstəliklərin yaxşılaşması arasında həqiqətən də əlaqənin olmasıdır.

Newsweek´in araşdırmasına görə,insanların 72%i dua edərək xəstəlikdən daha tez xilas olmağın mümkünlüyünə,duanın yaxşılaşmağı asanlaşdırdığına inanırlar.

Bundan başqa Chicago´daki Rush Universitetinin araşdırmasına görə,nizamlı olaraq ibadət və dua edənlərin erkən ölüm nisbəti,dinə bağlı olmayanlara nisbətən  25% daha azdır.

Duke Universiteti-nin cərrahiyə əməliyyatı keçirən 750 xəstə üzərində apardığı başqa bir araşdırmada da, "duanın yaxşılaşdırıcı gücü" elmi olaraq sübut edilmişdir. Araşdırmaların bizə verdiyi nəticə onu göstərir ki,həqiqətən də insanın hər hansı bir fövqəl qüvvəyə sığınması və dua arzusu,psixoloji olaraq bizi rahatlaşdırır.Bu prosesin necə baş verməsi elmi cəhətdən tam şəkildə izah edilməsə də,sübut olunmuşdur ki,dua oxuyan xəstələrin yaxşılaşma nisbəti digər xəstələrə nisbətən daha yüksəkdir.

Beləliklə,DUA  ETMƏK bizim bu və ya digər şəkildə ehtiyac duyduğumuz və bizi psixoloji olaraq rahatlaşdıran bir prosesdir.

Psixologiya haqqinda | Şərhlər(2)
Baxış sayı: 979
Açar sözlər: dua psixologiyası 

Psixoloqun valideynlərə məsləhəti

Yazar: Orxan Oruc @ Noyabr 3, 2008 7:45

Psixoloqun valideynlərə 35 praktiki məsləhəti

1.     Uşağın  suallarına səbrlə və doğru cavab verin.

2.     Uşağın  suallarını  və dediklərini  ciddi  qəbul edin.

3.     Uşağa  məxsusi  onun işləri  üçün  otaq  və ya  bir künc  ayırın.

4.     Uşağa  öz işlərini  və nailiyyətlərini  nümayiş etdirmək üçün  yer tapın.

5.     Yaradıcılıq  prosesi ilə bağlı  stoldakı  səliqəsizliyə  görə  uşağı  danlamayın. Lakin işini  bitirdikdən sonra iş  yerini  qaydaya salmağı  ondan tələb edin.

6.     Uşağı  olduğu kimi, müvəffəqiyyət  və nailiyyətlərinə görə deyil, şərtsiz  sevdiyinizi və qəbul etdiyinizi göstərin.

7.     Uşağa  gücü  çatan  işləri  və qayğıları  tapşırın.

8.     Ona öz  planlarını  qurmaqda və qərar  qəbul  etməkdə  kömək edin.

9.     Ona öz  işinin  nəticələrini  yaxşılaşdırmağa  kömək edin.

10. Maraqlı  yerlərə  gedəndə  uşağınızı  özünüzlə  aparın.

11. Uşağınızın müxtəlif  mədəni  təbəqələrdən  olan həmyaşıdları ilə ünsiyyətdə olmağına kömək edin.

12. Onun  nöqsanlarını  göstərərək  başqaları ilə  müqayisə  etməyin.

13. Uşağınızı alçatmayın, özünüzdən  pis olduğunu  ona  hiss etdirməyin.

14. Uşağınızı  sərbəst  düşünməyə  öyrəşdirin.

15. Sevdiyi  məşğuliyyətləri  üçün kitablarla, oyunlarla və digər  lazım olan  əşyalarla  uşağı  təmin edin.

16. Uşağı  əhvalatlar  qoşmağa    fantaziyasını  işlətməyə  həvəsləndirin.

17. Az  yaşlarından  uşağınızı  müntəzəm  mütaliyə  etməyə  həvəsləndirin.

18. Uşağın  tələbatlarına  diqqətlə  yanaşın.

19. Ümumi ailə işlərinin birgə  müzakirəsinə  uşağı  da əclb edin.

20. Səhvlərinə  görə  uşağınıza  gülməyin.

21. Səy və zəhmətinə  görə  tərifləyin.

22. Müxtəlif  yaşlı  böyüklərlə ünsiyyətdə olmağı  ona  öyrədin.

23. Uşağınızı  daha çox öyrənməyə,  müşahidə  etməyə  həvəsləndirin.

24. Uşağa  ``lazımsız əşyalarla`` oynamağı  qadağan  etməyin – bu onun  təxəyyülünü  stimullaşdırır.

25. Problemləri  aşkar  edib həll etməyə  uşağa  həvəs  oyadın.

26. Uşağı  konkret  əməllərinə  tərifləyin,  bunu  səmimi edin.

27. Uşağın  müzakirə  etdiyi  mövzulara  sərhəd  qoymayın.

28. Uşağa  sərbəst  qəbul etdiyi  qərara  görə  məsuliyyət  daşımağa  imkan verin.

29. Uşağa  şəxsiyyət  olmağa  kömək  edin

30. Maraqlı  tele və radio  verlişlərini  tapmağa  kömək edin.

31. Uşağın  bacarıqlarını  və istedadlarını  aşkar edib  inkiaşf etdirin

32. Böyüklərə  hörməti  itirmədən  onlardan  asılı olmamağı öyrədin.

33. Uşağınızın sağlam  şüuruna  inanın  və ona  etibar edin.

34. Çalışın ki, girişdiyi işin  əsas  hissələrini  uşaq özü  yerinə  yetirsin, hətta  mübət  nəticəyə  tam  inamınız  olmasa  belə

35. Uşağınızın inkişafı  ilə bağlı  müşahidələrinizi  gündəliyə yazın və beləliklə, onun inkişaf  prosesini  təhlil edin.                             

                        Gənc Psixoloq ; Xəlili Şəlalə.

Bölməsiz | Şərhlər(4)
Baxış sayı: 664
Açar sözlər:

10 ŞEY ÜÇÜN ZAMAN AYIR

Yazar: Orxan Oruc @ Oktyabr 15, 2008 7:44

Aşağıda sadalananlara vaxt ayirsan həyatın yağ kimi gedər

1. İŞLƏMƏK ÜÇÜN ZAMAN AYIR

Bu, müvəffəqiyyətin əvəzidir.

2. DÜŞÜNMƏK ÜÇÜN ZAMAN AYIR

Bu, qüdrət və qüvvətin qaynağıdır.

3. ƏYLƏNMƏK ÜÇÜN ZAMAN AYIR

Bu, gənc qalmanın sirridir.

4. OXUMAQ ÜÇÜN ZAMAN AYIR

Bu, məlumatın təməlidir.

5. İBADƏT ÜÇÜN ZAMAN AYIR

Bu, ucalmanın yoludur.

6. BAŞQALARINA KÖMƏK VƏ YOLDAŞLARDAN ZÖVQ ALMAQ ÜÇÜN ZAMAN AYIR

Bu, xoşbəxtliyin qaynağıdır.

7. SEVMƏK ÜÇÜN ZAMAN AYIR

Bu, həyatın müqəddəsliklərindən biridir.

8. XƏYAL QURMAQ ÜÇÜN ZAMAN AYIR

Bu, ruhu ulduzlara çatdırar.

9. GÜLMƏK ÜÇÜN ZAMAN AYIR

Bu, həyatın yükünü yüngülləşdirən bir vasitədir.

10.   PLAN ETMƏK ÜÇÜN ZAMAN AYIR

Bu, ilk doqquz şeyi edə bilmək üçün lazım olan zamana sahib olmanın sirridir.   

 

  

Maraqlı məlumatlar | Şərhlər(16)
Baxış sayı: 1503
Açar sözlər:

Sevgi dərsi

Yazar: Orxan Oruc @ Oktyabr 13, 2008 8:33

Maraqlı Bir hekayə,əsl Sevgi dərsi

SEVGİ DƏRSİ

Kiçik oğlu anasının yanına gəldi və ona əlindəki kağızı uzatdı. Anası əllərini önlüyü ilə quruladıqdan sonra kağızı oxumağa başladı:

Çəmənləri biçdiyim üçün                               5 Manat

Bu həftə otaqmı təmizlədiyim üçün                2 Manat

Alverə getdiyim üçün                                    1 Manat

Kiçik qardaşıma baxdığım üçün                    1 Manat

Zibili tökdüyüm üçün                                     2 Manat

Bağçanı təmizlədiyim üçün                             3 Manat

Cəmi borc:                                                 14  Manat

Anası ümidlə özünü süzən oğluna baxdı.Əlinə bir qələm götürdü, kağızın arxa üzünü çevirdi və bunları yazdı:

Səni doqquz ay qarnımda daşıdım--Pulsuz,

Xəstə olanda sənin keşiyini çəkdim,əlimdən gələni etdim-Pulsuz,

Sənin üçün dua etdim --Pulsuz

İllər boyu müxtəlif səbəblərə görə sənin üçün gözyaşı tökdüm --Pulsuz,

Sənin üçün gecələr boyu qayğını çəkib,yuxusuz qaldım-Pulsuz,

Oyuncaqlarını yığdım, yeməyini hazırladım, geyimlərini

yudum, ütülədim   --Pulsuz,

Və oğlum bunların hamısını yığdığın zaman gerçək

 sevginin əvəzinin olmadığını görürsən-Çünki Pulsuzdur.

Oğlan anasının yazdıqların oxuyunca gözləri doldu. Anasına baxdı və

"Anacan,səni sevirəm." Dedi.

Sonra anasının əlindən qələmi aldı və kağıza böyük hərflərlə bunları yazdı:

                                        "HAMISI ÖDƏNMİŞDİR"

Maraqlı məlumatlar | Şərhlər(24)
Baxış sayı: 1241
Açar sözlər: sevgi dərsi 

Uşaqlar niyə YALAN danışırlar?

Yazar: Orxan Oruc @ Oktyabr 10, 2008 7:54

Gündəlik həyatımızda tez-tez hamımız yalana müraciət etməli oluruq.Məsələn,yoldaşımıza "bu gün səninlə olmağı ürəyim istəmir" yerinə, "işim var" deyirik.Çünki gerçəyi söyləsək onu incidəcəyimizdən qorxuruq.

Yalan hər kəs tərəfindən ayıb sayılan bir davranış formasıdır.Ümumiyyətlə özümüz danışdığımız  yalanı lazımlı, digər insanların söylədiyi yalanı böyük yalan hesab edirik.Başqalarını bilərək aldatmaq məqsədiylə deyilən yalanlar, gerçək yalanlardır. Əslində uşaqların danışdığı yalanları, yetkinlərin yalanlarının yanında günahsız hesab etmək olar.Çünki,onların yalanları aldatmaq məqsədi güdmür.Uşaq gerçəyi yaxşı qiymətləndirə bilmədiyi üçün,gördüklərini təhrif edərək izah edir və uydurur.Bəzi valideynlər uşağın olmamış şeyləri olmuş kimi izah etməsini yalan hesab edir və bunları dinləmək və olduğu kimi qəbul etmək əvəzinə uşağı günahlandırırlar.

Ümumiyyətlə 3-5 yaşlı uşaqların xəyal dünyası çox geniş olduğu üçün inanılmaz əhvalatlar izah edərlər və bu dövrdə yalan ilə doğrunu ayırd eləməyi bacarmırlar,gerçəyi yaxşı qiymətləndirə  bilmədikləri üçün yalan uydururlar.

Bundan başqa uşaqlar kimlərisə özlərinə nümunə götürərək,yalan danışırlar.bir növ təqlid edirlər.Uşaqlar əsasən ana-atanı nümunə götürür.Ana-atanın yalanına şahid olan uşaq,yalan danışmağı öyrənir.Məsələn,”həkimə gedirik”deyə gəzməyə gedən ata-ana uşağın yalan danışmasına zəmin yaradır.Bəzən valideynlər özləri də bilmədən uşaqlarının yaninda yalan danışırlar,uşaq isə yalanı lazımlı bir vasitə bilir.Məsələn,valideyn  başqa birisi ilə görüşə gedəcəyi zaman getmək istəmirsə,"xəstəyəm" deyir.Və yaxud qapıya gələn birinə evdə olmadığını dedirdən ana-ata uşaqların da gələcəkdə yalan danışmasına zəmin hazirlamış olurlar.Bəzən isə valideynlər ən yaxın adamlarını belə aldatmaqla uşaq üçün pis nümunə olurlar.Məslən:Ana övlədına “Bu etdiyimizi atan bilməsin” deməsi kimi.Uşaq isə yalanı çıxılmaz vəziyyətin ən mükkəmməl vasitəsi hesab edir və bu düşüncəylə böyüyür.           

Bəzən isə uşaqlər özlərini qorumaq üçün yalan söyləyirlər.Əgər uşaq tez-tez tənqid olunursa,uşağa qarşı sərt reaksiya verilirsə,uşaq yalana müraciət edə bilər. Uşaq doğru söylədiyi zaman "yalan danışırsan" deyə günahlandırılarsa,bu,uşaqlarda yalanların vərdiş halına gəlməsinə səbəb ola bilər.

Hərdən isə uşaqlar hər hansı bir həsrətini dilə gətirmək üçün yalan danışırlar.Məsələn,atasız bir uşağın "atam var" deməsi kimi.

Bəs görəsən uşaqların bu cür yalanlara meyl etməsinin qarşısını almaq üçün nələr etmək lazımdır?! 

Bunun üçün,ilk növbədə böyüklər,valideynlər uşaqlara nümunə olmalıdırlar.Əgər ata-ana başqalarına yalan danışarlarsa,o zaman uşağın düzgünlüyün əhəmiyyətini anlaması çox çətin  olacaq.

Uşaqlar hansı yaşda olurlarsa olsunlar,böyüklər tərəfindən uşağa onun yaşına uyğun bir dillə doğrunu söyləmək lazımdır.

Uşağa qarşı sərt reaksiya verməmək lazımdır.Uşağa qarşı yumşaq və mülayim xasiyyətli olmalı və mümkün qədər cəzadan qaçınmaq lazımdır. həddindən artıq sərt reaksiya vermək, uşağın sizin hirsinizdən qorunmaq üçün, yalan danışmağa davam etməsinə gətirib çıxarar.

Valideynlər çox vaxt uşaqlarına qarşı müəyyən qadağalar qoyurlar ki,bu da uşaqların ətrafına olan maraq təlabatının ödənilməməsinə səbəb olur.Ona görə də çalışmaq lazımdır ki,uşaqların həyatına qoyulan məhdudlaşdırmalar azaldılsın.

Bəzən isə uşağın hansısa hərəkətini “polis”kimi sorğulayan valideynlər,”Doğru söyləsən cəza verməyəcəm”deyir,lakin uşaq doğrunu söylədikdən sonra,sərt reaksiya ilə qaşılanır.Doğru sözün qarşılığında incidilir,və beləliklə uşaqlarda doğru danışmağa qarşı mənfi münasibət yaranır,yalanı isə doğrudan üstün tuturlar.

Bundan başqa uşaqlara tək valideyn yox,həm də onlara dost olmağı bacarmaq lazımdır.Uşaqlarla elə münasibət qurmaq lazımdır ki,onlar özlərinin istəklərini,çətinliklərini,narahatlıqlarını valideynləri ilə bölüşə bilsinlər.Uşağı dinləmək və həll yollarını özünün tapmasına yardımçı olmaq lazımdır.

Uşağa nəzarət edərkən də onların yalan danışmasının qarşısını almaq olar.Məsələn,uşağa “ev tapşırığını bitirdinmi?”deyə soruşmaq əvəzinə “tapşırığını görmək istəyirəm”deyin.Belə nəzarət forması uşağın həm ev tapşırığını düzgün yerinə yetirməsini təmin edər,həm də nəticəsindən çəkindiyi üçün yalan danışmaz.

Beləliklə siz uşaqlarınızın tərbiyəsi zamanı bütün bunları nəzərə alaraq tərbiyə etsəniz,onda həm özünüz üçün,həm də cəmiyyətimiz üçün layiqli övlad yetişdirmiş olarsınız.

Maraqlı məlumatlar | Şərhlər(7)
Baxış sayı: 774
Açar sözlər:

Pul qazanmanın sirrləri

Yazar: Orxan Oruc @ Oktyabr 3, 2008 7:10

PUL QAZANMANIN SİRRLƏRİ

Müasir dövrdə hər kəs pul qazanmaq,xəyallarında qurduğu həyatı yaşamaq üçün müxtəlif yolların axtarışına çıxır.Bəziləri mütəlif yollarla pul qazanmaq istəyini realliğa çevirir.Ancaq iş pul qaznmaqla bitmir.gərək müvəffəqiyyət qazanmağı da bacarasan ki,qazandığın pulu səmərəli istifadə edib həyatını gözəlləşdirəsən.Müvəffəqiyyətli olun, mükafatını necə olsa görərsiniz. Pul üçün deyil, müvəffəqiyyət üçün qaçmağa çalışın.Bu Hədəfinizə çatmaq üçün aşağıdakılara əməl etsəniz,uğur qazanarsınız:

1.   Hədəfiniz nədir? Onu bilin və dağılmayın, lazımsız şeylərlə məşğul olmayın.

2.   Sağlamlıq hər şeyin başıdır, sağlam olun, nizamlı bir həyatınız olsun.

3.   İnanın, mənəvi dünyanız zəngin olsun, sonra maddi zənginlik gəlir.

4.   Məlumatlı olun.

5.   Gözünüzü açın.

6.   Risk eləməyi bacarın, cəsur olun.

7.   Etibarlı insan olun

8.   Hansı işi edəcəksinizsə, o işi ən yaxşı bilənlərlə əməkdaşlıq edin, etdiyiniz iş fərqli olsun.

9.   Müəssisələşin.

10.  İşinizi sevin, işinizə sahib çıxın.

11.  Qənaətə əhəmiyyət verin.

12.  Borc pul verməkdə, zamin olmaqda diqqətli davranın.

13.  Necə bir güc axtarırsınız? Onu yaxşı bilin və gücə sahib olduqdan sonra isə onu yaxşı istifadə edin.

14.  Birlik-bərabərlik anlayışını davam etdirin.  

15.  Qarşınızdakıların insan olduğunu unutmayın.  

16.  İnsanların bir maşın olmadıqlarını bilin.  

17.  Qalxma, mükafatlandırma və cəzalandırma müvəffəqiyyətə gətirib çıxarar.

18.  Ədalətli olun.

19.  Vicdan dincliyi müvəffəqiyyətli ola bilmənin təməl şərtidir.

20.  Ayaqlarınız yerə bassın, havalarda gəzməyin.  

21.  Özünüzü kimsədən üstün görməyin.

22.  Heç bir şeyi sahilindən küncündən tutmayın, edəcəyiniz nə isə kiçik hesab etmədən ona sahib çıxın.

23.  Həyata uyğunlaş.

24.  Yaxşılıqları unutmayın.

25.  Acgöz olmayın.

26.  Şans, qədər, qismət, faydalanmasını bilənlər üçün vardır.

27.  Heç ölməyəcəkmiş kimi çalışın, sabah öləcək kimi hazırlıqlı olun.

28.  Dünyanın sizin ətrafınızda qurulduğunu sanmayın.

29.  Dostluğa, yoldaşlığa dəyər verin.

30.  Gülər üzlü şirin dilli olun.

Maraqlı məlumatlar | Şərhlər(6)
Baxış sayı: 973
Açar sözlər:

Həyat üçün 10 sətir

Yazar: Orxan Oruc @ Oktyabr 3, 2008 6:08

HƏYAT ÜÇÜN 10 SƏTİR

1. Səni sən olduğun üçün deyil, səninlə birlikdə olduğumda mən olduğum üçün  sevirəm.

2. Heç kim gözyaşlarını layiq olmaz, onlara layiq olan adam isə səni ağlatmaz.

3. Sən istədiyində sənə aşiq olmaması, sənə aşiq olmadığı mənasına  gəlməz.

4. Gerçək yoldaş, əlini tutan, ürəyinə toxunandır.

 5. Heç bir zaman gülümsəməkdən imtina etmə, kədərli olduğunda belə! Gülümsəməyinə  kimin, nə vaxt aşiq olacağını bilə bilməzsən..

6. Bütün dünya üçün yalnız bir adam ola bilərsən lakin bəziləri üçün sən  bir  dünyasan.

7. Zamanı onu səninlə birlikdə keçirməyə hazır olmayan biriylə keçirmə.

8. "Bitdi" deyə kədərlənmə, "yaşandı" deyə sevin.

9. Hər vaxt səni üzəcək bəziləri olacaq, etməyin lazım olan insanlara  güvənməyə davam etmək, kimə iki dəfə güvənəcəyinə daha çox diqqət yetirməkdir.

10. Birini daha yaxşı tanımadan və bu adamın sənin kim olduğunu  bilməsindən  əvvəl özünü daha yaxşı bir adama çevir və kim olduğunu bilərək  özünə  güvən.

Maraqlı məlumatlar | Şərhlər(9)
Baxış sayı: 917
Açar sözlər:

illuziya

Yazar: Orxan Oruc @ Sentyabr 28, 2008 22:04

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Maraqlı məlumatlar | Şərhlər(13)
Baxış sayı: 718
Açar sözlər:

Diqqətinizi yoxlayın

Yazar: Orxan Oruc @ Sentyabr 20, 2008 8:24

Mərkəzdəki işarəyə diqqətlə baxın, bir neçə saniyəyə kənardakı rəngli nöqtələr yavaş-yavaş yox olmağa başlayacaq. 

Sizcə bu nədən irəli gəlir???

Bölməsiz | Şərhlər(13)
Baxış sayı: 794
Açar sözlər: diqqət 

Xarakteri öyrənmək üçün test

Yazar: Orxan Oruc @ Sentyabr 20, 2008 8:08

 

Təlimat: Verilmiş 5 fiqura baxın.Bu fiqurları üstünlük verdiyiniz ardıcıllıqla düzün. 1-ci yerə seçdiyiniz fiqur sizin xüsusuyyətlərinizi və üstünlük təşkil edən xarakterinizi bildirir

. 5-ci yəni sonuncu yerə qoyduğunuz fiqur sizin üçün qarşılıqlı münasibətlərdə çətinlik çəkdiyiniz adamları bildirir. 
İndi isə seçin. 


  • Kvadrat: Əgər siz ilk növbədə kvadratı seçmisinizsə,deməli yorulmaq bilməyən zəhmətkeşsiniz.Əalmətləri :Təşkilatçılıq, başladığı işi sona çatdırmaq səyi, çalışqanlıq, dözümlülük, səbr,sistemlilik, adətən kvadratların öz sahəsində yüksəkixtisaslə mütəxəsis olmasına imkan verir. 
    Əgər əminliklə seçmisinizsə onda sizi sol yarımkürəli insanlara aid etmək olar.Kvadratlar həddən artiq diqqətcildirlər,adət olunmuş həyat tərzini dəyişməyi sevmirlər,səliqə-səhmanı sevirlər. 
    Kvadratlardan yaxşı inzibatçı, icraçı nadir hallarda menecer olurlar. Emosional quruluq soyuqluq insanlarla ünsiyyət yaratmasına mane olur.Riski sevmirlər. 

  • Üçbucaq: Liderlik əlamətidir.Qarşılarına məqsəd qoyan və nail olan möhkəm şəxsiyətlərdir. Sol yarımkürəli insanlardır lakin kvadratlardan fərqli olaraq xırdalıqlara yox əsas məqsədə yönəldirlər.Özlərinə inanan və həmişə haqlı sayan adamlardır.Şöhrətpərəstdirlər.Tez-tez risk edirlər.Öz səhvlərini etiraf etməkdə çətinlik çəkirlər.Hər bir işdə üstünlük təşkil edirlər.Onların məqsədi qələbə çalmaqdır.

  • Düzbucaqlı: Bu füquru seçənlər hal-hazırda keçirdikləri həyat tərzindən narazı olub daha yaxşı həyat şəraiti axtarışı ilə məşğuldurlar.Bu fiqur keçid və dəyişiklik simvoludur demək olar ki,problemlər içərisində başını iitirib. 
    Xarakterik əlamətləri:günbəgün dəyişirlər.Özlərini bəyənmirlər,lakin keçicidir.Hər cür yeniliyi asanliqla qəbul edirlər.Həddən artıq tez inanan,təsirlənən,sadəlövh olurlar.Lakin keçici haldır. 

  • Dairə: Dairə beş forma içərisində ən xeyirxahıdır.Ünsiyətə girməyi daha tez bacarırlar.Yaxşı dinləyicidirlər.Yüksək dərəcədə həssasdırlar.Başqalarının dərdinə şərik olmaq hissi güclüdür.Ona görə də insanlar onlara can atırlar.İnsanları çox gözəl oxuya bilirlər və yalançını dərhal ifşa edirlər.Mübahisəni sevmirlər.Biznes sahəsində zəifdirlər və rəhbərlik onlarlıq deyil,zəifdirlərQətiyətsizdirlər.sağyarımkürəli insanlardır. 

  • Ziqzaq: Yaradıcılıq simvoludur.Sağyarımkürəli düşüncə tərzinə malikdirlər,yəni məntiqdən çox intuisiya xasdır.Mübahisələrdə güzəştə getmir əksinə kəskinləşdirilər.Müəyyən qaydaya salınmış şəraitdə məhsuldar işləməyi bacarmırlar.Dəqiq,qəti müəyyən edilmiş vəzifə və iş üsulları onları qıcıqlandırır.Kimdənsə asılı olmağı xoşlamırlar,daha çox reallıqla deyil,ideyalarla maraqlanırlar,həyatının müəyyən bir hissəsi ideyalar dünyasında keçir.Coşqun,səbirsiz,sözü üzə deyən olurlar.




Testlər | Şərhlər(2)
Baxış sayı: 845
Açar sözlər: xarakter 

Sənin rəngin hansıdı???

Yazar: Orxan Oruc @ Sentyabr 7, 2008 8:14

Sevdiyimiz rənglər bizim haqımızda çox şey deyə bilər.məsələn: 


Qara- bu rəng güc və hörmət tələb edən rəngdir.həmişə dəbdədir.baxmayaraq ki,qara rəng insanın stilli və elegantlılığını göstərdir, eyni zamanda ətrafdakıların kefini korlayan bir rəngdir.Və bu rəngdə tez tez geyim geyənlər isə insanların gözündə xoş olmayan birisi və qəzəbli adam kimi görünür.ona görə məhz kino və cizgi filmlərində pis insanların geyimi əsasən bu rəngdə olur.


Ağ rəng -bu rəng təmizlik və günahsızlıq rəngidir.bu rəngi sevib tez tez geyən insanlar təmizqəlbli və ürəyiaçıq olurlar.


Qırmızı rəng -emosional baxımdan maraqlı rəngdir,bu rəng ürək döyüntülərini tezləşdirmək qabiliyyətinə malikdir.bəlkə də buna görə məhz bu rəng sevgi və ehtiras rəngi sayılır.Psixoloqlar 
qeyd edirlər ki,qırmızı rəngi sevənlər və daha çox geyənlər ehtiraslı və cəsarətli insanlardır və bu tip insanlara sevgi və diqqət çatmır.Qırmızı rəng diqqəti cəlb edir və bu rəngi geyənlər də diqqət mərkəzində olurlar.Bununla yanaşı ətrafdakıların səbəbi anlaşılmaz aqressiyasına səbəb ola bilər.Qırmızı rəng maşılar oğruların diqqətini daha çox çəkir


Çəhrayı rəng -ən romantik və sakitləşdirici rənglərdən biridir.Bu rəngi sevənlər həqiqi sülhsevər,incəqəlblidirlər.Çəhrayı geyin ki,öz passiv pozisiyanızı göstəsiz,məsələn,əgər istəmirsizsə sizə nəsə məsuliyyətli iş tapşırsınlar və ya əgər istəyirizsə güclü cinsin nümayəndələri sizi qorumaq istəsinlər.



Qəhvəyi rəng -darımağın və qocalığın göstəricisidir.Eleqanlılıq və eyni zamanda konservantlılıq rəngi kimi də sayıla bilər başqa tərəfdən.Ətrafdakılara uzaqlaşdırıcı təsir göstərə bilən rəngdir.


Boz rəng - “görsənməyən” rəngdir,bu rəng demək olar ki,geyinən barədə heç nə əks elətdirmir və psixikaya təsir etmir.Əgər gözə görünməmək istəyirsizsə bu rəngdə geyin.



Göy və mavi -səma və dəniz rəngləri.bu rəng qırmızıya əksdir.göy rəng soyuq və depressiv rəngdir.bununla yanaşı bu rəngdə paltar geymək insanın konservant olduğundan və əməksevərliyindən xəbər verir.
Yaşıl rəng -təbiət və həyatı əks etdirən rəngdir.Göz üçün xeyirli rəngdir,gözün görmə qabiliyyətini artırır,adamı sakitləşdirmək xüsusiyyətinə malikdirbu rəngi sevənlər təbiətcə səbrli və sakitdirlər..

Sarı rəng -diqqəti cəlb edən rəngdir,qırmızıdan da artıq.Və baxmayaraq ki ki,bu rəng optimist rəng sayılır,bu rəng göz üçün ziyanlı rəngdir,və psixolojiyaya pis tesir edir.Amma çərçivə daxilində bu rəng ağıl və artistik qabiliyyətlərini artıra bilər.

Rənglərin insan psixologiyasina təsiri | Şərhlər(15)
Baxış sayı: 1401
Açar sözlər:

Jest və mimikadan insanı necə oxumaq olar???

Yazar: Orxan Oruc @ Sentyabr 7, 2008 8:06

 

Normal insanların xarici nitqi, lal-karların jestləri kimi bədənin dili də sözlərdən , frazalardan, ifadə və işarələrdən ibarətdir...

Barmaqların evcik forması qətiyyətliliyin , döşdə çarpazlaşdrılmış əllər- qapalılığın jestidir.Səmimilikdə şüuraltı olaraq danışıq zamanı barmaqlar aralanır.Qeyri- səmimilikdə ovuc görmə sahəsindən gizli, cibdə, yaxud qolların arasında saxlanılır.Yalan danışan adam əllərini gizlətməyə çalışır.Nəticə gözlədikdə əllər bir-birinə sürtülür.Qulaqların ardını qaşımaq inamsızlığı ifadə edir.Qapalı adamlar, müdafiə mövqeyi tuturlar, həmişə özlərini bu pozada rahat hiss edirlər.Milli mədəniyyətdə bu – “əllər qoynunda” pozasıdır.Mənaca – özünü mühitdən təcridetmə, özünəqapılma, “öz içində yanma” kimi izah edilir.
Spesifik hərəkətlər də kifayət qədərdir.Darıxdırıcılıq, gərginlik haqqında siqnallar verən bir və ya bir neçə təkrarlanan jestlər var: burnunu yüngülcə silmək ,saçları barmağa dolamaq,yaxalığı düzəltmək və s. Əllərin qoltuğa qoyulması – özünümüdafiəni bildirir.Ayaqların çarpazlaşması da eyni məna kəsb edir.
Beləliklə, bizim fikir və emosiyalarımız əzələlərimizin funksiyalaşmasına, bədənin bütün elektrmaqnit sisteminə asanlıqla müdaxilə edə bilən müəyyən elektromaqnit dalğalar oyadır.Ona görə də S.Xoll göstərir ki, ağılı inkişaf etdirmək üçün əlləri də inkişaf etdirmək lazımdır.
Psixologiyada “intuisiya” , “altıncı hiss” adlandırılan fenomenlər bədənin siqnallarını oxuya bilmək və onları düzgün şifrələşdirmək bacarığını ifadə edir.Ümumiyyətlə, bədənin dilinin siqnallarını düzgün başa düşmək üçün onlara blok, yaxud qrup halında, mədəni ənənələr kontekstində baxmaq lazım gəlir.Bu zaman biz hər bir fərddə özünəməxsus hərəkət tərzi görə bilərik.Və sözsüz ki, bu hərəkət tərzində milli eyniyyət (cinsi eyniyyət) , milli məzmun, kifayət qədərdir:hərəkətlərin kompleksi, sürəti, istiqaməti , tempi, məzmunu, trayektoriyası və s. Bu blokda jestlər xüsusi yer tutr.göstərilən fərqlər yalnız ayrı- ayrı millətlərdə deyil, onların yaşadıqları bölgələrdə də mövcuddur.
Məsələn , bakılılar öz fikrinin inandırclığın, əhəmiyyətliliyini, mənalılığını, maraqlılğını və vacibliyini əsaslandırmaq üçün əl barmaqlarını yüngülcə qatlayıb qaşının üstünə qoyur, sanki uzaqlara işarə edirlər.
Azərbaycanın Qərb rayonlarında bu hərəkət eyni tərzdə bükülmüş əli yandan bir qədər yuxarı qaldırmaqla, bəzən də qolunu bir qədər qatlayaraq biləkdən yuxarı hissəni düz qabağa uzatmaqla ifadə edilir.həmin jest: “mən bunu belə bilirəm, sən də belə anla” fikrinə yaxındır.Şimal və Şimal- Qərb rayonlarında əksinə ,kəskin qaldırılmış əli kəskin qövs cızaraq aşağı salmaqla ifadə edirlər.Bu: “istəyirsən inan, istəmirsən inanma,lakin bu həqiqətdir” – mənasını ifadə edir.
Yazı xəttinin insanın ruhu xassəsi ilə əlaqəli olmas ideyası da ədim dövrlərə gedib çıxır.Bir sıra psixi xəstəliklər zamaı xətt spesifik əlamətlər alır.Məsələn, Şizofrenlərin xətti daha çox qəlizliyi, ibrəbazlığı, qərəzli stili ilə seçilir.
Əllərin yalnız ovuc hissəsi deyil, barmaqlar da energetik həssaslığa malikdir.Barmaqların ayrı-ayrı planetlərlə energetik əlaqəsinin olması bir sıra mənbələrdə elmi faktlarla əsaslandırılır.Göstərilir ki, böyük barmaq Venera planeti ilə əlaqəlidir.adsız barmağın gözəllik planeti Venera ilə əlaqəsinin olmasının daha bir sübutu odur ki, bu barmaqdan keçən enerji kanalları bağlanarkən planetin enerjisinin insan orqanizminə daxil olması dayanır.Nigah zamanı üzüyün məhz bu barmağa keçirilməsi təsadüfi deyilmiş.Uzaqda olduqları zaman dərk olunmayan enejiinformasiya təsirləri bir-birini sevən insanlara öz aralarında əlaqaə saxlamağa kömək edir (ürəyə gedən yeganə damar da bu barmaqdadır). Qızıldan düzəlmiş əşyalar adsız barmaqdan bədənə yad informasiyanın daxil olmasının qarşısını alaraq, onu blokada edərək maneə yaradır. 


Maraqlı məlumatlar | Şərhlər(7)
Baxış sayı: 1493
Açar sözlər:

Yuxu Haqqında nə bilirik?

Yazar: Orxan Oruc @ Sentyabr 7, 2008 7:39

Alimlərin uzun müddətli araşdırmalarına baxmayaraq yuxu ilə bağlı bəzi məqamlar tam da aydınlanmayıb.
  Yuxu ilə bağlı fikirlərdə Şərq və Qərb alimlərinin fikirləri üst-üstə düşmür

. Qərblilər yuxunu izah etməyə çalışarkən bildirirlər ki, yuxu insanın gündəlik fəaliyyətinin nəticəsində gördüyü düşüncələrdir. Şərqlilər isə fərqli olaraq yuxunun ilahi bir mesaj olduğunun bildirirlər. 
Yuxuda insan bəzən başına gələcəkləri tamamilə eyni olaraq, bəzən də müxtəlif mətn altı məna və bənzətmələrlə görür. Məhz buna görə də yuxuları yozmaq lazım olur. 
  İnsan ömrünün 3-də birini yataraq keçirir. Ancaq bu o demək deyil ki, hər yatdığımızda yuxu görürük. Məşhur qərbli fəlsəfəşunas Sigmund Freud'in yuxu haqqında fikirlərinə görə yuxu insanın şüurda gizlənmiş bəzi məqamların qısa metrajlı görüntüləridir. Yuxularda bəzən yaşamaq istədiklərimizi, bəzən keçmişimizdən bəzi anları, bəzəndə gələcəkdə yaşayacaqlarımız barədə qısaca məlumatlar görürük. 
  Bəs maraqlıdır yuxu nə qədər davam edir ? – maraqlı burasıdır ki, bu barədə də müxtəlif fikirlər və fərziyyələr irəli yürüdülübdür. Yuxuda zaman qavramının beyin tərəfindən qəbul oluna bilməməsi isə illər boyu yekun qərara gəlməyə imkan verməyib. Bəziləri bunun bir neçə saniyə sürdüyünü. Bəziləri isə saatlarla davametdiyini göstərmişdir. Bütün bu fərziyələrə isə son nöqtəni Dr. B. Klein adlı Amrikalı bir alim qoymuşdur. O təcrübə üçün könüllü seçilmiş insanları hipnoz edərək yatırmış və müəyyən bir müddət sonra onları oyadıb yuxuda nə gördüklərinə qulaq asmışdır. Araştırma gözlənilməz nəticələr verib. Sən demə bütün ömrümüzü, keçmişimizi gördüyümüz yuxular belə 20 saniyəni keçmir. Dr. B. Klein`nin araştırmaları göstərib ki, insanın gördüyü ən uzunmüddətli yuxu 90 saniyə davam edib.
 Alimlərin araşdırmaları göstərib ki, sən demə yuxuların növləri də varmış. İnsan yatmaq üçün çarpayıya üzanır və gözlərini yumur. Çox qısa müddət sonra göz qapaqları titrəməyə başlayır və insan yuxuya gedir. Alimlərin fikrincə yatmaq üçün qəbul olunmuş bəzi yuxugətirən dərmanlar insanın yuxu görməsinə mane olur. Onlar hesab edirər ki, təbii olaraq yuxuya getmiş hər bir isnan yatdıqdan sonra mütləq yuxu görürlər. Yuxular isə ağ-qara və rəngli ola bilir. Amma insanların çoxu yuxularını ağ-qara görüklərini söyləyirlər.
• Daim yorğun və başı hərhansı mövzu ətrafında fikirlərlə dolu olan insanlar oyandıqları zaman qarışıq yuxular gördüklərini söyləyirlər. Əksərən onlar yuxularında fikirləşdikləri məsələ barəsində görürlər. Belə yuxuları yozmaq mümkün deyil. Məsələn televizorda və ya başqa bir yerdə həyəcanlı bir filmə baxan insan gecə yatdığı zaman həmin filmdən hissələr görə bilər. Bu sadəcə filmin təsirində qalmaqdır və belə yuxuları yozmaq mümkün deyil.
• Kabus və ya qarabasma adı verilən yuxular da vardır ki, belə yuxular adətən yaxşı başlayır.Yatan insan hərhansı xoş bir hadisəylə maraqlandığını görür və birdən-birə yuxudu qorxulu məqamlar başlayır. Yaxşı görüntülər bir anda dəhşət dolu anlarla yerini dəyişir. Belə yuxuların açıqlamasını əsəb həkimləri və psixoloqlar verirlər. Kabusları, yuxuda bir dəfə görülən qorxulu səhnələrlə qarışdırmaq olmaz. Qarabasma görən insan qorxur. Hərdən yatdığını və yuxu gördüyü hiss edərək oyanmağa çalışar. Amma ya oyana bilmir yada oyandığını zənn edərək yatmağa davam edir və yenidən qarabasmalar davam edir. Hər insan ömründə bir neçə dəfə kabus görür.
• Yuxuda görülən hadisələrin heç bir təhrif olmadan həyata keçməsi də mümkündür. Belə yuxuları yalnız yüksək həssaslığa malik insanlar görürlər. Məsələn yuxuda hərhansı bir yaxının başına gələcəkləri görmüş insanlar hadisə baş verdikdən sonra və ya öncə hadisəni olduğu kimi danışa bilər. Belə yuxular “Gerçək yuxular” (həqiqi yuxular) adlanırlar. Belə yuxuları görənlər daha diqqətli olmalıdırlar və yuxuda gördüklərini düzgün qiymətləndirməlidirlər.
• Yuxuda olan insan yuxuda bir çox şey görə bilər. Oyandığı zamansa bunların bəzilərini xatırlayır. Məhz xatırlanan bu hissələri yozmaq mümkündür. Yuxuyozmalar da daha çox bu 4-cü tip yuxular üçündür.
• Bəzən isə insanlar yuxuda daima eyni şeyləri görə bilir. Məsələn hərhansısa evi və ya insanı yuxuda daim təkrarən görə bilər. Halbuki həmin insanı və ya evi real həyatda tanımamaqdadır.

Maraqlı məlumatlar | Şərhlər(4)
Baxış sayı: 934
Açar sözlər:

İnsanlar sizi necə taniyir?!

Yazar: Orxan Oruc @ Sentyabr 5, 2008 4:40

Testin cavabına baxmadan həll edin.Cavabları keçmiş vaxtınıza görə deyil, indiki vəziyyətinizə görə müəyyən edin.


  • 1. Adətən özünüzü hansı vaxtlarda yaxşı hiss edərsiniz?
    (a) Səhərlər
    (b) Günorta və axşama doğru
    (c) Gecə vaxtlarında
  • 2. Necə gəzirsiz?
    (a) Sürətli və uzun adımlarla
    (b) Sürətli və kısa adımlarla
    (c) Normadan yavaş və etrafıma baxaraq
    (d) Yavaş və başı aşağı
    (e) Çox yavaş
  • 3. İnsanlarla ünsiyyət qurarkən
    (a) Qolarımı sinəmə qatlamış kimi duraram
    (b) Əllərimi sıxaram
    (c) Bir və ya iki əlimi belimə qoyaram
    (d) Danışdığım insanlara toxunaram
    (e) Qulağımla oynar, çənəmə toxunur və ya saçımı düzəldərəm
  • 4. Dinləyərkən necə oturursunuz?
    (a) Dizlər qatlanmış və ayaqlar bir - birinə bitişik olaraq
    (b) Ayaqlar çaprazlanmış olaraq
    (c) Ayaqlarımı uzadaraq
    (d) Bir ayağımı altıma qatlayaraq
  • 5. Çox xoşunuza gələn bir şey olarkən nə edirsiz?
    (a) Büyük bir qəhqəhə çəkərəm
    (b) Gülərəm ama çox səslə deyil
    (c) Bir dəfəlik gülərəm
    (d) Səssizcə gülümsəyərəm
  • 6. Bir partiyə qatıldığınızda
    (a) Hər kəsin sizi diqqəti çəkəcək şəkildə bir giriş ederdiniz?
    (b) Səssiz bir giriş edib ətrafınızda tanıdığınız birilərinə axtararsız?
    (c) Heç kəsin diqqətini cəlb etmədən çox səsiz giriş edərsiz?
  • 7. Çox çətin bir işə diqqətinizi verən zaman sizə mane olurlar.Ne edərdiz?
    (a) Mane olanı məmnuniyyətlə qarşılayarsız
    (b) Özümü çox rahatsız hiss edərəm
    (c) Ona rahatsızlağımı hiss etdirmərəm
  • 8. Ən çox hansı rəngi sevirsiniz?
    (a) Qırmızı və ya portağal rəngi
    (b) Qara
    (c) Sarı və ya mavi
    (d) Yaşıl
    (e) Göy veya bənövşəyi
    (f) Ağ
    (g) Qəhvərəngi
  • 9. Çarpayıda yatmamışdan əvvəl bir neçə dəqiqə
    (a) Bel üstü yatıp uzanırsınız
    (b) Qarnınızın üstüne yatıp uzanırsınız
    (c) Astaca qıvrılmış olaraq yan tərəfinizə yatarsınız
    (d) Başınızı bir qolunuzun üzərinə qoyarsınız
    (e) Başınızı yorğanın altına salarsınız
  • 10. Adətən yuxuda
    (a) Düşünürsüz
    (b) Vuruşursuz və ya münasibəti ayırd edirsiz
    (c) Kimilərisə və ya nəyisə axtararsınız
    (d) Uçar və ya üzərsiniz
    (e) Adətən yuxu görmürsüz
    (f) Yuxularınız həmişə xoşdur

    ---------------------------------------------------------------------------

    Hesab xalı
    1.        2.        3.       4.      5.
    (a)2   (a) 6   (a)4   (a)4   (a)6
    (b)4   (b) 4   (b)2   (b)6   (b)4
    (c)6   (c) 7   (c)5   (c)2   (c)3
              (d) 2   (d)7   (d)1   (d)5
              (e) 1   (e)6   (e)2
     

    6.         7.       8.       9.     10.
    (a) 6   (a)6   (a)6   (a)7   (a)4
    (b) 4   (b)2   (b)7   (b)6   (b)2
    (c) 2   (c)4   (c)5   (c)4   (c)3
                         (d)4   (d)2   (d)5
                         (e)3   (e)1   (e)6
                         (f)2     (f)1
                         (g)1  
     
    İndi xallarınızı toplayaq.
    60 Xal və yuxarı:
    İnsanlar sizə küsgün münasibət bəsləyirlər (aktyor rolu). Təkəbbürlü, eqayist ve hədsiz dərəcədə hər çeyin üstünə gedən birisi olaraq görünürsünüz. İnsanlar sizə heyran olub sizin kimi olmaq istəyə bilərlər ama sizə çox vaxt inanmazlar və sizinle çox yaxın əlaqələrdən qaçarlar.
  • 51 - 60 Xal:
    İnsanlar sizi həyəcan verici, havayı, düşüncəsiz formada, təbii liderlik
    özəllikləri olan, her zaman doğru olmasa da tez qərar verən birisi olarak tanıyırlar.Səni cəsur, macərapərəst birisi olaraq tanıyırlar; hər şəyi bir dəfə yoxlamaq istəyən, macəra yaşamaq üçün fürsətləri qaçırmayan birisi.. Yaydığınız həyəcandan səbəbdən insanlar sizinlə eyni iş yerində yaşamaqdan zövq alırlar.
  • 41 - 50 Xal:
    İnsanlar sizi təzə, canlı, çəkici, əyləndirici, pratik və daima maraqlı
    birisi olaraq görürlər; hər zaman hər seyi yerində edən birisi.. İnsanlar sizi ayrıca xeyrxah,
    düşüncəli, anlayışlı və həyatda mövcud olan hər seydən zövq alan biri kimi tanıyırlar.
  • 31 - 40 Xal:
    İnsanlar sizi məntiqli, ehtiyatlı, diqqətli və pratik birisi olaraq görürlər. Sizi agıllı, istedadlı və hünərli ama mülayim olarak tanıyırlar. Çox tez dost olmayan, ama dostlara qarşı cox sadiq və onlardanda eyni sadiqliyi gözləyən birisiniz.




Testlər | Şərhlər(16)
Baxış sayı: 1390
Açar sözlər:

Bir dəqiqəyə insanı necə tanımalı???

Yazar: Orxan Oruc @ Sentyabr 2, 2008 5:39

Psixoloqların tez tez təkrarlamağı sevdikləri bir fikir var: kimin necə biri olduğunu bilmək istəyirsənsə, onun üzünə diqqətlə bax.Məşhur psixoloqların araşdırmalarının nəticəsi olan "Bir dəqiqədə insanı necə tanımalı" kitabından bəzi çıxarışlara diqqət yetirək: 


Üz quruluşları 
Əgər insanın üz ölçüləri arasında mütənasiblik varsa, məsələn, alnı ilə çənəsinin uzunluğu bərabərdirsə, bu, onun intelektual qabiliyyətinin inkişaf etməsindən xəbər verir. Bir qayda olaraq, belə insanlar güclü hissiyatlı, dözümlü və anlayışlıdırlar. Üçbucaq sifət insanın hiyləgərliyindən xəbər verir. Əgər bu insanın qabağa çıxmış və enli alnı varsa, deməli bu insan həmdə fitri istedada malikdir. Təəssüf ki, bu cür insanlar həmdə satqınlığa meyillidirlər. 
Sifəti trapesiya quruluşa malik insanlar isə intelektual hissiyatlı və artistlik xüsusiyyətlərinə malik olmaları ilə seçilirlər. Bu cür simalı qadınlar bir qayda olaraq optimistlər adlandırmaq olar. Onlar xoşbəxtcəsinə yaşayır və ətrafları üçündə xoş atmosfer yaratmağa çalışırlar. 
Kvadrat sifətli insanlarda mərdlik, dözüm, bir çox hallarda isə qəddarlıq həddinə çatan soyuqluq var. Onları kobud kateqoriyasına aid etmək olar. ünsiyyətdə onlar səmimi və sözü üzə deyəndirlər. Həmin insanlar sıravi icraçıdırlar. Baxmayaraq ki, həyati boyu lidreliyə can atırlar. 
Yumru sifət insanlar isə açıqqəlbli, sülhsevər, həlim xasiyyətli olurlar. Həmçinin 
dalaşqanlıqları ilə çox seçilirlər. Onlar komfortlu gözəl kampaniyanı sevir, şan şöhrətə meyl etməməyə çalışırlar... 
 

Qaşlar 
Qaşlar insanın emosiyalarını ifadə edir. Onun qurulurşu, rəngi, sıxlığı həmdə ağıl və emosiyaların balanslaşdırılmasından xəbər verir. Ona görədə ideal qaşlar uzun və enli olanlar sayılır. əgər qaşların axırı yuxarı qalxıbsa, həmin adamın səxavətliliyindən və mərdliyindən xəbər verir. Belə adamlar doğuşdan müvəffəqiyyətli sayılırlar. 
Yox, əgər qaşların sonu aşağı meyllənibsə, bu, həmin adamın utancaq olduğundan xəbər verir. Əgər qarşınızdakı şəxs qısa və seyrək qaşlara malikdirsə, onunla ehtiyyatlı davranın. Çünki onun hər an emosional "partlayışlar törədəcəyi" istisna deyil. 
 

Gözlər 
Əgər gözlər gözəl və cəlb edicidirsə, bu, insanın sağlamlığından, müstəqilliyindən, ağlından və temperamentindən xəbər verir. İri gözlər insanın sentimental olmasını, tez küsəyən olmasını göstərir. Balaca gözlü insanlar bir qayda olaraq paxıl və özünə qapanan olurlar. Onların həyatda sevmədiyi bir şey varsa, o da ünsiyyətdir. 

Burun 
Uzun burun-individuallığın, balaca burun isə optimizmin və ürəyiaçıqlılığın əlamətidir. Burnunun ucu nazik olan insanları hiyləgər və kinlilər kateqoriyasına aid etmək olar. Amma burnunun ucu böyük və ətli olan insanlar bir qayda olaraq, səmimi və ürəyiaçıqdırlar. Burnunun ucu yuxarı qalxmış insanlar (xalq arasında "kurnos" adlandırırlar) özündən razı, eqoist adlandırmaq olar. 

Ağız 
Əgər insanın ağzı böyükdürsə, bu, onun mərd olduğunu göstərir. Yox, əgər şair demişkən "dar badam sığışmayan dar ağızlı"dırsa, onu zəif xarakterli adlandırmaq olar. 

Dodaqlar 
Əgər üst dodaq alt dodaqdan daha böyükdürsə və ümumi görüntüdə onu "kölgə"də qoyursa, deməli, həmin adam qətiyyətsizdir.Yox, əgər mənzərə əksinədirsə, həmin şəxs eqoist, məqsədinə çatmaq üçün qarşıdakı bütün maneləri qəddarcasına dəf etməyə hazır biridir. 
Nazik dodaqlar insanın hiyləgərliyindən və paxıllığından xəbər verir. Ətli dodaq isə kobudluğun göstəricisidir. 

Qırışlar 
Burun boşluğundan ağızboşluğuna qədər qırışlar yaranıbsa, bu, insanın hiyləgər olduğundan xəbər verir. Gözün ətrafında qırışların çoxluğu, deməli, həmin insan olduqca çətin həyat tərzi keçirir. Qırışlar dodaqların ətrafında çoxdursa, bu, həmin adamın gəncliyində əldə etdiyi bütün uğurların qocalığda itirməsindən xəbər verir. 

Qulaqlar 
Formasız, solğun rəngdə olan qulaqlar həmin şəxsin orqanizmində ciddi fəsadların olduğunu göstərir. Həddən artıq böyük qulaqlar balanslaşdırılmamış şəxsiyyət haqqında məlumat verir. Başın quruluşuna uyğun olmayan kiçik qulaqlar isə həmin şəxsin həyatda müvəffəqiyyət qazanmadığı, hələ də özünü tapa bilmədiyi deməkdir. 

Gülüşlər 
Gülərkən əlini ağzına tutan insan utancaq və qətiyyətsizdir. Belələri yaxındalrı ilə çox çətin ünsiyyət qururlar. Güləndə başını yuxarı aşağı tərpədən isə diqqət mərkəzində olmağı sevənlərdir. həm gülüb həmdə burnunu qırışdıran insanlar isə kaprizləri və emosionallıqları ilə insanı yorur. Gülüşünü saxlamağı bacaran və hündürdən gülməməyə çalışan insanlar sədaqətli, sakit, təmkinli insanlardır. Heç bir kompleks və hiss keçirmədən hündürdən, ağzını açaraq gülən kişiləri isə yüngül xasiyyətli adlandırmaq olar. Amma onların intelektual planda uğur qazandıqlarını demək olar. Əgər insan güləndə çiyinləri atılıb düşürsə, onunla ehtiyyatlı olun. Hiyləgər və təhlükəlidirlər 

Poza 
Biz bir kəsin bədən pozasını görəndə onun haqda fikir söyləyirik.İnsanların duruşu onlar haqda çox şey deyir.Misalçün insanın çiyinlərinin aşağı düşməsi,bir az sallanması və yaxud başı aşağı gəzməsi onun əhvalının pis olduğunu göstərir. 
Həmin an onların gözlərinin ifadəsi deyir:Bu dünya mənə maraqlı deyil,ətrafa biganəyəm. Müqayisə etsək misalçün dik və başı yuxarı şux addımla gəzən adam haqda heç vaxt belə təəssüratda ola bilməzsən.Bizim bədən pozamız bizim əhvalımızı çox yaxşı əks etdirir. Odur ki,bu fakta diqqət yetirin:Bir dəfə əhvalınız pis olanda şüurlu olaraq özünüzü məcbur edib dik yeriyin və başınızı da dik tutaraq irəli baxaraq.Sən az sonar hiss edəcəksən ki,əhvalında müsbət dəyişiklik baş vermişdir. 

Maraq və hörmət 
Başqa bir duyğunun pozayla əlaqəsini təsvir edək.Sən bir kəsə nəsə deyən zaman onun bütün bədənini sənə tərəf çevirməsi onun əlamətidir ki,həmin kəs üçün sənin söhbətin maraqlıdır və o diqqətlə sənə qulaq asır. 

Qapalılıq ya açıqlıq? 
Poza qapalı və ya açıq ola bilər.Bir kəs səninlə ünsiyyətdə olan zaman özünü rahat hiss etmirsə əksərən dərhal qapalı poza vəziyyətini alır. Qapalılığın əlamətləri:O, ayaqlarını və ya qollarını çarpazlayıb dayanıb yaxud əlindəki əşyanı (məs:çanta) öz önündə tutaraq sanki ondan müdafiə kimi istifadə edir.Bu həm də tanımadığın biriylə söhbətə başlayan zaman görünə bilir.O vaxta qədər ki,aranızda inam,etibar formalaşmayıb. Başqa sözlə desək səmimi mühit yaranınca. Unutmayın ki,bu əlamətlər ancaq səmimi mühitin yaranmasıyla aradan qalxır. 

Toxunmanın gücü O mənə toxunur. 
Toxunma hər bir kəsin həyatında vacib amildir.Biz toxunma və toxunulma olmadan yaşamaqmümkün deyil.Kifayət qədər oxşanılmayan,əzizlənməyən körpə böyüyəndə bir çox qüsurlara malik olur.Uşaqlıqdan buna öyrənmiş insan isə sonralar da bunu istəyir..Bir kəsin başqa insanlara yaxud əşyalara necə toxunması onun haqda çox informasiya verə bilər.Toxunma toxunannın inamı,hörməti barədə məlumatla yanaşı onun insanlarla mənəvi güc fərqi barədə məlumata malikdir. Bədən dilində bu güc fərqi belə təsnif olunub: 
Dostcasına çiyinə vurma 
Başa astadan zərbə vurma 
Qolu kimisə çiyninə dolama 
Toxunma və yaxınlıq 
Toxunma və yaxınlıq sıx əlaqəlidirlər.Yaxınlıq (səmimilik,məhrəmlik) toxunmanın itezliyi və başqa siqnallarla:göz kontaktı,təbəssüm və.s. ilə ifadə olunur. Bu siqnallar toplusu yaxınlığın dərəcəsi barədə məlumat verir. 
Nə dərəcədə yaxınsan? 
Fiziki yaxınlıqda və ya toxunmanın formasında dəyişiklik baş verəndə biz yaxınlığın dərəcəsinin dəyişməməsi üçün digər siqnallarda dəyişiklik edəcəyik.. Misalçün kimsə bizim məxsusi ərazimizə girdiyi zaman bizm onunla göz kontaktını kəsməyimiz(üzümüzü çevirmə) məhz bu tarazlığı qorumaq üçündür. Eyni şey toxunuşların sayı normadan çox olanda və ya söhbətin mövzusu lap şəxsiləşəndə də baş verir. Bütün bunlar yaxınlıq dərəcəsinin qorunması üçündür.. Sizcə tutaq ki,dolu avtobusda sizinlə üzbəüz duran insan xoşunuza gəlməyəndə niyə onunla göz kontaktında olmaqdan qaçırsız,yana yaxud tavana baxırsız?.Bu sizin o naməlumla aranızda olan aşağı qiymətə malik yaxınlıq dərəcənizin qorunması üçündür. 



Maraqlı məlumatlar | Şərhlər(13)
Baxış sayı: 1376
Açar sözlər: insani nece tanimali 

Test

Yazar: Orxan Oruc @ Sentyabr 2, 2008 5:33

Aşağıdakı test ilə siz hansı xarakterə malik oldugunuzu öyrənə bilərsiniz 


1) Sevgilinizlə gözəl bir axşam dedikdə sizə bunlardan hansını xatırladır? 

a) Şam işığında romantik bir yemək (4 bal) 

b) Lunaparka gitmək (2 bal) 

c) Parkda fiqurlu konkidə gəzmək (5 bal) 

d) Bir rock konsertine getmek (1 bal) 

e) Kinoya getmek (3 bal) 

2) Ən sevdiyiniz musiqi?. 

a) Rock & RolL ( 2 bal) 

b) Alternative (1 bal) 

c) Soft Rock (4 bal) 

d) Klassik (5 bal) 

e) Pop ( 3 bal) 

3) Necə filmləri sevərsiniz? 

a) Komediya ( 2 bal) 

b) Qorxu (1 bal) 

c) Operetta (3 bal) 

d) Romantik (4 bal) 

e) Belgesel ( 5 bal ) 

4) Asağıdakı sənətlərdən birini seçmək məcburiyyətindəsiniz... buyurun seçin 

a) Offisiant (4 bal) 

b) Futbolçu (5 bal) 

c) Müəllim (3 bal) 

d) Polis (2 bal) 

e) Barmen (1 bal) 

5) 1 saat boş vaxtınız olarsa aşağıdakılardan hansını edərək vaxtınızı dəyərləndirərsiniz? 

a) Bağçada işləmək (5 bal) 

b) Kitab oxumaq (4 bal) 

c) TV izləmək (2 bal) 

d) Radio dinləmək (1 bal) 

e) Yatmaq (3 bal) 

6) Aşağıdakı rənglərdən birini seçin? 

a) Sarı (1 bal) 

b) Ağ (5 bal) 

c) Mavi (3 bal) 

d) Qəhvəyi (2 bal) 

e) Qırmızı (4 bal) 

7) Bu anda qarşımıza bunlardan hansı gəlsə düşünmədən götürərsiniz?? 

a) Dondurma (3 bal) 

b) Pizza (2 bal) 

c) Suşi (1 bal) 

d) Makaron (4 bal) 

e) Salat (5 bal) 

8) Ən sevdiyiniz tətil/bayram ? 

a) Hallowen Bayramı (1 bal) 

b) Şəkər Bayramı (3 bal) 

c) Yeni İl (2 bal) 

d) Sevgililər Günü (4 bal) 

e) Qurban Bayramı (5 bal) 

9) İndi bu dəqiqə gedə bisəniz buralardan hansına gedərdiniz? 

a) Paris (4 bal) 

b) Ispanya (5 bal) 

c) Las Vegas (1 bal) 

d) Hawaii ( 2 bal) 

e) Hollywood (3 bal) 

10) Necə bir adamla vaxtınızı keçirməyi sevirsiniz? 

a) Ağıllı biri (5 bal) 

b) Gözəl/yaraşıqlı biri (2 bal) 

c) Bir party canavarı (1 bal) 

d) Məzəli biri (3 bal) 

e) Duyğulu biri (4 bal) 

İndi bütün ballarınızı toplayın ve hansı cizgifilm xarakteri olduğunuz ortaya çıxsın!!! 


(10-17 bal):

Siz çox çılğınsınız bunu bilirsiniz. Əylənəcəm deyib uçursunuz. Amma hər zaman nə etdiyinizi bilənlərdənsiniz, həyatınızın idarəsini itirmirsiniz. İnsanların olan hadisələr sizin kimi baxmaması sizi etdiklərinizdən çəkindirmir. 

Tövsiyə: Bu çılğln xarakterinizlə özünüzü və ətrafınızdakıları incidə bilərsiniz..diqqətli olun 

(18-26 bal): 

Siz əyləncəli, dost canlısı və populyarsınız. Hər zaman şən halınızla etrafa sevinc saçırsınız. Cox zaman ikili münasibətlərdə tələsik davransanız da inandığınız dəyərlərdən vaz keçmirsiniz. Evlilik və uşaq sahibi olmanın sizin ücün bir anlamı var amma buna sira gəlmədən öncə yetərincə hadisə və insan təcrübəsi qazanmaq istəyirsiniz... 

Tövsiyə: Insanların aldığınız qərarlarda sizi bu qədər idarə etmələrinə icazə verməyin 

(27-34 bal):

Elə şirinsiniz ki, sizi sevməmək mümkün deyil. Siz insanların əsla itirmək istəməyəcəyi bir dostsunuz. Kimsəni incitməmək üçün özünüzü incitdiyiniz belə olur. Siz adətən hadisələr qarşısında başadüşən və sakit bir tərzdəsiniz 

Tövsiyə: Hərkəs göründüyü kimi deyildir bunu unutmayın. 

(35-42 bal): 

Təssəvür edilməz dərəcədə romantiksiniz..Şərab, qırmızı güllər,bunlar sizin yaşam tərzinizdir..Söz verir və o sözü nə olursa olsun yerinə yetirirsiniz.Ailənizə çox bağlısınız. Ananızı hər həftə sonu axtarasınız, özəl günləri əsla unutmazsınız.. 

Tövsiyə: Çox romantizmin sizi gerçəklərdən uzaqlaşdırmasına icazə verməyin... 

(43-50 bal): 

Sizin ən başlıca özəlliyiniz tez və doğru qərar verə bilmənizdir. Her hadisə üçün bir planınız vardır. Fiziki ve zehni gücünüz çoxdur.. Məntiqli, savadlı ve yaradıcılıq tərzinizlə çox adamın sizi özünə örnək aldığı birisiniz 

Tövsiyə: Bəzi kiçik hadisələri sırf görməzdən gəldiyiniz üçün böyük bir problemə çevrilə bilər 



Testlər | Şərhlər(27)
Baxış sayı: 1449
Açar sözlər:

Yumor hissin güclüdür???

Yazar: Orxan Oruc @ Sentyabr 2, 2008 5:23

 

Yumor hissin güclüdür???


1.Əgər kimsə meşəyə göbələk yığmağa uşaq arabası ilə gedirsə demək o,bunu
1.Maraq üçün edir.
2.ilanlardan qorxduğu üçün edir.
3.göbələkləri daha yaxşı görmək üçün edir.

2.Çəlləkdə pivə satan kişi başqasına pul verib,limonad almağı xahiş edirsə,demək o,
1.pulunu daha xeyirli xərçləmək istəyir.
2.insanları güldürmək istəyir.
3.artıq düz yola gəlib.

3.İş yoldaşınız işdə yuxuya gedib.Sən:
1.rəhbərliyi onu oyatmaq üçün çağırarsan.
2.O durana kimi bir stəkan çay içərsən.
3.Qapını bərk çırparsanki o oyansın.

4.Avtobusda yaraşıqlı oğlan(qızla)tanış olmusan.O,səninlə görüşməkdən imtina edir.Sən cavabında:
1.Sizinlə görüşməyimə şad oldum.
2.yaxşı,eybiyox,başqa vaxt görüşərik.
3.niyə?

5.Yolda biri yaxsınlaşıb səndən 50 qəpik istəyir.Sən cavabında:
1.özüm mənə pul verən adam axtarıram.
2.pulum yoxdur.
3.nəyinə lazımdır?

6.Yolda gözünə belə bir elan sataşır:"Volqanı nəyə oldu dəyişirəm"Səncə bu elanı verən insan:
1.gözləyir ki,görəsən mənim tələmə düşən hansı ağıllı olacaq?
2.yəqin bilmir pulları hara xərcləsin.
3.deyəsən,onun başı xarab olub.

7.Avtobusa qəfildən kimsə ayağının üstünə çıxıb və çəkilmək istəmir.Sen deyirsən:
1.üstündə dayandığınız o ayaq var ha, mənimdir.
2.bəlkə sizinlə yerlərimizi dəyişək.
3.zəhmət deyilsə biraz oyana çəkilərdiniz.

8.Detektiv filmin ən maraglı hissəsində ekran qaralır.Sən düşünürsən ki:
1.Bu ərəfə filmin sonunu düşünə bilmək üçün əla imkandır.
2.təbii,haldır,ola bilər.
3.Telekanalın işçiləri işlərin pis görürlər.

9.Telelotoda biletin udub.Lakin onu təqdim edib,uduşu götürmək yaddan çıxıb.Sənin reaksiyan:
1.şansımı qaçırtdım.
2.mənim bəxtim onsuzda yoxdur.
3.həyatda hər zaman uğursuzlugnan qarşılaşmışam.

10.Qonaqlıqda seni sevmədiyin bir yeməyə qonaq edirlər.Sən:
1.Gülümsənərək,ev yiyəsinin məharətli aşbaz olduğunu bildirərsən.
2.məcburən xörəyi yeyərsən.Amma üzünü elə turşudarsan ki,hamı başa düşsün ki,sən bu yeməyi bəyənmirsən.
3.Xörəkdən imtina edirsən. 

Hər birinci cavaba 3xal, ikinci cavaba 2 xal, üçüncü cavaba isə 1xal

NƏTİCƏ:
21 xaldan 30 xala kimi:Yumorist insansan hər şeydə bir zarafat axtarırsan.Şən olmağın yaxşıdır,amma bu xasiyyətinlə başqalarının xətrinə dəyə bilərsən.

11 xaldan 20 xala kimi:Yumor hissin güclüdür.Lakin belə başqalarını bezdirə bilərsən.Bir az ciddi olsan,insanlar dediyin sözlərə inanarlar.Çünki danışdığın hər mövzunu zarafat bilirlər.Atalar yaxşı deyib:Yalançının evi yandı,heç kim inanmadı.

6 xaldan 10 xala kimi:Daim şənsən.Bu xasiyyətin insanlarada siyarət edir.Dostlarının əhvalını aça bilməyin səni daim diqqət mərkəzində saxlayır.


0 xaldan 5 xala kimi:Cansıxıcı xasiyyətin var.Darıxdırıcı insansan.Səni dostlarında əyləndirə bilmir.Bəzən elə olur ki,dostların bu qarabaqlığından bezib,sənin əhatəndən uzaqlaşırlar.Belə davam etmək olmaz.Özünü ələ almağa çalış

Testlər | Şərhlər(6)
Baxış sayı: 874
Açar sözlər: yumor 

Siz necə yeriyirsiniz???

Yazar: Orxan Oruc @ Sentyabr 1, 2008 10:21

Yerişlərdə insanların iç dünyasını müəyyən etmək olar. Çünki yeriş insanların xarakter və xasiyyətlərini tamamilə biruzə verir.

YERİYƏRKƏN SAĞA - SOLA BAXAN .........................

Yerişlərdə insanların iç dünyasını müəyyən etmək olar. Çünki yeriş insanların xarakter və xasiyyətlərini tamamilə biruzə verir.

YERİYƏRKƏN SAĞA - SOLA BAXAN 
Ayağı sürüşkən şəxslərdir. Daima macəra axtaran insanlardır. Bir sevgi ilə kifayətlənməzlər. Sevgi onlar üçün yalnız əyləncə vasitəsidir. Xasiyyətcə əhlikef olan bu şəxslər sabahı heç düşünməzlər. Əllərindən yaxşılıqdan savayı hər nə desən gəlir. Öz eyiblərini əsla görməzlər. Əvəzində başqalarında səhv axtarmaqla yanaşı, onları ləkələməkdən də çəkinməzlər. Bu şəxslərə bel bağlamaq olmaz. Çünki səni yolda qoyacaq. Alış-veriş, sənəd toplamaq və bu kimi işlər onun üçün yaddır. Hazırına nazir olan bu kateqoriya davamçıları tənbəllikdə bənzərsizdirlər. Yeriyərkən belə sağa - sola baxan insanlar kimdəsə, nədəsə səhv axtarıb, tapıb qalmaqal yaratmaqla məşğuldurlar. 

YELLƏNƏ-YELLƏNƏ GƏZƏNLƏR 
Olduqca yelbeyin şəxslərdir. Onları bir tapan bir də itirən sevinər. Onlar üçün yaxşı ilə pisin fərqi yoxdur. Ətrafda baş verən hər hansı bir hadisə onları əsla narahat etməz və reaksiya verməzlər. Təsadüfən bu baş veribsə, deməli, hadisə özləri ilə bağlı olub. Dostluqda, yoldaşlıqda dözülməzdirlər. Bu günlə yaşayırlar. Onlar üçün ailə, uşaq, hətta iş ad-san üçündür. İstənilən vaxt fikirlərini düşünmədən dəyişə bilərlər. Ağıla, həyat tərzinə deyil, geyimə görə insanlara qiymət verərlər. Belə şəxslərin dostları da özləri kimi olurlar. 

ŞAX YERİYƏNLƏR 
Özlərindən yaman razı olurlar. Sanki alçaq dağları bunlar yaradıblar. Ac vaxtlarında belə özlərini tox göstərib bununla rahatlıq taparlar. Ev-eşikləri təmirsiz olsa da öz makyajları qaydasından da artıq olar. Xasiyyətcə ikiüzlü olan bu kateqoriya davamçılarına inanmaq, bel bağlayıb sirr vermək olmaz. Çünki öz mənafeyi üçün səni keçi qiymətinə utanmadan satar.Hətta öz səhv və günahlarını da sənin üstünə yıxar. Belə şəxslərdən nə qədər uzaq olsanız, bir o qədər yaxşıdır. Onlar çörəyin, haqq-salamın, yoldaşlığın qədir-qiymətini bilməzlər. Onların görünüşləri, yerişləri özləri kimi yalandır. Bu insanlara əsla bel bağlamaq olmaz. Çünki onların mayası yalanla yoğrulub. Həyatda heç vaxt dostu olmaz. Heç sevgidə də bəxtləri gətirməz. Onların şux və özüdənrazı yerişi özləri kimi maskadır. 

BAŞI AŞAĞI GƏZƏN ŞƏXSLƏR 
Həyatdan, insanların riyakarlığından yorulublar. Düşmənləri dostlarından çoxdur. Az ilə qane olub, həyatın nəbzini tutub yaşamağı yaxşı bacarırlar. Həmişə təmiz və gözəl geyimə üstünlük verirlər. Səliqə-səhmanı, sevgi və ailəni hər şeydən üstün tuturlar. Onların istək və fikirlərinə müdaxilə etmək olmaz. Nə istədiklərini yaxşı bilirlər. Təbiətin bütün mövsümlərini xoşlayır və istirahət günlərini təbiət qoynunda keçirməyə üstünlük verirlər. Bu kateqoryaya aid olan insanlara düşünmədən bel bağlamaq olar. Çünki onlar həyatda nə istədiklərini bilirlər. Allah xofunu çiyinləri üzərində daşıyan bu insanlar yalanı, xəyanəti əsla sevməzlər. Kinli olsalar da intiqam almağı istəməyib hər şeyi Tanrının ixtiyarına buraxarlar. 

GÜLƏ-GÜLƏ YERİYƏNLƏR 
Sadəlöhv, yeri gələndə isə mərd insanlardır. Bu şəxslərdə sevinc və kədər eyni səviyyədədir. Problemlər içərisində çabalasalar da, həmin problemləri özləri həll edirlər. Adətən danışanda, güləndə yüksək səslə edirlər. Onlara yalan danışmaq, satqınlıq, xəyanət, ev yıxmaq, dedi-qodu, pintilik və digəranlayışlar yaddır. Onlar həyatdan zövq alıb davasız yaşamağa daha çox üstünlük verirlər. Makyajdan bacardıqları qədər az istifadə edən xanımlar xəstəlik dərəcəsinə çatan səliqə-səhmana malikdirlər. Onların həm də yaxşı əl qabiliyyətləri var. İstəsələr çörəyi daşdan belə çıxararlar. 




QƏMLİ, FİKİRLİ YERİYƏNLƏR 
Sanki bütün dünyanın yükünü öz çiyinlərində gəzdirirlər. Və hamının dərdi-səri elə bu insanlara qalıb. Tək özləri üçün yox, başqaları üçün də yaşayırlar. Ətrafdakıların dərd-qəmini özününkü hesab eləyirlər. Bu şəxslərə də inanmaq, etibar etmək olar. 

NAZ İLƏ YERİYƏNLƏR 
Nazla yeriyən, bədən əzalarını burcudan insanlar, xüsusilə xanımlar ətrafdakıların diqqətini çəkmək arzusunda olurlar. Daima öz mənfəətlərini güdərlər. Əks təqdirdə heç bir addım belə atmazlar. Bəzən bu cür insanların nəfəsləri belə yalandır. Onlara bel bağlamaq olmaz. Kifayət qədər ikiüzlü və qısqancdırlar. Hamıdan yaxşı geyinmək, yaşamaq arzusundadırlar. Belə insanların dostları çox az olur. Bu cür insanların sevgidə də nadir hallarda bəxti gətirir. 

ÖZÜNƏMƏXSUS YERİŞ TƏRZİ 
Bu insanlara güvənmək olar. Bütün kateqoriyalar içərisində yalnız bu kateqoriya sahibləri ideal insanlardır. Onlarda ailəyə, böyüyə-kiçiyə hörmət, Allah və din xofu düşünüləndən də artıqdır. Hər şeyin yerini bilən bu insanlar ədəbiyyata, musiqiyə, sənətə və yaşamağa yüksək dəyər verirlər. Bütün insani keyfiyyətlər yalnız bu kateqoriya daşıyıcılarında cəmləşir. Özləri ideal olduqları üçün hər şeyin yaxşısını tələb edirlər. Ətrafdakılarla münasibətdə mərd və diqqətcildirlər. Bir sevgiylə kifayətlənib xəyanətə xəyanətlə cavab verməzlər. Dava-dalaşdan qaçmaları onların qorxaqlığından deyil, böyüklüklərindən irəli gəlir. Onlar başqalarının fikirləri ilə deyil, öz ağıl və ürəklərinin hökmü ilə hərəkət edirlər. İstəsələr daşdan belə pul qazanan bu şəxslər heç vaxt başqalarına ağız, əl açmazlar, heç kömək belə gözləməzlər. Yaşadıqları dövrdə nə əldə ediblərsə, bunu ancaq özləri ediblər. Kifayət qədər dostları çoxdur. Və heç vaxt heç kimi yarı yolda qoymazlar. Düşmənləri çox olsa da onları heç nə qorxutmur. Çünki həyatda necə yaşamağı və necə hərəkət etməyi bilməklə yanaşı, nə istədiklərini yaxşı bilirlər.


Özünü sına | Şərhlər(7)
Baxış sayı: 974
Açar sözlər: yerish 

Bəs siz nə edərdiniz???

Yazar: Orxan Oruc @ Sentyabr 1, 2008 10:17

Siz Olsaniz Nə edərdiniz?
  
Aşağıdakı kiçik hekayəni oxuyun və cavab verməyə çalışın.səmimi olaraq söyləyin siz olsaydınız,nə edərdiniz?

  
Bir firmada müdir,verdiyi sualı ən uyğun cavablayan adamı isə götürəcəkdi.Bu sualda doğru və ya yanliş cavab yox, sadəcə olaraq hər fərdin necə cavab verdiyi önəmlidir...... Qaranlıq,yağmurlu bir gecə,yağış yağır,güclü firtina var, göy guruldayır və siz gecə saat 2 radələrində yalniz və sakit bir yolda avtomobil sürürsünüz.Avtomabil ancaq iki nəfər üçün nəzərdə tutulub.Biraz öndə avtobus dayanacağında 3 nəfər gözləyir.Birincisi bir həkimdi,sizi bir müddət öncə keçirdiyiniz ürək tutmasından xilas etmişdir.Ikinci adam,çox yaşlı və xəstədi demək olar ki,ölmək üzrədir.Üçüncüsü isə həyatınızın röyası, hər zaman taniş olmaq üçün can atdiginiz biri.Hava getdikcə pisləşir ve avtomobildə yalniz bir nəfərə yer var. Sual belədir; Belə bir vəziyyətdə nə edərdiniz? Sualı yaxşı düşünün və ən yaxşı hesab etdiyiniz cavabı verin...(Cavabınızı kağıza yazın)
  Bu suala cavab verənlərin bəzilərinin cavabı belə olmuşdur: 
 A. Xəstə adamı ən yaxın xəstəxanaya aparardım.
 B. Həkim daha öncə həyatımı qurtardığına görə onu götürərdim.
 C. Vicdanimla hərəkət etsəm təbii ki,xəstə qocanı xilas eliyərdim,amma öz gələcəyim və həyatım üçün, hər zaman tanış olmaq istədiyim həyatımın röyasını avtomobilə dəvət edərdim. 

Burada doğru və ya yalnış olası bir cavab yoxdur,sadəcə hər bir insanın düşdüyü vəziyyəti anlaması və bu çətin vəziyyətdən çıxmaq bacarığı vacibdir.İş üçün gələnlərin 99%-i yaşlı adamı xilas etməyi üstün tutmuşlar,ancaq bir nəfərin fikri bəyənilmiş və işə götürülmüşdür.Həmin adamın fikri belə imiş:  

“ Avtomobildən düşüb açarları həkimə verərdim,həkim mənim həyatımı qurtardığı kimi yaşlı kişini də xəstəxanaya aparıb sağalda bilər, beləcə mən də həyatımın röyası ilə avtobus dayanacağında baş-başa qalıb onunla tanış olmaq fürsəti əldə edə bilərdim.” 


Özünü sına | Şərhlər(24)
Baxış sayı: 1045
Açar sözlər: siz  edırdiniz 

Gözlərin rəngi insan xarakterindən xəbər verir

Yazar: Orxan Oruc @ Sentyabr 1, 2008 10:08

Mavi gözlülər:

Durğun olmağı sevməyən,enerji dolu,daim inkişafda olan,istənilən çətin vəziyyətdə özü qərar verməyi bacaran, pozitif, əli açıq insanlardırr.Ən böyük qüsurları gerçəyi görməkdə əziyyət çəkib,xəyalpərəst olurlar.Ətrafdakıları tərəfındən də çox sevilirlər…

  Yaşıl gözlülər:

Sevdiklərini heç zaman üzməyən , çox sinirli olmaqlarına baxmayaraq bunu bastıra bilməyi bacaran insanlardır,Duyğu və hisslərini nəzarət altında saxlamağı bacaran olurlar


  Ala gözlülər:

Alagözlü insanların, her şeyi görmə bacarıqları çox yüksək səviyyədə olur.

Yumuşaq xasiyyetli və anlayışlı ala gözlüler

qururlarını həmişə qoruyan olurlar və qururları incidisə nə olursa-olsun bağışlamırlar…


  Tünd-qəhvəyi gözlülər:

Problemlər qarşısında tez həyacanlanan bu insanlar bu həyacanlanmanı hər zaman yaşıyırlar Həm sevgisi,həm də kin saxlamaq bacarığı çox yüsək olan açıq gözlülər, həssas bir qəlbə sahibdirlər


  Açıq qəhvəyi rəngli gözlülər:

Hər kəslə özəl həyatlarına aid detalları anlatmaqdan çəkinməyən kəhvəyi rəngi gözlülər,pis niyətsiz insanlardir.Ən böyük mənfi cəhətləri dünyaya qapalı gözlə baxmaqlarıdır.Çox vaxt ruh düşkünlüyü yaşayırlar  



Maraqlı məlumatlar | Şərhlər(4)
Baxış sayı: 607
Açar sözlər: gözlər xəbər verir 

Balaca yalançı

Yazar: Orxan Oruc @ Sentyabr 1, 2008 10:02

Balaca yalançı

  Valideynlərdə çox vaxt sual yaranır ki,niyə uşaqları düz danışmırlar.Ümumiyyətlə 6 yaşlı uşaq aldada bilər?Əgər bilərsə niyə uşaq beynində belə fantaziyalar yaranır?

  6 yaşlı uşaqlar bir çox səbəblərdən yalan danışır.Əksər hallarda bu onunla bağlıdır ki,uşaqlar böyüyür,inkişaf edir,ola bilər ki,stressə görə yalan danışırlar.6 yaşlı uşağın yalanı yaşlı insanın yalanına bənzəmir.6yaşda uşaqlar ədalət və əxlaq hissini inkişaf etdirirlər,ona görə də valideynlərin həqiqət və uydurma üzərində bu eksperimentlərə anlayış və diqqətlə yanaşmaları vacibdir.
  Uşaqlar nitqin onların həyatına necə təsir etmələrini mənalandırmağa çalışırlar.Məlumdur ki,sözlər vasitəsilə çox şey etmək olar:heç kimin gözləmədiyi bir şeyin şəklini çəkmək,kiminsə xətrinə dəymək və ya öz hisslərin,fikirlərinlə bölüşmək...........bir dünya yaratmaq olar.Uşaq bunu anlayan kimi sualın bütün dərinliyini aydınlaşdırmağa çalışır.
  Uşaqlar çox yaradıcı şəxsiyyətlərdir.Onlar yuxuya bənzər əhvalatlar qoşurlar:onlardan bəzi hissələr həqiqətdir və ya reallıqdan götürülüb,digərləri isə onların qarşısıalınmaz təxəyyülü üçün məkandır.Balacalar onların əhvalatlarında nəyin doğru,nəyin fantaziya olduğunu çətinliklə ayırırlar.Böyüyərək,nəyin həqiqət,nəyin isə uydurma olduğunu haqq-hesab edirlər.Burda artıq digər suallar yaranır.
  “Baş verən hadisə haqqında kiminsə fikrini dəyişə bilərəmmi?”, “Keçmişdə baş verən hadisələri həqiqətən olduğundan fərqli şəkildə dəyişə bilərəmmi?”,”Anamı inandıra bilsəm ki,peçenyeni stolun üstündən mən götürməmişəm,bu yalan olar?”
  Uşaqlar təkcə ona olan cəzadan qaçmaq istəmirlər.Yalanı danışanda həqiqətin yalana keçdiyi sərhədi aydınlaşdırmağa çalışırlar.Biz onlara güclü,tamhüquqlu,əxlaqi-sabit şəxsiyyətlər kimi böyüməyə kömək etməliyik.
Uşaqların yalan deməklərinin bəzi səbəbləri.
Uşaq:
-özünü təhlükədə hiss edir;
-həqiqəti deməyin nəticəsindən qorxur,ona görə də özünü(və ya başqalarını) müdafiə edərək yalan danışır;
-həqiqətən kim olduğunu açmaq istəmir;
-həqiqət vasitəsilə diqqət cəlb edə bilmir,ona görə yalana qaçır;
-hesab edir ki,əgər onu yalançı adlandırırlarsa,onda bu onun roludur,ona görə də ondan gözləniləni yerinə yetirməyə çalışır;
-yalanla həqiqət arasındakı fərqi bilmir(axı ona izah olunmayıb),ona görə də reallığı uydurmadan ayıra bilmir.
Uşağı “həqiqət yoluna”necə yönəltmək olar.
  Ona izah edin ki,həqiqət sizin üçün vacibdir.Uşaq sərhədləri yoxlamağa başlayanda,ona deyin ki,siz ondan hətta etirf etmək çətin olsa belə ancaq həqiqət gözləyirsiniz.Axı həqiqət-insanların bir-birinə etibar etməyə imkan verir,siz də ona həmişə etibar etmək istəyirsiniz.
  Dürüstlük nümunəsi göstərin.Uşaqlar bizi diqqətlə izləyirlər,hətta biz situasiyanı daha yaxşı idarə etmək üçün informasiyanı bir qədər dəyişsək belə.Siz onların televizora baxmaqlarını istəməyəndə deyirsiniz ki,televizor sınıb.Amma ümid etməyin ki,uşaqlar bu kiçik yalanı hiss etməyəcəklər.
  Uşağınıza “yalançı” damğasını vurmaqdan qaçın.Hətta əgər uşağınızın uydurmaları zamanı siz dəhşətə gəlsəniz belə.Bu adətən dəqiqliyi ilə əksinə işləyir.
  Asta,amma düzgün fəaliyyət göstərin.Uşağın aldatdığını biləndə özünüzü qorxmuş,satılmış,hirsli hiss edə bilərsiniz.Xatırladığınız kimi hər ikisi üçün bu həqiqiliyin vacibliyini bilmək üsuludur.”Deyirsən ki,peçenyeni götürməmisən?Axı çarpayının ətrafında çoxlu qırıntılar var!Başa düşürəm,bəzən mənə doğru olanı danışmaq qorxulu olur,amma bu çox,çox vacibdir.”
  Qəddar,ciddi cavablar uşaqlara ancaq qorxudan düz söz danışmağı öyrədəcək.Sonralar düşünəcəklər ki,əgər onların yalanlarını tutmayıblarsa,aldatmaq olar.Digər tərəfdən,sakit,yumşaq cavablar onları düzünü demək qorxusundan azad edəcək və situasiyanı adekvat qiymətləndirməyi və öz hərəkətinin nəticələrini düşünməyi öyrədəcək.”Çox sag ol ki,peçenye haqqında dedin.Bilirəm ki,bu sənin üçün elə də asan deyildi,amma çox şadam ki,sən düzünü dedin.İndi isə sənən peçenye götürməyinin nəticələrini aydınlaşdıraq.Düşünürəm ki,bir də mən şirniyyatı gələn həftə alacağam.  
  Uşaqlarla düz sözü danışmaq çətin olan səbəbləri müzakirə etmək olar.”Həqiqəti ona olan reaksiyanı bilməyəndə danışmaq qorxuludur.” ”Bilirəm ki,elədiyini boynuna almaqda bəzən utanırsan,amma biz hamımız səhvlər edirik.” “Bəzən elə şeylər edirəm ki,sonra peşman oluram,bunu etiraf etmək mənə çətindir,amma həmişə bu haqda danışaraq özümü yaxşı hiss edirəm.”
  Mənəvi sualları müzakirə edin.Uşağa yad insanlar haqqında danışaraq məsələnin mənəvi tərəfini izah etmək daha yaxşıdır.Şəxsən situasiyaya cəlb olunmayanda ona reaksiya göstərmək asandır.Məs,”De mənə görüm,əgər uşaq digərindən albom götürürsə,necə fikirləşirsən,bu düzgündür?O biri uşaq da ki,hiss eləməyib ki,onun albomunu götürüblər.Bu hələ də pisdir?”
  Uşaqlara düzəlməyə imkan verin.Siz situasiyanı aydınlaşdıranda və müzakirə edəndə hər ikiniz vəziyyətdən çıxış yolunu düşünməlisiniz.Bu oğlunuzu sadəcə olaraq“bağışla” deməyə məcbur etməkdən daha faydalıdır.”Dünən yatmağa dişlərini yumamış getmisən?Bəs mənə yuduğunu demişdin.Necə düşünürsən,bunu necə düzəltmək olar?” “Necə düşünürsən,qonşu mağazadan götürdüyün saqqızı neyləyək?”


Maraqlı məlumatlar | Şərhlər(0)
Baxış sayı: 339
Açar sözlər: uşaqlar aldadirlar 

Psixoloji test - necə sevirsiniz?

Yazar: Orxan Oruc @ Sentyabr 1, 2008 9:43

Hər kəs sevgidə özünün mükəmməl bir sevgili olğunu fikirləşə bilər. Ama bu fikirlərin əksi qarşı tərəfdə olsa necə?

Belə hallara əvvəlcədən hazır olub özünü düzəldə bilmək daha yaxşı olardı, elə deyilmi? Aşağıdakı suallar səmimi cavab verməklə sevgidə necə biri olduğunuzu öyrənin..Ama diqqət edin, sualın cavabına uyğun verilmiş xarakteristikanı əvvəldən oxumayın..


Sual - 


Sevgilinizin evinə tərəf tələsirsiniz. Evə iki yol var. Bunlardan biri qısa olsa da çoxlu insanlar olan yoldur. Ikinci yol isə kifayət qədər səssiz, addımlarkən gözəl mənzərələrin şahidi ola biləcəyiniz yoldur. Siz hansını seçərsiniz?


Cavab : Bu sual sizin sevgiyə reaksiyanızı göstərir. Əgər qısa yolu seçdinizsə deməli siz tez və asan eşqə düşən insansınız. Uzun yolu seçdiznizsə siz heç də özünüzü asanlıqla sevgiyə aludə edən deyilsiniz


Sual - 


Getdiyiniz yolda iki gül bitib. Bunlardan biri qırmızı biri isə ağ güllərdir. Sevgilinizə iki ağacdan birlikdə iyirmi ədəd gül aparası olsanız hansından nə qədər seçərsiniz? 


Cavabı: Bu sual sevgidə munasibətləri göstərir. Məsələn nəvaziş göstərmək. Qırmızı güllərin sayı sevgidə nə qədər verici olduğunuzu göstərir. Ağ güllərsə nə qədər alıcı olduğunuzu. Məsələn əgər siz 18 qırmızı və 2 ağ gül qopartsanız deməli sevgidə 90 faiz güzəştə getməyə və 10 faiz güzəşt almağa razısınız.


Sual - 


Axır ki evə çatdınız. Qapını üzünüzə ailəsindən olan başqa biri açdı. Onun sevgilinizi çağırmasını gözləyərdiniz yoxsa özünüz içəri daxil olarınız?


Cavab: Bu sual sevgidə problemlərə qarşı necə reaksiya verdiyinizi göstərir. Əgər siz qapını açan şəxsin sevgilinizi çağırmasını gözləyərdizsə deməli siz problemlərin üstünə getmir, onların vaxtla həll olunmasını gözləyirsiniz. Əgər içəri keçmək variantını seçdizsə deməli siz problemləin üstünə gedərək sonuna qədər mübarizə aparmağı üstün tutursuz



Testlər | Şərhlər(12)
Baxış sayı: 1118
Açar sözlər:

Rənglərin insana təsiri

Yazar: Orxan Oruc @ Avqust 31, 2008 7:16

Rənglərin insan psixologiyasina cox boyuk təsiri var..məslən; qirmizi narinci,sarı rənglər fəalliğı az olan,laqeyd adamlara çox enerji verir.MAvi,Bənövşəyi isə fəal adamların rəngidir

İsti rənglər(qırmızı , narıncı və sarı) fəallığı az olan , laqeyd adamlara çox enerji verir. Mavi , tünd sürməyi, bənövşəyi isəfəal adamların rəngidir. Gündəlik həyatımız üçün rənglərin tə’siri barədə bə’zi şeyləri bilmək xeyirlidir.

***

Əsəb sistemi üçün ən əlverişli açıq, yumşaq, mavi , gümüşü , boz rənglərdir. Qızılı sarı, yaşılı mavi, gümüşü boz rənglər rahatlıq və harmoniya hissiyatı yaradır. Parlaq rənglər fəallığı artırır.Qırmızı , bənövşəyi , əsəb sistemini qıcıqlandırır , görməni zəiflədir.

***

İş , nahar və istirahət otaqlarını müxtəlif rənglərlə ayırmaq məsləhətdir. İş otağı üçün boğuq rəngli üzlük və ya pərdə seçmək daha münasibdir. Arıqlama fikrinə düşsəniz pəhrizə və digər müalicəyə ehtiyac yoxdur. Bunun üçün mətbəxi sadəcə olaraq mavi rənglə boyamaq kifayətdir. Söhbət otağın müxtəlif rəngli üzlüklərlə bəzəmək məsləhət deyil. Bu , gözləri sonra isə bütün bədəni yoracaq, pis əhval-ruhiyyə yaradacaqdır. Belə halın baş verməməsi üçün həmin otağı mavi və yaxud gümüşü yaşıl rənglə rəngləmək və ya üzlük çəkmək münasibdir. Arxasında oturub işlədiyiniz stolun üstünə qərənfil, qızılgül və hər hansı bir parlaq gül qoysanız, dərhal enerjinizin artdığını, beyninizin necə fəal işlədiyini hiss edəcəksiniz.

***

Rəngli işıqlara da diqqət yetirmək lazımdır. Yaşıl və ya digər rəngdə şüşəsi olan lampa iş üçün münasib deyil. Ən münasibi işıqlı və parlaq lampalardır.Müxtəlif işıqlanma zamanı (təbii və sun’i)otağın necə görünməsi nəzərə alınmalıdır. Çünki interyer, onun çalarları, rəngi əhval –ruhiyyəyə , iş qabiliyyətinə və səhhətə tə’sir göstərir.

***

Rəngin daha bir xüsusiyyətini bilmək xeyirlidir. Bu sizə çox şeyi aydınlaşdırıb izah edə bilər. Məsələn: səma rənginə biganə adam hər şeyə qadir olmaq təssüratı yaratmaq istəyir. Həqiqətdə isə o inamsızlıq nümunəsidir. Göy rəng təmizliyi, xeyixahlığı, nisbətən qəmgin təbiəti, sevməyə ehtiyacı , inamlılıq hissini cəmləşdirən adamın rəngidir Boz rəngi quru təbiətli, inamsız , ağır düşüncəli adamlar üstün tuturlar. Qırmızı rəng ehtiraslı , cür’ətli , iradəli , ünsiyyətli, tez coşan , lakin xeyirxah adamlarn rəngidir.Narıncı rəng intuisiyaya güclü meyilli , xəyalpərəst adamları fərqləndirir. Qəhvəyi rəng möhkəm dayanan , ailəsini sevən adət və ən’ənələrə hörmətlə yanaşan adamlar üçün xarakterikdir. Bu rəng xudpəsəndlərdə igrah hissi doğurur. Sarı rəngi təmkinli , sakit təbiyətli, intellektual adamlar sevirlər. Belə adamlar şəraitə asanlıqla uyğunlaşır, diqqəti özünə cəlb etməyi bacarır.
Cəhrayı rəng həyat rəmzidir. Sevgi və xeyirxahlığı, hər şeyə sevinmək bacarığını təsdiq edir.
Rəng terapeyasına uyğun olaraq tibb mütəxəssisləri müalicəvi təsirə malik olan eynəklər yaratmışlar.Onlardan istifadə etmək tamamilə fərdi xarakter daşıyır.Çünki müxtəlif rəngli şüşələrin gözün qlafanına və onun vasitəsilə beyin yarımkürəsinətəsiri olduqca fərdidir. Məsələn : tonusu , əhval-ruhiyyəni qaldırmaq ötrü bəziləri cəhrayı eynəkdən istifadə etməlidir. Başqa birinə isə göy , yaxud yaşıl eynək lazımdır.
Rənglərin “ dilini” bilmək necə deyərlər , onlarla danışmağı bacarmaq səhhətinizə və gündəlik həyat tərzimizə yüngüllük gətirir, bizə
rahatlıq bəxş edir.

TEST

Yazar: Orxan Oruc @ Avqust 31, 2008 6:40

Siz özünüzü yaxşı tanıyırsınız???

Siz özünüzü yaxşı tanıyırsınız???


1. Acı ədviyyatlı yeməkləri xoşlayırsınızmı?
Bəli-3 xeyr-2
2. Bəzən dişlərinizi yumağı unudursunuzmu?
Bəli-4 xeyr-1
3. Bəzən olurmu ki, sevincdən tavana hoppanmaq istəyirsiniz?
Bəli-4 xeyr-2
4. Yığıncaqda özünüzü yaxşı hiss edirsinizmi?
Bəli-2 xeyr-1
5. Öz qonaqlarınızla məşğul olmağı bacarırsınız?
Bəli-3 xeyr-2
6. Krossvord həll etməyi xoşlayırsınızmı?
Bəli-1 xeyr-4
7. Gimnastika ilə məşğul olursunuz?
Bəli-3 xeyr-1
8. Başının tez-tez ağrıyır?
Bəli-1 xeyr-2
9. Melanxolik əhval–ruhiyyədə tez-tez olursunuz?
Bəli-4 xeyr-1
10. Həmişə eyni saç düzümündə gəzirsiniz?
Bəli-4 xeyr-1
11. Sakit, səssiz şəraitdə işləməyi sevirsinizmi?
Bəli-4 xeyr-1










AÇAR

20 baldan az -I Tip
21-25 bal - II Tip
25 baldan çox - IIITip

I Tip - Siz yığıncaqları sevmirsiniz, sakitliyə, təmiz havada gəzintiyə üstünlük verirsiniz. Axşamı səs-küylü kafedə keçirməkdən daha çox evdə və ya təbii şəraitdə dostlarınızla ünsiyyət sizi sevindirir. Ona görə də tanışlarınız elə fikirləşirlər ki, siz darıxdırıcı insansınız.

II Tip – İnsanlara daha asan öyrəşirsiniz. Əhvalınız həddən artıq tez dəyişkəndir: bəzən kədərli, bəzən son dərəcə şən.

IIITip – Tanışlarınız hiss edirlər ki, yığıncaqlarda siz əvəzedilməzsiniz və son dərəcə lazımlısınız. Yumor hissiniz var. Başqalarında yüksək əhval-ruhiyyə yaratmağa köməklik edirsiniz. Maraqlı əhvalatlar danışmaqdan xoşunuz gəlir.


Testlər | Şərhlər(5)
Baxış sayı: 743
Açar sözlər: test 

TEST

Yazar: Orxan Oruc @ Avqust 31, 2008 6:37

Sağ yoxsa sol beyninizi daha çox işlədirsiniz?

Sağ yoxsa sol beyninizi daha çox işlədirsiniz?

1. Məktəbdə ikən hansı dərslərə daha çox üstünlük verirdiniz?
a) humanitar fənlərə
b) texniki fənlərə

2. Hansı idman növünə üstünlük verirsiniz?
a) fərdi olana
b) qrup halında olana

3. Gördüyünüz yuxunu olduğu kimi xatırlayırsınız?
a) əksər hallarda 
b) nadir hallarda və ya əsla

4. Danışarkən;
a) çox mimika və hərəkətlərdən istifadə edirəm
b) az mimika və hərəkətlərdən istifadə edirəm

5. Əllərinizi birləşdirin. Sağ baş barmağınız;
a) üstdədir
b) altdadır

6. Saata baxmadan real vaxtı təxmin etməyə çalışın.
a) təxmin etdiyimdən 10 dəq çox fərq var
b) təxmin etdiyimdən 1-10 dəq arası fərq var

7. Daha çox;
a) insanların üzünü xatırlayıram
b) insanların adının xatırlayıram

8. Qələmi gözünüzün qarşısında olan düz bir yerə qoyun. Sol gözünüzü bir neçə dəfə bağlayıb-açın. Qələminiz yerinin dəyişdirdimi? Sonra sağ gözünüzü bağlayaraq hərəkəti eyni ilə təkrar edin. Qələminiz;
a) sol gözünüzü bağladıqda yer dəyişdirdi
b) sağ gözünüzü bağladıqda yer dəyişdirdi





AÇAR:
Əgər a variantınını sayı b-dən çoxdursa, sağ , b variantınını sayı a–dan çoxdursa, sol yarımkürəniz daha inkişaf edib deməkdir.

Sağ yarımkürənin xüsusiyyətləri:
1. daha yaradıcı olurlar
2. musiqiyə qulaq asmaqdan xoşları gəlir
3. iybilmə duyğu üzvü daha çox inkişaf edib
4. rəng və görmə xüsusiyyətləri inkişaf edib
5. incəsənətlə bağlı fəaliyyətlərdə iştirakı çox sevirlər
6. onları idarə etmək çətindir
7. xəyalpərəstdirlər
8. hissləri ilə hərəkət edirlər, hadisələri təfərrüatı ilə düşünmürlər
9. insanlara sosial əlaqələri o qədər də geniş deyil

Sol yarımkürənin xüsusiyyətləri:

1. məntiqli hərəkət edirlər

2. təhliletmə xüsusiyyətləri inkişaf edib
3. şüurlu hərəkət edirlər
4. riyazi əməliyyatları həlletmə bacarıqları kifayət qədər inkişaf edib
5. xarici dilləri öyrənməkdə bacrıqlıdırlar
6. asanlıqla idarə edilən tiplərdir
7. insanlarla münasibətləri olduqca genişdir

Testlər | Şərhlər(11)
Baxış sayı: 585
Açar sözlər: test 

Sən hansı tipə məxsussan?

Yazar: Orxan Oruc @ Avqust 28, 2008 2:26

Psixoloqlar insanı daha yaxından tanımaq üçün ilk növbədə onun hansı temperament tipinə mənsub olduğunu aydınlaşdırmağı məsləhət görürlər. Bir sözlə, insanın xarakterini, xasiyyətini onun hansı temperamentə malik olması müəyyənləşdirirlər. 

Psixoloqlar insanı daha yaxından tanımaq üçün ilk növbədə onun hansı temperament tipinə mənsub olduğunu aydınlaşdırmağı məsləhət görürlər. Bir sözlə, insanın xarakterini, xasiyyətini onun hansı temperamentə malik olması müəyyənləşdirir. Nəzərinizə çatdıraq ki, temperament sözünün latıncadan tərcüməsi "hisslərin lazımi qarşılıqlı nisbəti" deməkdir. Temperament insana irsən xas olan, davamlı xüsusiyyətlər toplusudur. Psixoloqlar temperamentə belə tərif vermələrinə baxmayaraq, özləri də etiraf edirlər ki, bunu birmənalı şəkildə qəbul eləmək olmaz. Temperamentin formalaşmasına ətraf mühit, həyat tərzi, tərbiyə ciddi təsir göstərir. Xüsusən də uşaq və yeniyetməlik çağlarında bu təsirə daha çox məruz qalırıq. Elə ona görə də bəzən qaraqabaq, həmişə özünə qapanan bir uşağın böyüdükcə tədricən dəyişdiyinin şahidi oluruq. Belə ki, həmin uşaq məktəb illərindən fərqli olaraq, institut illərində və yaxud iş yerində istiqanlı, söhbətcil insan kimi tanınır. Ümumiyyətlə, psixoloqların fikrincə, istənilən insanda müxtəlif temperament tiplərinin xüsusiyyətləri cəmləşir. Ona görə də psixoloqlar insanın hansı tipə mənsubluğunu müəyyənləşdirərkən, bir qayda olaraq, o insanda hansı tipin xüsusiyyətlərinin daha qabarıq və çox olduğunu nəzərə alırlar. Ən maraqlısı isə budur ki, insanın aid olduğu əsas tipi nəzərə almasaq, yerdə qalan tiplərin xüsusiyyətlərinin dərəcəsini müəyyənləşdirmək qeyri-mümkündr. Hər bir insanda bu fərdidir.İndi isə temperamentin tipləri ilə tanış olaq. Psixoloqların fikrincə, dörd temperament tipi var: sanqvinik, xolerik, fleqmatik, melanxolik. Düzdür, son illər bəzi psixoloqlar bu bölgü ilə razılaşmırlar. Nəticədə psixologiya elmində tiplərin bölgüsü ən aktual və mübahisəli mövzuya çevrilməkdədir. Daha dəqiq desək, tiplər barədə təsəvvürlər getdikcə daha da mürəkkəbləşir. Bu fikri dəstəkləyən psixoloqlar yaşlı və gənc insanlara diqqət yetirməyi məsləhət görürlər. Yaşlı və gənc nəslin dünyagörüşü arasında fərq olmasını labüd sayan psixoloqlar hesab edirlər ki, heç bir zaman fərq bu qədər ciddi və köklü olmayıb. Bir sözlə, bu fərqin tiplərə sirayət edə biləcək səviyyədə olduğunu vurğulayırlar. Psixoloqlar bu zaman ilk növbədə tiplərin bölgüsünə diqqət yetirirlər. Məsələn, bəzi psixoloqlar dörd deyil, altı, yeddi, hətta səkkiz temperament tipinin mövcud olduğunu bildirirlər. Bəziləri isə dörd bölgü ilə razılaşaraq, sadəcə, bu bölgünün özünün şaxələndiyini vurğulayırlar. Hesab edirlər ki, bu bölgülərin hər birinin ayrı-ayrılıqda bir neçə növü var. Psixologiya elmində tez-tez səslənən bu fikirlərin tərəfdarlarının sayı isə durmadan artır. Biz isə hələlik psixologiya elmində tam təsdiqini tapmamış bu fikirləri bir kənara qoyub, dörd tiplə yaxından tanış olaq.  

                                 Sanqvinik 

Bu tipə aid insanlar emosional, zirək və diribaş olurlar. O qədər zirəkdirlər ki, onları bir dəqiqə bir yerdə saxlamaq qeyri-mümkündür. Həmişə hara isə tələsirlər, gedirlər, gəlirlər. Oturaq iş onlarlıq deyil. Ətrafda olan heç nə onların diqqətindən kənarda qalmır. Hər şeyə maraq göstərirlər. Və onların maraq obyektləri tez-tez dəyişir. Psixoloqların təbirincə desək, sanqviniklərin maraqları davamsız və qeyri-sabitdir. Elə ona görə də, böyük həvəslə, coşğunluqla başladıqları işdən son dərəcə süstlüklə də əl çəkirlər. Heç bir tip sanqvinik qədər istənilən şəraitə, vəziyyətə tez uyğunlaşa bilmir. Sanqviniklərin bu xüsusiyyətini qeyd edən psixoloqlar bir qədər mübağiləyə yol verərək, söyləyirlər ki, "sanqvinik yadplanetlilərin arasına düşsə belə, onun üçün vəziyyət elə də cansıxıcı olmayacaq. Qısa zaman ərzində onlarla dil tapacaq. Və həyatdan həzz almağı bacaracaq". Bir sözlə, bu qəbildən olan insanlar istənilən şəraitə tez alışırlar. Son dərəcə emosinal olsalar da, yaddaşları zəifdir. Onlar üçün sanki hər şey bir anlıqdır: tez sevinib, tez də kədərlənirlər. Ancaq heç nə onları təbdən çıxarmır. Çünki sevinci də, kədəri də tez unudurlar. Bir sözlə, onlar üçün yalnız bu gün, bu saat, bu an var. Eyni zamanda bu tip insanlar təsir altına tez düşürlər. Elə buna görə də bu insanlardan bəziləri son dərəcə özbaşına, bəziləri isə bunun tam əksinə olaraq, intizamlıdır.

                                               Xolerik

 Onların son dərəcə coşğun xarakteri var. Kəmhövsələdirlər. Çox nadir hallarda "susmaq lazım gələndə birinci ol" tövsiyəsinə riayət edirlər. Həmişə istənilən məsələyə birinci reaksiya verənlər sırasındadırlar. Bu xasiyyətləri ucbatından xolerik tipli insanların başı, həmişə, necə deyərlər, qeylü-qalda olur: ətrafı ilə asanlıqla yola getmir, tez-tez münaqişəyə girirlər. Ona görə də xoleriki adətən səbirsiz, tündməcaz insan kimi tanıyırlar. İnadkardırlar. Sanqvinikdən fərqli olaraq, maraqları sabit və davamlıdır. Başladıqları işi bir qayda olaraq sona çatdırırlar. İstənilən problemlə üzləşdikdə özlərini itirmir, asanlıqla vəziyyətdən çıxış yolu tapırlar. Xolerik tipə aid olan insanlar sadiqdirlər. Ətrafına son dərəcə bağlı olduqlarına görə onlar üçün mühiti dəyişmək çox çətindir. Düşdükləri yeni mühitə uzun müddət alışa bilmirlər.                                                                                                                                                                   Fleqmatik

 Bu tip insanlar isə qaradinməz, sakit, təmkinli olurlar. El arasında onlara "yerəbaxan" deyirlər. Söhbətcil deyillər. Çox çətinliklə söhbətə qoşulurlar. Heç bir tip fleqmatik qədər təmkinli deyil. Onları həyəcanlandırmaq və yaxud hirsləndirmək elə də asan məsələ deyil. Gülməli bir hadisənin şahidi olarkən, yanındakıların gülməkdən ürəkləri keçəndə, o uzaqbaşı gülümsəyəcək. Və yaxud əksinə, onu hirsləndirmək, təbdən çıxarmaq müşküldən müşküldür. İstənilən halda hamıdan gec reaksiya verir. Bu xüsusiyyətlərinə baxmayaraq, psixoloqların fikrincə, fleqmatik tip insanlar mehriban və istiqanlıdırlar. Sadəcə, onları yaxından tanımaq üçün vaxt lazımdır. Vaxt keçdikcə alışdığı insanlara qarşı diqqətli və mehriban olurlar. Bir sözlə, onlar gec uyğunlaşdığı, alışdıqları kimi gec də unudurlar. Elə ona görə də psixoloqlar məsləhət görürlər ki, ilk baxışda qaradinməz, sakit, son dərəcə soyuqqanlı təəssürat oyadan bu insanların sadiqliyinə şübhə ilə yanaşmayaq. Həmişə rəfiqələrini, dostlarını arayan bu qəbildən olan insanlar vaxtı ilə incik düşdüyü insanlara qarşı da sayğısız yanaşmırlar.                                                                                                                                   

                                  Melanxolik 

Bu tip insanlar isə sakit, ancaq həssasdırlar. Onlar heç nəyə biganə qalmırlar. Elə bu səbəbdən onlara münasibətdə ən kiçik diqqətsizlikdən belə tez inciyirlər. Kiçik bir qanqaraçılığı uzun müddət unuda bilmirlər. Dönə-dönə bu hadisəni xatırlayırlar, kədərlənirlər, öz aləmlərində ölçüb-biçirlər. Heç bir tip onlar qədər "yüz ölç, bir biç" məsləhətinə riayət etmir. Hər şeydən tez rənicdə olan melanxoliklər istənilən problemin qarşısında acizdirlər. Ən kiçik problemlə üzləşdikdə belə özlərini itirirlər, vəziyyətdən çıxış yolu tapa bilmirlər. Əslində, bu acizliyi onlar özü-özlərinə aşılayırlar. Çünki sözügedən tiplər bu dünyada ən çox özlərindən narazıdırlar. Özlərinin heç bir bacarığını dəyərləndirmirlər. MƏNə yalnız tənqidi yanaşırlar. Elə bu səbəbdən də bacardıqları işin belə öhdəsindən gələ bilmirlər. Bədbin fikirlər onları tez ruhdan salır. Bir qayda olaraq, başladıqları iş yarımçıq qalır. Civə kimi bir yerdə dayanmayan sanqvinikdən fərqli olaraq, melanxoliki yerindən tərpətmək müşkül məsələdir. Psixoloqlar onları məhz belə təsvir edir: "Melanxoliklərin hərəkətləri son dərəcə süst və zəifdir. Onlar ağır-ağır danışırlar".  

Onu da unutmayın ki,psixoloqlar söyləyiblər ki yer üzündə yalnız bir tipin xüsusiyyətlərini özündə cəmləşdirən insan yoxdur

Maraqlı məlumatlar | Şərhlər(3)
Baxış sayı: 628
Açar sözlər:

Qan qrupu insanin xasiyyətini müəyyənləşdirir

Yazar: Orxan Oruc @ Avqust 26, 2008 11:09

 

 

Yapon alimləri belə nəticəyə gəliblər ki, insanın xasiyyəti onun qan qrupundan asılıdır:     

I qan qrupundan olan insanlar sakitliyi, qayda-qanunu, səhmanı sevirlər.............

   

I qan qrupundan olan insanlar sakitliyi, qayda-qanunu, səhmanı sevirlər. İnsanlarla rəftarı mülayimdir. Həssas, səbirli, xeyirxahdırlar. Lakin eyni zamanda da inadkardırlar

II qan qrupundan olan insanlar adətən, liderliyə can atır. Məqsədinə çatmaq üçün çox çalışqandır. O,perspektiv istiqaməti yaxşı müəyyənləşdirməyi bacarır, öz gücünə inanır, çox emosionaldır. Zəif cəhətləri bunlardır: qısqancdır, təkəbbürlü və lovğadır.  

 III qan qrupundan olan insanlar aşkar fərdiyyətcidir. Öz bildiyi kimi hərəkət etməyə meyllilik, astaca-çevikcə uyğunlaşma onun dözümlü və möhkmliyindən xəbər verir. Gözəl təxəyyülü və müstəqilliyə inadkarlığı ilə fərqlənir.   

IV qan qrupundan olan insanlar isə çox sakit, təmkinli olurlar. Onlar başqalarını sakitlışdirməyi, əyləndirməyi, özlərinə tərəf çəkməyi bacarırlar. Lakin bəzən sərtlik göstərərək qəbul etdikləri qərarda tərəddüd edə bilirlər

Maraqlı məlumatlar | Şərhlər(2)
Baxış sayı: 508
Açar sözlər:

Unutmaq mümkündürmü?

Yazar: Orxan Oruc @ Avqust 22, 2008 6:42

İnsanların əksəriyyəti,əsasən də xanımlar unutmağın qeyri-mümkünlüy barəsində ağız dolusu danışırlar.Bəs görəsən bu doğurdanmı belədir?!Unutmaq doğurdanmı çətin bir prosesdi?Unutmaq üçün nə etmək lazımdı?bəs unudulmamaq üçün nə etmək lazımdır?

Fikirlərinizi bizimlə paylaşın Təbəssüm

.

Müzakirə mövzuları | Şərhlər(6)
Baxış sayı: 394
Açar sözlər:

Yuxu nədir axı?

Yazar: Orxan Oruc @ Avqust 22, 2008 6:32

Artıq neçə əsrdir yuxu üzərində araşdırmalar aparılmasına baxmayaraq,hələ heç kim yuxunun nə olduğunu tam olaraq izah edə bilmirlər...

Hər alim yuxu barəsindəki nəzəriyyəsini özünəməxsus şəkildə sübut etməyə çalışıb.

Bəs siz necə düşünürsünüz,YUXU nədir? 

.

Müzakirə mövzuları | Şərhlər(5)
Baxış sayı: 296
Açar sözlər:

Sevgi nədir və varmı?

Yazar: Orxan Oruc @ Avqust 22, 2008 6:25

Sevgi nədir?Sevgi varmı?Varsa nəyə lazimdir?kim sübut eliyə bilər sevgini?

Sizin sevginiz olubmu?Siz sevgini hiss eləmisinizmi? 

.

Müzakirə mövzuları | Şərhlər(18)
Baxış sayı: 445
Açar sözlər:

İnsan nədir?

Yazar: Orxan Oruc @ Avqust 22, 2008 6:20

İnsan cəmiyyətin yaranandan,bütün elm adamlarını düşündürən ən əsas sual İNSAN NƏDİR?

Gəlin bu sualı bir də biz düşünək və fikirlərimizi paylaşaq 

.

Müzakirə mövzuları | Şərhlər(7)
Baxış sayı: 283
Açar sözlər:

Qadın-Kişi münasibətləri

Yazar: Orxan Oruc @ Avqust 22, 2008 6:12

Sizcə qadın-kişi münasibətləri necə olmalıdır?bizim cəmiyyətdə bu bu hansi vəziyyətdədir?kimin hüquqlari daha çox tapdalanır,qadınların yoxsa kişilərin?

Öz fikirinizi bildirin... 

.

Müzakirə mövzuları | Şərhlər(11)
Baxış sayı: 514
Açar sözlər:

Bizimlə əlaqə

Yazar: Orxan Oruc @ Avqust 18, 2008 6:00

"Azərbaycan Gənc Psixoloqlar" ictimai birliyi

Ünvan: Azərbaycan, Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 44,

           Caspian Plaza 3,12-ci mərtəbə,RPM ofis.

Telefonlar: (994 12)408-10-60,

Mob:(994 50) 414-28-45

Email: orxanoruc@yahoo.com
MSN:  orxanoruc@hotmail.com 

Bizimlə Əlaqə | Şərhlər(5)
Baxış sayı: 238
Açar sözlər: muellif 


Diqqət!!!-Xahiş edirik,Azərbaycan dilində şərh yazarkən əlifbamızda olan ç, ə, ğ, İ, ı, ö, ş, ü hərflərini digər hərf və işarələrlə əvəz etməyəsəniz!!!

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha